əl-Ğaşiyə

1) Bürüyənin xəbəri sənə gəlib çatdımı?
2,3,4,5) Elə kəslər var ki, o gün, çalışmış, yorulmuş olmalarına baxmayaraq, əyilmiş, zəlil düşmüşdür, onlar qızğın bir atəşə söykənəcək, qızğın bir bulaqdan sulanacaqlar.
6,7) Onlar üçün qüvvət verməyən və aclığı aradan qaldırmayan quru bir tikandan başqa yemək yoxdur.
8,9,10,11,12,13,14,15,16) Elə kəslər də var ki, o gün nemətlər içindədirlər, çalışdıqlarından ötrü razı qalmışdırlar, yüksək bir cənnətdədirlər, orada boş bir söz eşitməzlər. Orada axan bir bulaq var; orada hündür taxtlar, piyalələr, düzülmüş yastıqlar, yayılmış xalçalar var.
17) Yaxşı, yenidən dirilməyə inanmayanlar dəvələrə/yağış gətirən buludlara baxmırlarmı ki, onlar necə yaradılmışdır?
18) Və göy üzünə baxmırlarmı ki, o necə ucaldılmışdır?
19) Və dağlara baxmırlarmı ki, onlar necə dikəldilmişdir?
20) Və yer üzünə baxmırlarmı ki, o necə yayılmışdır?
21,22) Haydı, öyüd-nəsihət ver/xatırlat, şübhəsiz, sən, yalnız öyüd verən/xatırladan birisən. Sən, onların üzərində [zor tətbiq edən bir] hakim deyilsən.
23,24) Ancaq/Gözünüzü açın, kim üz döndərər və küfr işləyərsə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edərsə] artıq, Allah, ona ən böyük əzab ilə əzab verəcək.
25) Şübhəsiz, onların dönüşləri yalnız Bizədir.
26) Sonra, şübhəsiz, onların haqq-hesabı da yalnız Bizə aiddir.