əl-Cumuə

1) Göylərdə və yer üzündə olan şeylər, bütün kainatın hökmdarı, pak, hər cür pislik və nöqsandan uzaq olan, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edən Allahı nöqsanlıqlardan pak tuturlar.
2,3) Şəhərlilərə/Məkkəlilərə, özlərininin içindən [seçdiyi birini] onların özlərinə və hələlik onlara qoşulmayanlara [onlardan başqalarına] Allahın ayələrini oxuyan, onları pak edən, onlara kitabı [öyrədən] və haqsızlığın, fitnə-fəsadın, qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun və düsturları öyrədən bir elçi [olaraq] göndərən Odur. -Onlar, əvvəllər açıq-aşkar bir azğınlıq içində olsalar da.- Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.
4) Elçi göndərmək, Allahın dilədiyi kəslərə əta etdiyi kərəmidir [lütfüdür]. Və Allah, böyük kərəm [lütf] sahibidir.
5) Tövrat üstlərinə yükləndikdən [çiyinlərinə qoyulduqdan] sonra onu daşımayan kəslərin halı [misalı], kitablar daşıyan eşşəyin halı kimidir. Allahın ayələrini təkzib edən qövmün məsəli necə də pisdir! Və Allah, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər qövmünə doğru yolu göstərməz.
6) De ki: "Ey Yəhudiləşmiş kəslər! Əgər insanlar arasında ancaq özünüzün Allahın yaxınları/köməkçiləri olduğuna inanırsınızsa, əgər doğruçulardansınızsa, dərhal ölümü diləyin."
7) Halbuki onlar, [öz] əlləri ilə qabaqcadan göndərdiyi şeylər/işlədikləri günahlar üzündən, ölümü əsla istəməzlər. Və Allah, səhv; öz zərərinə olan əməli işləyənləri çox yaxşı biləndir.
8) De ki: "Şübhəsiz ki, sizin qaçdığınız ölüm, mütləq sizə yetişəcək. Sonra görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi və hiss edilə bilən hər şeyi bilən [Allahın hüzuruna] qaytarılacaqsınız. O, sizə əməllərinizi [bir-bir] xəbər verəcək."
9) Ey iman etmiş kəslər! Cəm olma [toplaşma] günündə səlata [maddi və zehni baxımdan dəstək olmağa; cəmiyyəti maarifləndirməyə] çağırıldığınız zaman, dərhal Allahı yad etməyə tələsin, alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün daha xeyirlidir.
10) Sonra da səlat [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə işi] həyata keçdikdə, dərhal yer üzünə dağılın və Allahın nemətlərindən axtarın. Və zəfər qazanmaq, [öz] vəziyyətinizi qorumaq üçün Allahı çox yad edin.
11) Və onlar, bir ticarət və əyləncə gördükləri zaman ona getdilər və səni ayaq üstə qoydular. De ki: "Allahın yanında olan şeylər, əyləncədən və ticarətdən xeyirlidir. Və Allah, ruzi verənlərin ən yaxşısıdır."