əl-İnşiqaq

17,18,19,1,2,3,4,5) Din gününün nə olduğunu sənə nə xəbər verdi? Sonra bir dəfə daha, Din gününün nə olduğunu sənə nə xəbər verdi? Din günündə heç kim heç kimə ağalıq edə bilməz. Və o gün; Gök yarıldığı, Rəbbinə qulaq verdiyi və haqq olduğu zaman; yer üzü də dümdüz olduğu, içində olan nə varsa atdığı, boşaldığı və Rəbbinə qulaq verdiyi və haqq olduğu zaman hökm Allaha məxsusdur.
6) Ey insan! Şübhəsiz ki, sən Rəbbinə doğru qaçdıqca qaçırsan. Sonunda da Ona qovuşacaqsan.
7,8,9) Artıq, kitabı sağ əlinə verilən kəsə gəldikdə; o, asan bir haqq-hesaba çəkiləcək və o, sevincli bir şəkildə yaxınlarının yanına qayıdacaq.
10,11,12,13,14) Kitabı arxa tərəfindən verilən kəsə gəldikdə, o, ölümü çağıracaq və alovlu atəşə girəcək. Şübhəsiz ki, o, yaxınlarının arasında sevincli idi. Şübhəsiz ki, o, heç vaxt qayıtmayacağına inanırdı.
15) Xeyir, şübhəsiz, Rəbbi onu çox yaxşı görəndir.
16,17,18,19) O halda, o şəfəq, gecə və içində saxladığı şeylər yığıldığı zaman o ay dəlildir ki, siz həqiqətən haldan-hala düşürsünüz [davamlı surətdə dəyişəcəksiniz, əsla yox olub getməyəcəksiniz].
20,21) Elə isə, onlara nə olub? İman etmirlər və onlara Quran oxunduğu vaxt boyun əyib tabeçilik göstərmirlər/razı olmurlar?
22) Əksinə, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] yalan sayırlar.
23) Halbuki Allah, içlərində gizlədib saxladıqlarını ən yaxşı biləndir.
24) Artıq sən onlara ağrılı-acılı bir əzabın müjdəsini ver!
25) Ancaq iman edən Və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər bunun xaricindədir, onlar üçün tükənməz bir muzd/mükafat vardır.