əl-Mucadilə

1) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah həqiqətən eşitdi. Allah, ikinizin danışığını da eşidir. Şübhəsiz ki, Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
2) Sizdən, öz qadınları ilə zihar[#396] edən kəslər [ki var]; zihar edilən qadınlar onların anaları deyil. Onların anaları ancaq onları dünyaya gətirən qadınlardır. Və şübhəsiz ki, onlar çirkin və yalan olan sözü söyləyirlər. Və şübhəsiz ki, Allah çox əfv edəndir, çox bağışlayandır.
3) Və qadınları ilə zihar edib sonra da dediklərindən dönənlər, bir-birləri ilə təmasdan/əlaqədən əvvəl bir kölə azad etməlidirlər. Sziə verilən öyüd bax budur. Allah, əməllərinizdən çox yaxşı xəbərdardır.
4) Kim bu imkanı tapa bilməsə, cinsi əlaqəyə girməmişdən dərhal əvvəl, fasiləsiz olaraq iki ay oruc tutmalıdır. Kimin ki, [buna] gücü çatmasa, altmış yoxsulu-işsizi yiyeceklendirmelidir. Bu, Allaha və Elçisinə inanmağınız üçündür. Və bunlar, Allahın hədləridir. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün də çox ağrılı bir əzab var.
5) Şübhəsiz, Allaha və Elçisinə qarşı həddi aşmağa çalışan kəslər, özlərindən əvvəlkilər necə alçaldılmışdırsa, [elə] alçaldılacaqlar. Halbuki, həqiqətən Biz, açıq-aşkar ayələr nazil etdik. Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün alçaldıcı bir əzab var.
6) Allah onların hamısını dirildəcəyi gün, işlədikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onların etdikləri şeyləri bir-bir saymışdır, onlar isə unutmuşlar. Və Allah, hər şeyə ən yaxşı şahiddir.
7) Göylərdə olan şeyləri və yer üzündə olan şeyləri Allahın bildiyini görmədinmi/heç düşünmədinmi? Üç adamın gizli danışdığı yerdə, dördüncü mütləq Odur. Beşdə də altıncı mütləq Odur. Bundan az və ya çox da olsalar və harada olurlarsa olsunlar O, həqiqətən onların yanındadır. Sonra qiyamət günündə onlara etdikləri şeyləri xəbər verəcək. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.
8) Pıçıldaşmaq qadağan edildikrən sonra yenə də qadağan olunan [əməli] işləməyə çalışanları, günah, düşmənçilik və Elçiyə itaətsizlik barədə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman səni Allahın salamladığı ilə salamlamırlar. Öz ürəklərində: "Dediklərimiz bu sözlərə görə Allah bizi əzaba düçar etməli deyildimi?" deyirlər. Cəhənnəm onlara kifayət edər. Oraya söykənəcəklər. Necə də pis qayıdış yeridir!
9) Ey iman etmiş kəslər! Pıçıldaşdığınız [xəlvət danışdığınız] zaman günah, düşmənçilik və Elçiyə itaətsizlik barədə danışmayın. Yaxşı adam olmaq və Allahın mühafizəsi altına daxil olmaq barədə pıçıldaşın [danışın]. Hüzuruna toplanacağınız Allahın mühafizəsi altına daxil olun.
10) Şübhəsiz, bu fısıldaşmalar, iman gətirən kəsləri məyus etmək üçün şeytandandır [şeytan əməlidir]. Halbuki Allahın izni/məlumatı olmadan, şeytan, möminlərə heç bir ziyan yetirə bilməz. Elə isə, möminlər işin nəticəsini yalnız Allaha tapşırsınlar.
11) Ey iman etmiş kəslər! Sizə: "Məclislərdə yer verin/başqalarına da iştirak hüququ verin" deyildikdə, dərhal yer açın ki, Allah da [sizə] yer açsın/sizə genişlik versin. Və sizə: "Özünüzü olduğunuzdan daha böyük göstərin" deyildikdə də özünüzü olduğunuzdan daha böyük göstərin.[#397] Beləliklə, Allah sizdən iman gətirənləri və elm verilmiş kimsələri dərəcə-dərəcə ucaltsın. Və Allah əməllərinizdən yaxşıca xəbərdardır.
12) Ey iman etmiş kəslər! Elçi ilə pıçıldaşacağınız [təklikdə danışacağınız, məxsusi məlumat alacağınız] zaman, bu pıçıldaşmadan [söhbətdən] əvvəl dərhal bir sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Buna baxmayaraq, əgər bir şey tapmasanız, şübhəsiz ki, Allah çox bağışlayan və çox rəhm edəndir.
13) Məxsusi söhbətinizdən əvvəl sədəqələr verməkdən qorxdunuzmu? Bunu etmədiniz. Və Allah, sizin şüurlu şəkildə səhvdən dönməyinizi qəbul etdi. Onda səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın, qoruyun], zəkatı/verginizi verin, Allaha və Elçisinə itaət edin. Və Allah sizin əməllərinizdən ən çox xəbərdar olandır.
14) Allahın qəzəbinə tuş gələn bir tayfanı [özlərinə] köməkçi, himayəçi; idarəçi qəbul edənləri görmədinmi/heç düşünmədinmi? Onlar nə sizdəndir, nə də onlardan. Və onlar bilərək yalandan and içirlər.
15) Allah, onlar üçün çox şiddətli bir əzab hazırlamışdır. Şübhəsiz ki, onların işlədikləri əməllər çox pisdir!
16) Andlarını [özlərinə] qalxan etdilər və Allah yolundan döndərdilər. Artıq onlar üçün alçaldıcı bir əzab var.
17) Onların malları və övladları, Allaha qarşı özlərinə qətiyyən fayda verməz. Onlar, Atəş əhlidir. Onlar, orada əbədi qalanlardır.
18) Allah onların hamısını dirildəcəyi gün, sizə and içdikləri kimi, Ona da and içəcəklər və özlərinin bir şeyin üstündə [bir şeydə] olduqlarını güman edəcəklər. Gözünüzü açın! Şübhəsiz ki, onlar, əsl yalançıdırlar.
19) Şeytan, onları istila etmişdi və onlara Allahı yada salmağı unutdurmuşdu. Onlar şeytanın firqəsidir. Gözünüzü açın! Məhz şeytanın firqəsi həqiqətən ziyana uğrayanlardır.
20) Allaha və Elçisinə qarşı həddi aşmağa çalışanlar [ki var]; onlar, ən alçaq kəslər arasındadır.
21) Allah: "Əlbəttə, Mən və elçilərim qalib gələcəyik" deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü çatandır, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır.
22) Allaha və axirət gününə inanan bir tayfanın, Allaha və Elçisinə qarşı həddi aşmağa çalışanlara qarşılıqlı məhəbbət göstərdiyini görə bilməzsən. Onlar onların istər ataları olsun, istər övladları olsun, istər qardaşları olsun, istər qohumları olsun. Onlar elə kəslərdir ki, Allah qəlblərinə imanı yazmışdır və onları Öz tərəfindən olan vəhy ilə qüvvətləndirmişdir. Və Allah onları, əbədi qalmaları üçün, altlarından çaylar axan cənnətlərə daxil edəcək. Allah, onlardan razı olmuşdur, onlar da Ondan razıdırlar. Bax bunlar, Allahın firqəsidir. Gözünüzü açın! Məhz Allahın firqəsi, müvəffəqiyyətə çatanlardır.