əl-Məaric

1,2,3) Bir istəyən şəxs, "yüksəliş zamanlarının" sahibi Allahdan, heç kəs tərəfindən dəf edilə bilməyən; qarşısı alına bilməyən, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] xas olan "vaqe olacaq azabı" istədi.
4) Xəbərçi ayələr və vəhy, ölçüsü əlli min il olan bir gün içində Ona yüksələr/yer üzündən çəkilər.
5) O halda, sən, gözəl bir səbr ilə səbr et.
6,7) Şübhəsiz, Biz, olacaq əzabı çox yaxınlıqda görərkən, onlar onu çox uzaq görürlər.
8,9,10) O gün göy ərimiş filiz kimi olar. Dağlar da didilmiş rəngli yun kimi olar. Və bir isti, yaxın dost başqa bir isti, yaxın dostun [halını] soruşmaz.
11,12,13,14) Bir-birlərinə göstərildikləri halda, günahkarlar, o günün əzabından xilas olmaq üçün oğullarını, zövcəsini və qardaşını, onu saxlayıb-bəsləyən bütün ailəsini və yer üzündə olanların hamısını fəda edərək/fidyə verərək özünü xilas etmək istəyər.
15,16,17,18) Qətiyyən o günahkarın düşündüyü kimi deyil! O, arxa çevirəni və üz çevirəni, yığıb anbarda saxlayanı çağıran, qovurub soyan, alovlu atəşdir.
19,20,21) Şübhəsiz, insan dözümsüz və kəmhövsələ yaradılmışdır; özünə bir pislik üz verdikdə, şikayətlənər. Özünə bir xeyir nəsib olduqda/varlandırıldıqda isə kiçik bir köməyə belə mane olar.
22) Ancak "səlat tərəfdarları" [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirməyi prinsip halına gətirənlər] bunun xaricindədir.
23) Səlat tərəfdarları səlatlarını [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirməyi] davam etdirərlər.
24,25) Və səlat tərəfdarları o kəslərdir ki, onların mallarında, istəyən və istəməkdən utanan yoxsullar üçün müəyyən bir haqq vardır.
26) Və səlat tərəfdarları, haqq-hesab gününü təsdiq edərlər.
27) Və səlat tərəfdarları, Rəbbinin əzabından qorxanlardır.
28) -Şübhəsiz, Rəbbinin əzabından arxayın olmaq olmaz.-
29,30,31) Və səlat tərəfdarları, irzlərini qoruyanlardır. -Ancaq zövcələri və yaxud müqavilələrinin sahib olduqları[#317] istisnadır. Çünki onlara yaxınlaşanda, qınanmazlar. Amma bundan artığını istəyənlər; bax onlar məhz həddi aşanlardır.-
32) Və səlat tərəfdarları, əmanətlərinə və əhdlərinə riayət edərlər.
33) Və səlat tərəfdarları, şahidliklərini yerinə yetirərlər.
34) Və səlat tərəfdarları, səlatlarını [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə prinsiplərini] hifz edərlər.
35) Bax bu səlat tərəfdarları cənnətlərdə ehtiram görəcəklər.
36,37) İndi kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] nə olub ki, hər tərəfdən, firqə-firqə boyunlarını uzadaraq sənə tərəf qaçırlar?
38) Onlardan hər biri, bir nemət cənnətinə daxil ediləcəyinə ümid edir?
39) Qətiyyən onların düşündüyü kimi deyil! Biz, onları bildikləri şeydən yaratdıq.
40,41) Artıq xeyr. Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, onların yerinə onlardan daha xeyirli olanları gətirməyə həqiqətən Bizim gücümüz çatar. Və heç kəs Bizim qarşımıza keçə bilməz.
42) Sən onları dərhal burax, vəd olunduqları günə qovuşanadək qədər boş şeylərlə məşğul olsunlar və əylənsinlər.
43) O gün onlar qəbirlərdən tələm-tələsik çıxacaqlar. Sanki dik [qoyulmuş] bir şeyin yanına qaçırlar.
44) Gözləri zəlilcəsinə yerə dikilmiş və özlərini də zillət bürümüş bir halda. Bax bu, onlara xəbərdarlıq [vəd] edilən gündür!