əl-Bələd

1,2,3,4) Fikirləşdiyini kimi deyil; bu şəhərdə yaşayan bütün insanları, ilk insandan bu yana törəyib gəlmiş bütün insanları sübut gətiririəm ki, Biz insanı həqiqətən bir məşəqqətdə yaratdıq. Sən də bu insanlardan birisən; sən də məşəqqətdə olacaqsan.[#78]
5) O, elə güman edir ki, heç kəsin ona gücü çatmayacaq;
6,7) "Mən çoxlu mal-dövlət tələf etdim" deyir! O, elə güman edir ki, heç kəs onu görmür?
8,9) Biz ona iki göz, bir dil və iki dodaq vermədikmi?
10) Və Biz ona açıq iki yol göstərdik.
11) Fəqət o, sərt yoxuşa can atmadı.
12) Və o sərt yoxuşun nə olduğunu sənə nə bildirdi?
13,14,15,16,17) Bir kölǝ azad etməkdir və ya hər yeri qıtlıq bürüyən bir gündə yaxınındakı bir yetimə və ya torpağa sərilmiş sürünən yoxsula, işsizə yemək yedirməkdir. Sonra da iman edərək bir-birinə səbri tövsiyə edənlərdən və mərhəməti tövsiyə edənlərdən olmaqdır.
18) Bax bunlar, səadətə və uca mərtəbəyə çatanlardır.
19,20) Ayələrimizi ört-basdır edənlər uğursuzluq-məşumluq sahiblərinin özüdür ki var. Onların üzərində, qapıları möhkəm bağlanmış bir od var.