əd-Duha

1,2,3) Maariflənmənin başlaması və Allahın məbud və rəbb olduğunu bilərək inkar etməyin, Allaha şirk qoşmağın, cəhalətin cəmiyyəti bürüməsi[#41] sübutdur ki, Rəbbin səni tərk etməyəcək və sənə acığı tutmayacaq.
4,5) Şübhəsiz ki, sonrası sənin üçün əvvəlindən daha xeyirli olacaq. Və Rəbbin sənə əta edəcək, sən də razı qalacaqsan.
6,7,8) O, səni yetim ikən tapıb sığınacağa qovuşdurmadımı? Səni doğru yoldan kənarda biri kimi tapıb doğru yola yönəltmədimi? Səni, ailəni dolandırmağa çətinlik çəkən biri kimi tapıb varlandırmadımı?
9,10) Elə isə yetimə əziyyət etmə/vəziyyətini daha da pisləşdirmə! İstəyənə/soruşana acıqla cavab vermə.
11) Rəbbinin nemətini sözünlə və əməlinlə göstər!