əl-Ənam

1) Bütün təriflər, göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha məxsusdur; başqasını tərifləmək olmaz. Sonra da Allahın məbud və rəbb olduğunu qəbul etməyən o insanlar, bəzi şeyləri Rəbblərinə bərabər/tay tuturlar.
2) O, sizi bir palçıqdan yaratmış olandır. Sonra "müddətin axırını" gerçəkləşdirmişdir. Və müəyyən edilmiş müddətin sonu, Onun dərgahındadır. Sonra siz yenə də şübhə edirsiniz.
3) Və O, göylərdəki və yerdəki Allahdır. O, gizlininizi və aşkarınızı bilir. Qazandığınız şeyləri də bilir.
4) Onlar isə, Rəbbinin ayələrindən bir ayə gələn kimi mütləq ondan qaçıb uzaqlaşmışlar.
5) Sonra da onlara haqq gəldikdə onu həqiqətən yalan hesab etdilər. Artıq istehza etdikləri şeylərin vacib xəbərləri tezliklə onlara gələcəkdir.
6) Görmürlərmi ki, Biz, onlardan əvvəl yer üzündə sizə vermədiyimiz bütün imkanları verdiyimiz, səmanı üstlərinə bərəkətlə göndərib altlarından çaylar axıtdığımız neçə-neçə nəsilləri dəyişikliyə/məhvə məruz qoyduq. Biz onları günahlarına görə dəyişikliyə/məhvə məruz qoyduq və onların ardınca başqa bir nəsil yaratdıq.
7) Və Biz, əgər ki, sənə papirusa/kağıza yazılmış bir kitab nazil etsək, onlar da əlləri ilə ona toxuunsa, həqiqətən o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş olan o kəslər] "Bu, açıq-aydın sehrdən başqa bir şey deyil" deyərdilər.
8) Və onlar, "Bu Peyğəmbərə bir mələk endirilməli deyildimi?" dedilər. Əgər Biz, bir mələk nazil etsəydik, iş, həqiqətən bitmiş olardı. Sonra da onlara göz açmağa belə möhlət verilməzdi.
9) Əgər Biz, Peyğəmbəri bir mələk etsəydik, yenə də onu bir adam surətində yaradardıq və onlar yenə düşdükləri şübhəyə düşərdilər.
10) Və heç şübhəsiz, səndən əvvəl də elçilər məsxərəyə qoyuldu. Sonra da onlardan məsxərə edən kəsləri məsxərə etdikləri şey bürüdü.
11) De ki: "Yer üzünü dolaşın və sonra da yalan sayanların aqibəti necə oldu, bir baxın!"
12) De ki: "Göylərdə və yerdə olanlar kimin üçündür?" De ki: "Allah üçündür." Allah, rəhməti Öz Zatına yazmışdır. Sizi mütləq, əsla şübhə olmayan qiyamət gününə bir yerə yığacaqdır. Öz özlərinə zərər verən kəslər, bax onlar iman etməzlər.
13) Və gecədə, gündüzdə mövcud olan hər bir şey Onundur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
14) De ki: "Göyləri və yeri yoxdan var edən, bəsləyən, lakin Özü bəslənməyən Allahdan başqa kömək edən, qoruyan, yol göstərən bir yaxın qəbul edərəmmi?" De ki: "Mənə müsəlmanların ilki olmaq əmr edildi." Və sən əsla Allaha şirk qoşanlardan olma!
15) De ki: "Mən, Rəbbimə asi olsam, həqiqətən böyük günün əzabından qorxaram."
16) Kim ki, şərik qoşmaqdan/üsyan etməkdən qaytarılsa, şübhəsiz, Allah o gün, ona rəhm etmişdir. Və bax bu, açıq-aydın qurtuluşdur.
17) Və əgər Allah sənə bir zərər vurmaq istəsə, onu Özündən başqa heç kəs dəf edə bilməz. Və əgər O, sənə bir xeyir versə də, şübhəsiz, O, hər şeyə qadirdir.
18) Və O, qullarının üstündə/daha üstün olaraq, üsyan edən kəsləri qəhr edəndir. Və O, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir.
19) De ki: "Şahidlik baxımından nə daha böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah şahiddir. Və sizi və [ona] çatan hər kəsi onunla xəbərdar edim deyə, mənə bu Quran vəhy olundu. Allahla birlikdə həqiqətən başqa məbudlar olduğuna siz həqiqətən şahidlik edə bilərsinizmi?" De ki: "Mən etmərəm." De ki: "O, ancaq və ancaq bir olan məbuddur və həqiqətən mən sizin şərik qoşduqlarınızdan uzağam."
20) Kitab verdiyimiz o kəslər, Peyğəmbəri, öz oğullarını tanıdıqları kimi tanıyırlar. Öz nəfslərinə zərər verən o kəslər, bax onlar iman etməzlər.
21) Və Allaha qarşı yalan uyduran və ya ayələrini yalan hesab edən kimsədən daha səhv; öz zərərinə əməl edən kim ola bilər? Heç şübhə yox ki, şirk qoşaraq səhv; öz zərərlərinə əməl edən bu kəslər nicat tapmazlar.
22,23) Və o gün hamısını bir yerə yığacağıq. Sonra Biz, şərik qoşan kəslərə: "Hanı, haradadır o həqiqətə zidd olaraq inandığınız şərikləriniz?" deyəcəyik. Sonra, onların atəşlərə atılarkən, "Rəbbimiz Allaha and olsun ki Biz müşriklərdən deyildik" deməkdən başqa bir çarəsi yoxdur.
24) Bax, özlərinin əleyhində necə yalan söylədilər! O uydurduqları şeylər də özlərindən ayrılıb qeyb oldu.
25) Onlardan səni dinləyənlər də var; halbuki Biz, onu qavrayıb anlamalarına [mane olmaq üçün] qəlblərinin üstündə qat-qat örtüklər və qulaqlarında ağırlıq yaratdıq. Onlar, bütün işarətləri/nişanələri görsələr də, ona inanmazlar. Belə ki, o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər], sənin yanına gəldikdə səninlə mübahisə edirlər: "Bu, keçmişdəkilərin uydurduqları nağıllardan başqa bir şey deyil" deyirlər.
26) Və onlar, onu qadağan edərlər və özləri də ondan uzaqlaşarlar. Və onlar şüursuz şəkildə, ancaq dəyişikliyə/məhvə məruz qalmağa doğru sürüklənirlər.
27) Və onlar atəşin üzərində saxlanıldıqda, "Ah, nə olardı, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!" dediklərini bir görsən!
28) Əksinə, daha əvvəl gizlədikləri şeylər meydana çıxdı. Geri qaytarılsaydılar, daha əvvəl [onlara] qadağan edilən şeyə həqiqətən yenidən qayıdardılar. Bəli, onlar həqiqətən, yalançıdırlar.
29) Və onlar, "Bizim bu fani dünya həyatından başqa bir həyat yoxdur, biz dirildiləsi deyilik" demişdilər.
30) Və Rəbbinin hüzurunda saxlanıldıqda, onları bir görsən! Rəbbləri: "Bu, bir həqiqət deyil, eləmi?" deyər. Onlar: "Bəli, Rəbbimizə and olsun ki, həqiqətdir" deyərlər. Rəbbi: "Elə isə küfr işləmiş [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş] olduğunuz üçün dadın əzabı!" deyər.
31) Allaha qovuşmağı təkzib edənlər, həqiqətən itkiyə/zərərə məruz qalıb iztirab çəkmişlər. Qiyamət anı qəflətən gəldikdə, onlar günahları bellərin yüklənmiş olaraq deyəcəklər ki: "Dünyada işlədiyimiz təqsirlərə görə vay halımıza!" -Diqqət edin, bellərində daşıdıqları şey/günahları necə də pisdir!-
32) Və bəsit dünya həyatı, sadəcə əyləncə və oyundan ibarətdir. Son yurd/Axirət yurdu isə, Allahın mühafizəsi altına daxil olanlar üçün həqiqətən daha xeyirlidir. Hələ də ağlınızı işlətməyəcəksinizmi?
33) Biz onların söylədiklərinin səni həqiqətən məyus etdiyini əlbəttə bilirik. Amma onlar əslində səni yalançı hesab etmirlər; şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslər Allahın ayələrini bilə-bilə rədd edirlər.
34) Və əlbəttə ki, səndən əvvəl də elçiləri yalançı saymışdılar, özlərinə köməyimiz gələnə qədər [onlar] təkzib edilməyə və əziyyətə səbr göstərmişdilər. Və Allahın sözlərini dəyişdirə bilən heç bir kimsə yoxdur. Heç şübhəsiz ki, sənə, elçilərin xəbərlərindən bir qismi gəlib çatmışdır.
35) Və əgər onların üz döndərməsi sənə ağır gəlirsə, haydı, gücün çatırsa yerin içində bir dəlik, yaxud da göydə bir nərdivan axtar və onlara bir işarət/nişan göstər! Allah istəsəydi, həqiqətən onları doğru yol üstündə toplayardı. O halda, qətiyyən cahillərdən olma!
36) Ancaq eşidənlər cavab verər. Ölülərə [gəldikdə isə] onları da Allah dirildəcəkdir. Sonra yalnız Allahın hüzuruna qaytarılacaqlar.
37) Və onlar dedilər ki: "Məgər ona Rəbbindən bir işarət/nişanə endirilməli deyildimi?" De ki: "Şübhəsiz ki, Allah bir işarət/nişan endirməyə qadirdir, lakin onların çoxu bunu bilmir."
38) Və yer üzündə heç bir irili-xırdalı hərəkət edən canlı və iki qanadıyla uçan elə bir quş yoxdur ki, sizin kimi başçısı olan birliklər [halında] olmasın. Biz Kitabda heç bir şeyi əskik/yarımçıq qoymamışıq. Sonra onlar Rəbbinin hüzurunda bir yerə yığışacaqlar.
39) Ayələrimiz yalan sayan o kəslər də qaranlıqdakı karlar və lallardır. Hər kəs istəsə, Allah onu yoldan azdırar, kim də istəsə, onu doğru yolda saxlayar.
40) De ki: "Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə gəlsə və ya qiyamət vaxtı gəlib çatsa, Allahdan başqasına yalvaracaqsınızmı? -Əgər doğru adamlarsınızsa.-
41) Əslində yalnız Allaha yalvaracaqsınız və O, istəsə, yalvardığınız şeyi [aradan] götürər və siz də Ona şərik qoşduğunuz şeylərin [adını] dilinizə gətirməzsiniz."
42) Və and olsun ki, səndən əvvəl başçısı olan tayfalara elçilər göndərdik və onları yalvarsınlar deyə dözülməz çətinlik; yoxsulluq və əziyyətlərlə əhatə etdik.
43) Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilərmi? Onların qəlbləri sərtləşdi və şeytan da onlara etdikləri işləri cazibədar göstərdi.
44) Beləliklə, onlara edilmiş xəbərdarlığı unutduqları zaman, onların üzərlərinə hər şeyin qapılarını açdıq. Belə ki, özlərinə verilən şeylərlə 'sevincə qapılıb təkəbbür göstərdiklərində’, onları qəflətən yaxaladıq. Artıq onlar, ümidlərini itirənlərdən oldular.
45) Beləliklə, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfanın kökü kəsildi. -Və bütün təriflər aləmlərin Rəbbi Allaha məxsusdur; başqasını tərifləmək olmaz.-
46) De ki: "Heç fikirləşmisinizmi, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi alsa və ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı məbud gətirə bilər?" Bax gör, Biz ayələri necə izah edirik. Sonra da onlar üz çevirirlər və qadağan edirlər!
47) De ki: "Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, şirk qoşaraq səhv edənlər; öz zərərlərinə əməl işləyənlər tayfasından qeyrisimi dəyişikliyə/məhvə məruz qalacaq?"
48) Və Biz elçiləri, ancaq müjdə vermək və xəbərdarlıq etmək üçün göndəririk. Artıq kim iman etsə və [özünü] düzəltsə, artıq onlara heç bir qorxu yoxdur. Onlar qəm-qüssə də görməzlər.
49) Ayələrimizi təkzib edənlər də, haqq yoldan çıxdıqları üçün əzaba düçar olacaqlar.
50) De ki: "Mən sizə 'Allahın xəzinələri mənim yanımdadır' demirəm. Görünməyəni, eşidilməyəni, keçmişi, gələcəyi də bilmərəm. Sizə, 'Mən bir mələyəm' də demirəm. Mən yalnız mənə vəhy olunana tabe oluram." De ki: "Korla görən eyni ola bilərmi? Hələ də düşünmürsünüzmü?"
51) Və Rəbbinin hüzuruna yığışacaqlarını [bilərək] qorxanlara, Allahın mühafizəsi altına daxil olsunlar deyə, sənə vəhy edilənlə xəbərdarlıq et. Onların, Onun altındakılardan kömək edən, yol göstərən, qoruyan yaxın bir kəsləri və dəstəkçiləri, şəfaətçiləri yoxdur.
52) Və Allahın razılığını diləyərək səhər-axşam; həmişə Rəbbinə dua edən kəsləri qovma! Onların haqq-hesabında sənin heç bir məsuliyyətin yoxdur, sənin haqq-hesabından da onlara heç bir şey yoxdur. Onları qovsan səhv; öz zərərinə olan əməli işləyənlərdən olarsan!
53,55) Və Biz, "Allah, aramızdan bunlara mı yaxşılıq etdi?!" desinlər deyə, onlardan bəzisini bəzisi ilə beləcə atəşə sürüklədik, imtahan etdik. Allah, özlərinə verilən nemətlərin əvəzini ödəyənləri daha yaxşı bilən deyilmi? Və Biz ayələri belə müfəssəl izah edirik. Və günahkarların yolu meydana çıxsın/sənə məlum olsun deyə.
54) Və ayələrimizə inanan kəslər sənə gəldikləri zaman dərhal: "Salam olsun sizə! Rəbbiniz rəhməti Öz üstünə yazdı. Şübhəsiz ki, sizdən hər kim bilməyərək bir pislik etdikdən sonra tövbə etsə və düzəltsə; şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və neməti bol olandır, geniş mərhəmət sahibidir!" de!
56) De ki: "Şübhəsiz ki, sizin, Allahın altındakılardan yalvardıqlarınıza ibadət etmək mənə qadağan edildi." De ki: "Mən, sizin boş, müvəqqəti arzularınıza uymaram. Əgər uysam, azğınlardan olaram və mən, yönləndirildiyim doğru yola çatanlardan olmaram."
57) De ki: "Mən Rəbbimdən açıq-aydın bir dəlillə gəldim. Siz isə o dəlili təkzib etdiniz. O tez gəlməsini istədiyiniz şey mənim yanımda deyil, hökm ancaq Allahındır, həqiqəti O izah edər/gerçəkləşdirər və O, ayırd edənlərin ən xeyirlisidir."
58) De ki: "Sizin tez gəlməsini istədiyiniz şey mənim əlimdə olsaydı, mənimlə sizin aranızdakı məsələ həqiqətən gerçəkləşib bitmiş olardı. Və Allah, səhv; öz zərərinə olan əməli işləyənləri ən yaxşı biləndir.
59) Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız Onun dərgahındadır. Ondan başqa onları heç kəs bilməz. Quruda və dənizdə olanları da O bilir. Onun xəbəri olmadan bir yarpaq belə düşməz. Yerin zülmətləri içində elə bir toxum, yaş və quru heç bir şey yoxdur ki, açıq-aydın bir kitabda olmasın.
60) Və O, sizi gecə vəfat[#230] etdirən; keçmişdə nə etdiklərinizi, etməniz lazım olduğu halda etmədiklərinizi bir-bir yadınıza salan, gündüz əldə etdiyiniz şeyləri bilən, sonra adı qoyulmuş müddətin başa çatması üçün sizi qaldırandır. Sonra isə dönüşünüz ancaq Ona olacaq. Sonra O, sizin nə etdiklərinizi sizə xəbər verəcəkdir.
61,62) Və Allah, qulları üzərində hökmranlığına davam edər və O, sizin üstünüzə mühafizəçilər göndərər. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt, elçilərimiz heç bir artıq-əskikliyə yol vermədən onu vəfat etdirər; onlara keçmişdə etdiklərini, etməsi lazım olduğu halda etmədiklərini bir-bir xatırladar. Sonra özlərinin həqiqi Mövlaları Allaha qaytarılacaqlar. Diqqətli olun, hökm ancaq Onundur və O, haqq-hesab çəkənlərin ən sürətlisidir."
63) De ki: "Siz, 'bizi bundan xilas edərsə, əlbəttə əvəzini ödəyənlərdən olacağıq' deyə gizlicə və yalvararaq Ona dua edərkən, qurunun və dənizin zülmətlərindən sizi kim xilas edir?"
64,114) De ki: "Sizi ondan və hər çətinlikdən Allah xilas edir. Sonra da siz şərik qoşursunuz. Və O, sizə Quranı müfəssəl/haqq-batil ayrılmış olaraq nazil etdiyi halda, Allahdan başqa bir hakimmi axtarım?" Və Kitab verdiyimiz o kəslər, Quranın şübhəsiz Rəbbindən haqq ilə nazil edildiyini bilirlər. O halda, sən onların, bu kitabın Allah tərəfindən nazil edildiyini bildiklərinədn əsla şübhə etmə.
65) De ki: "O, üstünüzdən və ayaqlarınızın altından əzab göndərməyə, yaxud da sizi zidd qruplara ayırıb birinizə digərinizin qisasını daddırmağa qadirdir." Bax, onlar yaxşıca anlasınlar deyə ayələrimizi necə də müxtəlif cəhətlərdən/müfəssəl surətdə izah edirik.
66,67,104) Sənin qövmün isə əzab/Quran/ayələrin müfəssəl izahı haqq olduğu halda, onu təkzib etdi. De ki: "Mən sizin üçün, işləri müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən" biri deyiləm. Hər vacib xəbərin [hadisənin] müəyyən bir zamanı var, siz də tezliklə biləcəksiniz. Həqiqətən sizə Rəbbinizdən gözünüzü açacaq, doğru yolu tapmağınıza səbəb olacaq məlumatlar gəldi. Artıq kim haqqı görsə, faydası özünədir, kim də korluq etsə zərəri özünədir. Mən sizin üçün bir gözətçi deyiləm!"[#231]
68) Və ayələrimiz/işarətlərimiz/nişanələrimiz barəsində boşboğazlıq edənləri gördüyün zaman, onlar ondan başqa söhbətə keçənə qədər onlardan uzaq dayan. Və əgər şeytan bunu sənə unutdursa da, xatırlayandan sonra o şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyənlər dəstəsi ilə birgə oturma.
69) Allahın mühafizəsi altına daxil olan kəslərə də o şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyənlərin haqq-hesabından bir şey yoxdur. Lakin [bu] Allahın mühafizəsi altına daxil olmaqları üçün bir xatırlatmadır!
70) Və dinlərini oyun və əyləncə halına gətirən/oyun və əyləncəni özlərinə din etmiş, dünya həyatı tərəfindən aldadılan kəsləri burax və Quran ilə xatırlat/öyüd-nəsihət ver: Bir adam, öz əliylə işləyib qazandığı ucbatından dəyişikliyə və məhvə məruz qalsa, onun üçün Allahın altındakılardan bir kömək edən, yol göstərən, qoruyan bir yaxın kimsə və dəstəkçi, şəfaətçi olmaz. Günahı müqabilində hər cür əvəzi ödəməyə razı olsa da, ondan qəbul edilməz. Bax bunlar, qazandıqları ucbatından dəyişikliyə/məhvə məruz qalan kəslərdir. Nankorluq etdikləri üçün onlara qaynar sudan bir içki və ağrılı-acılı bir əzab vardır.
71,72) De ki: "Allahın altındakılardan bizə fayda verməyən və zərər də verməyən şeylərə yalvaracağıqmı? Və Allah bizi doğru yola yönəltdikdən sonra, 'Bizə gəl!' deyə haqq yola və yaxşılığa çağıran yoldaşları varkən şeytanlar tərəfindən aldadılıb yoldan çıxarılan və yer üzündə sərgərdan bir halda dolaşan kəslər kimi geri qayıdaqmı?" De ki: "Şübhəsiz ki, Allahın doğru yolu, həqiqi doğru yolun özüdür. Və biz aləmlərin Rəbbi üçün müsəlman olmamızla Və səlat [maddi və zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmə qurumlarını təşkil etmək və yaşatmaq] və Onun mühafizəsi altına daxil olmaq əmr olundu. Və hüzurunda toplanacağımız məhz Odur."
73) Və O, göyləri və yeri haqq olaraq əmələ gətirəndir. Və O, "Ol!" dediyi gün, dərhal olar. Onun sözü haqdır. Sur üfürüldüyü gün də mülk ancaq Onundur. O, gizlini və aşkarı biləndir. O, ən yaxşı qanun qoyandır, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir.
74) Və bir zaman İbrahim, atası Azərə, "Sən bütləri tanrı olaraqmı qəbul edirsən? Şübhəsiz ki, mən səni və qövmünü açıq-aşkar bir azğınlıq içində görürəm!" demişdi.
75) Və Biz, dəlil olsun deyə və qəti surətdə inananlardan olması üçün İbrahimə göylərin və yerin səltənətini və idarəsini beləcə göstərdik.
76) Bu səbəbdə, İbrahim, gecənin qaranlığı üstünə çökdükdə, bir ulduz gördü: "Bu mənim Rəbbimdir" dedi. Sonra ulduz batdıqda, "Mən batanları sevmirəm" dedi.
77) Sonra ay doğduqda, görüb: "Bu, mənim Rəbbimdir" dedi. O da batdıqda, "And olsun ki, Rəbbim mənə doğru yolu göstərməsəydi, həqiqətən mən azğınlardan olaram" dedi.
78,79) Sonra günəşin doğduğunu görüb: "Bu mənim Rəbbimdir, bu daha böyük!dür" dedi. Sonra o da batdıqda: "Ey qövmüm! Şübhəsiz ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Həqiqətən mən hənif; batil inanclardan üz döndərmiş biri olaraq üzümü göyləri Və yeri yoxdan var edənə/yox edəcək olana çevirdim və mən şərik qoşanlardan deyiləm" dedi.
80,81) Və qövmü, onunla mübahisə etdi. İbrahim dedi: "Mənə doğru yolu göstərdiyi halda, Allah haqqında mənimlə mübahisəmi edirsiniz? Ona şərik qoşduqlarınızdan heç qorxmuram. -Ancaq Rəbbimin istədiyi şey xaric olmaqla.- Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Hələ də düşünmürsünüzmü? Və Allah, onlar barəsində heç bir güc-qüvvət nazil etmədiyi halda, siz [o şeyləri] Ona şərik qoşmaqdan qorxmursunuz, mən niyə sizin şərik qoşduğunuz şeylərdən qorxmalıyam? Bu halda, əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin-amanlıqda olmağa daha layiqdir?"
82) O iman edənlər və imanlarına səhv; öz zərərlərinə olan iş qarışdırmayanlar/şərik qoşmaq işini qarışdırmayanlar, bax onlar, əmin-amanlıqda olanlardır. Yönləndirildikləri doğru yolu tapanlar da onlardır.
83) Və bax bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərdir. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, çox yaxşı biləndir.
84) Və Biz ona İshaqı və Yəqubu da bəxş etdik. Hamısına doğru yolu göstərdik. Daha əvvəl də Nuha və onun nəslindən olan Davuda, Süleymana, Əyyuba, Yusifə, Musaya və Haruna da doğru yolu göstərmişdik. Və Biz gözəl-yaxşı işlər görənlərə belə cavab verərik.
85) Zəkəriyya, Yəhya, İsa və İlyasa da doğru yolu göstərdik. Hamısı əməlisalehlərdən idi.
86) İsmail, Əlyəsə, Yunus və Luta da doğru yolu göstərdik. Hamısını də Biz aləmlərə üstün etdik.
87) Və onların atalarından, nəsillərindən və qardaşlarından da [bəzilərini] üstün etdik. Və onları seçdik, doğru yola yönəltdik.
88) Bax bu, Allahın yönəltməsidir. O, qullarından istədiyini doğru yola yönəldər. Və əgər onlar şərik qoşsaydılar, həqiqətən işlədikləri əməllər boşa gedərdi.
89) Bax onlar, kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. İndi bunlar, onlara inanmayacaq olsalar, Biz həqiqətən bunu örtməyən/buna inanan bir qövmü "bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edənlər" olaraq [təyin] edərik.
90) Bax bunlar, Allahın yol göstərdiyi kəslərdir. Artıq sən də onların bələdçisinə/vəhyə tabe ol. De ki: "Mən onun müqabilində sizdən heç bir muzd istəmirəm. O, yalnız aləmlərə bir öyüd-nəsihətdir."
91) Və onlar, "Allah, heç bir bəşərə bir şey göndərməyib" deməklə, Allahı layiqincə təqdir edə bilmədilər/layiqincə tanıya bilmədilər. De ki: "Musanın insanlara işıq və bələdçi olmaq üçün gətirdiyi, sizin parça-parça yazdığınız, bir qismini aşkara çıxardığınız, bir çoxunu da gizlətdiyiniz; sizin və atalarınızın onun sayəsində bilmədiyiniz bir çox şeyləri öyrəndiyiniz Kitabı kim nazil etmişdir?" Sən, də ki: "Allah!" Sonra qoy onlar boş işləriylə oynaya-oynaya qalsınlar.
92) Bax bu, Bizim mərkəzi şəhəri və ətrafındakı kəsləri xəbərdar edəsən deyə nazil etdiyimiz, sadəcə içindəkiləri təsdiqləyən, bərəkətlə dolu bir Kitabdır. Axirətə iman gətirənlər ona da inanar və onlar səlatlarını [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını] da qoruyub saxlayar.
93) Və Allaha qarşı yalan uydurandan və ya özünə heç bir şey vəhy edilmədiyi halda "Mənə vəhy olundu" deyəndən və "Allahın nazil etdiyi kimi mən də nazil edəcəyəm" deyəndən daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəsləri ölümün şiddəti içində olduqları halda, [bu iş üçün tapşırıq alan] qüvvələr də əllərini onlara uzadıb, "Canlarınızı çıxarın. Bu gün, Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə qarşı təkəbbürlənməyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" deyərkən bir görəsən!
94) Və and olsun ki, siz, sizi ilk dəfə meydana gətirdiyimiz zamanki kimi yalnız başına/tək-tək Bizə gəldiniz və sizə verdiyimiz şeyləri arxanızda qoyub gəldiniz. Və aranızda, şəriklər olduğuna inandığınız uydurma köməkçilərinizi sizin yanınızda görmürük. And olsun ki, aranızda kəsinti/qırılma olmuş və səhv olaraq inandığınız şeylər qeyb olmuşdur.
95) Şübhəsiz ki, Allah, dənəni və çəyirdəyi çatladıb çıxarandır: Ölüdən diri çıxarır, diridən də ölü çıxarandır. Budur Allah! Necə də döndərilirsiniz?
96) Dan yerini yarıb çıxarandır. Gecəni bir istirahət vaxtı etmiş, günəşi və ayı hesab ilə yaratmışdır. Bu, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, çox yaxşı bilənin təqdiridir, nizamlamasıdır.
97) Və Allah, qurunun və dənizin qaranlıqlarında, sizə göstərdikləri doğru yolu tapa biləsiniz deyə ulduzları sizin üçün tanıdandır. Şübhəsiz ki, Biz, bilən bir tayfa üçün ayələri müfəssəl olaraq izah etdik.
98) Və O, sizi bir tək nəfsdən inşa edəndir. Sonra da bir qərar yeri və əmanət yeri...[#232] -Biz həqiqətən ayələri, yaxşı anlayan bir tayfa üçün müfəssəl olaraq izah etdik.-
99) Və Allah göydən suyu endirəndir. Beləcə Biz onunla hər şeyin bitkilərini bitirdik. Ondan da bir-birinə bənzəyən və bir-birinə bənzəməyən, bir-birinin üstünə minmiş dənələr; xurmanın tumurcuğundan sallanan salxımlar, üzümdən bağları, zeytun və narı çıxardığımız filizi bitirdik. Bunlar bar verdikləri zaman meyvələrinə və yetişməsinə baxın! Bax bunda, həqiqətən inanan bir tayfa üçün işarətlər/nişanələr vardır.
100,101) Və onlar görünməz güc və varlıqları Allaha şərik qəbul etdilər. Halbuki onları O əmələ gətirmişdir. Xəbərləri olmadığı halda da oğullar, qızlar uydurdular. -Onun şanı onların vəsf etdikləri pak və ucadır.- O, göyləri və yeri yoxdan var edəndir. Onun sahibəsi/zövcəsi olmadığı halda, necə uşağı olar? Və O, hər şeyi əmələ gətirmişdir. Və O, hər şeyi ən yaxşı biləndir.
102) Budur Rəbbiniz Allah! Ondan başqa məbud yoxdur. Hər şeyi əmələ gətirəndir. Elə isə, Ona ibadət edin. O, hər şey üçün müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edəndir.
103) Gözlər Ona çata bilməz, O isə gözlərə çatar; O, çox nemət sahibidir, hər şeydən xəbərdardır.
105) Bax beləcə, Biz sənə: "Sən dərs almısan/bunları bir yerdən oxuyub öyrənmisən" desinlər və [Biz də] izah edək deyə ayələri müxtəlif şəkillərdə gətiririk/açıqlayırıq.
106,107) Sən, Özündən başqa məbud olmayan Rəbbindən sənə vəhy olunan şeyə tabe ol. Şərik qoşanlardan da üz çevir. Və əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz, səni onların gözətçisi etməmişik, sən onlar üçün işləri müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən biri də deyilsən!
108) Və onların, Allahın altındakılardan yalvardıqları kəslərə söyməyin ki, onlar da bir cahilliklə, hədlərini aşaraq Allaha söyməsinlər. Biz, başçısı olan hər tayfa üçün, işlədikləri əməlləri bax beləcə gözəl göstərdik. Sonra da onların dönüşü öz Rəbbinə olacaq. Sonra O, onlara nə etdiklərini xəbər verəcək.
109) Və şərik qoşanlar, onlara bir bir işarət/nişan gəlsə, ona həqiqətən iman edəcəklərinə dair ən böyük andlarıyla Allaha möhkəm and içdilər. De ki: "İşarətlər/nişanlar Allah dərgahındadır." Onlara işarətlər/nişanələr gəldiyində də iman gətirməyəcəklərini başa düşmürsünüzmü?
110) Və Biz onların ürəklərini və gözlərini, əvvəlki iman etmədikləri vəziyyətdəki kimi tərsinə çevirərik. Və Biz də onları azğınlıqları içərisində kor və çaşmış olaraq qoyarıq.
111) Və əgər Biz, şübhəsiz ki, onlara bəzi güclər göndərsəydik, onlara ölülər söz söyləsəydi və hər şeyi qarşılarına yığsaydıq, -Allahın diləməsi xaricində- yenə də iman gətirməzdilər. Lakin onların çoxu cahillik edir.
112,113) Beləliklə Biz, hər peyğəmbər üçün gizli-açıq şeytanlarını düşmən etdik.[Belə etdik] Ki dünya malına aldandıqları üçün axirətə inanmayan kəslərin qəlbləri ona aldansın, ondan razı olsun və etməkdə olduqlarını etsinlər deyə bunlardan bəziləri digərlərinə gözəl sözlərlə gizlicə təlqin edirlər/pıçıldayırlar. -Və əgər Rəbbin istəsəydi, bunu etməzdilər. Elə isə onları və uydurduqları şeyləri boşla getsin!-
115) Və Rəbbinin sözü həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək biri yoxdur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
116) Və əgər yer üzündə olanların əksəriyyətinə tabe olsan, onlar səni Allah yolundan azdırarlar. Çünki onlar yalnız "zənn"ə qapılırlar və yalnızca yalan danışırlar.
117) Şübhəsiz ki, sənin Rəbbin, kimlərin Onun yolundan çıxdığını ən yaxşı biləndir. Və O, yönləndirildikləri doğru yolda olanları da daha yaxşı tanıyır.
124) Və onlara bir ayə gəldiyi zaman: "Allahın elçilərinə verilən şeylər bizə də verilməsə, qətiyyən iman gətirməyəcəyik" dedilər. Allah elçilik vəzifəsini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlara, işlətdikləri hiylələrindən ötrü Allah dərgahında rəzillik və çətin bir əzab var.
125) Və sonra, Allah kimi doğru yola yönəltmək istəsə, İslam üçün onun sinəsini açar. Kimi də azdırmaq istəsə onun köksünü həddindən artıq çətin hala gətirər ki, sanki o, göyə qalxırmış kimi olar. Bax belə, Allah, murdarlığı [zərərli, əzab verən şeyləri] iman etməyənlərin üzərinə qoyar/atar.
119) Və sizə nə olub ki, O sizə, məcbur qalmadıqca haram olan şeyləri ətraflı izah etdiyi halda, Allahın adı çəkilmişlərdən yemirsiniz? Və şübhəsiz ki, bir çoxları bilmədən istəklərinə uyaraq yoldan çıxırlar. Şübhəsiz ki, sənin Rəbbin, həddi aşanları ən yaxşı biləndir.
120) Günahın açığını və gizlisini tərk edin! Şübhəsiz ki, günah qazanan kəslər, qazanmış olduqları şeylər səbəbiylə cəzalandırılacaqlar.
121) Və üstündə Allahın adı çəkilməmiş şeylərdən yeməyin. Və şübhəsiz ki, o, tamamilə yoldan çıxmaqdır. Və şübhəsiz ki, şeytanlar öz yaxınlarına sizinlə mübarizə etməyi gizlicə təlqin edirlər. Və əgər onlara boyun əysəniz, deməli, şübhəsiz ki, siz şərik qoşan kəslər oldunuz.
122) Ölü ikən diriltdiyimiz və insanların arasında gəzsin deyə bir nur verdiyimiz şəxsin halı, qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəsin halı kimi ola bilərmi? Bax, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] işlədikləri əməllər beləcə 'gözəl və cazibədar' göstərilmişdir.
123) Və Biz beləcə, hər bir şəhərin əyanlarını, orada hiylələr işlətsinlər deyə oranın günahkarları etdik. Halbuki onlar, pisliyi yalnız özlərinə edirlər, amma bunu dərk etmirlər.
126) Və bax bu, Rəbbinin doğru yoludur. Həqiqətən Biz, xatırlayıb ibrət alan bir tayfa üçün ayələri geniş bir şəkildə izah etdik.
127) İşlədikləri əməllər səbəbiylə Rəbblərinin yanında rahatlıq, əmin-amanlıq və təhlükəsizlik yurdu ancaq onlara məxsusdur. Və Rəbbləri, onların köməkçisi, yol göstərəni, qoruyanıdır.
128) Və Allah onların hamısını bir yerə yığdığı gün: "Ey gizli düşmənlər birliyi! Həqiqətən belə insanlardan çoxaltdınız!..." İnsanlardan onların yaxınları da: "Rəbbimiz! Biz bir-birimizdən qazanc əldə etdik. Nəhayət biz, bizim üçün verdiyin möhləti başa vurduq" deyəcək. Allah: "Atəş, sizin dayanacağınızdır. Orada, Allahın diləməsi istisna olmaqla, əbədi olaraq qalacaqsınız" deyəcək. Şübhəsiz ki, Rəbbin ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edən, ən yaxşı biləndir.
129) Və bax Biz beləcə, qazandıqları günahlara görə səhv; öz zərərinə olan əməli işləyənlərin bir qismini, digər bir qisminə yaxınlaşdırarıq
130) Ey gizli, aşikar, gələcəyin, bu günün insan cəmiyyəti! Sizə ayələrimi söyləyən və [belə bir] günə qovuşacağınız barədə sizə xəbərdarlıq edən, öz içinizdən elçilər gəlmədimi? Onlar: "Öz əleyhimizə şahidik" dedilər. Bəsit dünya həyatı onları aldatdı və onlar özlərinin həqiqətən kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlərdən] olduqlarına şahidlik etdilər.
131) Bax bu; sənin Rəbbinin, əhalisi qafil, xəbərsiz ikən, ölkələri haqsız yerə dəyişikliyə/məhvə məruz qoymamasıdır.
132) Və hamısı üçün, etdiklərinə uyğun olaraq dərəcələr var. Və sənin Rəbbin onların nə etdiklərindən qafil/xəbərsiz deyil.
133) Və sənin Rəbbin çox zəngindir/heç bir şeyə möhtac deyil, mərhəmət sahibidir. Sizi, başqa tayfaların nəslindən gətirdiyi kimi, istəsə, sizi də yox edər və sizdən sonra da yerinizə istədiyini gətirər.
134) Şübhəsiz, sizə vəd olunan şeylər həqiqətən gələcək. Və siz, buna mane ola bilməzsiniz.
135) De ki: "Ey qövmüm! Gücünüz çatdığı qədər edəcəyinizi edin! Şübhəsiz ki, mən də edirəm. Tezliklə Yurdun axırının kimə qalacağını biləcəksiniz. Şübhəsiz ki, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər nicat tapmazlar."
136) Və onlar, Allahın yaratdığı əkindən və mal-qaradan Allaha bir pay ayırıb, öz pozğun inanclarına görə, "Bu, Allah üçün; bu da şəriklərimiz üçündür" dedilər. Budur, şərikləri üçün olan pay Allaha çatmaz, Allah üçün olan şey şəriklərinə çatar. Verdikləri hökm necə də pisdir!
138) Və onlar, səhv inancları səbəbiylə: "Bunlar, toxunulmaz heyvanlar və əkinlərdir. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar beli qadağan edilmiş heyvanlardır" dedilər. Və bəzi heyvanları Allaha yalan uyduraraq üstündə Onun adını çəkməzlər. Allah, onları atdıqları böhtanlar səbəbiylə cəzalandıracaq.
139) Və onlar, "Bu heyvanların qarnındakılar ancaq kişilərə aid olub qadınlarımıza isə haramdır. Əgər ölü olsa, o zaman onlar ona şərik olar" dedilər. Allah, onların vəsflərini onlara cəza olaraq verəcəkdir. Şübhəsiz ki, O, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, çox yaxşı biləndir.
137) Və onların şərikləri, özlərini məhv etsinlər və dinlərinə fitnə salsınlar deyə müşriklərin bir çoxuna, yük olduğu, utanc səbəbi olduğu üçün və məbudlara qurban etmək kimi səbəblərlə, övladlarını öldürməyi gözəl göstərdi. Və Allah istəsəydi, bunu etməzdilər. O halda, onları və onların uydurduqları şeyləri boşla!
140) Cəhalət üzündən beyinsizlik edərək öz uşaqlarını öldürənlər və Allahın verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, şübhəsiz ki, zərərə düçar oldular. Onlar, əlbəttə yoldan azanlardır və onlar yönləndirildikləri doğru yolu tapan kəslər deyil.
141) Və Allah asma və asma olmayan bağları, xurmaları, müxtəlif məhsullar verən əkinləri, zeytunları və narları, bir-birinə bənzəyən və bənzəməyən şəkildə əmələ gətirəndir. Meyvə verdikdə meyvəsindən yeyin, məhsul yığımı günü də onun haqqını verin və israf etməyin. Şübhəsiz ki, Allah, israf edənləri sevməz.
142) Və O, heyvanlardan yük daşıyanları, döşək düzəldilənləri əmələ gətirəndir. Allahın sizə ruzi olaraq verdiyi şeylərdən yeyin. Şeytanın izi ilə getməyin. Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.
143) Səkkiz cüt: qoyundan iki, keçidən də iki. De ki: "Allah, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud da iki dişinin qarnının bürüdüyü şeyi; balaları? Əgər doğru danışanlarsınızsa, mənə elmə əsaslanaraq xəbər verin."
144) Və dəvədən iki, inəkdən də iki... De ki: "Allah, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud da iki dişinin balalarını? Yoxsa Allah sizə belə bir öhdəlik qoyduğu zaman Onun yanında idinizmi?" Beləcə, heç bir məlumata əsaslanmadan, insanları azdırmaq üçün Allah barəsində yalan uyduran kimsədən daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? Şübhəsiz ki, Allah, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslərin dəstəsinə bələdçi olmaz.
145) De ki: "Mənə vəhy olunan şeylərdə, leş və ya axar qan, yaxud donuzun əti -şübhəsiz donuzun əti çirklidir, narahatlıq verər- yaxud Allahdan başqasının adı ilə kəsilmək kimi haqq yolun xaricinə çıxılanlar istisna olmaqla, onları yeyən üçün haram edilmiş bir şey görmürəm. Artıq kim çarəsiz qalsa, həddi aşmamaq və zərurət sərhədini keçməmək şərti ilə bunlardan yeyə bilər." Budur, həqiqətən, sənin Rəbbin çox bağışlayandır, çox rəhm edəndir.
118) Artıq, əgər Allahın ayələrinə iman edənlərdənsinizsə, üstündə Allahın adı çəkilənlərdən yeyin.[#233]
146) Və Biz yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. Bellərində və ya bağırsaqlarında olan, yaxud sümüklərinə qarışan yağlar istisna olmaqla, inək və qoyunların piylərini də yəhudilərə haram etdik. Bu, etdikləri təcavüzlər səbəbindən Bizim onlara verdiymiz cəzadır. Və Biz, əlbəttə doğru olanlarıq
147) Artıq, əgər səni yalançı sayarlarsa, dərhal de ki: "Rəbbiniz geniş mərhəmət sahibidir. Və Onun əzabı günahkarlar dəstəsindən dəf edilməz."
148) Allaha şərik qoşan kəslər deyəcəklər ki: "Allah istəsəydi, biz şərik qoşmazdıq, atalarımız da müşrik olmazdılar, heç bir şeyi də haram etməzdik." Onlardan əvvəl təkzib edənlər də əzabımızı dadana qədər bax beləydilər. De ki: "Yanınızda bizim qarşımıza çıxara biləcəyiniz bir elm varmı? Siz, ancaq zənnə qapılırsınız və siz ancaq boşboğazlıq edirsiniz."
149) De ki: "Budur, ən qəti və üstün dəlil, Allahındır. O səbəblə, əgər Allah istəsəydi, əlbəttə hamınıza bələdçi olardı."
150) De ki: "Haydı, Allah bunu həqiqətən haram etdi deyə şahidlik edəcək şahidlərinizi gətirin." Buna baxmayaraq, əgər onlar şahidlik etsələr də sən onlarla birlikdə şahidlik etmə. Ayələrimi yalan hesab edən və axirətə inanmayan kəslərin boş müvəqqəti arzularına da uyma. Və onlar, öz Rəbbinə tay tutmaqdadırlar.
151) De ki: "Gəlin, Rəbbinizin sizə nələri qadağan etdiyini, toxunulmaz etdiyini oxuyum: 'Özünə heç bir şeyi şərik qoşmayın, ana-ataya yaxşılıq edin, [onlarla] gözəl rəftar edin, kasıblıq qorxusuyla/kasıb düşmək qorxusuyla uşaqlarınızı öldürməyin, -Sizin və onların ruzisini Biz veririk- pisliklərin açığına və gizlisinə yaxınlaşmayın, haqsız yerə, Allahın haram etdiyi nəfsi öldürməyin, -Bax bunlar, ağılınızı işlədəsiniz deyə, Onun sizə qoyduğu öhdəliklərdir.-
152) Yetimin malına da yaxınlaşmayın, -Yalnız həddi-büluğa çatana qədər ən gözəl şəkildə yaxınlaşa bilər və uyğun şəkildə xərcləyə bilərsiniz.-  ölçünü, çəkini haqqaniyetle əskiksiz edin, -Biz heç kəsə gücü çatdığından başqasını; imkanının xaricindəki bir şeyi yükləmərik.- danışanda, yaxınınız da olsa ədalətli olun və Allaha verdiyiniz sözü əskiksiz tutun.' -Bax bunlar, öyüd alıb düşünəsiniz deyə Allahın sizə öhdəlik olaraq qoyduğu şeylərdir.-"
153) Və şübhəsiz ki, bu, doğru olaraq Mənim yolumdur. Dərhal ona tabe olun. Və başqa yollara uymayın ki, sizi Allahın yolundan ayırmasın. Bax bunlar, Allahın mühafizəsi altına daxil olasınız deyə, Allahın sizə öhdəlik olaraq qoyduğu şeylərdir.
154) Sonra Biz, öz Rəbbi ilə qarşılaşacaqlarına inansınlar deyə, yaxşı-gözəl işlər görənlərə hər şeyi kamil və müfəssəl izah etmək, bələdçi və rəhmət olmaq üçün Musaya Kitabı verdik.
155,156,157) Və Quran, bəziləriniz "Kitab, yalnız bizdən əvvəlki iki tayfaya; yəhudilərə və xristianlara endirildi; biz isə, o kitabları oxuya bilmir və dillərini başa düşmürük" deməyəsiniz, bəziləriniz də "Əgər bizə kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq" deməyəsiniz deyə Bizim nazil etdiyimiz bərəkətli bir kitabdır. O səbəblə, sizə mərhəmət edilməsi üçün ona tabe olun və Allahın mühafizəsi altına daxil olun. Artıq Rəbbinizdən sizə də açıq-aşkar dəlil, hidayət və mərhəmət gəlmişdir. Elə isə Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha səhv, öz zərərlərinə olan əməli işləyən kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə əzabın pisi ilə cəzalandıracağıq.
158) Mələklərin gəlişindən, yaxud da Rəbbinin gəlişindən, yaxud da Rəbbinin bəzi nişanələrinin/işarətlərinin gəlişindən başqa bir şeymi gözləyirlər? Rəbbinin nişanələrindən/işarətlərindən bəzisi gəldiyi gün, daha əvvəl iman etməmiş və ya imanından bir xeyir qazanmamış kimsəyə, artıq inanması bir fayda verməz. De ki: "Gözləyin; doğrusu, biz də gözləyənlərik."
159) Şübhəsiz, dinlərini parçalayaraq firqə-firqə olan o kəslər ki var; sən heç bir surətdə və davranışda onlardan deyilsən. Şübhəsiz ki, onların işi Allaha [qalmışdır]. Sonra Allah onlara etdikləri şeyləri xəbər verəcək.
160) Kim yaxşı əməl gətirsə, artıq ona gətirdiyinin on misli var. Kim də pis əməl gətirsə, artıq o, yalnız o əməlin misli qədər cəza alacaq və onlara haqsızlıq edilməyəcək.
161) De ki: "Şübhəsiz ki, Rəbbim məni doğru yola yönəltdi; dim-dik ayaqda dayanan bir dinə, şirkdən, Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməkdən dönmüş olan İbrahimin dininə, həyat tərzinə. İbrahim, şərik qoşanlardan olmamışdı."
162,163) De ki: "Mənim səlatım [maddi və zehni baxımdan dəstək olmağım; cəmiyyəti maarifləndirmək üçün çalışmağım], bəndəliyim, ibadətimiz hər növü, həyatım və ölümüm yalnız Özünün ortağı olmayan aləmlərin Rəbbi Allah üçündür. Və mənə belə əmr olundu, mən müsəlmanların da birincisiyəm."
164,165) De ki: "Allah hər şeyin Rəbbi olduğu halda, mən Allahdan başqa Rəbbmi axtarım?" Hər kəsin qazandığı yalnız özünə aiddir. Yükünü daşıyan kimsə, bir başqasının yükünü daşımaz. Sonra yalnız Rəbbinizə qayıdacaqsınız. Beləliklə, Allah ixtilafda olduğunuz şeyi sizə xəbər verəcəkdir. Və O, sizi yer üzündə gedənlərin yerinə gətirən, bəxş etdikləri ilə sizi sınamaq üçün birinizi digərinizin fövqünə dərəcə-dərəcə yüksəldəndir. Həqiqətən, sənin Rəbbin tez haqq-hesab çəkəndir və şübhəsiz O, çox bağışlayandır, çox rəhm edəndir.