əl-Ənkəbut

1) Əlif/1, Lam/30, Mim/40.[#325]
2,3) İnsanlar, sınanmadan, "İman etdik" deməklə, buraxılacaqlarını güman edirlər? Və and olsun ki, Biz onlardan əvvəlkiləri də saflaşdırmaq üçün atəşlərə/çətinliklərə atmışdıq. Əlbəttə Allah, doğru kəsləri bildirəcək/işarələyib göstərəcək və əlbəttə, yalançıları da mütləq bildirəcək/işarələyib göstərəcək.
4,5,6) Yoxsa pislik edənlər, Bizim qarşımıza keçə biləcəklərini/Bizden qaça biləcəklərini güman edirlər? Mənimsədikləri bu mühakimə necə də pisdir! Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, heç şübhəsiz ki, Allahın təyin etdiyi müddət mütləq gələcək. Və O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir. Və kim səy göstərsə, ancaq özü üçün səy göstərər. Şübhəsiz ki, Allah, həqiqətən aləmlərdən zəngindir.
7) Və inanan və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər, onların pisliklərini əlbəttə örtəcəyik və həqiqətən onlara etdiklərindən daha gözəl əvəz verəcəyik.
8) Və Biz insana, ata-anasına qarşı yaxşı hərəkət etməyi bir öhdəlik olaraq qoyduq. Əgər o ikisi, səni, haqqında məlumatın olmayan bir şeyi Mənə şərik qoşmağa məcbur etsələr, artıq o ikisinə itaət etmə. Dönüşünüz ancaq Mənədir. O zaman, sizə nə etdiklərinizi xəbər verəcəyəm.
9) İman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəsləri də, həqiqətən onları saleh kəslərin arasına daxil edəcəyik.
10) İnsanlardan bəziləri də var ki: "Biz Allaha inandıq" deyər, sonra da Allah yolunda əziyyət gördükdə, insanların verdiyi çətinliyi Allahın əzabı kimi qəbul edər. Və əgər Rəbbindən bir yardım gəlsə, həqiqətən, "Şübhəsiz ki, biz sizinləydik" deyəcəklər. Halbuki Allah onların sinələrindəkini; nələr fikirləşib nə planlar qurduqlarını ən yaxşı bilən deyilmi?
11) Və Allah, əlbəttə iman etmiş kəsləri bilər/bildirər/işarələyib göstərər, əlbəttə ikiüzlü kəsləri də bilər/bildirər/işarələyib göstərər.
12) Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], möminlərə: "Bizim yolumuza tabe olun, həqiqətən sizin xətalarınızı/günahlarınızı öz üstümüzə götürək" dedilər. Halbuki onların səhvlərindən, nə olursa olsun heç bir şeyi onlar daşıyası deyillər. Onlar, şübhəsiz ki, yalançıdırlar.
13) Onlar, əlbəttə öz yüklərini və öz yükləri ilə yanaşı neçə-neçə yükləri də daşıyacaqlar. Və uydurduqları şeylərdən ötrü qiyamət günündə mütləq haqq-hesaba çəkiləcəklər.
18) Və əgər siz təkzib etsəniz, bilin ki, sizdən əvvəlki bəzi ümmətlər də təkzib etmişdi. Elçiyə düşən [vəzifə] açıq-aşkar təbliğ etməkdən başqa bir şey deyil.[#326]
19) Onlar, Allahın əmələ gətirmə [prosesini] necə başlatdığını, sonra da onu təkrarladığını da görmürlərmi? Şübhəsiz ki, bu, Allaha görə çox asandır.
20,21,22) De ki: "Yer üzünü gəzib-dolaşın, Onun əmələ gətirməyə necə başladığına bir baxın. Sonra Allah, axırıncı binanı inşa edəcək. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. O, dilədiyi kimsəyə əzab edər, dilədiyi kimsəyə də rəhm edər. Və siz yalnız Ona qaytarılacaqsınız. Və siz yer üzündə və göydə aciz qoyası deyilsiniz. Və sizin üçün Allahın altındakılardan bir himayəçi, yol göstərən yaxın və köməkçi yoxdur."
23) Və Allahın ayələrini/işarətlərini/nişanələrini və Ona qovuşmağı bilə-bilə inkar edən/inanmayan kəslər, bax onlar Mənim mərhəmətimdən ümidlərini üzənlərdir və onlar üçün ağrılı-acılı bir əzab var.
14) Və and olsun ki, Biz Nuhu öz qövmünə elçi göndərdik, onların arasında əlli ili asan olmaqla neçə-neçə uzun və çətin illər boyunca qaldı. Nəhayət, onlar şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləməyə davam edərkən, tufan onları yaxaladı.
15) Beləliklə Biz, Onu və gəmidə olanları xilas etdik və gəmini/cəzanı/qurtuluşu aləmlərə bir işarət/nişan etdik.
16,17) İbrahimi də elçi göndərdik/xilas etdik. Bir zaman o, öz qövmünə: "Allaha ibadət edin və Onun mühafizəsi altına daxil olun. Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Şübhəsiz ki, siz Allahın altındakılardan bəzi bütlərə ibadət edirsiniz və yalan uydurursunuz. Xəbəriniz olsun ki, sizin Allahın altındakılardan məbud deyə ibadət etdiyiniz o şeylər, sizə bir ruzi verməyə qadir deyil. Ona görə də ruzini Allah yanında axtarın və Ona ibadət edin və sahib olduğunuz nemətlərin əvəzini Ona ödəyin. Yalnız Ona qaytarılacaqsınız" demişdi.
24) Sonra İbrahimin qövmünün cavabı, yalnız belə oldu: "Onu öldürün, yaxud da yandırın/böyük çətinliyə salın." Sonra da Allah onu oddan/çətinlikdən xilas etdi. Həqiqətən, bunda iman gətirən bir qövm üçün işarətlər/nişanələr var.
25) Və İbrahim dedi ki: "Siz, sırf dünya həyatında öz aranızdakı məhəbbət üçün Allahın altındakılardan bəzi bütlər qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi tanımayacaq, bir-birinizi inkar edərək özündən uzaqlaşdıracaqdır. Gedəcəyiniz yer də cəhənnəmdir. Və sizin üçün köməkçi də yoxdur."
26) Belə olduqda Lut ona inandı. Və İbrahim dedi ki: "Mən Rəbbimə hicrət edəcəyəm. Şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edən məhz Odur."
27) Və Biz ona İshaqı və Yəqubu bəxş etdik. Və nəslinə peyğəmbərlik və Kitab verdik. Və Biz Ona dünyada muzdunu verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisaleh olanlardandır.
28,29) Lutu da göndərdik. Bir zaman o, qövmünə: "Şübhəsiz ki, siz, sizdən əvvəl keçmiş olan aləmlərdən heç kimin etmədiyi bir həyasızlığı edirsiniz! Siz həqiqətən kişilərə yaxınlaşacaq, yol kəsəcək və məclislərinizdə ədəbsizlik edəcəksiniz?" demişdi. Bu halda, qövmünün cavabı yalnızca belə oldu: "Əgər doğru deyirsənsə, Allahın əzabını bizə gətir!"
30) Lut: "Ey Rəbbim! Bu fitnə-fəsadçılar tayfasına qarşı mənə kömək et!" dedi.
31) Və elçilərimiz İbrahimə müjdə verdikləri zaman: "Biz bu şəhərin əhalisini məhvə məruz qoyacağıq" dedilər. -Şübhəsiz ki, oranın əhalisi şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər idi.-
32) İbrahim: "Həqiqətən orada Lut var!" dedi. Onlar: "Biz orada kimin olduğunu çox yaxşı bilirik. Onu və geridə qalanlardan biri olan arvadı xaricində ailəsini də mütləq xilas edəcəyik" dedilər.
33,34) Elçilərimiz Lutun yanına gəldikləri zaman, o, onlara görə qayğılandı. Və onların üzündən əli-qolu bağlanıb qaldı. Və elçilər: "Qorxma, kədərlənmə! Şübhəsiz ki, biz, səni və geridə qalanlardan biri olan arvadın xaricində yaxınlarını da xilas edəcəyik. Şübhəsiz ki, biz, bu şəhər əhalisinin üstünə, haqq yoldan çıxmaqda indakarlıq göstərdikləri üçün səmadan bir əzab endirəcəyik." dedilər.
35) Və and olsun ki, Biz ağlını işlədən bir qövm üçün o [şəhərdən] açıq-aşkar bir işarət/nişanə qoyduq.
36) Mədyənə də qardaşları Şüeybi göndərdik. Sonra Şüeyb: "Ey qövmüm! Allaha ibadət edin, axirət gününə ümid edin, yer üzündə fitnəçilər olaraq qarma-qarışıqlıq yaratmayın!" dedi.
37) Belə olduqda Onu təkzib etdilər, sonra da onları bir sarsıntı yaxaladı və onlar öz yurdlarında dizüstə çöküb qaldılar.
38) Ad və Səmud qövmlərini dəyişikliyə/məhvə məruz qoyduq. Onların dəyişikliyə/məhvə məruz qalması, onların yurdlarından sizə həqiqətən aydın olmuşdur. Və şeytan onlara, etdiklərini bəzəkli göstərdi və onları haqq yoldan çıxardı. Halbuki onlar görüb anlayan kəslər idi.
39) Qarunu, Fironu və Hamanı da məhv etdik. And olsun ki, Musa onlara açıq-aşkar dəlillər ilə gəlmişdi, ancaq onlar yer üzündə təkəbbür göstərmişdilər. Halbuki onlar, [Bizim iradəmizin önünə] keçən deyildilər.
40) Bax, onların hamısını günahları səbəbiylə yaxaladıq. Onlardan bəzilərinin üstünə daşlar sovuran küləklər göndərdik, onlardan bəzilərini dəhşətli bir səs yaxaladı, onlardan bəzilərini yerə batırdıq, onlardan bəzilərini də suya qərq etdik. Və Allah onlara haqsızlıq etmirdi. Lakin onlar şərik qoşmaq surətiylə özlərinə haqsızlıq edirdilər.
41) Allahın altındakılardan köməkçi, yol göstərən, himayəçi yaxın qəbul edənlərin vəziyyəti, özünə ev quran dişi hörümçəyin vəziyyəti kimidir. Şübhəsiz ki, evlərin ən zəifi də həqiqətən dişi hörümçək evidir. Kaş ki, onlar biləydilər.
42) Şübhəsiz ki, Allah, onların, Özünün altındakılardan nəyə yalvardıqlarını bilir. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.
43) Və Biz, bu misalları insanlara çəkirik. Onları da yalnız alimlər dərk edər.
44) Allah, göyləri və yeri haqq olaraq əmələ gətirdi. Şübhəsiz, bunda iman edənlər üçün həqiqətən bir işarət/nişan var.
45) Sən, sənə kitabdan vəhy olunanı oxu/izlə və səlatı yerinə yetir [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yarat-qoru]. Həqiqətən səlat [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumu] həddini aşmaqdan, pisliklərdən çəkindirər. Və Allahın yad edilməsi əlbəttə daha böyükdür. Və Allah, nə etdiyinizi bilir.
46) Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər istisna olmaqla, Kitab əhli ilə ancaq ən gözəl bir yolla mübarizə aparın və [onlara] belə deyin: "Biz, bizə nazil olana və sizə nazil olana inandıq. Bizim məbudumuz və sizin məbudunuz birdir. Biz, yalnız Allah üçün islamlaşdıran kəslərik."
47) Və bax beləcə Biz, sənə Kitabı nazil etdik və özlərinə Kitab verdiyimiz kəslər Qurana inanırlar. Və əhli-kitabın xaricindəkilərdən/ərəblərdən də inananlar var. Və Bizim ayələrimizi ancaq kafirlər [Allahın məbud və rəbb olduğunu bilərək ört-basdır edən kəslər] bilə-bilə rədd edər.
48) Və sən bundan əvvəl hər hansı bir kitabdan oxumurdun; sən Quranı özündən yazmırsan. Əgər belə olsaydı, batilə inananlar həqiqətən şübhə duyacaqdılar.
49) Əksinə, Quran, elm verilmiş kəslərin sinələrində açıq-aydın ayələrdir. Bizim ayələrimizi də ancaq səhv; öz zərərinə olan əməli işləyənlər bilə-bilə rədd edər.
50) Və onlar, "Ona Rəbbindən işarətlər/nişanələr endirilməli deyildimi?" dedilər. De ki: "İşarətlər/nişanələr ancaq Allahın dərgahındadır. Mən isə ancaq açıq-aşkar xəbərdarlıq edən biriyəm."
51) Onlara oxunan Kitabı həqiqətən Bizim sənə nazil etməyimiz onlara kifayət etmədimi? Bunda, inanan bir qövm üçün əlbəttə ki, bir rəhmət və bir öyüd-nəsihət var.
52) De ki: "Mənimlə sizin aranızda şahid olaraq Allah kifayət edər. O, göylərdə və yerdə olan şeyləri bilir. Batilə inanan və Allahı bilə-bilə inkar edən/inanmayan kəslər, bax onlar ziyana/itkiyə uğrayıb əzab çəkənlərin məhz özüdür.
53) Və səndən, əzabın tez-tələsik gəlməsini istəyirlər. Əgər müəyyənləşdirilmiş/adı qoyulmuş bir möhlət olmasaydı, əzab onlara əlbəttə gəlmiş olardı. Və o əzab, heç fərqində olmadıqları bir anda onlara qəflətən gələcək.
54,55) Səndən əzabın tez-tələsik gəlməsini istəyirlər. Şübhəsiz ki, cəhənnəm, həqiqətən onları üstlərindən və ayaqlarının altından bürüyəndə, kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənləri] qaplayacaq. Və O: "İşlədiyiniz əməlləri dadın!" deyəcək.
56) Ey iman etmiş bəndələrim! Şübhəsiz ki, Mənim yerim genişdir. O halda, yalnız Mənə ibadət edin.
57) Hər kəs [hər canlı varlıq] ölümü dadacaqdır. Sonra da yalnız Bizə qaytarılacaqsınız.
58,59) Və iman etmiş, yaxşılaşdırmaq qayəsi ilə əməl işləmiş kəslər, əlbəttə Biz onları, içində əbədi qalacaqları cənnətdə, altından çaylar axan köşklərdə yerləşdirəcəyik. Səy göstərənlərin, səbirli olanların və işin nəticəsini yalnız Rəbbinə tapşıranların mükafatı necə də gözəldir!
60) Öz ruzisini daşıya bilməyən irili-xırdalı neçə-neçə canlı var ki, onların da, sizin də ruzinizi Allah verir. Və O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
61) Yenə and olsun ki, onlardan soruşsan: "Göyləri və yeri kim əmələ gətirdi, günəşi və ayı kim ram etdi/qulların istifadəsinə əlverişli quruluş və xüsusiyyətdə kim yaratdı?" Şübhəsiz: "Allah" deyəcəklər. O halda, necə döndərilirlər?
62) Allah, qullarından istədiyinin ruzisini artırar və [yaxud] onun üçün nizamlayar. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.
63) Və and olsun, əgər onlardan soruşsan: "Kim göydən su endirdi və onunla yer üzünü öldükdən sonra diriltdi?" Şübhəsiz: "Allah" deyəcəklər. De ki: "Bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz." Əksinə, onların çoxu ağıllarını işlətmirlər.
64) Və bu fani dünya həyatı, yalnız bir əyləncə və oyundur. Şübhəsiz ki, axırıncı yurd isə həqiqətən həyatın özüdür. Kaş ki, onlar bilsəydilər.
65,66) Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək Ona dua yalvarırlar. Sonra nə zaman ki onları quruya çıxarıb xilas etsə, bir də baxarsan ki, onlar özlərinə verdiyimiz nemətlərə qarşı nankorluq etmək və bəhrələnmək üçün Allahın şərikləri olduğunu qəbul edirlər. Artıq onlar tezliklə biləcəklər.
67) Yoksa ətraflarında insanların zorla qamarlanıb aparılmasına baxmayaraq, Məkkəni etibarlı, toxunulmaz etdiyimizi də görmürlərmi? Hələ də batilə inanırlar və Allahın nemətinə qarşı nankorluqmu edirlər?
68) Və Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə, haqqı təkzib edən edən kəsdən daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? Məgər kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün Cəhənnəmdə yer yoxdur?!
69) Və Biz, Bizim yolumuzda cəhd göstərənləri, əlbəttə Öz yolumuza yönləndirəcəyik. Və şübhəsiz ki, Allah, yaxşı-gözəl əməl işləyənlərlədir.