əl-İnsan

1) İnsanın üstündən, hələ yad edilməyə uyğun bir şey olmadığı halda [yad edilməyə uyğun bir şey olana qədər] dəhrdən/milyardlarla ildən [ibarət olan] bir müddət keçdimi? Əlbəttə ki, keçdi!
2,3) Şübhəsiz, Biz, insanı qarışıq bir nütfədən yaratdıq. Onu əziyyətə salacağıq/ona öhdəliklər qoyacağıq. Bu səbəblə onu çox yaxşı eşidən, çox yaxşı görən halda yaratdıq; yaxşını-pisi ayırmağa yarayan məlumatları göndərərək [onu] bilikləndirdik. Şübhəsiz ki, Biz, ona yolu göstərdik, istər özünə verilən nemətlərin əvəzini ödəyən biri olsun, istər nankor.
4) Şübhəsiz, Biz, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün zəncirlər, boyunduruqlar və alovlu bir atəş hazırlamışıq.
5,6,7,8,9,10,11,12,13,14,15,16,17,18,19,20,21,22) Şübhəsiz, "yaxşı adamlar", kafur qatılmış bir qabdan içəcək, elə hey gur axan bir bulaqdan ki, ondan, verdikləri sözləri yerinə yetirən, pisliyi [şəri] yayılan [hər tərəfi bürüyən] bir gündən qorxan və "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik və sizdən bir əvəz və təşəkkür gözləmirik; bəli, biz sərt çöhrəli, çatıq qaşlı bir gündə Rəbbimizdən qorxuruq" deyərək Allahın rizasını qazanmaq üçün/[öz nəfslərinin] istəməyinə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə verən Allah qulları içərlər.  Allah da buna görə onları o günün şərindən qoruyar; onlara işıq və sevinc rast gələcək, səbr etdiklərinə görə onlara cənnəti və ipəkləri verəcək; orada taxtlarda əyləşmiş olaraq qalacaqlar; orada nə bir günəş, nə də dondurucu bir soyuq görəcəklər və bağçanın kölgələri onların üstlərinə əyiləcək və toplanmaları əyildikcə əyiləcək. Və [onların] aralarında gümüş bir qab və büllur kasalar gəzdiriləcək, -onların özlərinin nizamladığı büllurları gümüşdəndir-. Və orada onlara, zəncəfil qarışdırılmış olan bir qabdan su veriləcək, orada Səlsəbil adlı bir bulaqdan... Və aralarında böyüməyən, qocalmayan uşaqlar gəzər; onları gördükdə, [ətrafa] səpilmiş inci olduqlarını güman edərsən! Ora baxdıqda, xoşbəxtlik və böyük bir mülk və idarəçilik görəcəksən; əyinlərində incə, yaşıl ipəkli, parlaq atlazdan libaslar olacaq; gümüş bilərziklərlə bəzənmiş olacaqlar; Rəbbi onlara çox pak bir içki içirdəcək. Şübhəsiz ki, bu, sizin üçün bir əvəzdir. Sizin işləriniz də əvəzi verilməyə [təqdir edilməyə] layiqdir.
23) Şübhəsiz, Biz, bəli Biz, Quranı sənə tədriclə nazil etdik.
24,25,26) Elə isə, Rəbbinin hökmü üçün səbr et. Onlardan bir sıra günahkarlara yaxud bir sıra həddini aşan nankorlara itaət etmə və daim/hər zaman Rəbbinin adını yad et. Gecənin bir hissəsində də Ona boyun əyib tabeçilik göstər. Və Onu uzun gecədə hər cür nöqsanlıqlardan pak tut.
27) "Sən elçi deyilsən" deyənlər, tez gəlib keçən dünyanı sevirlər və ağır bir günə arxalarını çevirirlər.
28) Biz, onları Biz əmələ gətirdik. Bədənlərini Biz möhkəm etdik. İstədiyimiz vaxt onları özləri kimilərlə elə hey əvəz edərik.
29) Şübhəsiz, bu, bir nəsihətdir. Diləyən kəs Rəbbinə tərəf yol tutar.
30,31) Və siz, Allah istəməsə, istəyə bilməzsiniz. Şübhəsiz ki, Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır, istədiyini Öz mərhəmətinə qovuşdurar. Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərə də, ağrılı-acılı bir əzab hazırlamışdır.