2) Bu Kitabın endirilməsi, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edən Allah tərəfindəndir.
3,4,5) Şübhəsiz, göylərdə və yer üzündə möminlər üçün işarətlər/nişanələr vardır. Və sizin yaradılışınızda və əmələ gətirib yaydığı kiçik-böyük bütün canlılarda da tam yəqinliklə inanan bir qövm üçün işarətlər/nişanələr vardır. Və gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göydən bir ruzi endirib, onunla yer üzünü öldükdən sonra diriltdiyi şeydə və küləkləri döndərib dolandırmasında ağılını işlədən bir qövm üçün işarətlər/nişanələr vardır.
6) Bax bunlar, Bizim sənə haqq olaraq oxumaqda olduğumuz Allahın ayələridir. Sənə onları layiqincə oxuyuruq. Artıq onlar, Allahdan və Onun ayələrindən sonra, hansı sözə/hansı fakta inanacaqlar?
7) Çok yalançı, çox günahkar kəslərin hamısının vay halına!
8) O, Allahın ayələrinin özünə oxunduğunu eşidir, sonra da təkəbbüründən onu sanki eşitmirmiş kimi yenə öz bildiyini edir. Artıq sən ona, ağrılı bir əzabla müjdə ver!
9,10) Və o, ayələrimizdən bir şey öyrənib bildiyi zaman onu məsxərəyə qoyar. Bax onlar üçün alçaldıcı bir əzab; arxalarında cəhənnəm var. Qazandıqları şeylərin və Allahın altındakılardan qəbul etdikləri himayəçi, yol göstərən yaxınların onlara heç bir faydası olmaz. Və onlar üçün böyük bir əzab vardır.
11) Bu xəbərdarlıqlar, yol göstərmək üçündür. Rəbbinin ayələrini bilə-bilə inkar edən kəslər üçün ən pisindən ağrılı bir əzab vardır.
12,13) Allah, içində gəmilərin üzməsi, sizin də Onun nemətlərindən ruzi axtarmanız və sizə verilən nemətlərin əvəzini ödəməniz üçün dənizi sizə ram edən/istifadənizə uyğun şəkildə və xassədə yaradandır. Və O, göylərdə və yer üzündə olan hər şeyi Öz tərəfindən sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün işarətlər/nişanələr vardır.
14,15) İman etmiş kəslərə söylə: "Allahın hər qövmü öz qazandıqları ilə cəzalandırması üçün, Allahın ciddi cəza gününə ümidi olmayan; axirətə inanmayan kəsləri bağışlasınlar, özləri cəzalandırmağa çalışmasınlar, Allaha tapşırsınlar. Hər kim saleh əməl işləsə, öz lehinədir. Kim də bir pislik etsə, öz əleyhinədir. Sonra Rəbbinizə qaytarılacaqsınız."
16) Və and olsun ki, Biz İsrail oğullarına kitab, hökm; qanun və peyğəmbərlik verdik. Və onlara təmiz, xoş olan nemətlərdən ruzi verdik. Və onları aləmlərə üstün etdik.
17) Və onlara Allahın Özünə xas işlərinə dair açıq-aşkar dəlillər verdik. Sonra onlar, yalnız özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Həqiqətən, Rəbbin, ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında qərar verəcək.
18) Sonra da səni Allahın Özünə xas işlərindən açıq-aşkar bir yol xəritəsinin/ictimai həyat qanunlarının sahibi etdik. Artıq, sən ona tabe ol, bilməyən kimsələrin boş-müvəqqəti arzularına uyma.
19) Şübhəsiz, onlar, Allah qarşısında sənə heç bir fayda verə bilməzlər. Və şübhəsiz ki, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin bəzisi bəzisinin köməkçi, yol göstərən, himayəçi yaxınıdır. Allah isə Özünün mühafizəsi altına daxil olan kəslərin köməkçi, yol göstərən, himayəçi yaxınıdır.
20) Quran, insanlar üçün qəlblə dərkediş, tam yəqinliklə inanan qövm üçün bir yol göstərmə və mərhəmətdir.
21) Yoxsa pislik eləyən o kəslər, özlərini, həyatlarında və ölümlərində, iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə tay tutacağımızı zənn edirlər? Nə pis mühakimə yürüdürlər!
22) Və Allah göyləri və yer üzünü haqq ilə və hər kəsə etdiyinin əvəzini vermək məqsədi ilə əmələ gətirdi. Və onlara haqsızlıq edilməz.
23) Yaxşı, sən, öz boş-müvəqqəti arzusunu özünə məbud qəbul edən və Allahın Öz elminə əsasən doğru yoldan azdırdığı, qulağını və qəlbini möhürlədiyi və gözünün üstünə bir pərdə çəkdiyi kimsəni gördünmü/heç düşündünmü? Artıq, Allahdan sonra ona kim doğru yol bələdçiliyi edəcək? Yenə də öyüd alıb düşünürmürsünüz?"
24) Yenə onlar: "Həyat, ancaq bu dünya həyatından ibarətdir. Ölərik və yaşayarıq. Bizi ancaq keçən uzun zaman dəyişikliyə/məhvə məruz qoyar" dedilər. Halbuki onların buna dair heç bir məlumatı yoxdur. Onlar, yalnız zənn edirlər.
25) Onlara ayələrimiz açıq-aydın oxunduğu zaman da: "Əgər doğru kəslərsinizsə, atalarımızı gətirin" deməkdən başqa dəlilləri yoxdur.
26,27) De ki: "Allah, sizi dirildər. Sonra O sizi öldürər, sonra da barəsində şübhəyə yer olmayan qiyamət günündə bir yerə yığacaq. Lakin insanların çoxu bilməz. Göylərin və yerin mülkü də yalnız Allaha məxsusdur. Qiyamət anının gəldiyi gün; bax o gün, batil yolda olanlar ziyana uğrayacaqlar."
28,29) Və başçısı olan hər qövmü, diz çökmüş halda görəcəksən. Başçısı olan hər qövm, öz kitabına dəvət ediləcək: "Bu gün, işlədiyiniz əməllərin əvəzi sizə veriləcək. Bax bu, sizin üzünüzə haqqı deyən kitabınızdır. Şübhəsiz ki, Biz sizin əməllərinizi yazdırırdıq/birə kopyalatıyorduk."
30) İman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə gəldikdə, artıq, Rəbbi onları Öz mərhəmətinə qovuşduracaqdır. Bax bu, açıq-aşkar qurtuluşun məhz özüdür.
31,32) O kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] gəldikdə, "Yaxşı, sizə ayələrim oxunmurdumu ki, siz təkəbbür göstərdiniz və günah işləyən bir qövm oldunuz?" Və "Allahın və'di şübhəsiz haqdır; və qiyamət anına gəlincə, onda şübhə yoxdur" deyildiyində, "Qiyamət anının nə olduğunu bilmirik, biz, yalnız zənn edirik, qəti bir məlumata sahib deyilik" dediniz.
33) Və işlədikləri şeylərin pislikləri özlərinə məlum oldu və onları, məsxərəyə qoyduqları şeylər bürüdü.
34,35) Və deyilmişdir ki: "Bu gün Biz sizi, sizin bu gününüzə qovuşmağı unutduğunuz kimi unudarıq/tərk edərik/cəzalandırarıq. Yeriniz də atəşdir. Sizin üçün yardımcılardan hər hansı biri də yoxdur. Bax bunlar, sizin Allahın ayələrini məsxərəyə qoymağınız və bəsit dünya həyatının sizi aldatması səbəbiylədir." Artıq bu gün onlar atəşdən çıxarılmaz və üzr diləmələri də qəbul edilməz/Allahın razılığını əldə etmələri də istənilməz.
36) Artıq, bütün təriflər, göylərin Rəbbi, yer üzünün Rəbbi və aləmlərin Rəbbi Allaha məxsusdur; başqasını tərifləmək olmaz.
37) Göylərdə və yer üzündə də böyüklük və hakimiyyət yalnız Ona məxsusdur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.