2,3,4,5,6,7) Açıq-aşkar/açıqlayan Kitaba and olsun ki, şübhəsiz ki, Biz, Öz tərəfimizdən bir iş olaraq, onu, haqsızlığın və fitnə-fəsadın qarşısını almaq üçün qoyulmuş qanun, düstur və qaydalarla dolu/möhkəm, hər işin/meydana gəlişin ayırd edildiyi, hər şeyin bol-bol verildiyi, qazancın bol olduğu bir gecədə nazil etdik. Şübhəsiz ki, Biz xəbərdalıq edənik. Şübhəsiz ki, Biz, Rəbbindən, göylərin, yerin və onların arasındakıların Rəbbindən -əgər qəti olaraq inanan kəslərsinizsə- bir rəhmət olaraq elçi göndəririk. Şübhəsiz ki, O, ən yaxşı eşidən, ən yaxşı biləndir.
8,9) Ondan başqa məbud deyə bir şey yoxdur. O, yaşadır və öldürür, sizin Rəbbinizdir, sizdən əvvəlki atalarınızın da Rəbbidir. Əksinə, onlar, əskik elmləriylə oyun oynayıb qalmaqdadırlar.
10,11) İndi sən, göyün, açıq-aşkar bir qıtlıq gətirəcəyi günü gözlə. O qıtlıq insanları bürüyəcək. Bu, qüssə verən bir əzabdır.[#273]
12) Rəbbimiz! Bizdən əzabı dəf et. Şübhəsiz ki, biz artıq həqiqətən inandıq.
13,14) Onlar hara, öyüd almaq hara? Halbuki onlara açıqlayan bir elçi gəlmişdi. Sonra ondan üz çevirdilər və "Öyrədilmiş bir divanədir/gizli gücləri olan biridir!" dedilər.
15) Şübhəsiz, Biz əzabı azacıq dəf edərik, siz həqiqətən dönənlərsiniz.
16) Ən böyük bir yaxalamaqla yaxalayacağımız gün, şübhəsiz, Biz, günahkarı tutub cəza verərək ədaləti bərqərar edərik.
17,18,19,20,21) Və and olsun ki, Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkdik. Və onlara çox hörmətli bir elçi gəlmişdi: "Allahın bəndələrini mənə qaytarın. Şübhəsiz ki, mən sizin üçün göndərilən etibarlı bir elçiyəm. Allaha qarşı lovğalanmayın. Şübhəsiz ki, mən sizin üçün açıq-aşkar bir güc gətirirəm. Və şübhəsiz ki, mən, məni daşqalaq edərək öldürməyinizdən mənim Rəbbimə, sizin Rəbbinizə Allaha sığınıram. Və əgər siz mənə inanmırsınızsa, dərhal yanımdan uzaqlaşın."
22) Sonra da Musa: "Şübhəsiz ki, bunlar günahkar bir qövmdür" deyərək Rəbbinə yalvardı.
23,24) -"Haydı, bəndlərimlə gecə icra yola düş. Şübhəsiz ki, siz təqib ediləcəksiniz, tədbirli olun. Bol suyu/çayı çox sürətlə burax. Şübhəsiz ki, onlar suda boğulmuş bir ordu olacaq."-
25,26,27) Onlar bağlardan, bulaqlardan, əkinlərdən, yüksək mövqelərdən və içində səfalar sürdükləri neçə-neçə nemətlərdən neçəsindən əl çəkdilər.
28) Bax belə! Biz onları başqa-başqa qövmlərə miras qoyduq.
29) Beləliklə, göy və yer üzü onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
30,31) And olsun ki, Biz İsrail oğullarını o alçaldıcı əzabdan, Firondan xilas etdik. Şübhəsiz ki, o, həddi aşanlardan, təkəbbür göstərənlərdən biriydi.
32) And olsun ki, Biz İsrail oğullarını bilə-bilə aləmlərdən üstün tutduq.
33) Biz onlara içində açıq-aşkar bir bəla olan işarətlərdən/nişanələrdən də vermişdik.
34,35,36) Şübhəsiz, məkkəli şərik qoşanlar deyirlər ki: "Bizim yalnız ilk ölümümüz var. Biz, dirildiləsi deyilik. Əgər siz doğru deyirsinizsə, sözünüzün arxasında durursunuzsa, haydı, atalarımızın bizə gətirin."
37) Onlar daha xeyirlidir, yoxsa Tubbə tayfası və onlardan əvvəlki kəslər? Biz, onları dəyişikliyə/məhvə məruz qoyduq. Şübhəsiz ki, onlar günahkarlar idilər.
38) Və Biz göyləri, yeri və onların arasındakıları oyun oynayanlar olaraq əmələ gətirmədik.
39) Biz, o ikisini yalnız haqq/gerçək ilə yaratdıq. Lakin onların çoxu bilməz.
40) Şübhəsiz ki, Ayırd etmə günü onların hamısının görüşmə yeridir/qərarlaşdırılmış görüşmə vaxtıdır.
41,42) O gün Allahın mərhəmət etdiyi kimsələr istisna olmaqla, heç bir yaxının öz yaxına heç bir faydası olmaz. Onlara kömək də edilməz. Şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, geniş mərhəmət sahibidir.
43,44,45,46) Şübhəsiz, zəqqum ağacı, həddən artıq günahkar olanların yeməyidir. O, ərinmiş mədən kimidir, qızğın bir mayenin qaynaması kimi qarınlarda qaynayar.
47,48) -"Tutun bunu, şiddətlə yanan atəşin ortasına sürüyün. Sonra onun başının üstünə qaynar su əzabından tökün."-
49,50) -"Dad görək! Şübhəsiz ki, sən, çox güclü və çox üstün biri idin! Şübhəsiz ki, bu, sizin şübhə etdiyiniz şeydir."-
51,52,53,54,55,56,57) Şübhəsiz ki, Allahın mühafizəsi altına daxil olan kəslər, Rəbbinin bir lütfü olaraq xətərsiz bir yerdədir; bağçalarda və çeşmə başındadır. Onlar üz-üzə oturaraq incə ipəkdən və parlaq atlazdan paltarlar geyərlər. Bax belə! Biz, onları iri qara gözlülərlə/ən ideal tiplərlə qoşalaşdırdıq. Onlar, orada arxayınlıq içində hər növ meyvəni istəyə bilərlər. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Və Allah onları cəhənnəm əzabından qorumuşdur. Bax bu, böyük qurtuluşun məhz özüdür.
58) Bax, Biz Quranı onlar ibrət alsınlar deyə sənin dilinlə asanlaşdırdıq.
59) Artıq sən gözlə. Şübhəsiz ki, onlar [da] gözləyirlər.