əl-Muminun

1) Həqiqətən, inananlar öz vəziyyətlərini qorudular/zəfər qazandılar.
2) Onlar, səlatlarında [maddi və zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmək işlərində] sadə/səmimi olan kəslərdir.
3) Və onlar, boş şeylərdən üz döndərən kəslərdir,
4) Və onlar zəkatı/vergini verən kəslərdir,
5,6,7) Və onlar, iffətlərini qoruyan kəslərdir, -zövcələri və yaxud müqavilələrinin sahib olduqları[#302] istisnadır, çünki bundan ötrü onları qınamaq olmaz, halbuki bunun xaricinə çıxmaq istəyənlər, bax onlar, məhz hədlərini aşanlardır.-
8) Və onlar, əmanətlərini və əhdlərinə riayət edən kəslərdir.
9) Və onlar, səlatlarını [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını] qoruyan kəslərdir.
10,11) Bax onlar, içində əbədi qalacaqları Firdovs cənnətinin son sahibləri olacaq kəslərdir.
12,13,14,15,16) Və and olsun ki, Biz insanı seçilmiş bir palçıqdan əmələ gətirdik. Sonra onu çox möhkəm bir yerdə bir nütfə halına gətirdik. Sonra o nütfəni bir embriona çevirdik. Sonra o embrionu bir parça ət etdik. Sonra o bir parça əti sümük etdik. Axırda o sümüklərin [üstünə] də bir ət geydirdik. ilə örtdük. Sonra onu bir başqa yaradılışda yenidən qurduq. Bax, əmələ gətirənlərin ən gözəli olan Allah necə də comərddir! Sonra şübhəsiz sizlər, bunların ardından həqiqətən öləcəksiniz. Sonra şübhəsiz ki, siz, qiyamət günündə dirildiləcəksiniz.
17) Və and olsun ki, Biz sizin üstünüzdə yeddi yol əmələ gətirdik. Və Biz, əmələ gətirməkdə elmsiz, xəbərsiz, qafil deyilik.
18) Və Biz göydən müəyyən miqdarda su endirdik, sonra onu yer üzündə durultduq. Və şübhəsiz ki, Bizim, onu aradan qaldırmağa də həqiqətən gücümüz çatar.
19) Sonra da Biz, onun sayəsində sizin üçün xurma və üzümdən bağçaları əmələ gətirdik. Orada sizin üçün bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz.
20) Və Sina dağından çıxan, yağ bitirən, yeyənlərə yavanlıq olan bir ağac əmələ gətirdik.
21,22) Dört ayaqlı, iki dırnaqlı gövşəyən və ot yeyən heyvanlarda da sizin üçün həqiqətən bir ibrət vardır. Onların qarınlarındakı şeylərdən sizə içirdirik. Onlarda sizin üçün digər bəzi mənfəətlər də vardır. Və siz, onlardan yeyirsiniz, onların üstündə və gəmilərin üstündə daşınırsınız/yük daşıyırsınız.
23) And olsun ki, Biz Nuhu öz qövmünə elçi göndərdik və o: "Ey qövmüm! Allaha ibadət edin. Sizin üçün Ondan başqa məbud yoxdur. Hələ də Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı?" dedi.
24,25) Belə olduqda, qövmünün kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] böyükləri: "Bu, sizin kimi bir insandan başqa bir şey deyil. Sizə üstün olmaq istəyir. Əgər Allah istəsəydi, əlbəttə mələklər göndərərdi. Biz ulu babalarımızdan belə bir şey eşitmədik. Bu adamda, sadəcə olaraq, dəlilik var. Elə isə, bir müddət onu ümidlə gözləyin" dedilər.
26) Nuh: "Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!" dedi.
27,28,29) Belə olduqda, Biz ona: "Bizim nəzarətimiz altında və vəhyimiz ilə gəmini düzəlt. Sonra Bizim əmrimiz gəldiyi və təndir qaynadığı zaman, hər növdən cütlük halında iki dənə və həmçinin, daha əvvəl əleyhlərində Söz[#303] verilmiş olanlar xaricində öz ailəni, yaxınlarını, inananlarını gəmiyə mindir. Şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyənlər barədə Mənə müraciət etmə. Şübhəsiz ki, onlar boğulanlardır; qəti surətdə suda boğulub öləcəklər. Sonra sən və səninlə birgə olanlar gəmiyə mindikdə: 'Bütün təriflər, bizi şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfanın əlindən xilas edən Allaha məxsusdur; başqasını tərifləməyin' de! Və: 'Ey Rəbbim! Məni bolluq olan bir yerdə endir/mənə bol nemət ver. Sən, sığınacaq verənlərin/nemət verənlərin ən yaxşısısan' de" deyə vəhy etdik.
30) Şübhəsiz, bunda həqiqətən bəzi işarətlər/nişanələr vardır. Və Biz, həqiqətən Sınayırıq.
31) Sonra, Biz onların ardınca başqa bir nəsil yaratdıq.
32) Sonra da onlara, "Allaha ibadət edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Hələ də Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı?" deyə xəbərdarlıq edən, öz içlərindən bir elçi göndərdik.
33,34,35,36,37,38) Və elçinin qövmündən, küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən], axirətə qovuşmağı təkzib edən və bu bəsit dünya həyatında nemət verdiyimiz başçılar belə dedilər: "Bu, sizin kimi bir bəşərdir, sizin yediyinizdən yeyir, sizin içdiyiniz şeylərdən içir. Və əgər, özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, o zaman siz, həqiqətən ziyana uğrayarsınız. Sizə, həqiqətən siz ölüb torpaq və sür-sümük olduğunuzda, mütləq surətdə [qəbirlərinizdən] çıxarılacağınızı vəd edir? Sizi təhdid etdiyi şey, heç cür mümkün olmayacaq bir şeydir! Yalnız bəsit dünya həyatımız [var]! Biz, ölərik, yaşayarıq. Və biz, dirildiləsi deyilik. Elçi, yalnız Allah haqqında yalan uyduran bir adamdır və biz ona inanmırıq."
39) Elçi: "Ey Rəbbim, məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!" dedi.
40) Allah: "Çox az bir zaman sonra onlar qətiyyən peşman olacaqlar!" dedi.
41) Sonra da bağırtı onları haqq ilə yaxaladı. Beləcə, onları çör-çöp [kimi] etdik. Artıq uzaqlıq, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfaya məxsusdur.
42) Sonra Biz onların ardınca başqa nəsillər yaratdıq.
43) Başçısı olan heç bir tayfa öz əcəlini tezləşdirə bilməz, təxirə sala da bilməz.
44) Sonra Biz bir-birinin ardınca elçilərimizi göndərdik. Nə vaxt bir ümmətə elçi gəlsə, onlar bu elçini təkzib etdilər, Biz də onları bir-birinin ardınca göndərdik və onları əfsanəyə çevirdik. -Artıq, iman etməyən qövmə məxsusdur uzaqlıq; cəhənnəm olsunlar!-
45,46) Sonra da Musa və qardaşı Harunu ayələrimizlə/işarətlərimizlə/nişanələrimizlə və açıq-aşkar bir güc ilə Firona və əyanlarına göndərdik/elçi etdik. Belə olduqda, özlərinin böyüklüyünə inandılar və təkəbbür göstərən bir tayfa oldular.
47) Sonra da: "Bu ikisinin qövmü bizə qulluq etdiyi halda, biz, bizim kimi olan bu iki bəşərə inanacağıqmı?" dedilər.
48) Beləliklə, ikisini təkzib etdilər və dəyişikliyə/məhvə məruz qalanlardan oldular.
49) Və and olsun, Biz, Musaya o kitabı verdik ki, onlar özlərinə göstərilən doğru yola girsinlər.
50) Və Biz, Məryəmin oğlunu və İsanın anasını bir işarət/nişanə etdik və ikisini, yaşayış üçün yararlı, suyu olan bir yerdə yerləşdirdik.
51) Ey elçilər! Təmiz, xoş, faydalı şeylərdən yeyin və saleh əməl işləyin. Şübhəsiz ki, Mən sizin etdiyiniz əməlləri çox yaxşı bilənəm.
52) Və bax bu, tək bir ümmət olaraq sizin ümmətinizdir. Mən də sizin Rəbbinizəm. O halda, Mənim mühafizəm altına daxil olun.
53) Sonra insanlar öz aralarındakı işlərini parça-parça böldülər. Hər firqə, özündə olan ilə sevinib iftixar edir.
54) İndi sən onları müəyyən bir müddətə qədər azğınlıqları ilə baş-başa burax!
55,56) Yoxsa elə zənn edirlər ki, onları xeyirdən-xeyirə tələsdirmək üçün onlara mal və övladlar veririk? Əksinə, nə olduğunu anlamırlar.
57,58,59,60,61) Şübhəsiz, Rəbbinə duyduqları dərin heyranlıq və hörmət səbəbindən, Ondan uzaqlaşmaq qorxusuyla tir-tir əsənlər, Rəbbinin ayələrinə inanan kəslər, Rəbbinə şərik tanımayan kəslər, şübhəsiz, Rəbbinə qayıdacaqları üçün, verdiklərini ürəkləri ürpərərək verən kəslər; bax onlar yaxşılıq etməkdə [bir-biri ilə] yarışır və yaxşılıqda öndə gedər.
62) Və Biz heç kimə, gücünün çatdığından başqasını, imkanının xaricindəki bir şeyi yükləmərik. Yanımızda, haqqı danışan bir kitab var və onlar, haqsızlığa uğramaz.
63) Əksinə, onların qəlbləri bu barədə örtük içindədir [qapalıdır]. Və onların bundan aşağı bəzi pis işləri də var ki, onlar bu pis işləri edib dururlar.
64) Nəhayət, onların naz-nemət içində olanlarını əzabla yaxaladığımızda, dərhal fəryad edərlər.
65,66,67) Bu gün fəryad etməyin! Şübhəsiz ki, siz, Bizdən kömək görə bilməzsiniz. Şübhəsiz ki, ayələrimiz sizə oxunurdu, ancaq buna qarşı siz təkəbbür göstərərək və gecə vaxtı ağzınıza gələni danışaraq, üz döndərib gedirdiniz.
68) Onlar, Quranı heç düşünmürlərmi? Yoxsa onlara, daha əvvəl ulu babalarına gəlməyən bir şey gəldi?
69) Yaxud da onlar, elçilərini tanımadılar deyə özlərinə gələn elçini inkar etməyə çalışırlar?
70) Yoxsa, "Onda bir dəlilik var" deyirlər? Əksinə, elçiləri, onlara haqqı gətirmişdir. Onların çoxu da haqqı xoşlamayan kəslərdir.
71) Və əgər haqq, onların ehtiraslarına tabe olsaydı; həqiqətən göylər, yer üzü və onlarda olan kəslər pozulub gedərdi. Əslində, Biz onların şanını/öyüdlərini gətirdik; sonra da onlar, öz şanlarından/öyüdlərindən üz döndərdilər.
72) Yoksa sən onlardan bir vergi istəyirsən? Bax, Rəbbinin vergisi daha xeyirlidir. Və Rəbbin, ruzi verənlərin ən xeyirlisidir.
73,74) Və şübhəsiz sən, həqiqətən onları doğru yola çağırırsan. Axirətə inanmayan bu kəslər isə, həqiqətən bu yoldan azanlardır.
75) Və əgər onlara rəhm edib, məruz qaldıqları çətinliyi aradan qaldırsaq, həqiqətən əməlli-başlı kor olaraq azğınlıqlarında daha da inadkarlıq göstərərdilər.
76) Və and olsun, Biz onları əzabla yaxaladıq; buna baxmayaraq, öz Rəbbinə boyun əymədilər və Allaha qarşı zəlilliklərini heç göstərmədilər.
77) Elə ki, onların üstünə əzabı çox şiddətli bir qapı açdıq, bir də görərsin ki, onlar orada ümidsiz halda qalmışlar!
78) Və Allah sizin üçün eşitməyi, gözləri və qəlbləri inşa edəndir. Özünüzə verilən nemətlərin əvəzini necə də az ödəyirsiniz!
79) Və Allah, sizi yer üzündə törədib əmələ gətirəndir. Və yalnız Onun [hüzuruna] cəm ediləcəksiniz.
80) Və Allah dirildər və öldürər. Gecə ilə gündüzün bir-birini izləməsi də yalnız Ona məxsusdur. Hələ də ağlınızı işlətmirsinizmi?
81) Əslində onlar, [özlərindən] əvvəlkilərin dediklərinin oxşarını dedilər.
82,83) Onlar: "Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra həqiqətən dirildiləcəyikmi? And olsun ki, biz və atalarımız bundan əvvəl bununla təhdid edilmişdik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil!" dedilər.
84) De ki: "Əgər bilirsinizsə, bu yer üzü və onun içindəki kəslər kimə məxsusdur?"
85) Onlar: "Allaha məxsusdur" deyəcəklər. "Elə isə, siz düşünüb-daşınmırsınızmı?" de.
86) De ki: "Yeddi göyün Rəbbi və çox böyük taxtın[#304] Rəbbi kimdir?"
87) Onlar, "Allahındır/Allahdır" deyəcəklər. Sən: "Elə isə, Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı?" de.
88) De ki: "Əgər bilirsinizsə; hər şeyin mülkiyyəti və idarəsi Öz əlində olan və hər şeyi Özü qoruyub gözləyən, lakin Özü qorunmayan kimdir?"
89) Onlar, "Allahındır/Allahdır" deyəcəklər. Sən: "Elə isə necə ovsunlanırsınız?" de.
90) Əslində Biz onlara haqqı gətirdik, onlar isə həqiqətən yalançıdırlar.
91,92) Allah, Özünə övlad götürməmişdir; Onunla birgə heç bir məbud da yoxdur. Əks təqdirdə, hər məbud mütləq özünün əmələ gətirdiyi şeylə birlikdə gedərdi və mütləq digərlərindən üstün olmağa [çalışardı]. Görünməyəni, eşidilməyəni, hiss edilməyəni də, aşkarda olanı da bilən Allah, onların sadaladıqları sifətlərdən pakdır. O, onların şərik qoşduqları şeylərdən də çox ucadır.
93,94) De ki: "Ey Rəbbim! Əgər onların təhdid edildikləri şeyləri mənə həqiqətən göstərəcəksənsə, ey Rəbbim! O halda məni, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslərin arasında saxlama."
95) Və şübhəsiz, onlara vəd etdiyimiz şeyləri sənə göstərməyə, əlbəttə ki, Bizim gücümüz çatar.
96) Sən, pisliyi ən gözəl surətdə dəf et. Biz onların yaraşdırdığı şeyləri çox yaxşı bilirik.
97,98) Və de ki: "Ey Rəbbim! Şeytanların təhriklərindən Sənə sığınıram! Və: Rəbbim! Onların yanımda olmalarından da Sənə sığınıram. "
99,100) Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman: "Ey Rəbbim, tərk etdiyim şeylərdə saleh əməli işləməyim üçün məni geri qaytar" dedi. Qətiyyən onun düşündüyü kimi deyil! Bu, şübhəsiz ki, onun söylədiyi bir sözdür. Təzədən dirildiləcəkləri günə qədər onların arxalarında bir maneə var.
101) Artıq Sur üfürüldükdə,[#305] bax o gün aralarında soy-kök əlaqəsi yoxdur, kimsə kimsədən bir şey istəyə bilməz.
102) Beləliklə, kimlərin tərəziləri ağır gəlsə, bax onlar əsl nicat tapanlardır.
103) Kimlərin də tərəzisi yüngül gəlsə, artıq onlar özlərinə ziyan edənlərdir; cəhənnəmdə əbədi qalacaqlar.
104) Orada onlar, dişləri ağarmış halda [olarlaq] və atəş üzlərini yalayar.
105) Mənim ayələrim sizə oxunmurdumu? Siz də onları yalanlayırdınızmı?
106,107) Dediler ki: "Ey Rəbbimiz! Azğınlığımız bizə qalib gəldi və biz haqq yoldan azan bir tayfa olduq. Rəbbimiz! Bizi buradan çıxar. Əgər bir daha belə etsək, o zaman həqiqətən biz səhv; öz zərərinə olan əməli işləyən olarıq."
108,109,110,111) Allah dedi ki: "Çökün oraya! Mənə də bir şey deməyin. Şübhəsiz, Mənim bəndələrimdən bir dəstə: "Ey Rəbbimiz! Biz iman etdik; artıq bizi bağışla, bizə mərhəmət et, Sən rəhm edənlərin ən yaxşısısan!" deyirdi. Siz isə onları məsxərəyə qoyurdunuz; nəhayət onlar, sizə Məni yad etməyi, Mənim nəsihətimi unutdurdu/tərk etdirdi. Və siz onlara gülürdünüz. Şübhəsiz ki, bu gün Mən, səbr etdiklərinin əvəzi olaraq, onları mükafatlandırdım; onlar, qazanclı çıxdılar."
112) Allah: "Yer üzündə neçə il qaldınız?" dedi.
113) Onlar: "Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq. Bunu sayanlardan soruş" dedilər.
114) Allah: "Siz lap az bir müddət qaldınız; kaş ki, biləydiniz!" dedi.
115) Yaxşı, siz elə güman edirdiniz ki, Biz sizi əbəs yerə əmələ gətirmişdik və mütləq surətdə Bizə qaytarılmayacqdınız?
116) Həqiqi sahib, hökmdar olan Allah ucalardan ucadır. Ondan başqa məbud deyə bir şey yoxdur. O, ən hörmətli, ən böyük rəhbərlik məqamının[#306] Rəbbidir.
117) Kim, heç bir dəlili olmadığı halda, Allah ilə birgə başqa bir məbuda yalvarsa, bilsin ki, onun hesabını Rəbbi özü görəcəkdir. Şübhəsiz ki, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] öz vəziyyətlərini qoruya bilməzlər, zəfər qazana bilməzlər.
118) Və de ki: "Ey Rəbbim! Bağışla və rəhm et! Və Sən rəhm edənlərin ən xeyirlisisən."