əl-Qələm

1,2,3,4) Nun/50.[#8] Qələmi və onları sətir-sətir yazıb söylədiklərini/əfsanələşdirdiklərini sübut gətirirəm[#9] ki, Sən Rəbbinin neməti sayəsində, məcnun [gizli gücləri olan/dəli] deyilsən. Və şübhəsiz ki, sənün üçün minnətə bulanmamış çox nemət var. Və şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən.[#10]
5,6,7,8) Hansı birinizin haq dindən çıxaraq özünü oda atdığını tezliklə sən də görəcəksən, onlar da görəcək. Həqiqətən, yolundan çıxanları ən gözəl tanıyan sənin Rəbbindir. Yol göstərilərək doğru yola girənləri də ən gözəl tanıyan Odur. Elə isə axirət gününü təkzib edənlərə itaət etmə!
9,10,11,12,13,14,15,16) Onlar arzu edirdilər ki, sən onlara yaltaqlanasan, onlar da dərhal sənə yaltaqlansınlar. Çox and içən, alçaq, lağ eləyən, söz gəzdirən; qeybət edən, ara vuran, dedi-qodu məqsədilə gəzən, malı və oğulları var deyə xeyrə mane olan, təcavüzkar, günaha batan, kobud/qarınqulu, sonra da pisliklə damğalanmış bu tüfeylilərin heç birinə itaət etmə. Axirəti təkzib edən o adam, ayələrimiz ona oxunduğu zaman: "Keçmişdəkilərin əfsanələridir" dedi. Tezliklə biz onun burnunu ovacağıq.[#11]
17,18,19,20,21,22,23,24) Həqiqətən də biz, o bağ sahiblərinə bəla verdiyimiz kimi, onlara da bəla verəcəyik. Onlar and içmişdilər ki, səhər açılanda bağın məhsulunu mütləq dərəcəklər. Heç bir istisna yeri də qoymamışdılar. Amma onlar yuxuda olanda Rəbbin tərəfindən bir qasırğa bağın üstündə gəzdi. Səhərə qədər o bağ, biçilmiş/məhsulu dərilmiş kimi oldu. Səhər açılanda bir-birini səslədilər: "Haydı, dərəcəksinizsə, səhər tezdən gedin!" Dərhal yola düşdülər, öz aralarında belə pıçıldaşırdılar: "Məbada bu gün aranıza bir yoxsul girsin!"
25,26,27,28,29) Mane olmağa/zorakılığa gücləri çatacaqmış kimi tezdən getdilər. Amma bağı gördükdə: "Biz şübhəsiz ki, yolumuzu azmışıq/səhv gəlmişik; xeyr, xeyr, biz məhrum qalmışıq; Allah bizi cəzalandırıb." dedilər. İçlərindən ən xeyirli olan belə dedi: "Mən sizə: Allahı hər hansı bir nöqsandan pak bilmirsinizmi?[#13] deməmişdim?" Onlar dedilər: "Rəbbimiz, Səni bütün nöqsanlardan pak bilirik, həqiqətən biz səhv edən, özümüzə zərər verən, haqsızlıq eləyən kəslər imişik!"
30,31,32) Sonra qayıdıb bir-birlərini qınamağa başladılar: "Vay bizim halımıza! Həqiqətən də biz, özümüzü firon sayan ağzınlar imişik, ümide dirik ki, Rəbbimiz bizə onun yerinə daha xeyirlisini verər; həqiqətən də biz bütün ümidimizi Rəbbimizə yönəldirik."
33) Dünyadakı əzab bax belədir! Əlbəttə, axirət əzabı daha böyükdür, kaş bilən kimsələrdən olaydılar.
34,35) Həqiqətən, Allahın mühafizəsi altına daxil olan kimsələr üçün Rəbbi yanında yanında bol nemətli cənnətlər var. Elədirsə, müsəlmanları günahkarlar kimi eləyərikmi?
36,37,38,39) Sizə nə olub, necə hökm verirsiniz? Yoxsa dərs aldığınız bir şey, içində "Bu aləmdə nəyi seçsəniz/bəyənsəniz o şey mütləq sizin olacaq" deyə sizə təminat verən yazılı bir sənədinizmi var? Yaxud da "Siz necə hökm versəniz mütləq elə olacaq" deyə bizimlə qiyamət gününə qədər davam edəcək bir əhd/and, öhdəlikmi var?
40,41) Axirəti təkzib edən o kəslərdən soruş görək, hansı buna zamin duracaq? Yoxsa onların şəriklərimi var? Əgər düz adamlardırsa, qoy onda şəriklərini gətirsinlər.
42,43) Həqiqət bütün çıplaqlığı ilə meydana çıxarıldığı və iş böyüməyə başladığında, iş ciddiləşəndə və boyun əyərək təslim olmağa dəvət edildikləri zaman, artıq gücləri çatmayacaq. Gözləri yerə dikilmiş, özlərini bir zillət və düşkünlük bürümüş olacaq. Halbuki onlar, sağ-salamat olduqları vaxt da boyun əyərək təslim olmağa dəvət edilirdilər.
44,45) Elədirsə, bu sözü/Quranı yalan sayanları Mənim öhdəmə burax! Biz onları bilmədikləri yerdən tutacağıq. Və Mən onlara möhlət verirəm; vaxt verirəm, çünki Mənim planım çətindir/möhkəmdir.
46,47) Yoxsa sən onlardan bir muzd istəyirsən, onlar da bu səbədən ağır bir borcun altında əzilirlər? Yoxsa görmədikləri, bilmədikləri şeylər, gələcəkdə olacaq hadisələr onların yanındadır və onu onlar mı yazır?
48,49,50) Elədirsə, Rəbbinin hökmü üçün səbr et və darlığa düşən kəs[#14] kimi olma. O, bir dəfə həddindən artıq darlığa düşəndə, Rəbbini səsləmişdi. Əgər Rəbbinin yaxşılığı ona yetişməsəydi, məzəmmət olunaraq boş bir yerə atılacaqdı. Ancaq Rəbbi onu seçdi və salihlərdən biri etdi.
51) Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] o öyüdü/Quranı eşitdikləri zaman az qalsın səni baxışlarıyla yıxmaq istəyəcək; az qalsın səni gözləriylə yeyəcək və "Şübhə yoxdur ki o bir divanədir/gizli gücləri olan biridir" deyəcəklər.
52) Halbuki Quran bütün aləmlərə bir öyüddən başqa bir şey deyil.