əl-Ənbiya

1) İnsanlar üçün haqq-hesab vaxtı yaxınlaşdı. Onlar isə laqeydliklə, uzaq dayanırlar.
2,3) Rəbblərindən onlara gələn hər yeni öyüdü/xatırlatmanı ancaq oyun kimi qəbul edərək, əylənərək dinləyirlər. Və şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslər, aralarında gizlicə belə pıçıldaşırlar: "Bu, sizin kimi bir insandan başqa bir şey ola bilərmi? Artıq, gözünüz görə-görə sehrə uyursunuz?"
4) De ki: "Rəbbim göydə və yerdə hər sözü bilir. Və O, ən yaxşı eşidən, ən yaxşı biləndir."
5) Əksinə, onlar: "Bunlar, qarma-qarışıq yuxulardır; yox, yox, onu özü uydurmuşdur; yox, yox, o bir şairdir. Haydı, elə isə əvvəl göndərilənlər kimi bizə bir işarət/nişanə gətirsin" dedilər.
6) Onlardan əvvəl yox etdiyimiz heç bir məmləkət iman etməmişdi. İndi bunlarmı iman gətirəcəklər?
7) Və Biz səndən əvvəl də ancaq özlərinə vəhy etdiyimiz yetkin kəsləri göndərdik/elçi etdik. Haydı, siz bilmirsinizsə Öyüd/Kitab əhli olanlardan/vəhy haqda elmi olanlardan SOruŞun.
8) Və Biz o elçiləri yemək yeməyən cəsədlər etmədik. Onlar əbədi qalanlar/ölümsüz də deyildilər.
9) Sonra Biz, onlara verdiyimiz o sözü yerinə yetirdik. Beləcə, onları və istədiyimiz kəsləri xilas etdik. Həddini aşanları da dəyişikliyə/məhvə məruz qoyduq.
10) Heç şübhəsiz, Biz sizə, içində sizin üçün öyüd/şan-şərəf olan bir kitab nazil etdik. Buna baxmayaraq, hələ də ağlınızı işlətməyəcəksinizmi?
11) Biz, şirk qoşmaq surətiylə səhv; öz zərərinə olan əməli işləyən neçə-neçə şəhərləri də qırıb məhv etdik. Onlardan sonra da başqa qövmləri yaratdıq.
12,13) Belə ki, onlar əzabımızın şiddətini hiss etdikləri zaman ondan sürətlə uzaqlaşıb qaçırdılar. -Sürətlə uzaqlaşıb qaçmayın, sorğu-sual olunmaq üçün, içində əylənib azdığınız şeylərə və evlərinizə qayıdın.-
14) Onlar: "Vay bizim halımıza! Şübhəsiz ki, biz, həqiqətən, yanlış işlər görənlər; öz zərərlərinə iş görənlər imişik" dedilər.
15) Onların bu nalələri, onları biçilmiş bir əkin və sönmüş ocaq/kül halına gətirənə qədər dinmədi.
16) Və Biz göyü, yeri və onların arasındakı şeyləri, oyun oynayanlar olaraq əmələ gətirmədik.
17) Əgər Biz, bir əyləncə düzəltmək istəsəydik, əlbəttə onu Öz dərgahımızdan edərdik, əgər Biz [elə] edən olsaydıq.
18) Əksinə, Biz, haqqı batilin başına çırparıq, [o da] onun beynini parçalayar. Bir də baxarsan ki, batil yox olub getmişdir. Və Allaha yaraşdırdığınız sifətlərə görə vay sizin halınıza!
19,20) Göylərdə və yer üzündə olan kəslər də yalnız Ona məxsusdur. Onun dərgahında olan kəslər də Onun qulluğunda olmaqdan təkəbbür göstərməz və yorulmazlar, gecə-gündüz ara vermədən Onu nöqsan sifətlərdən pak tutarlar.
21) Yoxsa onlar, yer üzündən bəzi məbudlar qəbul etdilər və o [məbudlar] onları canlandıracaq/dirildəcək?
22) Əgər yerdə və göydə Allahdan başqa məbudlar olsaydı, bunların ikisi də; yer, göy həqiqətən qarışıqlıq içində olardı/nizamları pozulardı. O halda ən böyük taxtın[#300] Rəbbi olan Allah, onların yaraşdırdığı sifətlərdən pakdır.
23) Ərşin Rəbbi Allah, etdiyindən məsul olmaz, onlar isə məsul olacaqlar.
24) Yoxsa onlar, Onun altındakılardan bəzi məbudlar qəbul etdilər? De ki: "Qəti dəlilinizi gətirin. Bax bu, mənimlə birlikdə olanların öyüdü və məndən əvvəlkilərin öyüdüdür." Əksinə, onların əksəriyyəti haqqı bilməz. Artıq, onlar yüz döndərənlərdir.
25) Və Biz səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Haqq budur ki, Məndən başqa məbud deyə bir şey yoxdur. Onun üçün Mənə ibadət edin" deyə vəhy etməyək.
26,27,28) Və onlar: "Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], Özünə övlad götürdü!" dedilər. Rəhman, bundan pakdır. Əksinə, onlar, özlərinə lütf göstərilmiş bəndələrdir. Onlar, Onun sözünün önünə keçə bilməzlər; onlar, yalnız Onun əmri ilə iş görərlər. O, Rəhmanın övladları saydıqları şeylərin önlərində olanı və arxalarında olanı bilir. Və onlar, Onun razı olduğu kəslərdən başqasına yardım etməzlər/dəstək olmazlar. Bununla birgə onlar, Ona duyduqları dərin hörmət və məhəbbətdən ötrü, ondan uzaqlaşmaq qorxusuyla tir-tir əsərlər.
29) Və onlardan hər kim: "Mən, şübhəsiz Onun altındakılardan bir məbudam" desə, artıq, Biz onu cəhənnəmlə cəzalandırarıq. Şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyənləri Biz bax belə cəzalandırarıq.
30) Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş olan kəslər], göylər və yer bitişik bir halda ikən Bizim o ikisini ayırdığımızı və həyat sahibi [canlı] olan hər şeyi sudan əmələ gətirdiyimizi görmürlərmi? Buna baxmayaraq, hələ də inanmırlarmı?
31) Və Biz, yerin içində, sizə süfrə olsun deyə möhkəm dirəklər etdik. Və orada, yönləndirildikləri yollarını tapsınlar deyə çoxlu yollar yaratdıq.
32) Və Biz, göyü qorunmuş bir tavan etdik. Onlar isə, səmanın ayələrindən üz döndərənlərdir.
33) Və O, gecəni, gündüzü, günəşi və ayı yaradandır. Hamısı bir orbitdə üzməkdədir.
34) Biz, səndən əvvəl də heç bir bəşərə əbədiyyət bəxş etmədik. Yaxşı, sən öldün, onlar əbədi qalacaqmı?
35) Hər kəs [hər canlı varlıq] ölümü dadacaqdır. Və əridib saflaşdırmaq üçün sizi Biz, şər və xeyir ilə sınayarıq. Və siz, yalnız Bizə qaytarılacaqsınız.
36) Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], səni gördükləri zaman, yalnız, səni məsxərəyə qoyurlar; "Məbudlarınızı ele hey yad edən budurmu?" Halbuki Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] xatırlanmasını, öyüdünü, Kitabı, Quranı bilə-bilən inkar edənlər məhz özləridir.
37) İnsan, çox tələskən xarakterdə yaradılmışdır. Sizə tezliklə işarətlərimi göstərəcəyəm. İndi siz Məndən tələsik istəməyin.
38) Və inkar edən kəslər, "Əgər doğru danışansınızsa, bu vəd nə vaxt [gerçək] olacaq?" deyirlər.
39) Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş olan kəslər] atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və əsla bir kömək də görməyəcəkləri zamanı bir bilsəydilər!
40) Əslində bu əzab onlara qəflətən gələcək və onları mat qoyacaq. Artıq, onu geri qaytarmağa gücləri çatmayacaq və onlara möhlət verilməyəcək.
41) Və heç şübhəsiz səndən əvvəl bir çox elçiyə istehza edildi, istehza edənləri o istehza etdikləri şey bürüdü.
42) De ki: "Gecə və gündüz vaxtı sizi Rəhmandan [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdan] kim qoruya bilər?" Əslində onlar, Rəblərini yada salmaqdan, Onun öyüdündən üz döndərənlərdir.
43) Yoxsa onların, Bizim altımızdakılardan, onları dəf edə bilən tanrıları var? O uydurma tanrıların onlara yardım etməyə gücləri çatmaz. Onlara Bizim tərəfimizdən də bir dəstək olmaz.
44) Əslində Biz, o kafirləri və atalarını, ömür onlara uzun gələnə qədər bəhrələndirdik. Yaxşı, indi Bizim yer üzünə gəlib onu ətrafından əskiltdiyimizi görmürlərmi? O halda, üstün gələn onlardırmı?
45) De ki: "Mən sizə ancaq vəhy ilə xəbərdarlıq edirəm." Xəbərdarlıq edildiyi zaman karlar çağırışa qulaq asmazlar.
46) Və şübhəsiz, Rəbbinin əzabından bir yel onlara toxunsa, mütləq "Vay halımıza! Şübhəsiz ki, biz səhv; öz zərərlərinə olan əməli işləyənlərmişik" deyəcəklər.
47) Biz qiyamət günü üçün [hər kəsin] haqqına düşən payı [ölçən] tərəzilər qoyarıq; heç kim, heç bir surətdə haqsızlığa məruz qalmaz. O şey bir xardal dənəsi ağırlığında olsa belə onu gətirərik. Və haqq-hesab görən olaraq Biz kifayət edərik.
48,49) Və and olsun ki, Musa və Haruna Furqanı və görülməyən, eşidilməyən, hiss edilməyən kimsəsiz yerdə Rəbbi qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərən, qiyamətin qopmasından vahiməylə titrəyən, Allahın mühafizəsi altına daxil olan kəslər üçün bir işıq və öyüd [olaraq] verdik.
50) Bax bu Quran da Bizim nazil etdiyimiz mübarək bir öyüddür. İndi siz bunu tanıtmayan, tanınmasına mane olan kəslərsinizmi?
51,52) Və and olsun ki, Biz daha öncə İbrahimə yetkinlik nəsib etmişdik. Və Biz onu bilənlər idik. Bir vaxt İbrahim atasına və qövmünə: "Sizin həmişə tapındığınız bu heykəllər nədir?" demişdi.
53) Onlar: "Biz atalarımızın onlara tapındığını gördük" dedilər.
54) İbrahim: "And olsun ki, siz və atalarınız açıq-aşkar bir azğınlıq içindəsiniz" dedi.
55) Onlar: "Sən bizə haqqı gətirdin, yoxsa sən oyun oynayırsan?" dedilər.
56,57) İbrahim dedi ki: "Əksinə, Rəbbiniz göylərin və yerin Rəbbidir, onları O, yoxdan yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm. Allaha and olsun ki, siz çıxıb getdikdən sonra, mən bütlərinizə həqiqətən bir hiyə quracağam."
58) Sonra da İbrahim, ona müraciət etsinlər deyə, böyüklərindən başqa onları parça-parça etdi.
59) Qövmü: "Bizim tanrılarımıza bunu kim etdi? Şübhəsiz ki, o, həqiqətən səhv, öz zərərlərinə olan əməli işləyənlərdəndir" dedilər.
60) Bəziləri, "Onları yad edən bir gənc [olduğunu] eşitmişdik. Onun adına ‘İbrahim’ deyilir" dedilər.
61) Onlar: "O halda ona şahid olmaları üçün İbrahimi insanların gözlərinin qabağına gətirin" dedilər.
62) Onlar: "Ey İbrahim! Bunu tanrılarımıza sənmi etdin?" dedilər.
63) İbrahim: "Əksinə, onu bu böyükləri etdi. Danışa bilirlərsə, haydı özlərindən soruşun" dedi.
64) Belə olduqda, öz vicdanlarına döndülər və: "Həqiqətən, siz məhz səhv; öz zərərinə olan əməli işləyənlərsiniz" dedilər.
65) Sonra onlar yenə öz başlarındakı [etiqada] qayıtdılar: "And olsun ki, bunların danışmayacağını bilirdin" dedilər.
66,67) İbrahim: "O halda, Allahın altındakılardan sizə heç bir şəkildə fayda verməyən və sizə zərər verməyən şeylərəmi ibadət edirsiniz? Sizin də, Allahın altındakılardan tapındıqlarınızın da vay halına! Siz hələ də ağıllanmayacaqsınızmı?" dedi.
68) Qövmü: "Əgər iş görənsinizsə, bunu yandırın [oda atın, çətinliyə salın] və tanrılarınıza kömək edin" dedilər.
69) Biz: "Ey atəş! İbrahimə qarşı soyuq və zərərsiz ol" dedik.
70) Və ona bir hiylə qurmaq istədilər, ancaq Biz özlərini daha çox zərərə/itkiyə məruz qalıb əzab çəkən kəslər etdik.
71) İbrahimi də, Lutu da xilas edərək, içində aləmlər üçün bərəkət olan torpaqlara qovuşdurduq.
72) Və Biz ona İshaqı, əlavə olaraq da Yəqubu bəxş etdik. Və hamısını yaxşı kəslər etdik.
73) Və Biz onları, Bizim əmrimizlə bələdçilik edən rəhbərlər etdik. Və Biz onlara xeyirli işlər görməyi, səlat etməyi [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirmə qurumlarını qurmağı və yaşatmağı], zəkatı/vergini verməyi vəhy etdik. Və onlar, yalnız Bizə ibadət edənlər idilər.
74) Və Lut; Biz ona bir hökm, bir elm verdik. Onu çirkin işlər görən şəhərdən xilas etdik. Şübhəsiz ki, onlar pis bir qövm idilər, haqq yoldan çıxmış kimsələr idilər.
75) Və Biz Lutu mərhəmətimizə daxil etdik. Şübhəsiz ki, o, salehlərdəndir.
76) Və Nuhu; o daha əvvəl nida etmişdi, Biz də ona cavab vermişdik. Sonra da Biz özünü və ailəsini, yaxınlarını, inananlarını böyük çətinlikdən xilas etdik.
77) Və ayələrimizi yalan hesab edənlər tayfasına qarşı ona kömək etdik. Şübhəsiz ki, onlar pis bir tayfaydı və Biz onları hamılıqla suya qərq etdik.
78) Davud və Süleymanı da; bir vaxt onlar, bir tayfanın qoyunlarının, gecə vaxtı içinə yayıldığı əkin sahəsi haqqında hökm verirdilər. Biz də, cəmiyyətin qanunlarının nə olduğunu bilirdik.
79) Sonra da Biz, onu Süleymana dərhal yaxşıca dərk etdirdik. Və hamısına qanun və elm verdik. Davudla birlikdə Allahı nöqsan sifətlərdən pak tutsunlar deyə, dağları və quşları ram etdik/onları insanların istifadəsinə uyğun ölçülərdə yaratdıq. Və Biz edənik.
80) Və Biz, sizin pisliyinizdən sizi qorumaq üçün, sizin üçün zireh düzəltməyi ona öyrətdik. Artıq, siz özünüzə verilən nemətlərin əvəzini ödəyənlərdənsinizmi?
81) Və Süleymana, içində bərəkətlər əmələ gətirdiyimiz torpağa doğru onun əmri ilə axıb gedən qasırğa halındakı küləyi ona ram etdik. Və Biz hər şeyi bilirik.
82) Və şeytanlardan onun üçün dalğıclıq edən və bundan daha aşağı işlər görən şeytanları da ona ram etdik. Və Biz onları qoruyurduq.
83,84) Və Əyyub; bir vaxt o: "Şübhəsiz ki, mənə zərər toxundu. Sən rəhm edənlərin ən rəhmlisisən" deyə Rəbbinə nida etmişdi və Biz ona cavab vermişdik. Sonra ondan zərərli olan şeyləri dəf etdik. Və dərgahımızdan bir mərhəmət və ibadət edənlərə bir öyüd olsun deyə, ona ailəsini, yaxınlarını və itirdikləriylə bir mislini də [əlavə] verdik.
85) Və İsmail, İdris və Zülkifl, hamısı səbr edən kimsələrdən idi.
86) Onları da mərhəmətimizə daxil etdik. Şübhəsiz ki, onlar saleh kəslərdən idilər.
87) Və Zünnunu [qılınc sahibini, neynəvalını]; bir vaxt o, qəzəblənərək getmişdi və onu çətinliyə salmayacağımızı zənn etmişdi. Sonra da zülmətlər içindən: "Səndən başqa məbud deyə bir şey yoxdur! Səni pak tuturam. Şübhəsiz ki, mən səhv; öz zərərinə olan əməli işləyənlərdən oldum!" deyə xitab etmişdi.
88) Sonra da Biz, ona cavab verdik və Onu, qəmdən/kədərdən xilas etdik. Və inananları Biz bax belə xilas edərik.
89,90) Və Zəkəriyya; bir vaxt o, Rəbbinə: "Ey Rəbbim! Məni tək başıma qoyma, Sən varislərin ən yaxşısısan!" deyə xitab etmişdi və Biz, ona cavab vermişdik. Və ona Yəhyanı bəxş etdik. Və onun üçün zövcəsini yaxşılaşdırdıq/doğmağa qabil hala gətirdik. Şübhəsiz ki, onlar yaxşı işlər görməkdə yarışır, ümid edərək ve adam kimi adam olaraq Bizə yalvarırdılar. Və Bizə qarşı dərin hörmət bəsləyirdilər.
91) Və ismətini diqqətlə qoruyan qadın; Biz, ona mötəbər elmimizdən elm verdik. Və özünü və oğlunu aləmlər üçün bir işarət/nişanə etdik.
92) Şübhəsiz, bu, tək bir ümmət olaraq sizin ümmətinizdir. Mən də sizin Rəbbinizəm. O halda Mənə ibadət edin.
93) Halbuki şərik qoşanlar, işlərini aralarında parça-parça etdilər. Hamısı yalnız Bizə qayıdacaqlar.
94) Elə isə, kim inanmış olaraq yaxşılaşdırmaq qayəsi ilə işlər görsə, onun əməyi üçün nankorluq edilməz. Biz, heç şübhəsiz ki, onu yazırıq.
95) Və dəyişikliyə/məhvə məruz qoyduğumuz bir şəhərə qadağan qoyulmuşdur: "Şübhəsiz ki, onlar qayıtmayacaqlar!"
96) Hatta axın edənlər və [onların] sərkərdəsi[#301] açıldığı zaman, onlar yüksək təpədən axın edib çıxarlar.
97) Və gerçək vəd yaxınlaşdığı zaman kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş olan kəslərin] gözləri bərələr: "Vay halımıza! Həqiqətən biz bundan qafil/xəbərsiz idik. Əslində biz səhv; öz zərərinə olan əməli işləyən kəslər idik."
98) Həqiqətən, siz və Allahın altındakılardan tapındıqlarınız cəhənnəmin odunusunuz/yanacağısınız; siz ora daxil olacaqsınız.
99,100) Əgər Allahın altındakılardan özlərinə ibadət edilən şeylər məbud olsaydılar, ora girməzdilər. Və hamısı orada əbədi qalacaq. Orada onlar üçün ancaq inilti var. Onlar orada bir şey də eşitməzlər.
101,102) Şübhəsiz, Bizim tərəfimizdən özləri üçün "Ən gözəl [nemətin]" hazırlandığı kəslər; bax onlar, cəhənnəmdən uzaqlaşdırılmış olacaqlar. Onlar cəhənnəmin uğultusunu eşitməyəcəklər. Onlar, nəfslərinin istədiyi şeylər içində əbədi qalacaqlar.
103) O ən böyük qorxu onları kədərləndirməyəcək və xəbərçilər onlara: "Bax bu, sizə söz verilmiş olan gününüzdür" deyə ağıllarına gətirəcəklər.
104) Biz göyü, kitabların bürmələndiyi kimi bürmələdiyimiz vaxt, ilk dəfə yaratmağa başladığımız kimi -dərgahımızdan verilmiş bir söz olaraq- onu yenidən var edəcəyik. Şübhəsiz ki, Biz edənik.
105) Və and olsun ki, Biz Öyüddən/Tövratdan sonra, Zəburda da "Şübhəsiz ki, yer üzünə ancaq Mənim saleh bəndələrim varis olacaq" deyə yazdıq.
106) Şübhəsiz, Quranda, qulluq edən qövm üçün həqiqətən bir mesaj var.
107) Biz, səni də ancaq aləmlərə bir rəhmət olaraq/rəhmət üçün göndərdik.
108) De ki: "Mənə ‘Məbudunuz ancaq bir olan məbuddur’ deyə vəhy olunur. İndi siz müsəlmanlarsınızmı?"
109,110,111) Buna baxmayaraq, əgər üz döndərsələr: "Sizə doğru/bərabər [eyni] dərəcədə/tərəfsiz olaraq açıqladım və təhdid edildiyiniz şeyin yaxın, yoxsa uzaq olduğunu bilmirəm. Şübhəsiz ki, Allah, aşkar sözləri də bilir, gizlədiyiniz şeyləri də bilir. Və bəlkə bu gecikmə sizi imtahana çəkmək və bir müddətə qədər bəhrələndirmək üçündür, mən bilmirəm" de.
112) De ki: "Ey Rəbbim! Aramızda haqqa uyğun hökm et" və "Bizim Rəbbimiz, o yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdır, sizin dedikləriniz müqabilində kömək istənən Odur."