Məryəm

1) Qaf/20, Ha/5, Ya/10, Eyn/70, Sad/90.[#133]
2) Rəbbinin, bəndəsi Zəkəriyyaya olan mərhəmətinin xatırlanması!
3,4,5,6) Bir zamanlar o, Rəbbinə gizli olaraq səslənmişdi. Belə demişdi: "Ey Rəbbim! Şübhəsiz ki, mənim sümüyünün zəifləyib kövərkləşdi və başım ağaran saçıyla alov kimi yandı. Sənə dua etməklə də, kədərlənmədim. Və həqiqətən mən, arxamdan, yaxın adamlardan/əmioğullarımdan narahatam. Arvadım da sonsuzdur. Onun üçün dərgahından mənə bir vəli [köməkçi, himayəçi yaxın kəs] əta et ki həm mənə varis olsun, həm fə Yəqub ailəsinə varis olsun. Rəbbim, elə et ki, o, Sənin razılığını qazanan/hər kəsin razı qaldığı biri olsun!"
7) "Ey Zəkəriyya! Şübhəsiz ki, Biz sənə bir cavan oğlan barəsində -Onun adı Yəhyadır- müjdə veririk. Bundan əvvəl onun heç bir adaşını yaratmamışıq."
8) Zəkəriyya: "Ey Rəbbim! Arvadım sonsuz, mən də son dərəcə qoca olduğum halda, mənim cavan oğlum necə ola bilrə?" dedi.
9) Allah dedi ki: "Elədir! Rəbbin buyurdu ki, "Bu, Mənim üçün asandır. Bundan əvvəl də sən heç bir şey olmadığın halda, Mən səni yaratmışdım."
10) Zəkəriyya: "Ey Rəbbim! Mənə bir nişan ver" dedi. Allah, "Sənin nişanın, sağlam olduğun halda üç gecə insanlarla danışmamağındır" buyurdu.
11) Belə olan halda, Zəkəriyya mehrabdan; öz məzsusi yerindən camaatın qarşısına çıxıb onlara işarə etdi ki, həmişə/daim Allahı bütün nöqsanlıqlardan pak bilsinlər.
12,13,14,15) "Ey Yəhya! Kitabı möhkəm tut!" O, xarab dini tərk edən biri ikən Biz ona qanun, mərhəmət və saflıq əta etdik və o, Allahın mühafizəsi altına xeyli daxil olan biriydi. Və ana-atası ilə çox yaxşı rəftar edərdi. Və o, zalım və dikbaş biri deyildi. Və dünyaya gətirildiyi gündə və öləcəyi gündə və yenidən diri olaraq qaldırılacağı gündə ana salam olsun!
16) Kitabda Məryəmi də yad et! O ki, ailəsindən/yaxınlarından ayrılaraq məşriq tərəfdə bir yerə qaçıb getmişdi.
17) Sonra ailəsiylə/yaxınlarıyla özü arasına bir pərdə çəkmişdi və Biz də ona ruhumuzu/ilahi xəbərimizi[#134] göndərdik, sonra ruhumuzu/xəbərlərimizi gətirən elçi, Məryəmə kamil bir bəşər nümunəsi göstərdi.
18) Məryəm: "Mən səndən Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] sığınıram. Əgər sən Allahın mühafizəsi altına daxil olan biri/müttəqi birisənsə..." dedi.
19) Elçi/Zəkəriyya: "Mən ancaq sənə pak bir oğlan bağışlayım deyə/bağışlamaq üçün Rəbbinin elçisiyəm" dedi.
20) Mǝryǝm: "Mənim necə oğlum ola bilər? Mənə heç bir bəşər toxunmamışdır. Mən qanun tanımayan/iffətsiz biri də deyiləm" dedi.
21) Elçi: "Elədir! Rəbbin buyurdu ki: Atasız uşaq vermək, Mənim üçün çox asandır. Həm də Biz, onu Öz tərəfimizdən insanlara bir nişan/əlamət və mərhəmət edəcəyik." Və o, gerçəkləşdirilən bir iş oldu.
22) Nəhayət Məryəm/oğlana hamilə qaldı. Sonra da onunla birgə uzaq bir yerə qaçıb getdi.
23) Sonra doğuş sancısı onu məcbur etdi ki, bir xurma kötüyünə söykənsin. "Kaş ki, bundan əvvəl ölmüş və tamamən yaddan çıxıb getmiş biri olsaydım!" dedi.
24,25,26) Sonra ona; Məryəmə aşağı tərəfindəki kəs; Zəkəriyya səsləndi: "Əsla kədərlənmə, Rəbbin aşağı tərəfində bir su arxı əmələ gətirdi. Xurma kötüğünü özünə tərəf silkələ, üstünə yetişmiş, təzə xurmalar düşsün. Sonra ye-iç, gözün aydın olsun. Sonra əgər bəşərdən birini görsən, 'Mən Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] bir oruc nəzir eləmişəm, buna görə də bu gün heç kimlə danışmayacağam' de."
27,28) Sonra Məryəm, uşağını alıb qövmünə gətirdi. Qövmü dedi ki: "Ey Məryəm! Həqiqətən sən görülməmiş bir şey etdin. Ey Harunun bacısı! Atan pis bir adam deyildi, anan də qanun tanımayan/iffətsiz bir qadın deyildi."
29) Belə olduqda, Məryəm ona; doğuş anında aşağı tərəfində olan adama; Zəkəriyyaya işarə etdi, hadisələri onun nəql eləməsini istədi. Zəkəriyya Məryəmin zina etmədən uşaq doğduğuna zamin olub uşağı məbəddə böyütməyi dedi. Onlar: "Biz, yüksək mövqeyə sahib olan kəslər, Sabii; bizim dinimizi tərk etmiş birinə necə söz deyək/yüksək mövqeyə sahib olan insanlar Sabii; bizim dinimizi tərk etmiş birinə necə söz söyləyər?" dedilər.
34,30,31,32,33,36) Bax, bu, haqq sözə görə ixtilafda olduqları, "Şübhəsiz mən Allahın bəndəsiyəm. O mənə kitabı verdi və məni bir peyğəmbər elədi. Məni, harada oluramsa olum mübarək etdi. Həyatda olduğum müddətdə mənə səlatı [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirməyi] və zəkatı/vergini öhdəlik olaraq mənim üzərimə qoydu. Və məni, anamla yaxşı rəftar edən biri etdi. Və məni zalım, bədbəxt biri etmədi. Və dünyaya gətirildiyim gündə, öləcəyim gündə və diri olaraq yenidən qaldırılacağım gündə mənə salam olsun. Və şübhəsiz, Allah mənim Rəbbimdir, sizin də Rəbbinizdir. O halda, Ona bəndəlik edin, bax bu, ən doğru yoldur." deyən Məryəm oğlu İsadır.[#135]
35) Allah üçün uşaq götürmək deyə bir şey yoxdur. O, bundan pakdır. O, bir şeyə hökm etsə, ona yalnızca "Ol!" deyər, o da dərhal olar.
37) Sonra da öz aralarından çıxan bir-birinə zidd dəstələr ixtilafa düşdülər. Bax, o böyük günün şahidliyində, məhkəməsində o kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] vay halına!
38) Biz gələcəkləri gün, nələr eşidəcək, nələr görəcəklər! Lakin şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər bu gün açıq-aşkar bir azğınlıq içindədir.
39) Və sən onları, özləri cahillik, laqeydlik içində olduqları və inanmadıqları halda əmrin yerinə yetiriləcəyi o böyük peşmanlıq günü haqqında xəbərdar et!
40) Şübhəsiz Biz, yer üzünə və onun üstündəki kəslərə varis olacağıq/onlar gedəcək Biz qalacağıq. Və onlar yalnız Bizə qaytarılacaqlar.
41) Kitabda İbrahimi də yad et/xatırlat. Şübhəsiz ki, o, özü-sözü doğru biri idi, peyğəmbər idi.
42,43,44,45) Bir zaman o, atasına: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan şeylərə ibadət edirsən? Atacan! Şübhəsiz ki, sənə verilməyən bir məlumat mənə verildi. O halda mənim ardımca gəl ki, sənə doğru bir yol göstərim. Atacan! Şeytana bəndəlik etmə. Şübhəsiz ki, şeytan Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] asi oldu. Atacan! Mən həqiqətən qorxuram ki, sənə Rəhmandan [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdan] bir əzab gələr və sən də şeytan üçün bir yol göstərən, qoruyan, kömək edən yaxın biri olarsan.
46) Atası: "Ey İbrahim! Sən mənim məbudlarımdan üz çevirirsən? Əgər buna son qoymasan, səni daşqalaq edərək öldürərəm. Haydı, uzun bir müddət məndən uzaq ol/rədd ol!" dedi.
47,48) İbrahim: "Salam sənə olsun, sənin üçün Rəbbimdən əfv diləyəcəyəm. Şübhəsiz ki, O, mənə çox ətalar edəndir. Və mən, sizdən də, Allahın altındakılardan bəndəlik etdiyiniz şeylərdən də çəkilib uzaqlaşıram. Və Rəbbimə dua edəcəyəm. Ümid edirəm ki, Rəbbimə etdiyim duada məyus olmayacağam" dedi.
49) Sonra İbrahim, qövmündən də, Allahın altındakılardan bəndəlik etdikləri şeylərdən də uzaqlaşdıqda, Biz ona İshaqı və Yə'qubu bəxş etdik. Hamısını də peyğəmbər etdik.
50) Və Biz onlara öz mərhəmətimizdən ehsanlar etdik. Və onlar üçün ali bir düzlük, doğruluq dili hazırladıq.
51) Və Kitabda Musanı da yad et/xatırlat. Şübhəsiz ki, o safalaşdırılaraq təmizlənmişdi. Və bir elçi, bir peyğəmbər idi.
52,53) Biz onu ən mübarək Turun yan tərəfindən çağırdıq və məxsusi danışmaq üçün onu yaxınlaşdırdıq. Və mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş elədik.
54,55) Və Kitabda İsmaili yad et/xatırlat. Şübhəsiz ki, o, vədinə sadiq idi, bir elçi, bir peyğəmbər idi. Və o, ailəsinə/yaxınlarına səlatı [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirməyi] və zəkatı/vergini əmr edirdi. Və o Rəbbinin dərgahında bəyənilmişdi.
56,57) Və Kitabda İdrisi yad et/xatırlat. Şübhəsiz ki, o, özü-sözü doğru bir kəs idi, bir peyğəmbər idi. Və Biz onu ali bir məqama qaldırdıq.
58) Bax bunlar, Adəmin nəslindən, Nuh ilə birgə daşıdıqlarımızdan, İbrahimin və İsrailin nəslindən, bələdçilik etdiyimiz və seçdiyimiz peyğəmbərlərdən Allahın nemət verdiyi kəslərdir. Onlar Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] ayələri oxunduğu zaman ağlayaraq və boyun əyib tabeçilik göstərərək üzü üstə yerə düşürdülər.
59,60,61) Sonra onların ardından pis bir nəsil gəldi ki, səlatı [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirmək işini] itirdilər/həyatlarından çıxarıb atdılar. Və şəhvətlərinə tabe oldular. Buna görə, tövbə edən və iman edən və saleh əməl işləyənlər istisna olmaqla, onlar azğınlıqlarının cəzasıyla qarşılaşacaqlar. Beləliklə, tövbə edən, iman gətirən və saleh əməl işləyənlər cənnətə; Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] bəndələrinə -görmədikləri halda- vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə daxil olacaqlar və qətiyyən haqsızlığa məruz qalmayacaqlar. Şübhəsiz ki, Onun vədi mütləq yerinə yetəcəkdir.
62) Onlar orada boş bir söz eşitməzlər. Ancaq "Salam [sağlıq, salamatlıq, xoşbəxtlik]!" eşidərlər. Orada onlar üçün həmişə ruziləri da var.
63) Bax bu, bəndələrimizdən Allahın mühafizəsi altına daxil olan kəslərə miras olaraq/zəhmətsiz və sonuncu sahibləri olmaq üzrə verəcəyimiz cənnətdir.
64,65) Biz Quran ayələri,[#136] yalnız Rəbbinin əmri ilə nazil olarıq. Bütün keçmiş və gələcək şeylər və onların arasındakılar yalnız Ona məxsusdur. Və sənin Rəbbin unutmamışdır. O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Elə isə, Ona ibadət et və Ona ibadət etməkdə səbrli ol. Sən heç Onun adıyla adlanan birini tanıyırsanmı?
66) Və o insan: "Mən öldüyüm zaman, gələcəkdə həqiqətən diri olaraq çıxarılacağammı?" deyir.
67) Və o insan, daha əvvəl o heç bir şey deyilkən, həqiqətən Bizim onu əmələ gətirdiyimizi fikirləşmirmi?
68) Buna görə, Rəbbinə and olsun ki, Biz onları və şeytanları mütləq bir yerə yığacağıq. Sonra onları dizləri üstünə çökmüş halda cəhənnəmin xarici kənarında/yığışma sahəsində cəm edəcəyik.
69) Sonra hər qrupdan, Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] ən şiddətli üsyan edənləri mütləq ayıracağıq.
70) Sonra əlbəttə Biz, oraya atılmağa kimlərin daha layiq olduğunu daha yaxşı bilirik.
71) Və Rəbbinin Öz üzərinə götürdüyü qəti bir hökm olaraq, sizin içinizdə elə bir kəs yoxdur ki, cəhənnəmin xarici kənarına/yığışma sahəsinə gəlməsin.
72) Sonra Biz, Allahın mühafizəsi altına daxil olan kəsləri xilas edərik. Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri cəhənnəmin xarici kənarında/yığışma sahəsində dizləri üstə çökmüş halda saxlayarıq.
73) Və ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman, o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər] iman edən kəslərə: "Bu iki dəstədən [möminlərlə Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] hansının yeri, mövqeyi daha yaxşı, oturub-durduğı kəslər/təşkilatları daha gözəldir?" dedilər.
74) Halbuki Biz onlardan əvvəl, mal və təmtəraq baxımından daha gözəl neçə-neçə nəsilləri/neçə-neçə əsrlərin camaatını dəyişikliyə/məhvə məruz qoymuşduq.
75) De ki: "Kim azğınlıq içində olsa, Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], onun üçün elə hey uzadar/ona möhlət verər. Axırda onlara vəd edilən şeyi [əzabı və ya qiyamətin qopmasını] gördükləri vaxt, artıq onlar kimin yer və mövqe baxımından daha pis, əsgər [köməkçi, qüvvə] baxımından daha zəif olduğunu biləcəklər.
76) Və Allah, özünə göstərilən doğru yola girənlərin bələdçilərini artırar. Və yaxşılaşdırmaq qayəsi güdən qalıcı işlər, Rəbbinin dərgahında savab baxımından daha xeyirlidir, nəticə baxımından da daha yaxşıdır. "
77) Yaxşı, bəs nişanlarımızı/işarətlərimizi, Allahın məbud və rəbb olduğunu qəbul etməyən və "Əlbəttə mal və uşaq veriləcək" deyən kəsi gördünmü/heç düşündünmü?
78,79,80) O inkarçı şəxs, bilməsi, dərk etməsi mümkün olmayan şeylər barədə bir məlumat sahibi oldu; yaxud da Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] dərgahından bir vəd aldı? Qətiyyən onun zənn elədiyi kimi deyil! Biz onun söylədiyi şeyləri yazarıq və onun üçün, əzabdan elə hey uzadarıq. Və o söylədiyi şeylərə Biz varis olacağıq/son söz və əməl Bizimdir və o, Bizə tək başına gələcək.
81) Və onlar, özləri üçün bir qüvvə, şan, şərəf olsun deyə Allahın altındakılardan məbudlar qəbul etdilər.
82) Qətiyyən onların zənn elədiyi kimi deyil! Məbud qəbul etdikləri o şeylər onların bəndəliyini qəbul etməyəcək və onların əleyhlərinə çevrilərək qarşı olacaqlar.
83) Görmədinmi/heç düşünmədinmi? Şübhəsiz ki, Biz, şeytanları kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] üstünə göndərdik. Onları elə hey qızışdırırlar.
84) Elə isə, onların zərəri üçün tələsmə. Şübhəsiz ki, Biz, onlar üçün elə hey sayırıq.
85) O gün Allahın mühafizəsi altına daxil olan kəsləri Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] minikli heyətlər halında; krala gedən elçi ehtişamıyla cəm edəcəyik.
86) Günahkarları da susamış olaraq cəhənnəmə sürəcəyik.
87) Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] dərgahından bir zəmanət vədi alan kimsədən başqa -heç kimə belə bir vəd verilməyib- onların heç bir köməyi də olmayacaq.
88) Və onlar, "Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] Özünə övlad götürdü!" dedilər.
89) And olsun ki, siz çox çirkin bir şey söylədiniz.
90,91) Bundan ötrü; Rəhmana övlad isnad etdilər deyə az qalsın ki, göylər çatlayacaq, yer yarılacaq və dağlar parçalanıb dağılacaqdı.
92,93) Halbuki Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] üçün övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olan bütün hər kəs Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha], yalnız bir qul kimi gələcək.
94,95) And olsun ki, Rəhman, onların hamısını əhatə etmişdir və onları bir-bir saymışdır. Hamısı qiyamət günündə Rəhmana tək başlarına gələcək.
98) Və Biz onlardan əvvəl neçə-neçə nəsilləri dəyişikliyə/məhvə məruz qoyduq. Onlardan hansı birinisə hiss edirsənmi? Yaxud onlara aid xəfif də olsa bir səs eşidirsənmi?[#137]
96) Şübhəsiz, bu iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyənlər [ki var]; Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], onlar üçün məhəbbət yaradacaq.
97) Həqiqətən Biz bax bu Quranı, bununla Allahın mühafizəsi altına daxil olan kəsləri müjdələyəsən, inadkarlıq edənlərə də xəbərdarlıq edəsən deyə sənin dilində asanlaşdırdıq.