ən-Naziat

1,2,3,4,5) Kainatdakı cazibə qüvvəsi, kainatdakı itələmə qüvvəsi, ulduzlar; qalaktikalar; günəş, ay və onların öz oxu ətrafında və bağlı olduğu ulduz ətrafındakı orbitlərdə üzməsi, bu sayədə gecə, gündüz və digər həyat şərtlərinin, qabarma və çəkilmə hadisəsinin, gecə-gündüzün, mövsümlərin meydana gəlməsi, bütün canlı növlərinin və bitkilərin həyat şəraitinin nizamlanması dəlildir ki, Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər üçün daimi çətinlik, böhran və vicdan əzabına səbəb olan, möminlərə isə həm asan olan, həm də asanlaşdıran, onlara müjdələr verən, onların xoşbəxtliyini təmin edən, əldən ələ, dildən dilə, könüldən könülə gəzən, həmişə önə keçən, əhəmiyyət verdirən, fərdi və ictimai bütün işləri tənzimləyən, hər işə məxsus əmrlərinin və qadağaları olan; qanunlar qoyan Quran ayələri dəlildir ki,[#319]
26) şübhəsiz, bunda; "O gün, adamın iki gücünün/mal-dövlətinin və ətrafındakıların təqdim etdiyi şeyə baxıb/işlədikləri əməllərlə üzləşib və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəsin 'Ah, nə olaydı, mən bir torpaq olsaydım' deməsində", hörmət, məhəbbət və elmlə ürpərən kəslər üçün bir ibrət var.[#320]
10,11) Onlar, "Biz təzədən əvvəlki halımıza qaytarılacağıq, eləmi? Biz, çürümüş sümüklər olduqdan sonramı?" deyirlər.
12) Dedilər ki: "Elə isə, bu çox zərərli bir qayıdışdır."
27,28,29,30,31,32,33) Yaradılış baxımından siz daha çətinsiniz, yoxsa göy? Göyü, Allah əmələ gətirdi; boyunu yüksəltdi, sonra da onu nizama saldı, gecəsini qaranlıq etdi və işığın parlaqlığını artırdı. Və ondan sonra, siz və heyvanlarınız faydalansın deyə, yer üzünü döşədi/yer üzündə suyu və otlağı çıxartdı, dağları da sabitlədi/möhkəmcə yerləşdirdi.
6) O gün, titrədən titrədəcək.
7) Onun arxasından ikinci bir sarsıntı gələcək.
8) O gün ürəklər qorxu ilə döyünəcək.
9) Onların gözlərində hörmət olacaq.
13) Bax o, tək bir hayqırmadır.
14) Bir də görərsən ki, onlar meydandadır.
34) Artıq o ən böyük fəlakət gəldiyi vaxt,
35) O gün, insan nə etdiyini yaxşıca anlayacaq.
36) Görən kəslər üçün cəhənnəm açıq-aşkar göstəriləcək.
37,38,39) Artıq azmış və dünya həyatına üstünlük vermiş kəslərə gəldikdə, şübhəsiz, onların gedəcəyi yer cəhənnəmin elə özüdür.
40,41) Rəbbinin məqamından qorxan və özünü boş, müvəqqəti arzulardan uzaq saxlayan kimsəyə gəldikdə, artıq, heç şübhəsiz ki, onun məskəni cənnətin elə özüdür.
42) Səndən o qiyamətin qopacağı vaxtı soruşurlar; o nə vaxt lövbər salacaq?
43) Onun barəsində səndə nə [məlumat] var?
44) Onun nəticəsi yalnız sənin Rəbbinə məxsusdur.
45) Sen, ancaq qiyamətin qopma zamanına, hörmətlə, sevgiylə, məlumatla ürpərti duyan kəslərin uyarıcısısın.
46) Sonra onlar onu görəcəkləri gün, dünyada bir axşam və ya bir səhərdən artıq qalmamış kimi [olacaqlar].
15) Musanın xəbəri sənə gəlib çatdımı?
16,17) Bir vaxt Rəbbi ona müqəddəs Tuva vadisində/iki dəfə təmizlənmiş vadidə səslənmişdi: "Fironun yanına get! Şübhəsiz ki, o, həddini aşmışdır."
18,19) Sonra de ki: "Pak olmaq istəyirsənmi? Və səni Rəbbinə yönləndirim ki, Ona qarşı hörmət, məhəbbət və elmlə ürpərəsən!"
20) Sonra da Musa Firona o ən böyük əlaməti/işarəti göstərdi.
21,22,23,24) Sonra da Firon, təkzib etdi və asi oldu. Sonra tez arxasını çevirdi. Sonra yığıb səsləndi: "Mən, sizin ən uca rəbbinizəm!" dedi.
25) Allah da, [onu] dünya və axirət əzabıyla yaxaladı.