13,14,15,16,17) Sura bircə dəfə üfürüldüyü,[#314] yer üzü və dağlar yerindən qaldırılıb bir həmlədə bir-birinə çırpılaraq darmadağın olduğu zaman, bax o gün, "o hadisə" olacaq. Və göy yarılacaq, artıq o, o gün dayaqsız qalacaq. Bütün qüvvələr, səmanın ətrafındadır. O gün Rəbbinin böyük taxtını;[#315] varlığının birliyini, ucalığını, ən uca məqam sahibi olduğunu, yox edilən köhnə varlıqların yerinə yaradılan, daha yaxşı, daha mükəmməl yeni varlıqlar əks etdirəcəklər.
18) O gün siz geniş bir şəkildə yayılacaqsınız, sizin heç bir gizli şeyiniz gizli qalmayacaq.
19,20,21,22,23,24) Kitabı sağ əlinə verilən kimsəyə gəldikdə; o: "Alın, oxuyun kitabımı. Şübhəsiz ki, mən, hesabıma qovuşacağıma inanırdım/həqiqətən bilirdim" deyər. Artıq o, meyvələri sallanan yüksək bir cənnətdə məmnun bir ömr sürəcək. -Keçmiş günlərdə işlədiyiniz əməllərin əvəzi olaraq, nuşcanlıqla yeyin, için!-
25,26,27,28,29) Və kitabı solundan verilən kimsəyə gəldikdə, o: "Kaş ki, kitabım mənə verilməyəydi, hesabımın nə olduğunu da bilməyəydim. Nə olardı o iş bitmiş olaydı. Mal-dövlətim mənə heç bir fayda vermədi. Gücüm/nüfuzum da qeyb olub getdi" deyər.
30,31,32,33,34,35,36,37) -Onu tutun, sonra da bağlayın. Sonra cəhənnəmə söykəyin onu. Sonra da onu yetmiş arşın zəncir içərisində cəhənnəmə salın! Şübhəsiz ki, o, çox böyük olan Allaha inanmırdı. Acizləri yedirtməyə də rəğbət oyatmırdı. Bu səbəbdən, bu gün burada onun üçün heç bir səmimi dost yoxdur. Yalnız səhv edənlərin yeməyi olan bir irindən başqa yemək də yoxdur.-
4) Səmud və Ad, fəlakət qapısını şiddətlə çalanı, dəhşətə salanı təkzib etdilər.
5) Sonra, Səmud qövmünə gəldikdə; onlar qorxunc bir səslə dəyişikliyə/məhvə məruz qoyuldular.
6) Ad qövmünə gəldikdə; onlar gurultulu və azğın bir fırtına ilə dəyişikliyə/məhvə məruz qoyuldular.
7) Allah, o fırtınanı onların üstünə yeddi gecə və səkkiz gün; gecəli gündüzlü, dalbadal əsdirdi. Belə ki, o qövmü, fırtınanın içində, sanki içi boş xurma kötükləri kimi yerə sərilmiş halda görərsən.
8) Bax, indi onlara aid hər hansı bir qalıq görə bilərsənmi?
9) Firon, ondan əvvəlkilər və alt-üst edilənlər də o xəta ilə gəldilər.
10) Sonra da onlar Rəbbinin elçisinə qarşı asi oldular və Rəbbi, onları şiddətli bir əzabla yaxaladı.
11,12) Şübhəsiz, Biz, sizə bir ibrət olması üçün və dərk edən qulaqlar bunu dərk edib yadda saxlasın deyə, sular qalxanda sizi gəmidə daşıdıq.[#316]
38,39,40,41,42,43) Artıq gördüklərinizə və görmədiklərinizə and olsun ki, şübhəsiz ki, Quran, şərəfli bir Elçi sözüdür. Və o, bir şair sözü deyildir. -Siz necə də az inanırsınız!- O, bir kahin sözü də deyildir. -Siz necə də az düşünürsünüz/öyüd alırsınız!- Quran, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
44,45,46,47) Əgər Elçi/Məhəmməd, bəzi sözləri Bizim sözlərimiz kimi qələmə versəydi, həqiqətən ondan bütün gücünü alardıq. Sonra onun can damarını həqiqətən kəsərdik. Artıq sizdən heç biriniz ona qalxan da ola bilməzdiniz.
48) Və şübhəsiz, Quran, Allahın mühafizəsi altına daxil olan kəslər üçün bir öyüd-nəsihətdir.
49) Və Biz, həqiqətən sizdən yalan sayanların varlığını bilirik.
50) Və şübhəsiz, Quran, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün bir həsrətdir.
51) Və şübhəsiz Quran, gerçək bir həqiqətdir.
52) O halda, çox böyük olan Rəbbinin adını pak tut!