Hud

1,2,3,4) Əlif/1, Lam/30, Ra/200.[#202] Bu Quran, Allahdan başqasına ibadət etməyəsiniz; ancaq Allaha ibadət edəsiniz deyə ayələri, şirk qoşaraq edilən səhvi; öz zərərinə olan əməl işləməyin və fitnə-fəsadın qarşısını almaq üçün qoyulmuş qayda-qanun və düsturları ehtiva edən/pozulmasının qarşısı alınmış, bir də ən yaxşı qanun qoyan, [bir şeyin] pozulmasının qarşısını ən yaxşı alan/[bir şeyi] möhkəm, dayanıqlı edən, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı bilən [Allah] tərəfindən müfəssəl izah edilmiş bir kitabdır: "Şübhəsiz ki, mən sizin üçün Onun tərəfindən, xəbərdarlıq etmək və müjdə vermək üçün göndərilən biriyəm. Və Rəbbinizdən əfv diləyin, sonra da Ona tövbə edin ki, sizi müəyyən bir müddətin sonuna qədər yaxşıca bəhrələndirsin. Və hər fəzilət sahibinə nemətlərini versin. Və əgər üz döndərsəniz, mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram. Dönüşünüz sadəcə Allahadır. Və O hər şeyə qadirdir."[#203]
5) Xəbəriniz olsun! Şübhəsiz ki, onlar, Elçidən/vəhydən gizlənmək üçün sinələrini bürmələyib bükər. Xəbəriniz olsun! Onlar libaslarına bürünərkən, gizlədikləri şeyləri, aşkar etdikləri şeyləri Allah bilir. Şübhəsiz ki, Allah, kökslərdə olanı ən yaxşı biləndir.
6) Və yer üzündə heç bir kiçik-böyük canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah, onun yaşayış yerində də, müvəqqəti olduğu yeri[#204] də bilir. Hamısı açıq-aşkar bir kitabdadır.
7) Və Allah, hansınızın daha gözəl əməl işləyəcəyini imtahan etmək üçün göyləri və yeri altı mərhələdə yaradandır. -Kainat, əvvəlcə su halında idi; Onun taxtı[#205] su üstündə idi; Allah o mərhələdə də hökmran, planlayıb idarə edən idi.-[#206] Və əgər onlara, "Həqiqətən siz öldükdən sonra dirildiləcəksiniz" desən, o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş olan o kəslər] də həqiqətən sənə, "Bu, açıq-aydın bir sehrdən/sehrbazdan başqa bir şey deyil" deyəcəklər.
8) Və əgər Biz bunların əzabını, başçısı olan müəyyən bir tayfa yaranana qədər təxirə salsaq, o zaman da, "Ona mane olan nədir ki?" deyəcəklər. Xəbəriniz olsun! O əzab onlara gəldiyi gün, dəf olunası deyil. Və istehza etdikləri o şey onları əhatə etmişdir.
9,10,11) Və əgər, səbr edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərdən -Bax bunlar üçün əfv və böyük mükafat var- başqa insana, tərəfimizdən bir mərhəmət daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz o, ümidsiz, çox nankor olar. Və əgər, bədbəxtlikdən sonra ona xoşbəxtliyi daddırsaq, əlbəttə, "Artıq fəlakətlər məndən sovuşdu" deyər. Və şübhəsiz, o, öyünən, lovğalanan biridir.
12) İndi sən, "Ona bir xəzinə endirilsəydi, yaxud da onunla birgə bir mələk gəlsəydi nə olardı!" dedikləri üçün, sənə gələn vəhyin bir hissəsini tərk edəcək olursan və bundan ötrü sinənin sıxılır. Sən ancaq xəbərdarlıq edən birisən. Allah isə hər şeyi müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir.
13) Əslində onlar, "Onu özündən uydurdu!" deyirlər. De ki: "Elə isə, əgər doğru deyirsinizsə, uydurma da olsa, buna bənzər on surə gətirin, Allahın altındakılardan bacardığınız kəsləri də çağırın."
14) Yox, əgər belə dedikdə onlar sizə cavab verməsələr, artıq bilin ki, Quran ancaq Allahın elmi ilə nazil edilmişdir. Və Ondan başqa məbud deyə bir şey yoxdur. Artıq siz müsəlman olursunuzmu?
35) Yaxud da "Onu uydurdu" deyirlər. De ki: "Əgər onu mən uydurmuşamsa, günahı mənim boynumdadır. Mən isə sizin etdiyiniz günahlardan uzağam."[#207]
15) Hər kim bəsit dünya həyatını və zinətini istərsə, etdiklərinin əvəzini, heç bir şeyi əskiltmədən, burada tamam-kamal ona verərik. Onlar orada heç bir zərər çəkməzlər.
16) Bax onlar üçün axirətdə atəşdən başqa bir şey yoxdur. Etdikləri işlər, işlədikləri əməllər də orada boşa gedəcək. Etdikləri şeylər də itib getməyə məhkumdur.
17) Artıq dünyanı istəyənlər, heç Rəbbindən açıq-aydın bir dəlil ilə gələn və Rəbbindən bir şahid təqib etdiyi və qarşısında bir rəhbər və mərhəmət olaraq Musanın kitabı olan kəsə tay ola bilərmi? Bax belə olanlar, Qurana inanar. Hansı əleyhdar qrupdan olursa olsun, kim Quranı ört-basdır etsə, ona vəd edilən yer atəşdir. Bax bütün bunlardan ötrü sən də Qurandan əskik məlumat içində olma. Həqiqətən o, Rəbbindən bir haqqdır/gerçəkdir. Lakin insanların çoxu iman gətirmirlər.
18,19) Və bir yalanla Allaha iftira edəndən daha səhv; öz zərərinə əməli işləyən kim ola bilər? Bunlar Rəbbinə ərz olunacaq, şahidlər də "Bax bunlar Rəbbi barəsində yalan söyləyənlərdir" deyəcəklər. Xəbəriniz olsun! Allah yolundan döndərməyə çalışan və o yolu əyri-üyrü vəziyyətə salmaq istəyən və axirətə də inanmayan, bu səhv; öz zərərinə olan əməli işləyən kəslərə Allah lənət edəcək/onları Öz mərhəmətindən məhrum edəcək.
20,21,22) Bax onlar yer üzündə aciz qoya bilənlər deyil. Allahın altındakılardan onları qoruyan, yol göstərən, kömək edən yaxınları yoxdur. Onlar üçün əzab qat-qat artırılacaqdır. Onlar vəhyi eşitməyə dözümləri yox idi və görmürdülər. Bax onlar, özlərinə zərər vermiş olan kəslərdir. O uydurduqları şeylər də onlardan uzaqlaşıb qeyb olacaq. Şübhə yoxdur ki, həqiqətən axirətdə də ən çox ziyana/itkiyə məruz qalıb acı çəkəcək olanlar məhz onlardır.
23) Şübhəsiz iman edənlər, yaxşılaşdırmaq qayəsi ilə əməl işləyənlər və Rəbbinə dərin hörmət və təvazökarlıq ilə bağlananlar, bax bunlar da cənnət əhlidir. Onlar orada əbədi olaraq qalacaq.
24) Bu iki qrupun misalı, kor və kar ilə görən və eşidən kimidir. Bunlar misal olaraq heç bir-birinə tay ola bilərmi? Hələ də düşünməyəcəksiniz/öyüd qəbul etməyəcəksiniz?
25,26) Və and olsun ki, Nuhu da öz qövmünə elçi olaraq göndərdik: "Həqiqətən, mən sizin üçün açıq-aşkar xəbərdarlıq edənəm. Allahdan başqasına ibadət etməyin! Mən, sizin üçün acı bir günün əzabından qorxuram."
27) Bunun müqabilində, o qövmün kafirlərinin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərinin] başbilənləri belə dedilər: "Biz səni ancaq bizim kimi adi bir insan olaraq görürük. Sənə dayaz fikirli aşağı təbəqədən/səfillərdən başqa heç kimin tabe olduğunu görmürük. Sizin bizdən bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!"
28,29,30,31) Nuh: "Ey qövmüm! Heç düşündünüzmü, bəlkə mən Rəbbimdən açıq-aydın bir dəlil ilə gəlmişəm, O, mənə Öz tərəfindən bir rəhmət bəxş etmişdir və bu sizdə gizli saxlanmışdır?! -Siz ondan xoşlanmadığınız halda, Biz sizi ona məcbur edərikmi?-" Və: "Ey qövmüm! Mən sizdən hər hansı bir mal istəmirəm. Mənim muzdum ancaq Allah yanındadır. Və mən iman gətirənləri qovan deyiləm. Onlar əlbəttə Rəbblərinə qovuşacaqlar. Lakin mən sizi cahil bir toplum olaraq görürəm." Və: "Ey qövmüm! Mən onları qovsam, Allaha qarşı mənə kim kömək edəcək? Yaxşı, siz heç düşünmürsünüzmü? Və mən sizə, 'Allahın xəzinələri mənim yanımdadır' demirəm. Və mən görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi bilmirəm. Mən sizə ‘Mən bir mələyəm' də demirəm. Sizin öz ağlınızla xor gördükləriniz haqqında, 'Allah onlara heç bir xeyir verməz' də demirəm. Allah, onların daxilindəkini ən yaxşı biləndir. Bax, o zaman mən həqiqətən səhv; öz zərərinə olan əməli işləyən biri olaram." dedi.
32) Onlar dedilər ki: "Ey Nuh! Bizimlə mübahisə etdin, mübahisəmizi artırdın. Haydı, artıq doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!"
33,34) Nuh dedi: "Onu sizə ancaq Allah istəsə gətirər. Və siz Onu aciz qoya bilməzsiniz. Mən sizə öyüd vermək istəsəm də, əgər Allah sizi yoldan azdırmaq istəsə, mənim nəsihətim sizə bir fayda verməz. O sizin Rəbbinizdir və ancaq Ona qaytarılacaqsınız."
36,37) Və Nuha belə vəhy olundu: "Həqiqətən xənin qövmündən artıq iman etmiş olanlardan başqa heç kəs iman gətirməyəcək. Onun üçün, onların etdikləri şeylərdən qəmlənmə. Və Bizim nəzarətimiz altında və vəhyimizə görə gəmi düzəlt. Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər haqqında Mənə müraciət etmə. Həqiqətən onlar mütləq suya qərq olacaqlar."
38,39) Və o, gəmi düzəldirdi, qövmünün bəzi başbilənləri hər dəfə onun yanından keçərkən onu məsxərəyə qoyurdular. Nuh dedi ki: "Bizi məsxərəyə qoyursunuz, eynilə siz bizi məsxərəyə qoyduğunuz kimi biz də sizi məsxərəyə qoyacağıq." -Artıq o alçaldıcı əzabın kimə gələcəyini və o sürəkli əzabın kimin üstünə enəcəyini gələcəkdə biləcəksiniz.-
40) Nəhayət əmrimiz gəldiyi və iş qızışdığı zaman[#208] Biz dedik ki: "Hər növdən bir cütü və əleyhinə hökm verilmiş olanların xaricində ailə üzvlərini və iman gətirənləri onun içinə mindir." -Onsuz Onunla birlikdə çox az adam iman etmişdi.-
41) Və Nuh dedi ki: "İçərisinə minin, onların axması da, dayanması da Allahın adı ilədir. Şübhəsiz, Rəbbim həqiqətən çox bağışlayandır, çox mərhəmətlidir."
42) Və gəmilər dağlar kimi; sapsağlam, yıxılmadan, yıpranmadan onlarla, dalğalar içində axıb gedirdi. Və Nuh ayrı bir yerə çəkilən oğluna səsləndi: "Oğlum! Bizimlə birgə min, kafirlərlə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərlə] birgə olma!"
43) Nuhun oğlu dedi ki: "Mən, özümü sudan qoruyacaq bir dağa sığınacağam." Nuh: "Bu gün Allahın mərhəmət etdiyindən başqasını, Allahın bu əmrindən qoruyacaq heç kim yoxdur." dedi. Və dalğa aralarına girdi. O da suda boğulanlardan oldu.
44) Və: "Ey yer üzü, suyunu ud! Ey səma sən də tut!" deyildi. Sular da çəkildi. Əmr də yerinə gəlmiş oldu. Gəmi də Cudi üzərinə oturdu. Və o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfaya: "Uzaq olun [məhv olun, tarixdən silinin]!" deyildi.
45) Və Nuh Rəbbinə səslənib dedi ki: "Ey Rəbbim! Oğlum mənim əhlimdən idi. Sənin vədin də şübhəsiz ki, haqdır. Və Sən, hakimlərin ən hakimisən."
46) Allah: "Ey Nuh! Şübhəsiz ki, o sənin əhlindən deyil. Şübhəsiz ki, o, saleh olmayan bir işdir/o, saleh olmayan bir əməl işləmişdir. Haqqında məlumatın olmayan bir şeyi Məndən istəmə! Şübhəsiz ki, Mən, səni, cahillərdən [biri] olmaqdan çəkindirirəm" dedi.
47) Nuh, "Ey Rəbbim! Mən, haqqında məlumatım olmayan bir şeyi istəmiş olmaqdan ötrü Sənə sığınıram. Və əgər Sən məni bağışlamasan, mənə rəhm etməsən, mən zərərə/itkiyə məruz qalaraq əzab çəkənlərdən olaram" dedi.
48) Deyildi ki: "Ey Nuh! Bizdən [sənə] bir salam və səninlə birgə olanlardan gələcək ümmətlərə bir salam və bolluq bəxş edilməklə gəmidən en." -Və gələcəkdə bir çox nemət verəcəyimiz, sonra da buna görə tərəfimizdən ağrılı bir əzaba düçar olacaq neçə-neçə ümmətlər var.-
49) Nuh barəsində bu deyilənlər, sənə vəhy etdiyimiz görünməyən, eşidilməyən, hiss edilməyən xəbərlərdəndir. Bunları sən və qövmün bundan əvvəl bilmirdiniz. O halda səbr et. Şübhəsiz ki, aqibət, Allahın mühafizəsi altına daxil olanlara məxsusdur.
50,51,52) Ad qövmünə də qardaşları Hudu elçi göndərdik. O, dedi ki: "Ey qövmüm! Allaha ibadət edin. Sizin üçün Ondan başqa məbud yoxdur. Siz yalançılardan başqa bir şey deyilsiniz. Ey qövmüm! Bunun müqabilində mən sizdən heç bir muzd istəmirəm. Mənim muzdum ancaq məni yoxdan yaradana aiddir. Hələ də ağıllanmayacaqsınızmı? Ey qövmüm! Rəbbinizdən əfv diləyin, sonra Ona tövbə edin ki, sizə göydən bol-bol göndərsin və gücünüzə güc qataraq sizi artırsın. Və günahkarlar olaraq arxanızı çevirməyin."
53,54,55,56,57) Onlar dedilər ki: "Ey Hud! Bizə açıq-aşkar bir dəlil ilə gəlmədin. Və biz, sənin sözünlə məbudlarımızı tərk etməyəcəyik. Biz, sənə inanan da deyilik. Ancaq 'Tanrılarımızdan bəzisi sənə çox möhkəm xətər toxundurmuşdur‘ deyə bilərik." Hud dedi ki: "Şübhəsiz ki, mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən, Allahın altındakılardan Ona şərik qoşduqlarınızdan uzağam. Hadydı, elə isə hamınız mənə qarşı hiylə qurun, sonra məni heç gözlətməyin. Şübhəsiz ki, mən, həqiqətən, mənim də Rəbbim olan, sizin də Rəbbiniz olan Allaha işin nəticəsini tapşırdım. İrili-xırdalı, hərəkət edən heç bir canlı yoxdur ki, O [Allah], onu kəkilindən tutub sorğuya çəkməsin. Şübhəsiz ki, mənim Rəbbim doğru bir yoldadır. Buna baxmayaraq, yenə də üz döndərsəniz, mən sizə nə ilə göndərilmişəmsə, bax onu təbliğ etdim. Və mənim Rəbbim, başqa bir qövmü sizin yerinizə gətirər. Və siz Ona heç bir şəkildə və heç bir yolla zərər verə bilməzsiniz. Heç şübhəsiz ki, Rəbbim, hər şeyi qoruyub hifz edəndir."
58) Və nə zaman ki, əmrimiz gəldi, Hudu və onunla birgə iman edən kəsləri Öz tərəfimizdən bir rəhmət ilə xilas etdik, Biz onları çox ağır bir əzabdan da xilas etdik.
59,60) Və bax bu, Rəbbinin ayələrinə baş qaldıran, Onun elçilərinə asi olan və hər bir inadkar zalımın əmrinə tabe olan Ad qövmüdür. Bu dünyada və qiyamət günündə onların arxasınca lənət göndərildi. Xəbəriniz olsun! Ad qövmü, Rəbblərinə inanmadı. Xəbəriniz olsun! Hudun qövmü olan Ad qövmünə məhv olmaq/tarixdən silinmək [payı] verildi.
61,62) Səmuda da qardaşları Salehi elçi göndərdik. O, dedi ki: "Ey xalqım! Allaha ibadət edin. Sizin üçün Ondan başqa məbud yoxdur. O, sizi yer üzündən əmələ gətirən və sizi orada yaşadandır. Artıq Ondan əfv istəyin. Sonra Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim çox yaxındır, yalvarışlara cavab verəndir." Dedilər ki: "Ey Saleh! Sən, bundan əvvəl aramızda, axtarılan/ümid bəslənən bir adam idin. İndi isə atalarımızın ibadət etdiklərinə ibadət etməyi bizə qadağanmı edirsən? Və heç şübhəsiz biz, bizi dəvət etdiyin şey barəsində zehnimizi qarışdıran bir qəti olmayan, əskik məlumat içindəyik."
63,64) Saleh dedi ki: "Ey qövmüm! Əgər mən Rəbbimdən açıq-aşkar bir dəlil ilə gəlmişəmsə və O mənə Özündən bir rəhmət vermişsə... Bu halda Ona asi olsam, məni Allahdan kim qoruya bilər? O zaman siz də mənə zərər vurmaqdan başqa bir şey artırmırsınız. Və ey qövmüm! Budur, sizə işarət/nişan olaraq səlat [maddi və zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmək] vəzifəsi. Artıq, qoyun bu [iş] Allahın yer üzündə tətbiq edilsin. Və ona bir pislik etməyin; sonra sizi yaxın [olan] bir əzab yaxalayar.
65) Beləliklə, onlar həyat qaynaqlarını qurudaraq öldürdülər. Bunun müqabilində Saleh dedi ki: "Daha üç gün yurdunuzdan faydalanın. Bax bu, yalan çıxmayacaq bir vəddir."
66) Artıq nə zaman ki, əmrimiz gəldi, Salehi və onunla birgə iman edən kəsləri Öz tərəfimizdən bir mərhəmətlə xilas etdik. O günün əzab-əziyyətindən də xilas etdik. Heç şübhəsiz ki, sənin Rəbbin, güclü, mütləq üstün olandır.
67) Və şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəsləri qorxunc bir gurultu yaxaladı, öz evlərində diz üstə çöküb qaldılar.
68) Sanki orada heç rifah içində yaşamamışdılar. Xəbəriniz olsun! Heç şübhəsiz ki, Səmud qövmü həqiqətən Rəbblərinə inanmadılar. Xəbəriniz olsun! Səmud üçün uzaqlıq [payı] verildi.
69) Və and olsun ki, İbrahimə də elçilərimiz müjdə ilə gəldilər, "Salam!" dedilər. O, "Salam!" dedi, sonra da qızıl verməkdə[#209] gecikmədi.
70) Sonra da onların ona əl uzatmadığını gördükdə, bunu qəribə qarşıladı və daxilində onlara qarşı bir qorxu oyandı. Onlar: "Qorxma, şübhəsiz, biz Lut qövmünə göndərilmişik" dedilər.
71) Və İbrahimin qadını ayaq üstündəydi, güldü. Sonra ona İshaqı, İshaqın ardınca da Yəqubun müjdəsini verdik.
72) İbrahimin qadını dedi ki: "Vay! Mən doğacağam?! Mən, əri işə yaramayan bir zavallıyım, bəxtsiz, bədbəxt bir qadınam. Bu ərim də yaşlı bir adamdır! Şübhəsiz ki, bu, çox qəribə bir şeydir!"
73) Elçilər: "Sən Allahın işinə təəccübmü edirsən? Allahın rəhməti və bərəkəti sizin üzərinizdədir. Ey ev əhli! Şübhəsiz ki, O, təriflənməyə layiq olan, səxavəti geniş olandır" dedilər.
74) Sonra İbrahimin qorxusu əməlli-başlı keçib getdikdə və ona müjdə verildikdə, Bizimle Lut qövmü haqqında mübahisəyə başladı.
75) Şübhəsiz ki, İbrahim, çox yumşaq xasiyyətli, çox yalvarıb-yaxaran/kövrək ürəkli/yönələn biri idi.
76) -"Ey İbrahim! Bundan əl çək. Həqiqətən, sənin Rəbbinin əmri qəti olaraq gəldi və heç şübhəsiz onlara dəf edilməsi mümkün olmayan bir əzab gələcək."-
77) Və nə zaman ki, elçilərimiz Lutun yanına gəldilər, bundan ötrü o kədərləndi, bunlar barəsində əli-qolu bağlanıb qaldı və "Bu, qorxunc bir gündür!" dedi.
78) Və onun qövmü tələsik onun yanına gəldi. Onlar daha əvvəl də çirkin işlər edirdilər. Lut dedi: "Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır.[#210] Onlar sizin üçün daha təmizdir. Gəlin Allahın mühafizəsi altına daxil olun, məni qonaqlarım barəsində rəzil-rüsvay etməyin. Aranızda heç ağlı başında bir adam yoxdurmu?"
79) Onlar: "Heç şübhəsiz ki, sən bilirsən ki, bizim sənin qızlarında hər hansı bir haqqımız yoxdur. Və şübhəsiz ki, sən bizim nə istədiyimizi yaxşı bilirsən." dedilər.
80) Lut: "Kaş ki, sizə qarşı bir gücüm-qüvvətim olaydı, ya da əlçatmaz bir bölgəyə/güclü bir tayfaya sığına biləydim!" dedi.
81) Qonaq elçilər dedilər: "Ey Lut! Şübhəsiz ki, biz sənin Rəbbinin elçiləriyik. Onlar sənə əsla toxuna bilməyəcəklər. Sən, gecənin bir vaxtında ailənlə birgə dərhal yola düş. Və içinizdən heç kəs geri baxmasın [burada olanları, keçmişdəkiləri düşünməsin], zövcəndən başqa. Şübhəsiz ki, onlara düşən şeydən onun da [payına] düşəcək. Şübhəsiz ki, vəd edilən vaxt səhər vaxtıdır. Sabah vaxtı yaxın deyilmi?" dedilər.
82,83) Nəhayət əmrimiz gəldikdə, oranın altını üstünə çevirdik. Və bişmiş palçıqdan, Rəbbinin dərgahında üstünə işarə qoyulmuş, yığılmış daşları onların üstünə yağdırdıq. Və bunlar, şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlərdən uzaq deyil.
84,85,86) Mədyən [xalqına] da qardaşları Şüeybi elçi göndərdik. Şüeyb dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin üçün Ondan başqa məbud yoxdur. Ölçünü və tərəzini əskik tutmayın. Şübhəsiz ki, mən sizi xeyir ilə görürəm. Və mən, əhatə edəcək bir günün əzabından sizin üçün qorxuram. Və ey qövmüm! Ölçərkən və çəkərkən haqqaniyetli olun. İnsanların əşyalarını əskiltməyin və yer üzündə fitnə-fəsad törədənlər olaraq pislik etməyin. Əgər möminsinizsə, Allahın izin verdiyi/halal olaraq sizə lütf etdiyi mənfəət, sizin üçün daha xeyirlidir. Və mən sizin üçün bir himayəçi deyiləm."
87) Onlar dedilər ki: "Ey Şüeyb! Atalarımızın ibadət etdiklərindən və ya mallarımızla nə istəsək onu etməkdən əl çəkməyi sənə sənin səlatın [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirməyi ehtiva edən dinin] əmr edir? Şübhəsiz ki, sən yumşaq xasiyyətli və ağılı başında bir adamsan."
88,89,90) Şüeyb dedi: "Ey qövmüm! Heç düşündünüzmü? Əgər mən Rəbbimdən bir dəlil ilə gelmişəmsə və əgər O, mənə Öz dərgahından gözəl bir ruzi bəxş etmişsə!? Və Mən, sizə qarşı çıxaraq sizə qadağan etdiyim şeylərə özüm düşmək istəmirəm. Mən, sadəcə gücüm çatdığı qədər sizi islah etmək istəyirəm. Müvəffəq olmağım da ancaq Allah ilədir. Mən, ancaq Ona işin nəticəsini tapşırdım və ancaq Ona üz tuturam. Və ey qövmüm! [Qorxun ki,] Mənə qarşı gəlməyiniz sizi Nuh qövmünün və ya Hud qövmünün və ya Saleh qövmünün başlarına gələn müsibətlər kimi bir müsibətə düçar etsin. Və Lut qövmü sizdən çox uzaq deyil; onlarla sizin inanış və davranışınız eynidir/Lut qövmü, haqqında kafi məlumata sahib olduğunuz bir qövmdür. Və Rəbbinizdən bağışlanmağınızı diləyin, sonra Ona tövbə edin. Şübhəsiz ki, mənim Rəbbim çox mərhəmətlidir, çox sevəndir."
91) Şüeybin qövmü dedi ki: "Ey Şüeyb! Biz sənin dediklərinin çoxunu yaxşı başa düşmürük. Səni aramızda çox zəif [gücsüz] görürük. Əgər sənin qohumların/tərəfdarların olmasaydı, həqiqətən səni daşqalaq edərək öldürərdik. Və sənin bizə qarşı heç bir üstün gücün/qalib gəlmək imkanın yoxdur."
92,93) Şüeyb dedi: "Ey qövmüm! Sizə qarşı mənim qohumlarım/tərəfdarlarının Allahdan daha güclüdürmü/dəyərlidirmi? Və Allahı arxaya atır [unudursunuz]. Şübhəsiz ki, Rəbbim bütün etdiklərinizi hər tərəfdən əhatə etmişdir. Və ey qövmüm! Var qüvvənizlə edəcəyiniz nə varsa edin! Şübhəsiz ki, mən [də] edərəm. Rüsvay edici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Gözləyin, şübhəsiz, mən sizinlə birgə gözləyəcəyəm."
94,95) Və nə zaman ki, əmrimiz gəldi, Şüeybi və onunla birlikdə iman olan kəsləri, tərəfimizdən bir rəhmət ilə xilas etdik. Və şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəsləri qorxunc bir səs yaxaladı və onlar öz evlərində çöküb qaldılar. Sanki onlar orada zengince heç yaşamamışdılar. Xəbəriniz olsun! Səmud qövmü necə uzaqlaşdı isə Mədyənin [payına] da elə məhv olmaq/tarixdən silinmək düşəcək.
96,97) And olsun ki, Biz Musanı da ayələrimizlə və açıq-aşkar bir dəlil ilə Firon və onun əyanlarının yanına elçi olaraq göndərdik. Amma onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri ağıl işlədən/doğruya çatdıran deyil.
98) Firon qiyamət günündə tayfasının qabağına düşər. -Artıq Firon, öz tayfasını atəşə aparmışdır. O gedilən yer nə pis bir yerdir!-
99) Və bu dünyada və qiyamət günündə lənətlənərək təqib edildilər. -Verilen bu bəxşiş nə pis bəxşişdir!-
100) Keçmişə dair bu sözlər, şəhərlərin ciddi xəbərlərindən, vacib məlumatlarındandır. Biz, onu sənə söyləyirik; onlardan ayaq üstə qalan və biçilmiş əkin [kimi] olan da vardır.
101) Və onlara Biz zülm etmədik; lakin onlar özlərinə zülm etdilər, səhv; öz zərərlərinə olan əməli işlədilər. Onun üçün Rəbbinin əmri gəldikdə, Allahın altındakılardan ibadət etdikləri tanrılar onlara heç bir şey vermədi və onlara ziyandan başqa bir şey artırmadılar.
102) Və Rəbbin, əhalisi şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər olan şəhərləri yaxaladıqda, Onun yaxalamağı bax belədir. Şübhəsiz ki, Onun yaxalaması çox ağrılıdır, çox çətindir!
103) Şübhəsiz, axirət əzabından qorxan kəslər üçün bunda həqiqətən bir işarət/nişan var. O, insanların özləri üçün yığışdığı bir gündür və həqiqətən görülməli bir gündür.
104) Və Biz onu yalnız müəyyən bir müddətə qədər təxirə salırıq.
105) O gün gəldikdə, Allahın icazəsi olmadan heç kim danışmaz. Bax o gün insanlardan bir qismi bədbəxt və bir qisimi də xoşbəxtdir.
106,107) Bax o bədbəxt olanlar cəhənnəm atəşi içindədirlər. Onlar üçün orada köks ötürmə və hıçqırma vardır. Göylər və yer durduqca[#211] onlar da o atəşdə sürəkli qalacaqlar. -Ancaq Rəbbinin dilədiyi istisna olmaqla.- Həqiqətən, Rəbbin istədiyi şeyi ən yüksək səviyyədə edəndir.
108) Və o xoşbəxt olanlara gəldikdə, onlar da göylər və yer durduqca, arxası kəsilməyən bir nemət olaraq cənnətin içində sürəkli qalacaqlar. -Ancaq Rəbbinin dilədiyi istisna olmaqla.-
109) O halda, əsla bunların ibadət etdikləri şeylər barəsində şübhə içində olma! Onların əcdadları daha əvvəl necə ibadət edirdisə, onlar da elə ibadət edirlər. Şübhəsiz ki, Biz də onlara nəsiblərini həqiqətən əskiksiz ödəyəcəyik.
111) Və şübhəsiz, hamısı o kəslərdir ki, onların etdiklərinin əvəzini Rəbbin onlara tam ödəyəcək. Şübhəsiz ki, O, onların etdikləri şeylər barəsində layiqincə məlumat sahibidir.
110) Və and olsun ki, Biz Musaya kitab verdik, sonra o barədə ixtilafa düşdülər. Əgər Rəbbindən daha əvvəl verilmiş bir Söz[#212] olmasaydı, əlbəttə bu dünyada dərhal cəzalandırılardılar. Və onlar şübhəsiz, Quran barəsində tərəddüd doğuran bir qəti olmayan, əskik məlumat içindədirlər.
112) Bax buna görə, sənə əmr edildiyi kimi doğru ol! Səninlə birgə tövbə edənlər də doğru olsunlar. Və həddi aşmayın! Həqiqətən Allah, sizin etdiklərinizin hamısını layiqincə görəndir.
113) Və Allahın ortağı olduğunu qəbul edərək səhv, öz zərərlərinə olan əməli işləyən kəslərə meyl etməyin, yoxsa sizə atəş toxunar. Və sizin üçün Allahın altındakılardan kömək edən, yol göstərən, qoruyan yaxınlar yoxdur. Sonra kömək görə bilməzsiniz.
114) Və gündüzün iki tərəfində və gecənin yaxın saatlarında səlatı [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə işini] yerinə yetir, çünki yaxşılıqlar pislikləri aradan qaldırar. Bu, ibrət götürənlər üçün bir öyüd-nəsihətdir.
115) Və səbr et! Çünki şübhəsiz, Allah yaxşılıq-gözəllik eləyənlərin mükafatlarını itirməz.
116) Bax, sizdən əvvəlki dövrlərdən "qalan şeylərin" [söz, əsər, fəzilət] sahibləri; ağıllı insanlar, Kitab Əhli, yer üzündə fitnə-fəsad törətməyi qadağan etməyə çalışsaydılar! Lakin onların içindən xilas etdiyimiz az sayda adam bunu etdi. Allahın ortağı olduğunu qəbul etməklə, Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməklə səhv; öz zərərinə olan əməli işləyən o kəslər isə, onları qudurdan rifahın arxasınca düşdülər və günahkarlar oldular.
117) Və sənin Rəbbin, əhalisi sahmana salan insanlar olduğu halda o məmləkətləri haqsız yerə dəyişikliyə/məhvə məruz qoymaz.
118,119) Əgər Rəbbin istəsəydi, insanları əlbəttə başçısı olan vahid bir qövm edərdi. Halbuki Rəbbinin mərhəmət etdiyi kəslər istisna olmaqla, onlar hələ də ixtilafdadırlar. Onları bax bunun üçün əmələ gətirmişdir. Və Rəbbinin, "And olsun ki, cəhənnəmi bildiyiniz-bilmədiyiniz, tanıdığınız-tanımadığınız insanlarla; onların hamısıyla dolduracağam" Sözü tamamilə yerinə yetmişdir.
120) Və elçilərin xəbərlərindən qəlbinə qüvvət verəcək olanların hamısını sənə qissələr şəklində nəql edirik. Və bunda sənə bir həqiqət, möminlərə də öyüd-nəsihət və xatırlatma gəlmişdir.
121,122) Və inanmayan o kəslərə de ki: "Əlinizdən gələni edin! Şübhəsiz ki, biz [də] edərik. Gözləyin! Şübhəsiz ki, biz [də] gözləməkdəyik."
123) Və göylərin və yerin görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi ancaq Allaha aiddir. Və bütün iş/əmələ gəliş də ancaq Ona dönəcək. O halda, Ona ibadət et, nəticəni Ona tapşır. Və Rəbbin, sizin nə etdiklərinizdən xəbərsiz, bunlara qarşı laqeyd deyil.