2,3,4) Ərəbcə bir Quran, müjdələyən və xəbərdarlıq edən, bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş/hissə-hissə ayrılmış, yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən, geniş mərhəmət sahibi Allah tərəfindən nazil edilmiş bir kitab! Buna baxmayaraq, onların çoxu üz çevirmişlər. Artıq onlar qulaq asmazlar.
5) Və onlar: "Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz bir örtük/zireh içindədir, qulaqlarımızda bir ağırlıq var, bizimlə sənin aranda da bir pərdə vardır. Artıq sən, nə bilirsənsə et, biz də həqiqətən [bildiyimizi] edirik" dedilər.
6,7) De ki: "Mən yalnız sizin kimi bir insanam. Mənə, 'Sizin məbudunuzun bir olan Allahdır olduğu' vəhy edilir. Buna görə, Ona doğru yönəlin və Ondan əfvinizi diləyin." Və zəkatı/vergini verməyən və axirəti bilə-bilə inkar edən o kəslərin/inanmayanların elə özü olan şərik qoşanların vay halına!
8) -Şübhəsiz ki, iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyənlər üçün bitməz tükənməz/münnətsiz mükafat var.-
9) De ki: "Siz yer üzünü iki mərhələdə əmələ gətirəni həqiqətən də örtüb gizləyəcəksinizmi/[Ona] inanmayacaqsınızmı? Bir də Ona tay tutursunuz! O, aləmlərin Rəbbidir."
10) Və O, yer üzünün içində möhkəm dağlar yerləşdirdi. Orada bərəkətlər əmələ gətirdi. Orada axtarıb istəyənlər üçün bərabər olaraq/ayrı-seçkilik edilmədən ruzilərini dörd mərhələdə nizamladı.
11) Sonra tüstü halında olan göyə yerləşdi/[orada] hökmranlıq qurdu,[#259] sonra ona və yer üzünə: "İstəyərək və ya istəməyərək gəlin!" dedi. İkisi də: "Biz istəyərək gəldik" dedilər.
12) Beləliklə, Allah, onları iki mərhələdə yeddi göy olmaq üzrə gerçəkləşdirdi və hər göyün öz işini onun içinə yüklədi. Biz ən yaxın göyü qəndillərlə və mühafizə ilə bəzədik. Bax bu, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, çox yaxşı bilənin nizamlamasıdır.
13) Buna baxmayaraq, onlar yenə də üz döndərərlərsə dərhal də ki: "Mən sizə Ad və Səmud tayfalarının yıldırımının bənzəri olan bir ildırım barədə xəbərdarlıq etdim."
14) Bir vaxt onlara, "Allahdan başqasına ibadət etməyin!" deyə önlərindən-arxalarından [hər yanlarından] elçilər gəlmişdi. Onlar: "Əgər Rəbbimiz istəsəydi, əlbəttə, mələklər endirərdi. Buna görə biz, sizinlə göndərilən şeyləri həqiqətən bilə-bilə rədd edirik/inanmırıq" dedilər.
15) Ad [qövmündə] gəldikdə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və: "Güc baxımından bizdən daha üstün kim var?" dedilər. Onlar, şübhəsiz ki, özlərini meydana gətirən Allahın güc baxımından onlardan daha üstün olduğunu görmədilərmi? Və onlar Bizim ayələrimizi bilə-bilə inkar edirdilər.
16) Buna görə Biz də onlara bu ən bəsit dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o nəhs günlərdə dondurucu bir qasırğa göndərdik. Axirət əzabı isə əlbəttə daha rüsvayedicidir. Onlara kömək də edilməz.
17) Səmuda gəldikdə isə, Biz onlara haqq yolu göstərdik. Lakin onlar korluğu doğru yoldan artıq sevib tərcih etdilər. Belə olduqda, qazandıqları şeylər səbəbiylə alçaldıcı əzabın ildırımı onları yaxaladı.
18) Və Biz iman etmiş kəsləri və Allahın mühafizəsi altına daxil olan kəsləri xilas etdik.
19) Və Allahın düşmənlərinin bir yerə gətirilib yığılacaqları gün artıq onlar atəşə [doğru] göndəriləcəklər.
20) Nəhayət oraya gəldikləri zaman, onların eşitmə, görmə duyğuları və dəriləri, etdikləri şeylər barəsində onların əleyhlərinə şahidlik edəcək.
21,22,23) Və onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şahidlik edirsiniz?" deyəcəklər. Onlar deyəcək ki: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı və sizi ilk dəfə O yaratmışdır və Ona qaytarılmaqdasınız. Siz, eşitmə, görmə duyğularınızın və dərilərinizin sizin əleyhinizə şahidlik edəcəyindən qoxub çəkinmirdiniz. Lakin etdiklərinizdən bir çoxunu Allahın bilməyəcəyinə inanırdınız. Sizin bu inancınız; Rəbbiniz barəsindəki bu zənniniz, sizi məhv etdi və beləliklə zərərə, ziyana məruz qalıb əzaba düçar oldunuz."
24) İndi əgər onlar şərik qoşma inanışını israrla davam etdirsələr, təkzib etməyə davam etsələr, artıq onların məskəni atəşdir. Və əgər üzrlərini bildirmək istəsələr, onların üzrü qəbul edilməyəcək.
25) Və Biz onların bəzi yaşıdlarını/İblislərini qabıq kimi üstlərinə örttük, onlar da önlərində və arxalarında [bütün ətraflarında] olanları onlara cazibədar göstərdilər. Gəlib-keçmiş hər kəs üçün, özlərindən əvvəl gəlib-keçmiş ümmətlər üçün qüvvədə olan "Söz"[#260] onlar üçün də haqq oldu. Şübhəsiz ki, onlar, zərərə/ziyana məruz qalıb əzaba düçar olan kəslər idilər.
26) Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər]: "Qalib gəlmək üçün bu Quranı dinləməyin, onun içində mənasız şeylər edin/anlaşılmasına hər yolla mane olun" dedilər.[#261]
27) Artıq Biz, əlbəttə ki, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] şiddətli bir əzab daddıracağıq. Və həqiqətən onlara, işlədikləri əməllərin ən pisini əvəz olaraq verəcəyik.
28) Bax bu, Allahın düşmənlərinin cəzasıdır; atəşdir. Ayələrimizi bilə-bilə inkar edən kəslər olduqlarının cəzası olaraq, onlar üçün orada əbədiyyət yurdu vardır.
29) Və o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş olan o kəslər]: "Ey Rəbbimiz! Bizi doğru yoldan azdıran, bildiyimiz-bilmədiyimiz hər kəsi bizə göstər. Onlar ən aşağıdakılardan olsunlar deyə biz onları ayaqlarımızın altında saxlayaq" dedilər.
30,31,32) Şübhəsiz, "Rəbbimiz Allahdır" deyib sonra düz olanlar; onların üstünə, xəbərçi ayələr davamlı enər; "Qorxmayın və kədərlənməyin. Sizə vəd olunan cənnətlə sevinin. Biz, dünya həyatında və axirətdə sizə yol göstərən, kömək edən, sizi himayə edənik. Cənnətdə, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayan, geniş mərhəmət sahibindən bir nemət olaraq sizin üçün nəfsinizin arzuladığı hər şey var. Orada istədiyiniz şeylər sizin üçündür."
33,34) Və Allaha dəvət edib/yalvarıb saleh əməl işləyən və "Mən müsəlmanlardanam" deyən kəsdən daha gözəl danışan kim ola bilər? Ve tüm güzellikler/tüm iyilikler eşit olmaz; tüm çirkinlikler/tüm kötülükler de eşit olmaz. Kötülüğü, güzelin/iyiliğin en güzeli/en iyisi olanı ile sav dəf et. O zaman səninlə ədavət aparan kimsə, sanki istiqanlı bir yaxının [olar].
35) Bu yetkin davranış ancaq səbr edənlərə əta edilər, bu ancaq böyük bir pay sahibi olanlara verilər.
36) Və əgər şeytandan gələn pis bir düşüncə səni təhrik etsə, dərhal Allaha sığın. Şübhəsiz ki, ən yaxşı eşidən və ən çox bilən məhz O Özüdür.
37) Və gecə, gündüz, günəş və ay Onun işarətlərindən/nişanələrindəndir. Günəşə və aya boyun əyib tabeçilik göstərməyin. Və əgər yalnız Allaha bəndəlik edirsinizsə, onları yaratmış olan Allaha boyun əyib tabeçilik göstərin.
38) Buna baxmayaraq, onlar əgər təkəbbür göstərsələr bilsinlər ki, Rəbbini yaxşı tanıyan insanlar hər zaman Onun üçün Allahı nöqsan sifətlərdən pak tutar və onlar heç yorulub usanmazlar.
39) Şübhəsiz ki, sənin yer üzünü boynu bükük görməyin və Biz onun üzərinə su endirdiyimiz zaman onun hərəkətə gələrək qabarması da Onun işarətlərindən/nişanələrindəndir. Şübhəsiz ki, ona həyat verən, həqiqətən ölüləri də dirildəcəkdir. Şübhəsiz ki, O, hər şeyə qadirdir.
40) Şübhəsiz işarətlərimiz/nişanələrimiz haqqında düzgünlükdən ayrılıb inkara yönələn kəslər Bizdən gizli qalmaz. O halda, atəşə atılacaq olan kəs daha xeyirlidir, yoxsa qiyamət günü əmin-amanlıq içində gələcək kəs? İstədiyinizi edin. Şübhəsiz ki, Allah etdiklərinizi ən yaxşı görəndir.
41,42) Şübhəsiz, Öyüd/Quran gəldikdə onu bilə-bilə inkar edən kəslər... Və şübhəsiz, o Öyüd/Kitab, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edən, təriflənən, tərifə layiq olan tərəfindən nazil edilmişdir. Önündən və arxasından/heç bir tərəfindən batilin ona yol tapa bilmədiyi çox şərəfli bir kitabdır.
43) Sənin barəndə, səndən əvvəlki elçilərə deyilənlərdən başqa bir şey deyilmir. Şübhəsiz ki, sənin Rəbbin həqiqətən bağışlama sahibidir və şiddətli bir əzabın sahibidir.
44) Və əgər Biz o öyüdü/Quranı əcnəbi dildə bir oxuma [kitabı] etsəydik, əlbəttə, onlar: "Ayələr müfəssəl olaraq verilməli deyildimi? Əcnəbi dilmi, ərəbcəmi!" deyəcəkdilər. De ki: "O, iman edən kəslər üçün bir bələdçi və bir şəfadır." İman gətirməyənlərin isə qulaqlarında bir ağırlıq vardır. Və o Öyüd/Quran, onlar üçün bir korluqdur. Onları çox uzaq bir məkandan çağırmaqdadırlar.
45) Və and olsun ki, Biz Musaya Kitabı vermişdik, ancaq onun barəsində ixtilaf edilmişdi. Əgər Rəbbin tərəfindən verilmiş Söz[#262] olmasaydı, həqiqətən aralarında [hökm] verilmiş olardı. Və şübhəsiz ki, onlar, bunun [Quran] barəsində həqiqətən şübhə içindədirlər və əskik məlumata sahibdirlər.
46) Hər kim saleh əməl işlərsə, artıq öz üçün işləmiş olar. Kim də bir pislik etsə, artıq öz əleyhinədir. Və sənin Rəbbin qullara qətiyyən haqsızlıq edən deyil.
47) O saat haqqında məlumat yalnız Allaha məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə qabığından çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz, bala salmaz. Və Allah, onlara: "Mənim şəriklərim haradadır?" deyə səsləndiyi gün, onlar: "Bizdən heç bir şahid olmadığını Sənə ərz edirik" deyərlər.
48) Əvvəlcədən ibadət etdikləri şeylər də onlardan uzaqlaşıb qeyb oldu. Onlar, qaçıb can qurtarmağa bir yer olmadığını da yaxşıca başa düşdülər.
49) İnsan xeyir diləməkdən usanmaz, ona bir pislik üz verdikdə isə dərhal, üzülər, ümidsizliyə qapılar.
50) Və əgər ona üz verən çətinlikdən sonra dərgahımızdan ona bir mərhəmət daddırsaq, heç şübhəsiz: "Bu mənim haqqımdır. Və qiyamətin qopma anının gələcəyini güman etmirəm. Və əgər Rəbbimə qaytarılsam, Onun dərgahında heç şübhəsiz, mənim üçün ən gözəli vardır" deyər. Bu səbəblə kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə], etdiklərini qəti olaraq bildirəcəyik və onlara, mütləq sərt bir cəza daddıracağıq.
51) Və Biz insana nemət verdiyimiz zaman, o, üz çevirər, yan gəzər. Ona bir pislik üz verdikdə isə çoxlu-çoxlu dua sahibidir; elə hey yalvarar.
52) De ki: "Heç düşündünüzmü? Əgər Quran, Allahın dərgahındandırsa və sonra siz bu həqiqəti ört-basdır etmişsinizsə... Uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?"
53) Onun haqq olduğu meydana çıxana qədər, həm xarici aləmdə, həm öz bədənlərində[#263] işarətlərimizi/nişanələrimizi onlara göstərəcəyik. Rəbbinin şübhəsiz hər şeyə şahid olması kifayət deyilmi?
54) Gözünüzü açın! Şübhəsiz ki, onlar Rəbblərinə qovuşacaqlarına şübhə edirlər. Gözünüzü açın! Şübhəsiz ki, Allah hər şeyi əhatə etmişdir.