əl-Əraf

1) Əlif/1, Lam/30, Mim/40, Sad/90.[#94]
2,3) Bu, xəbərdarlıq edəsən deyə və inananlara öyüd/xatırlatma olsun deyə sənə nazil edilən; sənə nüfuz etdirilən Kitabdır. Ona görə, ondan köksündə heç bir sıxıntı olmasın. Rəbbinizdən sizə nazil olana tabe olun və Onun altındakılardan, yol göstərən, yardım edən və himayə edən qondarma yaxınlara tabe olmayın. Necə də az öyüd-nəsihət alırsınız/yada salırsınız!
4,5) Və Biz, neçə şəhərləri dəyişikliyə, məhvə məruz qoyduq. Əzabımız bəzilərinə gecə yatarkən, bəzilərinə də gündüz dincələrkən gəlmişdi. Əzabımız onlara gəldiyində, "Biz həqiqətən də şərik qoşaraq özlərinə zülm edən kəslər imişik!" deməkdən başqa bir yalvarışları olmamışdı.
6) And olsun ki, elçi göndərdiklərimizi də sorğu-suala çəkəcəyik, and olsun ki, göndərilən elçiləri də sorğu-suala çəkəcəyik.
7) And olsun ki, onlara, elm ilə söyləyəcəyik; çünkü Biz, uzaqda olanlar deyildik.
8) Və o gün, çəki haqdır. Kimin tərəzisi/çəkisi ağır gələrsə, bax onlar xilas olanlardır.
9) Və kimin tərəzisi/çəkisi yüngül gələrsə, bax onlar, ayələrimizə qarşı zülm etetdikləri üçün özlərini ziyana uğradan kəslərdir.
10) Və heç şübhəsiz, Biz, sizi yer üzündə yerləşdirdik və orada sizə dolanışıq vasitələri verdik; sizə verilön nemətlərin əvəzini necə də az ödəyirsiniz!
11) Və heş şübhəsiz, Biz, sizi əmələ gətirdik, sonra sizə surət verdik, sonra da kainatdakı güclərə,[#95] "Adəmə/bilgi, vəhy almış insana[#96] boyun əyib təslim olun" dedik; İblis/düşüncə qabiliyyəti[#97] xaric olmaqla, onlar dərhal boyun əyərək təslim oldular; o, boyun əyib təslim olanlardan olmadı.
12) Allah, "Sənə əmr etdiyim vaxt, boyun əyib təslim olmağına nə mane oldu?" dedi. İblis, "Mən onlardan xeyrliyəm; məni oddan/enerjidən əmələ gətirdin, onu da palçıqdan/maddədən əmələ gətirdin" dedi.
13) Allah, "Elə isə oradan dərhal aşağı en, sənə orada təkəbbür göstərmək yaramaz, dərhal çıx, sən qəti surətdə alçaldılmışlardansan." dedi.
14) İblis, "Təzədən dirildiləcəkləri günə qədər mənə möhlət ver" dedi.
15) Allah, "Sən məhlət verilənlərdənsən" dedi.
16,17) İblis, "Elə isə, məni azdırıb yoldan çıxartmağın müqabilində, and olsun ki, mən də Sənin onlar üçün düz yolunun üstündö oturacağam, sonra yenə and olsun ki, onların önlərindən, arxalarından, sağlarından, sollarından onlara yaxınlaşacağam və Sən, onların əksəriyyətini, verilən nemətlərin əvəzini verən görməyəcəksən" dedi.
18,19) Allah, "Haydı, sən məzəmmət olunmuş və qovulmuş olaraq oradan çıx. Onlardan kim sənə tabe olarsa, and olsun ki, sizin hamınızla cəhənnəmi dolduracağam" və "Ey Adəm/məlumat, vəhy almış insan! Sən və zövcən cənnətdə sakin ol, istədiyiniz yerdən yeyin və bu dolaşıq, mübahisə doğuran şeyə yaxınlaşmayın; mal-dövlətə, paraya-pula[#98] düşkün olmayın, yoxsa yanlış, özünə zərər verən iş görən kəslərdən olarsınız" dedi.
20,21,22) Belə ikən İblis, onların özlərinə gizli qalan çirkinliklərini özlərinə göstərmək üçün onlara vəsvəsə verdi. Və "Rəbbiniz, başqa bir səbəbə görə yox, ikiniz də mələk/iradəsiz güc olasınız ya da əbədiyyən qalanlardan/inkişaf etməyən, dəyişməyən varlıqlar olasınız deyə sizə bu dolaşıq, mübahisə doğuran şeyi; mal-dövləti, paranı-pulu qadağan etdi/bunları sizə yasaq etdi" dedi. Və "Şübhəsiz, mən sizə öyüd verənlərdənəm" deyərək onlara and içdi/sübutlar gətirdi. Beləliklə onları aldataraq aşağıya endirdi. Onlar o dolaşıq, mübahisə doğuran şeyin; mal-dövlətin, paranın-pulun dadını aldıqdan sonra, tamahları, acgözlülükləri araya girdi və mal-dövlət, para-pul yığmağa başladılar. Rəbbləri onlara xitab etdi: "Mən sizə mal-dövlət, para-pul düşkünü olmağı qadağan etmədimmi və sizə, Bu şeytan həqiqətən sizin açıq-aşkar düşməninizdir, demədimmi?"
23) Onlar/ikisi də, "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik və əgər bizi bağışlamasan və bizimlə rəhmli rəftar etməsən şübhəsiz ki ziyana uğrayanlardan olacağıq!" dedilər.
24) Allah, "Bir-birinizə düşman olaraq alçalın, sizin üçün yer üzündə müəyyən bir müddət qalmaq və faydalanmaq var" dedi.
25) Allah, "Orada yaşayacaqsınız, orada öləcəksiniz və oradan çıxarılacaqsınız" dedi.[#99]
26) Ey Adəm oğulları! Sizə çirkinliklərinizi örtmək üçün geyim, bəzənmək üçün libas nazil etdik. Və "Allahın mühafizəsi altına daxil olmağın" libası; o, daha xeyrlidir. Bax bu, düşünüb nəsihət almaq üçün Allahın ayələrindəndir.
27) Ey Adəm oğulları! Şeytan, sizin ata-ananızı, öz çirkinliklərini özlərinə göstərmək üçün libaslarını soyundurub cənnətdən çıxartdığı kimi, sizi də fitnəyə salmasın; sizi haq dindən döndərməsin, aman! Çünkü o və onun qəbiləsi, sizin onları görə bilmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, inanmayanlar üçün vəli/yol göstərən, yardımçı kimsələr etdik.
28) Və onlar ikrah doğuran bir iş gördükləri zaman, "Əcdadımızı da bu yolda gördk, bunu bizə Allah əmr etdi" deyərlər. De ki: "Allah ikrah doğuran işləri əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?"
29) De ki: "Rəbbim haqqaniyeti əmr etdi. Hər məscidin[#100] yanında; camaat arasında üzünüzü; bütün mənliyinizi Ona doğru çevirin və dini ancaq Ona məxsus edərək Rəbbinizə yalvarın. Sizi ilk dəfə yaratdığı kimi, Ona qayıdacaqsınız."
30) Bir qismini doğru yola yönəltdi, bir qismi üçün isə azğınlıq haqq oldu; onlar, Allahın altındakılardan şeytanları, yol göstərən, yardım edən və himayə edən yaxınlar bildilər və özlərinin də qəti surətdə onlara göstərilən doğru yolda olduqlarını zənn edirlər.
31) Ey Adən oğulları! Hər məscidin yanında; camaat arasında zinətlərinizi alın, yeyin-için, lakin israf etməyin; Allah şübhəsiz israfçıları sevməz.
32) De ki: "Allahın, bəndələri üçün üzə çıxartdığı zinətləri və təmiz ruziləri kim haram etmişdir?" De ki: "Bunlar, müvəqqəti dünya həyatında inananlar üçündür -qiyamət günündə yalnız onlara məxsus olacaq.-" Bax beləliklə Biz, ayələrimizi bilən bir tayfaya belə ətraflı izah edirik.
33) De ki: "Rəbbim sadəcə ikrah doğuran şeyləri; onun açıq və gizli olanını, zərərləri, haqsız yerə asi olmaqı, barəsində heç bir dəlil nazil etmədiyi şeyləri Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeylər danışmağı haram buyurmuşdur."
34) Və lideri olan hər camaat üçün müddətin bir sonu var. Onun üçün müddətin sonu yetişdiyində, nə bir an təxirə sala bilər, nə də qabağa çəkə bilərlər.
35) Ey Adəm oğulları! Sizə, öz aranızdan, ayələrimi söyləyən elçilər gələndə, kim Allahın mühafizəsi altına daxil olar və yaxşılaşdırarsa, bax onlara qorxu yoxdur və onlar qəm çəkməyəcəklər.
36,37) Ayələrimizi inkar edənlər və onlara qarşı təkəbbür göstərənlər isə, bax onlar odun dostlarıdır. Onlar orada əbədi qalacaqlar. Elə isə, Allaha qarşı yalan uyduran və ya ayələrini inkar edəndən daha yanlış; öz ziyanına iş görən kim ola bilər? Bax onlara Kitabdan öz payları çatacaq; nəhayət elçilərimiz canlara almaq üçün onların yanına gəldikdə, "Allahın altındakılardan yalvardıqlarınız hanı?" deyəcəklər. Onlar, "Yalvardıqlarımız bizdən ayrılıb uzaqlaşdırlar" deyəcəklər və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] olduqlarına şəxsən özləri şahidlik edəcəklər.
38) Allah, "Sizdən əvvəl gəlib-keçən, tanıdığınız və tanımadığınız, od içinə girmiş, lideri olan camaatların arasına girin!" deyər. Hər camaat girərkən qardaşını özgələşdirərək özündən uzaqlaşdırar. Nəhayət hamısı oraya yığışdıqda, sonrakılar əvvəlkilər haqqında, "Rəbbimiz, bizi bax bunlar azdırdı. Onlara oddan qatbəqat əzab ver" deyərlər. Allah, "Hər kəsə qatbəqatdır, lakin siz bilmirsiniz" deyər.
39) Əvvəlkilər də sonrakılara, "Siz bizdən artıq deyilsiniz. Elə isə, işlədiklərinizin müqabilində əzabı dadın" deyərlər.
40,41) Ayələrimizi inkâr edən və onlara qarşı təkəbbür göstərən kimsələrə, bax onlara, göyün qapıları açılmayacaq və dəvə/kəndir iynənin gözündən keçmədikcə, onlar cənnətə girməyəcəklər. Biz günahkarları bax belə cəzalandırırıq. Onlar üçün cəhənnəmdən yataqlar, üstlərində də yorğanları olacaq. Və Biz, zalımları bax belə cəzalandırırıq.
42,43) İman edənlər və sahmana salmaq məqsədi ilə işlər görənlər; -Biz, heç kəsə gücü çatandan artığını yükləmərik- bax onlar cənnət dostlarıdır və onlar, orada əbədi qalanlardır. Və onların köksündə kindən, küdurətdən, qısqanclıqdan, hiylədən, xainlikdən, qərəzdən nə varsa, çıxarıb atarıq. Onların altlarından çaylar axar. Onlar, "Bütün təriflər, bizə bunun üçün yol göstərən Allaha məxsusdur. Əgər Allah bizə yol göstərməsəydi, biz yönləndirildiyimiz düz yola çıxa bilməzdik. Şübhəsiz, Rəbbimizin peyğəmbərləri bizə haqqı gətirmişdilər." deyərlər. Və onlara xitab ediləcək: "Budur, sizə cənnət! Əməlləriniz sayəsində buna varis; axırıncı sahib oldunuz."
44,45) Və cənnət əhli od əhlinə, "Biz, Rəbbimizin bizə vəd etdiyini doğru gördük. Bəs siz, Rəbbinizin sizə vəd etdiyini doğru gördünüzmü?" deyə səsləyəcək. Onlar: "Bəli" deyəcəklər. Aralarında bir carçı, şübhəsiz ki Allahın uzaqlaşdırmasının/rəhmətindən məhrum etməsinin, Allahın yolundan geri qaytarıb yolun əyri-üyrüsünü istəyən və axirəti bilə-bilə inkar edən zalımların; yanlış, öz ziyanına iş görən kəslərin üzərinə olacağını bildirəcək.
47) Gözləri od əhlinə çevrildiyində, "Rəbbimiz! Bizi bu xainlərlə bir yerə qoyma" deyəcəklər.
48,49) Quran bölmələrinin biliyinə malik olan kəslər, nişanələrindən tanıdıqları kəslərə səslənərək, "Cəmiyyətiniz və təkəbbür göstərdiyiniz şeylər sizə fayda vermədi, Allah onları rəhmətinə -bu rəhmət, Allahın, 'Girin cənnətə, sizə qorxu yoxdur və siz kədərlənməyəcəksiniz' deyərək verdiyi sözdür- nail etməyəcək deyə and içdiyiniz kəslər bunlardırmı?" deyəcəklər.[#102]
50,51,46) Və od əhli, cənnət əhlinə, "Bir az su və ya Allahın sizə ruzi olaraq verdiyi şeylərdən bizə də ötürün" deyə səslənəcəklər. Onlar da, "Allah, dinlərini məsxərəyə alan və əyləncə edən, bəsit, keçici dünya həyatına aldanan kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] ikisini də həqiqətən qadağan etmişdir!" deyəcəklər. -Bu günlə qarşılaşacaqlarına əhəmiyyət vermədikləri, ayələrimizi/nişanələrimizi/işarətlərimizi bilə-bilə inkar etdikləri kimi, Biz də bu gün onlara əhəmiyyət verməyəcək/onları cəzalandıracağıq.- Aralarında da bir pərdə var. Və Quranın bölmələri haqqında məlumatı olan kəslər,[#101] onların hamısını nişanələrindən tanıyar. Və Quranın biliyinə malik olan kəslər, cənnəti istəyib hələ daxil ola bilməmiş kəslərə səslənəcəklər: "Salam olsun sizə!"
52) Heç şübhəsiz onlara, inananlar üçün bir yol göstərən və rəhmət olaraq, müfəssəl bir elmlə tam izah etdiyimiz bir Kitab gətirmişdik.
53) Onun qabağa çıxmasından başqa nə gözləyirlər? Onun qabağa çıxdığı gün gələndə, əvvəlcə ona əhəmiyyət verməyənlər, "Rəbbimizin elçiləri həqiqətən bizə haqqı gətirmişdi. Görəsən bizim üçün vasitəçilik edəcək vasitəçilər varmı? Və yaxud geri qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?" deyəcəklər. Şübhəsiz, özlərinə ziyan etdilər. Uydurduqları şey də onlardan uzaqlaşmışdır.
54) Şübhəsiz ki, sizin Rəbbiniz, göyləri və yeri altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üstündə hökmranlığını quran,[#103] gündüzü, dayanmadan sürətlə təqib edən gecə ilə bürüyən və günəşi, ayı, ulduzları əmrinə boyun əymiş olaraq yaradan Allahdır. Yaxşı bilin ki, əmələ gətirmək və sistemlər quraraq onları işlətmək sadəcə Ona məxsusdur. Aləmlərin[#104] Rəbbi olan Allah, nə qədər də xeyirxahdır!
55,56) Rəbbinizə acizanə və gizlicə/açıq-aşkar göstərərək dua edin; namaz qılın. Həqiqətən O, həddi aşanları sevməz. Və sahmana salındıqdan sonra yer üzündə fəsad törətməyin. Ona, qorxuyla və rəhmət ümidi ilə dua edin. Həqiqətən Allahın rəhməti yaxşılaşdıranlara-gözəlləşdirənlərə çox yaxındır.[#105]
57,58) Və O, yada salasınız/öyüd alasınız deyə, rəhmətindən əvvəl küləkləri müjdəçi/paylayıcı/yayıcı olaraq göndərir. O küləklər, yağış buludlarını daşıyarken, onu quraqlıq olan bir məmləkətə göndərir, sonra onunla suyu endiririk. Beləliklə, onunla hər cür məhsul çıxarırıq. Bax Biz, ölüləri də belə çıxaracağıq. Və gözəl məmləkətin bitkisi, Rəbbinin izni ilə/elmi ilə çıxaq; pis olandan isə faydasız bitkidən başqa bir şey çıxmaz. Biz, ona verilən nemətlərin əvəzini verən bir qövm üçün ayələri beləcə cürbəcür, təkrar-təkrar izah edirik.
59) And olsun ki, Biz, Nuhu öz qövmünə elçi göndərdik və o, "Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Doğrudan da mən, ziyanınıza olan, üstünüzə gələcək böyük bir günün əzabından qorxuram" dedi.
60) Qövmünün başçıları, "Biz səni açıq-aşkar bir azğınlıq içində görürük" dedilər.
61,62,63) Nuh dedi ki: "Ey qövmüm! Məndə bir azğınlıq yoxdur. Lakin mən, aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Sizə Rəbbimin göndərdiyi həqiqətləri təbliğ edirəm, sizə öyüd verirəm və Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm Allahın mühafizəsi altına daxil olmağınız və rəhmətə vasil olmağınız üçün, aranızdan bir nəfərə, sizə xəbərdarlıq etsin deyə Rəbbinizdən bir öyüd/kitab gəlməsinə təəccübmü edirsiniz?"
64) Belə olan halda onu təkzib etdilər, Biz də Nuhu və onunla birlikdə gəmidə olanları xilas etdik, ayələrimizi təkzib edənləri də boğduq! Həqiqətən onlar kor bir qövm idi.
65) and olsun ki, Ada da qardaşları Hudu elçi göndərdik. O, "Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Hələ də Allahın mühafizəsi altına daxil olmayacaqsınız?" dedi.
66) Qövmünün başçıları olan kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kimsələr], "Biz səni ağıl sarıdan yüngüllük/cahillik içində görürük və həqiqətən səni yalançılardan sayırıq" dedilər.
67,68,69) Hud, "Ey qövmüm! Məndə ağıl sarıdan yüngüllük/cahillik yoxdur, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Sizə Rəbbimin göndərdiklərini təbliğ edirəm və mən sizin üçün etibarlı bir nəsihətçiyəm. Sizə xəbərdalıq etməsi üçün sizin aranızdan bir kəs vasitəsi ilə Rəbbinizdən sizə bir öyüd/kitab gəlməsinə təəccübmü edirsiniz? Fikirləşin ki, O, sizi Nuh qövmündən sonra, xəlifələr, sonradan gələn nəsillər təyin etdi və xilqətdə boy-buxun baxımından sizi artırdı. Nicat tapmaq üçün Allahın nemətlərini yadınıza salın." dedi.
70) Onlar dedilər ki: "Demək, sən, başqalarını işə qarışdırmadan bir tək Allaha bəndəlik edək və əcdadımızın bəndəlik etdiklərindən də əl çəkək deyə gəldin? Əgər doğruçulardansansa, bizi qorxutduğu şeyi bizə gətir!"
71) Hud dedi ki: "Artıq sizə Rəbbinizdən bir əzab və qəzəb nazil oldu. Allahın onlar haqqında heç bir dəlil nazil etmədiyi, sadəcə sizin və əcdadınızın qoyduğu adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Elə isə gözləyin, şübhəsiz, mən də sizinlə birlikdə sözləyənlərdənəm."
72) Beləliklə, Hudu və onunla birlikdə olan kəsləri Öz mərhəmətimizlə xilas etdik və ayələrimizi inkar edənlərin və iman etməyənləin kökünü kəsdik.
73,74) And olsun ki, Biz, Səmuda da qardaşları Salehi elçi olaraq göndərdik. O dedi ki: "Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir sübut gəldi. Bax bu, Allahın dəvəsi/sosial yardım və köməkləşmə prinsipi, sizin üçün bir ayədir; qoyun o, Allaha məxsus yer üzündə yerin, aman, ona pislik etməyin, yoxsa sizi üzücü bir əzab yaxalayacaqdır. Və fikirləşin ki, Addan sonra sizi xəlifələr təyin etdi. Və sizi yer üzündə yerləşdirdi: Onun düzənliklərində saraylar tikirsiniz, dağlarını yonub evlər düzəldirsiniz. Elə isə Allahın nemətlərini yadınıza salın və yer üzündə fitnə çıxaranlar olaraq azğınlıq etməyin."
75) Qövmündən təkəbbürlü başçılar, aralarından iman gətirən, zəif görünən kəslərə dedilər ki: "Siz Salehin həqiqətən Rəbbi tərəfindən göndərilən bir elçi olduğunu bilirsinizmi?" Onlar, "Həqiqətən biz, onunla göndərilənə inanırıq!" dedilər.
76,77) O təkəbbürlü kəslər, "Həqiqətən, biz sizin inandığınızı bilə-bilə inkar edən kəslərik!" dedilər. Və dərhal o sosial yardım və köməkləşmə qurumlarını yaşadan gəlir qaynaqlarını qurutdular[#106] və təkəbbür göstərərək Rəbblərinin buyruğundan kənara çıxdılar və "Ey Saleh! Əgər həqiqətən elçi kimi göndərilmisənsə, bizi qorxutduğun şeyi bizə gətir!" dedilər.
78) Beləliklə onları dərhal şiddətli bir sarsıntı yaxaladı və öz yurdlarında dizləri üstündə çökərək qaldılar.
79) O vaxt Saleh onlardan üz çevirdi və "Ey qövmüm! And olsun ki, mən sizə Rəbbimin göndərdiyini təbliğ etdim və sizə öyüd verdim, fəqət siz öyüd verənləri sevmirsiniz" dedi.
80,81) And olsun ki, Biz, Lutu da elçi olaraq göndərdik. Bir zaman o, öz qövmünə demişdi ki: "Siz, sizdən əvvəl aləmlərdən heç birinin etmədiyi iyrənc əməli edirsiniz? Həqiqətən və şübhəsiz siz, cinsi baxımdan qadınlardan aşağı olan kişilərin üstünə şəhvətlə gedirsiniz. Əslində siz, həddi aşan bir qövmsünüz."
82) Və qövmünün cavabı yalnız, "Onları şəhərinizdən çıxarın, çünkü onlar, həddən ziyadə təmizlənən insanlar imiş!" demək oldu.
83,84) Belə olduqda, Biz də onu və ailəsini xilas etdik, ancaq zövcəsini xilas etmədik; o, geridə qalanlardan; düşüncə baxımından günahkar cəmiyyətlə birgə olanlardan idi. Və onların üstünə bir yağış yağdırdıq. Bax gör günahkarların axırı necə oldu!
85,86,87) And olsun ki, Biz Mədyənə də qardaşları Şüeybi elçi göndərdik. Dedi ki: "Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir sübut gəldi: Artıq ölçüdə və çəkidə düz olun, camaatın malını əskik verməyin, sahmana salındıqdan sonra yer üzündə fitnə çıxarmayın; əgər inanan kəslərsinizsə, bu sizin üçün daha xeyirlidir! Təhdid edərək, inananları Allahın yolundan uzaqlaşdıraraq və əyri yollar axtararaq hər yolun başında oturmayın. Düşünün ki, siz az idiniz, O, sizi çoxaltdı. Və fitnəçilərin aqibətinin necə olduğuna baxın bir! Və sizin içinizdən bir dəstə mənimlə göndərilənə inanmış, bir dəstə də inanmamışsa, elə isə aramızda Allah hökm verincəyə qədər səbr edin. Və O, hökm verənlərin ən xeyirlisidir."
88,89) Qövmündən, təkəbbürlü başçılar dedilər ki: "Ey Şüeyb! Ya səni və səninlə birgə inananları şəhərimizdən həqiqətən çıxaracağıq, ya da bizim dinimizə/həyat tərzimizə qayıdacaqsınız!" Şüeyb dedi ki: "İstəməsək də, eləmi? Allah bizi ondan xilas etdikdən sonra yenidən sizin dininizə/həyat tərzinizə qayıtsaq, həqiqətən Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın istəyi olmasa, ona geri qayıtmağımız bizim üçün mümkün deyil. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz sadəcə Allaha arxayın olub söykənirik." -Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Çünkü Sən, hökm verənlərin ən xeyirlisisən!-
90) Və onun qövmündən kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] başçılar dedilər ki: "Əgər Şüeybə tabe olsanız, siz həqiqətən ziyana uğrayanlardan olarsınız."
91,92) Belə olduqda, o dəhşətli sarsıntı onları yaxaladı, yurdlarında dizləri üstündə çöküb qaldılar. Şüeybi inkar edənlər sanki heç orada yaşamamış/nemət içində yaşamamışdılar. Şüeybi inkar edənlər yoxmu, bax, ziyana uğrayanlar elə onların özü oldu.
93) Belə olduqda Şüeyb, onlardan üz çevirdi və: "Ey qövmüm! Mən sizə Rəbbimin göndərdiklərini təbliğ etdim və sizə öyüd verdim, vəziyyət belə olduğu halda kafirlər tayfasından [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən bir tayfadan] ötrü necə qayğılanım?" dedi.
94,95) Biz hansı bir şəhərə bir peyğəmbər göndərsək, mütləq oranın xalqını yalvarıb-yaxarmaqları üçün yoxsulluq və çətinliyə saldıq. Sonra pisliyin yerini yaxşılıqla əvəz etdik; nəhayət çoxaldılar və "Əcdadımıza da belə çətinlik və sevinc üz vermişdi" dedilər. Belə olduqda onları dərhal, özləri də hiss etmədən qəflətən yaxaladıq.
96) Və əgər o şəhərlərin əhalisi inansa və Allahın mühafizəsi altına daxil olsa idi, əlbəttə ki, onların üstünə göydən və yerdən bolluq açardıq. Lakin onlar təkzib etdilər. Biz də onların ele hey işlədikləri şeyin müqabilində yaxaladıq.
97,98,99) Görəsən o şəhərlərin əhalisi, gecə yatarkən, əzabımızın onlara gəlməyəcəyindən arxayın idilərmi? Yoxsa o şəhərlərin əhalisi gündüz vaxtı mənasız işlərlə məşğul olarkən, onlara əzabımızın gəlməyəcəyindən arxayın idilərmi? Elə isə, Allahın ətraflı planından arxayın idilərmi? Ziyana uğrayanlardan başqa heç kəs özünü Allahın ətraflı planından arxayın hiss etməz.
100) Və əvvəlki sahiblərindən sonra yer üzünün varisi; son sahibi olanlara bəyan olmadımı, onlara təsir etmədimi: "Əgər Biz istəsək, onları da günahlarından ötürü cəzalandırardıq. Biz onların qəlblərinin üstünə möhür vurarıq/qəlblərini möhürlərik və onlar da eşitməzlər."
101,102) Sənə vacib xəbərlərinin bir hissəsini söylədiyimiz o şəhərlər bax bunlardı. And olsun ki, peyğəmbərləri onlara açıq-aşkar sübutlarla gəlmişdi. Fəqət əvvəlcədən təkzib etdikləri şeylərə iman gətirmədilər. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslərin] qəlblərinin üstünə Allah bax belə möhür vurar/onları möhürlər. Onların çoxunda əhdinə vəfa etmək prinsipini görmədik. Həqiqət budur ki, onların əksəriyyətini yoldan çıxmış gördük.
103) Sonra o elçilərin/o qövmlərin ardından Musanı nişanələrimizlə/işarətlərimizlə Firona və əyanlarına göndərdik, onlar isə nişanələrimizə/işarətlərimizə haqsızlıq etdilər. Bir bax gör o fitnəçilərin aqibəti necə oldu!
104,105) Və Musa "Ey Firon! Mən həqiqətən aləmlərin Rəbbi tərəfindən göndərilən bir elçiyəm. Allah barəsində həqiqətdən başqa bir şey deməmək mənim borcumdur. Həqiqətən mən sizə, Rəbbinizdən açıq-aşkar bir sübutla gəldim. Elə isə İsrail oğullarını mənimlə göndər." dedi.
106) Firon, "Əgər bir nişanə/işarət ilə gəlmisənsə, dərhal onu gətir, əlbəttə, əgər doğruçulardansansa." dedi.
107,108) Belə olduqda Musa, elmini və biliklərini[#107] meydana qoydu, o da qəflətən açıq-aşkar bir "silib süpürən"ə[#108] çevrildi. Gücünü də siyirərək meydana çıxartdı; onun gücü, baxanlar üçün mükəmməl, qüsursuz oldu.[#109]
109,110,111,112) Fironun qövmünün əyanları, "Həqiqətən bu, çox bilikli, heyranedici, nüfuzlu bir alimdir.[#110] O, sizi yurdunuzdan çıxarmaq istəyir." dedilər. Firon, "Elə isə siz nə əmr edirsiniz?" dedi. Onlar: "Onu və qardaşını saxla, şəhərlərə də yığıcılar göndər. Bütün bilikli, sehrbaz, nüfuzlu alimləri sənə gətirsinlər" dedilər.
113,114) Və o çox bilikli, sehrbaz, nüfuzlu alimlər Firona gəldilər: "Əgər qalib gələn biz olsaq, bizim üçün həqiqətən böyük bir mükafat olacaq/olacaqmı?" dedilər. Firon "Bəli" dedi, "siz şübhəsiz yaxınlaşdırılanlardan da olacaqsınız."
115) Çox bilikli, sehrbaz, nüfuzlu alimlər: "Ey Musa! Sən öz müddəanı meydana qoyacaqsan, yoxsa meydana müddəa qoyanlar biz olaq?" dedilər.
116) Musa: "Siz müddəanızı meydana qoyun" dedi. Onlar meydana atdıqda, insanların gözlərini sehrlədilər və onları öz ağıllarına görə xəttə gətirmək/adam etmək istədilər. Və böyük, təsirli bir hünər göstərdilər.
117,118) Biz də Musaya: "Sən də öz biliklərini meydana çıxar" deyə vəhy etdik. Bir də nə görsələr yaxşıdır, onların uydurub meydana qoyduqları şeyləri sürətlə yaxalayıb udur. Beləliklə, haqq yerini tapdı və Fironun və əyanlarının bütün əməlləri boşa getdi, işə yaramadı.
119) Firon və əyanları artıq orada məğlub oldular və xar olmuş bir dəstə olaraq geri qayıtdılar.
120,121,122) Çox bilikli, sehrbaz, nüfuzlu alimlər isə boyun əyib təslim olan kəslər olaraq qaldılar. "Aləmlərin Rəbbinə; Musanın və Harunun Rəbbinə iman gətirdik" dedilər.
123,124,125,126) Firon dedi ki: "Mən sizə icazə verməmişdən əvvəl, ona iman gətirdinizmi? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz gizli bir hiylədir ki, əhalisini şəhərdən çıxarasınız. Tezliklə biləcəksiniz. Həqiqətən müqavilələri; öhdəlikləri ləğv etdirip, sonra da hamınızı qətiliklə rahat mühitdən; şəhərdəki işinizdən, memuriyetinizden çıxarıb xurma tarlalarında kənd təsərrüfatı işlərində işlədəcəyiniz; daş ocaqlarında işlədəcəyiniz; çətin işlərdə işlədərək yağınızı çıxaracağam; iliğinize sömüreceğim!" Çox bilikli, sehrbaz, nüfuzlu alimlər isə dedilər ki: "Heç şübhəsiz, biz sadəcə Rəbbimizə qayıdanlarıq. Sənin bizi yaxalayıb cəzalandırmağın da ancaq Rəbbimizin ayələri gəldiyində onlara iman gətirməyimizə görədir." -"Ey Rəbbimiz! Bizə çox səbr ver ki yumuşalmayaq, zəiflik göstərməyək, boyun əyməyək. Canımızı da müsəlman olaraq al!"-
127) Firon qövmünün əyanları isə, "Səni və sənin məbudlarını/səni məbud olaraq görməyi tərk etsinlər və yer üzündə fitnə çıxarsınlar deyəmi Musanı və onun qövmünü azad buraxacaqsan?" dedilər. Firon dedi ki: "Onların oğullarını öldürəcək; təhsilsiz, təlimsiz saxlayıb savadsız bir kütləyə çevirməklə onları zəiflədəceyik, qadınlarını utanca boğacağıq və biz, onların üzərində mütləq güc sahibi kəslərik."
128) Musa, öz qövmünə dedi ki: "Allahın yardımını diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. Bəndələrindən istədiyini ora varis edər. Gözəl aqibət Allahın mühafizəsi altına daxil olan kəslər üçündür."
129) Musanın qövmü dedilər ki: "Sən bizə gəlməmişdən qabaq da əziyyət çəkirdik, sən gəldikdən sonra da." Musa dedi: "Ümid var ki, Rəbbiniz düşmənlərinizi dəyişikliyə, məhvə məruz qoyacaq və sizi yer üzündə onların yerinə təyin edəcək. Beləliklə, sizin necə hərəkət edəcəyinizə baxacaqdır."
130,131) Və and olsun ki, Biz, Fironun nəslini, fikirləşib öyüd alsınlar deyə illərcə quraqlıqla/qıtlıq və məhsul çatışmazlığı ilə yaxaladıq. Sonra onlara bir yaxşılıq üz verdikdə, "Bax bu, bizə məxsusdur" dedilər. Əgər onlara bir pislik üz versə, Musa və onun yanındakıların nəhsliyi kimi qəbul edirdilər. Yaxşı bilin ki, onların nəhsliyi Allahın dərgahındadır. Fəqət onların çoxu bilmir.
132) Və Fironun qövmü, "Sən bizi sehrləmək üçün bizə nə qədər nişanə/işarət gətirsən də biz sənə inana deyilik." dedilər.
133) Biz də müəyyən fasilələrlə, ayələr olmaq üzrə onların üstünə tufan, çəyirtkələr, həşəratlar, qurbağalar və qan göndərdik. Yenə də təkəbbür göstərdilər və günahkra bir tayfa oldular.
134) Və bu əzab onların üstünə çökdüyündə, "Ey Musa! Səninlə olan əhdi/verdiyi söz xatirinə bizim üçün Rəbbinə dua et, əgər sən bizdən bu cəzanı götürsən, həqiqətən sənə iman gətirəcəyik. Və həqiqətən İsrail oğullarını səninlə birlikdə göndərəcəyik." dedilər.
135) Çatacaqları müəəyyən vaxta qədər onlardan cəzanı götürdüyümüzdə, qərhal sözlərindən qaçdılar.
136,137) Biz də, şübhəsiz ki, ayələrimizi inkar etdikləri və onlardan qəflətdə olduqları üçün onları cəzalandıraraq ədaləti təmin etdik. Və onları bol suda/çayda[#111] boğduq. Zəifliyə düçar edilən/gücdən salınan tayfanı da bərəkətləndirdiyimiz yerin hər yanına varis təyin etdik. Və beləliklə, Rəbbinin, İsrail oğullarına verdiyi gözəl sözlər,[#112] səbr etdikləri üçün yerinə yetdi. Biz də Firon ilə qövmünün keçmişdən bəri düzəltdikləri sənaye əsərlərini və ucaltmaqda olduqları şeyləri yerlə yeksan etdik.
138,139) Və İsrail oğullarını bol sudan/çaydan[#113] keçirdik. Sonra öz putlarına tapınan bir qövmə rastladılar. Dedilər ki: "Ey Musa! Onların tanrıları olduğu kimi, sən də bizim üçün bir tanrı düzəlt!" Musa dedi ki: "Siz həqiqətən cahillik edən bir qövmsünüz. Bu gördüyünüz camaatın etiqad etdiyi din, yox olmağa məhkumdur və onların etdikləri hər şey batildir."
140) Musa dedi ki: "O, sizi aləmlərə üstün etdiyi halda, mən sizə Allahdan başqa məbudmu axtarım?"
141) Bir vaxt Biz, sizə əzabın ən pisini edən; oğullarınızı öldürən; oğullarınızın boğazını kəsən; təhsilsiz, təlimsiz saxlayıb savadsız bir kütləyə çevirməklə onları zəiflədən, qadınlarını utanca boğan Firon ailəsinin əlindən sizi xilas etmişdik. Bunda da sizin üçün Rəbbiniz tərəfindən böyük bir imtahan var.
142) Və Musa ilə otuz gecəyə vədələşdik və müddəti bir on gecə ilə tamamladıq. Beləliklə, Rəbbinin təyin etdiyi vaxt tam qırx gecə oldu. Və Musa, qardaşı Haruna, "Qövmümüm içində mənim yerimə keç, islah et və fitnəçilərin yoluna uyma!" dedi.
143) Musa, təyin etdiyimiz vaxtda gəldikdə, Rəbbi ona söz dedi. Musa, "Ey Rəbbim! Göstər mənə Özünü, baxım Sənə!" dedi. Rəbbi ona dedi ki: "Məni sən əsla görə bilməzsən, lakin bu dağa bax, əgər o yerində qala bilsə, sən də Məni görəcəksən." Daha sonra Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi, Musa da huşunu itirerek yerə sərildi. Ayılıb özünə gəldikdə: "Sən pak və uzaqsan, Sənə qayıtdım; tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm." dedi.
144) Allah dedi ki: "Ey Musa! Vəhylərimlə və kəlamımla səni insanların üzərinə seçdim. İndi sənə verdiyimi götür və özünə verilən nemətlərin əvəzini verənlərdən ol!"
145,146,147) Və Biz, onun üçün o lövhələrdə hər şeydən bir nəsihət və hər şey barədə bir təfsilat yazdıq. "Haydı, bunları möhkəm tut,[#114] qövmünə də əmr elə ki, ən gözəl surətdə tutsunlar. Tezliklə sizə, o haq yoldan çıxanların yurdunu göstərəcəyəm. Yer üzündə, bütün ayələri görsələr də onlara iman gətirməyən, doğru yolu görsələr də o yolu tutub getməyən, azğınlıq yolunu görsələr o yolla gedən, haqsız yerə təkəbbür göstərən bu kəsləri, ayələrimizdən uzaqlaşdıracağam." -Bunun səbəbi, onların ayələrimizi təkzib etməkləri və onlar barəsində qəflətdə olmaqları; onlara diqqət yetirməmələri, məhəl qoymamalarıdır.- Ayələrimizi və axirətdə qarşılaşmağı inkar edənlərin əməlləri puç oldu. Onlar, etdikləri əməllərdən başqa bir şeyləmi cəzalandırılacaqlar?
148) Musanın qövmü, Musadan sonra, özlərinin zinət əşyalarını bir yerə yığaraq aldadıcı, cazibəli səsi[#115] olan, əslində heç bir işə yaramayan bir məbud düzəltdilər; böyük bir sərmayə əmələ gətirərək ona sitayiş etdilər. -Onun özlərinə bir söz demədiyini və bir yol göstərmədiyini görmədilərmi?- Onu düzəltdilər və zalımlardan oldular.
149) Gözlərinin qabağına gəldikdə və haqq yoldan azdıqlarını gördükdə, "Əgər Rəbbimiz bizə mərhəmət etməz və bizi bağışlamazsa, həqiqətən biz böyük bir ziyana uğrayanlardan olacağıq" dedilər.
150) Və Musa, qəzəbli və kədərli halda qövmünün yanına qayıtdıqda, "Məndən sonra mənim üçün nə pis bir xələf/nəsil oldunuz! Rəbbinizin əmrini tezləşdirdinizmi?" dedi. Və lövhələri atdı və qardaşı Harunu özünə çəkərək başından yapışdı. Harun: "Ey anamın oğlu! İnan ki, bu camaat məni aciz qoydu, az qalsın məni öldürəcəkdilər. Buna görə mənə, düşmənləri sevindirəcək bir şey eləmə. Və məni bu zalımlar dəstəsinə tay tutma" dedi.
151) Musa dedi ki: "Rəbbim! Məni və qardaşımı bağışla! Bizi rəhmətinə daxil et. Və Sən, mərhəmət edənlərin ən mərhəmətlisisən."
152) Şübhəsiz, o qızıla sitayiş edənlərə Rəblərindən bir qəzəb, dünya həyatında bir zillət üz verəcək. Və Biz, iftiraçıları belə cəzalandırarıq.
153) -Pis əməllər işlədikdən sonra dönən kəslər və iman götirənlər üçün də, heç şübhəsiz, Rəbbin bundan sonra yenə də bağışlayan və mərhəmət edəndir.-
154) Qəzəbi Musadan əl çəkdikdə lövhələri götürdü. Onlardakı yazıda da ancaq Rəbləri üçün adam olan kəslər üçün bir hidayət və rəhmət var idi.
155) Və Musa, təyin etdiyimiz vaxt üçün qövmünə yetmiş kişi seçdi. O sarsıntı bunları yaxaladığı vaxt, bax o vaxt Musa "Rəbbim!" dedi, "İstəsəydin bunları da, məni də daha əvvəl dəyişikliyə/məhvə məruz qoyardın. İndi bizi, aramızdakı o səfehlərin etdiklərinə görə dəyişikliyə/məhvə məruzmu qoyacaqsan? O, Sənin, saflaşmağımız üçün oda atmağından başqa bir şey deyil. Sən bu saflaşdırma işində istədiyini azğınlıqda buraxarsan, istədiyinə də yol göstərərsən. Sən bizim yardımçımız, yol göstərən yaxınımızsan. Artıq bizi bağışla, bizə mərhəmət et, Sən bağışlayanların ən xeyirlisisən. Və bizə həm bu dünyada bir yaxşılıq yaz, həm də axirətdə. Biz həqiqətən də Sənə döndük."
156,157) Allah deyir ki: "Mənim əzabım var; onu istədiyimə toxunduraram, mərhəmətim də var, o isə hər şeyi əhatə etmişdir. Onu xüsusən Allahın mühafizəsi altına daxil olanlara, zəkatını;[#116] vergisini verənlərə və ayələrimizə inananlara; onlara yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən, təmzi və xoş şeylərə icazə verən, napak, murdar və çirkli şeylərə icazə verməyən, bellərindən ağır yükləri, üstlərindən bağları və zəncirləri götürən, yanlarındakı Tövratda və İncildə yazılmış olduğunu görəcəkləri şəhərli/Məkkəli Peyğəmbərə, o elçiyə tabe olan kəslərə yazacağam. Elə isə, Ona iman gətirən, Ona möhkəm ehtiram göstərən, Ona yardımçı olan və Onunla birgə nazil olan nurun ardınca gedənlər ki var, bax onlar, nicat tapan kəslərin elə özüdür."
158) De ki: "Ey insanlar! Şübhəsiz mən, göylərin və yerin mülkü Özünə məxsus olan, Özündən başqa heç bir məbud olmayan, həm dirildən, həm öldürən Allahın, sizə, hamınıza göndərdiyi elçiyəm. Elə isə, yönləndirildiyiniz doğru yolu tapmaq üçün Allaha və Onun sözlərinə iman edin, Ümmi; Şəhərli; Məkkəli Peyğəmbər olan Elçisinə iman gətirin və ona tabe olun."
159) Musanın qövmündən də, haqqı göstərən, haqq və ədalətlə hökm edən bir başçıları olan bir dəstə var.
160) Və Biz onları, hər birinə on iki nəvədən birinin başçılıq etdiyi qəbilələrə böldük. Və qövmü Musadan su istərkən Musaya, "Biliklərini o daş qəlbli qövmünə[#117] tətbiq et"[#118] deyə vəhy etdik. Dərhal o daş qəlbli qövmdən on iki qövm/ölkə xalqı[#119] əmələ gəldi. Xalqlardan hər biri haradan su götürəcəyini yaxşıca öyrəndi/işarələdi. Və buludu da üstlərinə kölgə etdik. Onlara qüdrət halvası və bal/bildirçin endirdik; sizə ruzi olaraq verdiyimiz nemətlərin təmizindən yeyin! Onlar Bizə zülm etmədilər, öz-özlərinə zülm edirdilər.
161) Və bir zaman onlara, "Bu şəhərdə sakin olun və oradan istədiyiniz şeyləri yeyin və ‘hittə!’ [günahlarımızı bağışla!] deyinə və təslim olmuş bir halda qapıdan keçin. Biz günahlarınızı bağışlayacağıq, yaxşılar üçün çoxaldacağıq" deyilmişdi.
162) Sonra onların arasından bir dəstə yanlış; öz ziyanına iş görən kəslər, onlara deyilən sözü, başqa bir sözlə dəyişdirdilər. Biz də yanlış; öz ziyanına iş gördükləri üçün onların üstünə göydən bir cəza göndərdik.
163) Və onlardan, dəniz kənarındakı o şəhəri də soruş. O əsnada onlar, bəndəliyə, yaxşı-yaxşı fikirləşməyə məxsus edilən gündə həddi aşırdılar. Bəndəliyə, yaxşı-yaxşı fikirləşməyə məxsus edilən gündə həddən artıq sıxılırdılar, digər günlərdə isə çox sevincliydilər.[#120] Doğru yoldan çıxdıqları üçün Biz onlara bax belə bəla veririk.
164) Və o zaman onların içindən bir dəstə; başçısı olan bir qrup, "Allahın dəyişikliyə/məhvə məruz qoyacağı və ya şiddətli bir əzabla əzab verəcəyi bir tayfaya nə üçün öyüd verirsiniz?" dedikdə, o xəbərdarlıq edənlər də dedilər ki: "Rəbbiniz qarşısında bir üzrümüz olsun, bunlar da Allahın mühafizəsi altına daxil olsunlar deyə."
165,166) Nə vaxt ki onlar, özlərinə xəbərdalıq etmək üçün istifadə edilən vasitələrə əhəmiyyət vermədilər, Biz də pis əməllərdən çəkindirənləri xilas etdik, o zalımları isə haqq yoldan çıxdıqları üçün şiddətli/yoxsulluğa salan bir əzabla yaxaladıq. Nə vaxt ki onlar, özlərinə qadağan edilən şeylər barəsində təkəbbür göstərdilər, Biz də onlara, "Zəlil-qovulan kəslər halında meymunlar olun!" dedik.
167) Və o zaman Rəbbin, qiyamət gününə qədər onların üstünə, onları həqiqətən ən pis əzaba məruz qoyacaq kəslər göndərəcəyini bildirdi. Şübhəsiz ki, Rəbbin, tez cəza verəndir. Və həqiqətən O, bəndələrinin günahlarını çox örtən, onları cəzalandırmayan və əfvi bol olan, geniş mərhəmət sahibidir.
168) Və onları yer üzündə başçıları olan bir çox tayfalara ayırdıq. Onların bəziləri doğru kəslər idi, bəziləri isə onlardan aşağı idi. Və Biz, dönsünlər deyə, onları yaxşılıqla və pisliklə sınadıq.
169) Beləliklə, onlardan sonra bir nəsil gələrək onların yerinə keçdi. Kitabın varisi oldular. Onlar bu dünyanın dəyərsiz qazancını alırdılar, "Gələcəkdə bizə məğfirət ediləcək/bizim günahlarımız bağışlanacaq" deyirdilər. Bunun kimi dəyərsiz bir mal onlara gəldikdə, onu da alırdılar. -Allaha qarşı doğrudan başqa şey danışmayacaqları barədə onlardan o kitabın təminatı alınmamışdırmı? Halbuki onda olanı oxuyub öyrənmişdilər. Axirət yurdu, Allahın mühafizəsi altına girən kəslər üçün daha xeyirlidir. Hələ də dərk etmirsinizmi?-
170) Və Kitabdan möhkəm yapışanlara və səlatı saxlayanlara[#121] [maddi və yaxud zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumunu təsis edənlərə-davam etdirənlərə] gəldikdə isə, Biz, o sahmana salanların/yaxşılaşdıranların mükafatını itirməyəcəyik.
171) Bir zamanlar o dağ kölgəlik/çətir kimi olduğunda, onlar isə dağın onların üstünə düşəcəyinə inandıqları halda, Biz, onların Ucalarını/ən seçilmişlərini o dağa çəkmişdik/ucaltmışdıq:[#122] "Allahın mühafizəsi altında olmaq üçün sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri yadınızdan çıxarmayın!"
172,173,174) Halbuki sənin Rəbbin, qiyamət günündə, "Biz bunlardan xəbərsizdik" deməyəsiniz yaxud "Bizdən əvvəl əcdadımız şərik qoşmuşdu, biz onlardan sonra gələn nəsillərik, batil əməl işləyənlərin əməlləri üzündən bizi dəyişikliyə/məhvə məruz qoyacaqsanmı?" deməyəsiniz deyə, Adəm oğullarının bellərindən onların nəsillərini çıxarar və onları öz əleyhinə şahid tutar; "Mən sizin Rəbbiniz deyiləmmi?" Deyərlər ki: "Əlbəttə Rəbbimizsən, şahidlik edirik." Biz, ayələri bax beləcə təfsilatı ilə izah edirik ki, fikirləşsinlər.
175) Ayələrimizi özünə verdiyimiz, sonra onlardan siyrilib çıxan, sonra, şeytanın öz arxasınca apardığı, beləliklə də azğınlardan olan o adamın xəbərini onlara bildir.
176) Və əgər Biz istəsəydik, onu o ayələrlə ucaldardıq, amma o, alçaqlığa batıb qaldı və öz istəyinə uydu. Artıq onun vəziyyəti, üstünə cumsan da dilini salladıb ləhləyən, boşlasan da dilini salladıb ləhləyən köpəyin vəziyyətinə bənzəyir. Bax bu, ayələrimizi təkzib edən qövmün halıdır. Ona görə də sən, bu hekayəti yaxşı-yaxşı danış ki, onlar da yaxşı-yaxşı fikirləşsinlər.
177) Ayələrimizi təkzib edib, ancaq özlərinə zül edən o tayfanın halı necə də pisdir!
178) Allah kimə yol göstərərsə, bax o, yönəldildiyi doğru yolu tapar. Kimi də azdırarsa, bax onlar, ziyana uğrayanların özüdür ki var.
179) Və and olsun ki, tanıdıqlarınızdan-tanımadıqlarınızdan bir çoxunu cəhənnəm üçün törətdik, artırdıq; onların qəlbləri var, onunla anlamazlar. Gözləri var, onunla görməzlər. Qulaqları var, onunla eşitməzlər. Bax onlar, dörd ayaqlı heyvanlar kimidir. Hətta daha da azğındırlar. Bax onlar, qafillərin özüdür ki var.
180) Və ən gözəl adlar Allahındır. Elə isə, Onu onlarla çağırın. Onun adları barəsində doğru yoldan çıxanları da tərk edin. Onlar, işləməkdə olduqları əməlin əvəzini tezliklə görəcəklər.
181) Yenə bizim əmələ gətirdiklərimizdən, haqqa yönlədən, haqq və ədalətlə hökm verən bir tayfa var.
182) Və ayələrimizi yalan sayanları, özlərinin bilməyəcəkləri bir istiqamətdən, tədircən, yavaş yavaş dəyişikliyə/məhvə yaxınlaşdıracağıq.
183) Mən onlara möhlət də verərəm. Həqiqətən, Mənim planım çox möhkəmdir.
184) Və onlar yoldaşlarında heç bir dəlilik/cinlilik olmadığını fikirləşmədilərmi? O, ancaq açıq-aşkar xəbərdarlıq edəndi.
185) Və onlar göylərin və yerin mülkünə və idarəsinə, Allahın əmələ gətirdiyi hər hansı bir şeyə və əcəllərinin həqiqətən yaxınlaşmış olduğu ehtimalına heç baxmadılarmı? Artıq bundan sonra hansı sözə inanacaqlar?
186) Allah, kimi azdırsa, artıq ona yol göstərə biləcən olmaz. Və O, bunları azğınlıq içərisində şaşqın bir vəziyyətdə qoyar.
187) Sənə, Saat; qiyamətin qopacağı an barəsində sual verirlər: "Nə zaman gəlib çatacaq?" De ki: "Onun bilgisi ancaq Rəbbimin yanındadır. Onun vaxtını Özündən başqası bildirə bilməz. Onun vaxtını bilmək, göylərdə və yerdə ağır gəlmişdir/bilinməsi mümkün olmayan olmuşdur. O, sizə qəflətən gələcək." Onu səndən soruşurlar, elə bil ki, sən onu çox yaxşı bilirsən. De ki: "Onun bilgisi Allahın yanındadır. Fəqət insanların çoxu bilmir."
188) De ki: "Mən özüm üçün Allahın istədiyindən başqa nə bir fayda əldə etməyə, nə bir zərərin qarşısını almağa qadirəm. Əgər mən görülməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi bilsəydim, əlbəttə xeyiri çoxaltmaq istəyərdim. Və mənə heç bir pislik toxunmamışdır. Mən ancaq xəbərdarlıq edən və iman gətirən bir qövm üçün müjdə verənəm."
189) O, sizi bir candan əmələ gətirdi və ondan da, onunla ünsiyyət bağlasın deyə zövcəsini yaratdı. O, onu örtüb bürüyən zaman, o yüngül bir yüklə yükləndi. Və onunla gedib-gəldi. Qadın ağırlaşdığında, dərhal o ikisi Rəblərinə dua etdilər: "Əgər bizə sağlam bir uşaq versən, and olsun ki, mütləq əvəzini verənlərdən olarıq."
190) O ikisinə sağlam bir uşaq verdikdə, o ikisinə verdiyi şey barəsində Ona şəriklər qoşdular. Allah, onların şərik qoşduğu şeylərdən pakdır, ucadır.
191) Heç bir şey əmələ gətirməyən və özləri də əmələ gətirilmiş olan şeylərimi şərik qoşurlar?
192,193) Halbuki bunların, sitayiş edənlərə yardıma gücü çatmaz. Öz nəfslərinə də yardım edə bilməzlər. Əgər siz onları doğru yola səsləsəniz, sizə tabe olmazlar. Onları səsləsəniz də, səsləməyib sussanız da sizin üçün heç fərqi yoxdur.
194,195,196,197,198) Allahın altındakılardan yalvardığınız kəslə, eynən sizin kimi bəndələrdir. Əgər doğruçulardansınızsa, haydı, onları səsləyin ki sizə cavab versinlər. Məgər onların özləriylə birlikdə yeriyən ayaqları, tutan əlləri, görən gözləri ya da eşidən qulaqlarmı var? De ki: "Çağırın şəriklərinizi, sonra mənə hiylə qurun və mənə möhlət də verməyin. Şübhəsiz ki, mənim himayədarım [yol göstərənim, yardım edənim, qoruyanım], o kitabı nazil edən Allahdır. Və O, doğru kəslərə himayədar [yol göstərən, yardım edən, qoruyan] olar. Onun altındakılardan, sizin sitayiş etdiyiniz kəslər isə sizə yardım etməyə qadir deyillər, öz nəfslərinə də yardım edə bilməzlər. Siz onları doğru yola səsləsəniz də, eşitməzlər. Və onları sənə baxan görürsən, halbuki onlar görməzlər."
199) Sən əfvi/malın artığını götür, "ürf"ə [Quran ayələri qrupuna] uyğun əmrlər ver və cahillərdən də uzaqlaş.
200) Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, dərhal Allaha pənah apar. Həqiqətən O, ən yaxşı ediən, ən yaxşı biləndir.
201,202) Öz qardaşları onları azğınlığa çəkdiyi və buraxmadığı halda, şübhəsiz Allahın mühafizəsi altına daxil olan bu kəslər, onlara şeytanın vəsvəsəsi, qaranlıq bir şübhə, əl çəkməyən bir tufan toxunduqda, yada salar/fikirləşərlər. Sonra bir də görərsən ki, onlar görüb-biliblər!
203) Onlara bir ayə gətirmədiyin zaman, "Nə olardı, özündən uyduraydın" deyərlər. De ki: "Mən ancaq Rəbbimdən mənə nə vhəy edilsə, ona tabe oluram." Bax bu Quran, Rəbbinizdən gələn, qəlb gözünü açacaq sözlərdir, iman gətirən bir camaat üçün bir yol göstərən və bir mərhəmətdir.
204) Və sizə rəhm olunması üçün, Quran öyrənildiyi-öyrətildiyi zaman, dərhal ona qulaq asın və susun.
205) Və həmişə öz daxilində, qorxaraq və acizanə, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma!
206) Şübhəsiz ki, Rəbbini yaxşı tanıyan kəslər, Allaha bəndəlik etməkdə təkəbbür göstərməzlər, Onu bütün nöqsanlıqlardan pak tutar və yalnız Ona boyun əyib təslim olarlar.