əl-Həşr

1) Göylərdə və yer üzündə olan şeylər, Allahı hər cür nöqsanlıqdan pak tuturlar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.
2) Allah, Kitab əhlindən Allahın məbud və rəbb olduğuna inanmayan kəsləri, ilk toplanış üçün öz yurdlarından çıxarandır. Siz, onların çıxacaqlarını güman etmirdiniz. Onlar da, şübhəsiz, inanırdılar ki, qalaları onları Allahdan mütləq qoruyacaq, ancaq Allahın əzabı, onlara gözləmədiklər yerdən gəldi. Və Allah, onların qəlblərinə, evlərinin həm öz əlləriylə, həm də möminlərin əlləriylə uçurulub dağıdılacağı qorxusunu saldı. Ey ağıl sahibləri! Artıq ibrət alın!
3) Və əgər Allah, onlara sürgün yazmasaydı, həqiqətən, onlara dünyada əzab verərdi. Axirətdə də onlar üçün Atəşin əzabı var.
4) Dünyada sürgün, axirətdə atəş cəzası, onların Allaha və Elçisinə qarşı çıxıb arxalarını çevirmələri səbəbiylədir. Və kim Allaha qarşı çıxıb arxasını çevirsə, bilsin ki, şübhəsiz, Allahın əzabı/haqq-hesab çəkməsi çox şiddətlidir.
5) Xurma ağaclarından hər hansı bir şey kəsməyiniz və ya onları kökləri üstündə [salamat] qoymağınız Allahın izni ilə/məlumatı daxilində və Onun, haqq yoldan çıxan kəsləri rüsvay etməsi üçündür.
6) Və Allahın, onlardan [Öz] Elçisinə verdiyi "fəy"lər [döyüşmədən əziyyətsiz əldə edilən gəlirlər] [ki var]; siz, o gəlirlər üçün at oynatmadınız, dəvə də sürmədiniz; heç zəhmət çəkmədiniz. Lakin Allah, elçilərini istədiyi kəslərin üstünə göndərər. Və Allah, hər şeyə ən yaxşı qadirdir.
7,8) Allahın, o şəhərin əhalisindən, Elçisinə verdiyi "fəy"lər [döyüşmədən, əziyyətsiz əldə edilən gəlirlər] içərinizdəki zənginlər arasında dövlət olmasın; gücün gətirdiyi rifah olmasın deyə, Allaha, Elçiyə, yaxın olanlara; yoxsul mühacirlərə -onlar ki, Allahın lütfünü və rizasını axtararkən yurdlarından və mallarından çıxarılmışdırlar, Allaha və Elçisinə kömək edərlər; bax onlar, məhz doğru kəslərdir- yetimlərə, miskinlərə, səfərdə olanlara məxsusdur. Elçi sizə nə verirsə, onu dərhal alın. Sizə nəyi qadağan etsə, ondan uzaq dayanın. Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allahın haqq-hesab çəkməsi/əzabı çox şiddətlidir!
9) Onlardan əvvəl o yurda və imana yiyələnən kəslər də, özlərinə [öz yanlarına] hicrət edənləri sevər, onlara verilənlərə görə ürəklərində bir ehtiyac hiss etməzlər. Özlərinin ehtiyacları olsa belə, onları özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən özünü qorusa, məhz onlar, müvəffəqiyyətə nail olanlardır.
10) Və Peyğəmbər dövründəki inananlardan sonra gələn kəslər belə deyərlər: "Rəbbimiz! Bizi və imanla bizdən qabağa keçmiş qardaşlarımızı bağışla, qəlblərimizdə iman etmiş kəslər üçün kin yaratma! Rəbbimiz! Şübhəsiz ki, Sən çox şəfqət və mərhəmət göstərənsən, çox qoruyansan, asanlaşdıransan, dərin mərhəmət sahibisən!"
11) Kitab əhlindən Allahın məbud və rəbb olduğuna inanmayan qardaşlarına: "And olsun ki, əgər siz öz yurdunuzdan çıxarılsanız, həqiqətən biz də sizinlə birlikdə çıxarıq, sizin əleyhinizə heç kəsə əbədiyyən itaət etmərik. Əgər sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!" deməkdə olan, münafiqləşən kəsləri görmədinmi/heç düşünmədinmi? Və Allah, şahidlik edər ki, şübhəsiz ki, onlar həqiqətən yalançıdırlar.
12) And olsun, əgər onları çıxarsalar, onlarla birlikdə çıxmazlar. Yenə and olsun, əgər onlarla vuruşsalar, onlara kömək etməzlər; and olsun, əgər kömək etsələr belə, mütləq dönüb qaçarlar. Sonra da onlara kömək edilməz.
13) Həqiqətən, onların ürəklərinde adamlıq baxımından, siz, Allahdan daha şiddətlisiniz. Onların, Allahdan çox sizdən qorxmaqları, şübhəsiz, onların anlayışı yaxşı olmayan bir qövm olmasındandır.
14,15,16) Onlar, hamılıqla sizinlə döyüşə bilməzlər, ancaq, möhkəmləndirilmiş şəhərlərdə yaxud divarların arxasında döyüşərlər. Onların öz aralarındakı çəkişmələr, özlərindən bir az əvvəl əməllərinin günahını dadan, axirətdə də acı bir əzab gözləyən kəslərin vəziyyəti kimi çox çətindir. Sən onların birlikdə olduqlarını güman edirsən, halbuki onların qəlbləri, eynilə, insana "Küfr işlə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar et" deyib, [insan] küfr işlədikdə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etdikdə] isə "Həqiqətən mən, səndən uzağam; şübhəsiz mən aləmlərin Rəbbi olan Allahdan qorxuram" deyən o şeytanın misalında olduğu kimi dağınıqdır. Belədir, çünki onlar, ağlını işlətməyən bir qövmdür.
17) Axırda ikisinin də aqibəti, Atəşin içində əbədi qalmaqdır. Və bu, şirk qoşaraq, küfr işləyərək səhv, öz zərərlərinə olan əməli işləyənlərin cəzasıdır.
18,19) Ey inanan kəslər! Allahın mühafizəsi altına daxil olun; hər kəs sabah üçün nə hazırladığına baxsın. Və Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah əməllərinizdən xəbərdardır. Və Allahı yada salmayan kəslər kimi olmayın: Beləliklə Allah, onların özlərini özlərinin yadına salmaz. Bax onlar, məhz yoldan çıxmış kəslərdir.
20) Atəş əhli ilə cənnətin əhli bir olmaz. Cənnət əhli məhz nicat tapanlardır.
21) Əgər Biz, bu Quranı bir dağa/çox iri cüssəli, məsuliyyət daşıyan bir varlığa nazil etsəydik, Allah qarşısında hörmət, məhəbbət və elmlə ürpərməsi səbəbindən onun səmimiyyətlə ehtiram göstərdiyini, baş əydiyini və parça-parça olduğunu görərdin. Və Biz, bu misalları insanlar üçün çəkirik ki, bəlkə düşünələr.
22) O, Özündən başqa məbud deyə bir şey olmayan Allahdır. Görünməyəni və görünəni biləndir. O, yaratdığı bütün canlılara dünyada çox mərhəmət edəndir, dərin mərhəmət sahibidir.
23) O, Özündən başqa məbud deyə bir şey olmayan Allahdır. O, bütün kainatın hökmdarıdır, tərtəmizdir, hər cür pislik və nöqsanlıqdan uzaq, hər cür qüsurdan uzaq; möhkəm, etibarlı, hifz edən, qoruyan, təsdiqləyən və mötəbər, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, istədiyini məcburi qaydada etdirən, əlçatmaz, əzəmətli, ehtiyacları aradan qaldıran, işləri düzəldən, çarə tapan, böyüklük və ucalıqda tək olan; hər şeydə və hər hadisədə böyüklüyünü göstərəndir. Allah, onların qoşduqları şeylərdən pakdır.
24) O, əmələ gətirən, qüsursuz yaradan, hər şeyə şəkil və surət verən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yer üzündə olanlar Onu nöqsan sifətlərdən pak tuturlar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.