əl-İnfitar

1,2,3,4,5) Göy çatladığı zaman, ulduzlar dağılıb səpələndiyi zaman, dənizlər yarılıb axıdıldığı zaman, qəbirlər alt-üst edildiyi zaman; hər kəs, qabaqcadan göndərdiyi və geridə buraxdığı şeyləri öyrənmişdir.
6,7,8) Ey insan! Üstün kərəm sahibi olan, səni əmələ gətirən, sonra da sənə bir nizam daxilində surət verən, sonra da səni tarazlayan, dilədiyi bir surətdə səni tərtib edən Rəbbinə qarşı səni aldadan şey nədir?
9,10,11,12) Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əslində siz, şübhəsiz ki, üzərinizdə, etdiyiniz işləri əzbərləyən, mötəbər katiblər olmasına baxmayaraq, Dini yalan sayırsınız.
13) Şübhəsiz ki, "əbrar/yaxşı adamlar", əlbəttə bol nemətlərin, xoşbəxtlik cənnətinin içindədirlər.
14,15,16) Din-iman tanımayaraq pisliyə bulaşanlar da həqiqətən cəhənnəmdədirlər. Din günündə, cəhənnəmdən çıxmamaq üzrə cəhənnəmə söykənəcəklər.
17,18,19,1,2,3,4,5) Din gününün nə olduğunu sənə nə xəbər verdi? Sonra bir dəfə daha, Din gününün nə olduğunu sənə nə xəbər verdi? Din günündə heç kim heç kimə ağalıq edə bilməz. Və o gün; Gök yarıldığı, Rəbbinə qulaq verdiyi və haqq olduğu zaman; yer üzü də dümdüz olduğu, içində olan nə varsa atdığı, boşaldığı və Rəbbinə qulaq verdiyi və haqq olduğu zaman hökm Allaha məxsusdur.