əl-Əhzab

1) Ey Peyğəmbər! Allahın mühafizəsi altına daxil ol, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] və münafiqlərə itaət etmə. Şübhəsiz ki, Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.
2) Və Rəbbindən sənə vəhy edilən şeylərə tabe ol. Şübhəsiz ki, Allah sizin nə etdiyiniz barəsində çox məlumat sahibidir.
3) Və Allaha işin nəticəsini tapşır, "bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən" olaraq da Allah bəs edər.
4) Allah, bir kişinin köksündə iki ürək yaratmayıb; bir adam həm mömin, həm də kafir olmaz, mütləq bu ikisindən biridir. Və zihar etdiyiniz;[#354] ananıza oxşadaraq and içdiyiniz zövcələrinizi də ananız olaraq qəbul etmədi. Övladlığa götürdüklərinizi də doğma uşağınız saymadı. Bu, sizin öz dilinizlə dediklərinizdir. Allah isə haqqı deyir. Və Yola yönəldir.
5) Övladlığa götürdükləriniz öz atalarının adları ilə çağırın; bu, Allah yanında daha haqqaniyetlidir. Əgər atalarını tanımırsınızsa, artıq onlar dində sizin qardaşlarınız və müqaviləylə yaxınlıq etdiyiniz kəslərdir. Qəlblərinizin qəsdən etdiyi; şüurlu olaraq, plan quraraq etdiyiniz istisna olmaqla, etdiyiniz səhvlərə görə sizə bir günah yoxdur. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.
6) Peyğəmbər, möminlərə öz nəfslərindən daha yaxındır, Peyğəmbərin zövcələri möminlərin analarıdır. Və qohumlar, Allahın yazısında hamısı eyni dərəcədədir, -himayəçi yaxınlarınıza hər kəs tərəfindən məqbul sayılan bir davranış nümayiş etdirməyiniz istisna olmaqla- möminlərdən və mühacirlərdən daha üstündürlər. Bu, kitabda yazılmışdır.
7,8) Və bir vaxt Biz, doğru [danışan] kəslərdən doğruluqlarını xəbər almaq üçün peyğəmbərlərdən; Nuhdan, İbrahimdən, Musadan, Məryəm oğlu İsadan "möhkəm əhd" almışdıq. Səndən də "möhkəm əhd" aldıq. Biz, onlardan ağır bir "möhkəm əhd" aldıq. Və Allah, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün ağrılı bir əzabı hazırladı.
9) Ey iman etmiş kəslər! Allahın sizə olan nemətini xatırlayın. Bir vaxt sizin üstünüzə ordular gəlmişdi, Biz onların üstünə bir külək və sizin görmədiyiniz ordular göndərmişdik. Və Allah, işlədiyin əməlləri görəndir.
10) Bir vaxt onlar üst tərəfinizdən və sizdən daha aşağı [tərəfdən] sizin üstünüzə gəlmişdilər. Və bir vaxt gözlər [bayılan adamların gözləri kimi] əyilmiş, ürəklər ağza gəlmişdi. Və siz Allah barəsində elə hey zənnə qapılırdınız.
11) Bax burada möminlər cəfa çəkdirilərək sınanmış və çox şiddətli bir sarsıntı ilə sarsılmışdılar.
12) Və o vaxt münafiqlər və qəlblərində bir xəstəlik olanlar; pis düşüncəli kəslər: "Allah və Elçisi bizə bir aldanışdan başqa bir vəd verməmişdir" deyirdilər.
13) Və o vaxt onlardan bir qrup: "Ey Yəsrib/Mədinə əhalisi! Sizin üçün qalacaq yer yoxdur, dərhal geri dönün" deyirdilər. Onlardan bir qismi də, "Evlərimiz həqiqətən müdafiəsizdir" deyərək Peyğəmbərdən icazə istəyirdilər. Halbuki evləri müdafiəsiz deyildi. Onlar, sadəcə olaraq qaçmaq istəyirdilər.
14) Əgər onların üstünə [hücum çəkilib] evlərinin hər bucağından girilsəydi, sonra da xalq arasında fitnə-fəsad çıxarmaları tələb olunsaydı, bunu mütləq yerinə yetirərdilər. Bunu [etmək üçün] çox gözləməzdilər.
15) Və heç şübhəsiz ki, onlar bundan əvvəl, arxalarını çevirib qaçmayacaqları barədə Allaha and içərək 'möhkəm söz' vermişdilər. Və Allahın əhdinin/Allaha verilən sözlərin məsuliyyəti.
16) De ki: "Əgər ölməkdən və ya öldürməkdən qaçırsınızsa, qaçmaq heç vaxt sizə kömək olmaz. Və o zaman sadəcə çox az bəhrələndiriləcəksiniz [çox az müddət dünyada dolanıb-keçinəcəksiniz]."
17) De ki: "Əgər Allah sizin üçün bir yamanlıq diləsə yaxud sizə bir mərhəmət [yaxşılıq] diləsə, sizi Allahdan kim qoruya bilər?" Həm də onlar özlərinə Allahın altındakılardan yol göstərən, himayəçi bir yaxın tapa bilməzlər, bir köməkçi də [tapa bilməzlər].
18,19) Şübhəsiz, Allah, sizlərdən o mane olanları, təmbəllik edənləri və sizi qısqanaraq qardaşlarına: "Bizə tərəf gəlin!" deyənləri bilir. Və onlar çətinliyə [dözməyə] çox az gəlirlər. Sonra o qorxu gəlib yetişdikdə, sən onların, ölüm [qorxusundan] bayılan kəslər kimi gözləri hədəqəsindən çıxmış halda sənə baxdıqlarını gördün. Sonra o qorxu sovuşanda, yaxşılığa qısqanclıq edərək sizə qarşı iti dillərini işə saldrılar. Bax onlar iman etmədilər, Allah da əməllərini puç etdi. Və bu, Allah üçün çox asandır.
20) Onlar, birləşmiş düşmən dəstələrinin çıxıb getmədiyini zənn edirdilər. Əgər düşmən birlikləri gələsi olsa, çöldə bədəvi ərəblər içində öz yerlərini alıb sizə dair xəbərləri soruşmaq istəyərlər. Və əgər onlar sizin aranızda olsaydılar çox az vuruşardılar.
21) And olsun ki, Allah Elçisi sizin; Allaha və son günə ümid bəsləyən və Allahı çox xatırlayan kəslər üçün gözəl bir nümunədir.
22) Möminlər birləşmiş düşmən dəstələrini gördükləri zaman: "Bu, Allahın və Elçisinin bizə vəd etdiyi şeydir. Allah və Elçisi doğru söylədi "dedilər. Bu, onların yalnız imanını və etibarını artırdı.
23,24) Möminlərdən elə kəslər var ki, Allaha, imanlarının gərəyi olaraq etməli olduqları şeylərə sədaqət göstərdilər. Onlardan bəziləri nəzirini verən/canını verən kəslərdir, bəziləri də gözləyən kəslərdir. -Onlar, Allah doğru kəsləri doğruluqları səbəbiylə mükafatlandıracağı, münafiqlərə isə istəsə əzab verəcəyi yaxud da tövbə nəsib edəcəyi üçün, sərbəst hərəkət edərək öz mövqelərini dəyişdirmədilər.- Şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhm edəndir.
25) Və Allah kafirləri [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] hər hansı bir xeyir əldə edə bilmədikləri halda [və] kinləriylə [birlikdə] geri oturtdu. Və döyüşdə möminlərə Allah kifayət etdi. Və Allah çox güclüdür, mütləq qalibdir.
26,27) Həm də Allah Kitab əhlindən kafirlərlə köməkləşənləri öz qalalarından endirdi. Və ürəklərinə qorxu saldı: Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız. Və Allah, onların ərazilərinə, yurdlarına və mallarına və hələ ayağınız dəyməyən bir yerə sizi varis [o malın yaxud yerin son sahibi] etdi. Və Allah, hər şeyə ən yaxşı gücü çatandır.
28,29) Ey Peyğəmbər! Zövcələrinə de: "Əgər siz bəsit dünya həyatını və onun bəzəkli cazibəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və gözəl bir tərzdə sizi boşayım. Əgər siz Allahı, Elçisini və son yurdu istəyirsinizsə, onda heç şübhəsiz ki, Allah, sizdən yaxşılaşdıran-gözəlləşdirənlər üçün çox böyük bir əvəz hazırlamışdır."
30,31) Ey Peyğəmbərin qadınları! Sizdən kim açıq-aşkar bir çirkin arsızlıq etsə, günahının cəzası iki qat artıq olacaq. Bu da Allah üçün çox asandır. Sizdən kim də Allaha və Elçisinə həmişə ehtiram göstərsə və saleh əməl işləsə, ona da əvəzini ikiqat verərik. Və Biz ona gözəl, bol ruzi hazırlamışıq.
32,33,34) Ey Peyğəmbərin qadınları! Siz hər hansı bir qadın deyilsiniz; əgər Allahın mühafizəsi altına daxil olursunuzsa, artıq danışanda naz-qəmzə ilə danışmayın ki, sonra qəlbində xəstəlik olan; pis düşüncəli kəs tamah edər. Sözü adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən şəkildə danışın. Evlərinizdə vüqarlı olun, ilk cahiliyyət [dövrünün] dəbdəbəsi kimi dəbdəbəli görünməyin, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın-qoruyun], zəkatı/vergini verin, Allaha və Elçisinə itaət edin. -Ey Əhli-beyt! Həqiqətən, Allah sizdən kiri götürmək və sizi pak etmək istəyər.- Və evlərinizdə oxunan Allahın ayələrini və haqsızlığın, fitnə-fəsadın, qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun və prinsipləri xatırlayın. Heç şübhəsiz ki, Allah, çox lütfkardır, gizlinləri biləndir, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı biləndir.
35) Şübhə yoxdur ki İslam dininə daxil olan kişilər və İslam dininə daxil olan qadınlar, mömin kişilər və mömin qadınlar, ehtiram göstərən kişilər və ehtiram göstərən qadınlar, doğru kişilər və doğru qadınlar, səbirli kişilər və səbirli qadınlar, təvazökar/qəlbləri Allah qarşısında qorxu və ehtiramla dolu olan kişilər və [belə olan] qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox yada salan kişilər və Allahı çox yada salan qadınlar üçün Allah məğfirət [bağışlanma] və çox böyük bir mükafat hazırlamışdır.
36) Və Allah və Elçisi bir işə hökm verəndə, heç bir mömin kişiyə və mömin qadına öz işlərində sərbəstlik [öz ixtiyarları ilə hərökət etmək] yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə o, açıq-aydın azğınlığa düşmüşdür.
37) Bir vaxt sən, Allahın nemət verdiyi və sənin də nemət verdiyin adama: "Zövcəni çətin də olsa yanında saxla və Allahın mühafizəsi altına daxil ol!" deyirdin və insanlardan çəkinərək Allahın aşkar edəcəyi şeyi öz içində gizli saxlayırdın. Halbuki daha layiqlisi bu idi ki, Allahın qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərəsən. Artıq Zeyd,[#356] Zeynəblə əlaqəsini kəsdikdə, Biz seni Zeynəbə zövc etdik.[Belə etdik] ki, oğulluqları zövcələrini boşadığı zaman, oğulluqlarından ayrılan qadınla evlənmək barədə möminlər üçün bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.
38,39) Allahın ona fərz buyurduğu bir şeydə Peyğəmbər üçün bir çətinlik yoxdur. Daha əvvəl gəlib-getmiş kəslərdə; Allahın verdiyi elçilik vəzifəsini təbliğ edən, Allah qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərən və Allahdan başqa heç kimin qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərməyən kəslər barədə Allahın qayda-qanunu belədir. Haqq-hesab çəkməyə Allah yetər.
40) Məhəmməd, sizin [aranızdaki] kişilərdən heç birinin atası deyil. O, yalnızca Allahın elçisi və peyğəmbərlərin sonuncusudur.[#357] Və Allah, hər şeyi ən yaxşı biləndir.
41,42) Ey iman edən kəslər! Allahı xatırlamağınız 'çox xatırlamaq' şəklində olsun. Və Onu hər zaman nöqsanlıqlardan pak tutun.
43,44) O, sizləri zülmətdən işığa çıxartmaq üçün sizə kömək edəndir. Onun təbiətdəki gücləri/nazil etdiyi xəbərçi ayələri kömək edirlər. Və O, möminlərə [qarşı] çox mərhəmətlidir. Ona qovuşacaqları gün, salamlaşmaları "salam"dır. Allah onlar üçün mötəbər bir mükafat hazırlamışdır.
45,46,47,48) Ey Peyğəmbər! Şübhəsiz ki, Biz, səni, bir şahid, bir müjdəçi, bir xəbərdarlıqçı, Allahın izni ilə/məlumatı daxilində Allaha dəvət edən biri və işıq saçan bir çıraq olaraq göndərdik/elçi etdik. Sən də inananlara, onlar üçün həqiqətən Allahdan böyük bir bəxşiş olduğunu müjdələ. Kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] və münafiqlərə itaət etmə, onların verdiyi əziyyətlərə əhəmiyyət vermə. Və sən, işin nəticəsini Allaha tapşır. Və "bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən" olaraq Allah bəs edər.
49) Ey iman etmiş kəslər! Mömin qadınları nikahlayıb, sonra da onlara toxunmadan boşadığınız zaman, artıq sizin üçün onların üzərlərində bir gözləmə müddəti saymağa ehtiyac yoxdur. Dərhal onları bəhrələndirin və onları gözəl bir şəkildə sərbəst buraxın.
50) Ey Peyğəmbər! Şübhəsiz ki, Biz, mehrlərini[#358] verdiyin zövcələrini; Allahın qənimət olaraq sənə verdiklərindən müqavilə ilə malik olduqlarını/müharibə əsirlərindən sənin himayənə verilmiş qadınları; əminin, bibinin, dayının və xalanın qızlarından səninlə birgə hicrət edənləri və özünü Peyğəmbərə bağışlayan, Peyğəmbərin də nikahlamaq istədiyi mömin qadını -möminlərin səviyyəsindən aşağı olmaq üzrə və yalnız sənə məxsus olaraq- sənə halal etdik. Biz öz zövcələri və müqavilələrinin malik olduqları şeylər[#359] barədə sənin xaricindəki möminlərə nəyi vacib buyurduğumuzu qəti surətdə bilirik, daha əvvəl izah etdik. Bu hal; sənə məxsusi olaraq gətirilən çoxarvadlılıq və digər məxsusi maddələr, sənin üçün bir çətinlik olmasın deyədir. Və Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmağa və çox bağışlayandır, dərin mərhəmət sahibidir.
51) Onlardan istədiyini təxirə sala, istədiyini də yanına götürə bilərsən. Uzaqlaşdıqlarından, istək hiss etdiyinə qayıtmaqda sənin üçün bir qorxu yoxdur. Onların gözlərinin aydın olması və kədərlənməmələri üçün və sənin onlara verdiklərindən hamısının razı qalması üçün ən münasib olan budur. Allah qəlblərinizdə olanları bilir. Allah, hər şeyi biləndir, çox həlimdir.
52) Bundan sonra [bunlardan başqa] qadınlar və bunları başqa qadınlar ilə dəyişdirmək -gözəllikləri xoşuna gəlsə belə- sənə halal olmaz. Ancaq andının malik olduğu/müharibə əsiri olub sənin himayənə verilənlər istisnadır; onu nikahına ala bilərsən. Allah, hər şeyə nəzarət edib, hər şeyi yoxlayandır.
53) Ey iman edən kəslər! Peyğəmbərin evlərinə sadəcə -vaxta baxmadan- yeməyə icazə verildikdə daxil olun. Amma dəvət olunduğunuzda dərhal girin. Yeməyi yedikdən sonra da dərhal dağılışın. Söz [söhbət] üçün gözləməyin. Şübhəsiz ki, bu hərəkətiniz Peyğəmbərə əziyyət verir, sonra o, sizdən çəkinir. Allah isə haqdan/həqiqətən çəkinməz. Onun xanımlarından [lazımlı] bir şey istəyərkən də pərdə arxasından/otaqlarına girmədən istəyin. Belə etməyiniz, sizin qəlbləriniz və onların qəlbləri üçün daha təmizdir. Və sizin, Allahın Elçisinə əziyyət etməyiniz və özündən sonra xanımlarını da əbədiyyən nikahlamağınız əsla olmaz. Bu, Allah yanında çox böyük [bir günahdır].
54) Siz bir şeyi aşkar etsəniz, yaxud onu gizləsəniz, bilin ki, şübhəsiz Allah, hər şeyi ən yaxşı biləndir.
55) Peyğəmbərin zövcələrinə ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar və müqavilələrinin sahib olduğu kəslər[#360] barədə bir günah yoxdur. -Və siz/Peyğəmbərin zövcələri, Allahın mühafizəsi altına daxil olun.- Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.
56) Şübhəsiz, Allah və təbiətdəki gücləri/nazil etdiyi Quran ayələri Peyğəmbəri dəstəkləyirlər/[ona] kömək edirlər/arxa çıxırlar. Ey iman etmiş kəslər! Siz də Peyğəmbərə dəstək olun/Ona kömək edin/arxa çıxın və onun təhlükəsizliyini tamamən etibarlı bir şəkildə təmin edin!
57) Şübhəsiz, Allaha və Elçisinə əziyyət verənlər [ki var]; Allah onları dünyada və axirətdə kənarlaşdırmışdır. Və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.
58) Mömin kişilərə və mömin qadınlara kazandırtılmadıkları bir şeydən ötrü əziyyət edən kəslər də, həqiqətən, bir böhtanı və açıq-aşkar bir günahı öz üzərlərinə götürmüşlər.
59) Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, üstlərinə üst patlarlarıyla örtsünlər. Tanınıb əziyyət edilməmələri üçün, bu daha münasibdir. Allah çox bağışlayandır və çox mərhəmət edəndir.
60,61,62) And olsun ki, əgər o münafiqlər və qəlblərində bir xəstəlik olan; pis düşüncəli kəslər və Mədinədə fitnə-fəsad törədənlər elədikləri bu işlərdən əl çəkməsələr, həqiqətən onları uzaqlaşdırmaq surətiylə səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə orada yalnız qısa bir müddət qonşu ola bilərlər; Allahın, daha əvvəl gəlib-getmiş kəslər barəsində qayda-qanununa [uyğun] olaraq, harada ələ keçsələr tutulub, mərhəmət edilmədən, acımasızlıqla öldürülərlər. Və sən Allahın qanununda/qaydalarında əsla bir dəyişiklik görməzsən!
63,73) Adamlar səndən qiyamətin qopma vaxtı barədə soruşurlar. De ki: "Onun xəbəri Allahın münafiq kişilərə, münafiq qadınlara, şərik qoşan kişilərə, şərik qoşan qadınlara əzab verməsi; Allahın mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etməsi üçün ancaq Allahın yanındadır. Nə bilirsən, bəlkə də qiyamətin qopma vaxtı yaxındır. Və Allah çox bağışlayandır, çox rəhm edəndir."[#361]
64,65,66) Həqiqətən Allah kafirləri [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] uzaqlaşdırıb gözdən salmış və içində əbədi qalmaları üçün, onlara çığlınca yanan bir atəş hazırlamışdır. Onlar orada, himayəçi bir yaxın və bir köməkçi tapa bilməzlər. Üzləri atəşin içində o yan-bu yana çevrildiyi gün, "Ah, kaş ki Allaha itaət edəydik, Peyğəmbərə itaət edəydik!" deyəcəklər.
67,68) Və dedilər ki: "Ey Rəbbimiz! Şübhəsiz ki, biz ağalarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara əzabı ikiqat ver və onları tamamilə uzaqlaşdır/rəhmətindən məhrum et."
69) Ey iman etmiş kəslər! Siz Musaya əziyyət edən kəslər kimi olmayın. Allah Musanı, əziyyət edənlərin dedikləri [böhtanlardan] təmizə çıxardı. Və o, Allah yanında bir mövqe sahibi/qiymətli biri idi.
70,71) Ey iman etmiş kəslər! Allahın mühafizəsi altına daxil olun və möhkəm dəlili olan söz söyləyin. [Belə edin] ki, Allah işlərinizi lehinizə düzəltsin, günahlarınızı da bağışlasın. Hər kim Allaha və Elçisinə itaət edərsə, o, həqiqətən çox böyük bir zəfər ilə xilas olar.
72) Şübhəsiz, Biz əmanəti [bütövlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə sərdik, yaydıq, ancaq onlar onu daşımağı/gizləməyi, tanınmaz hala gətirməyi, gözdən salmağı qəbul etmədilər [öz üstlərinə götürmədillər], bütünlüyün, qüsursuzluğun, mükəmməlliyin götürülüb aparılmasından, tanınmaz hala gətirilməsindən qorxdular. Və onu insan daşıdı/gizlədi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xəyanət etdi]. Şübhəsiz ki, insan, çox səhv hərəkət edən; öz zərərinə olan əməli işləyən və çox cahildir.