ən-Nəbə

1,2,3) Nə barədə; haqqında müxtəlif [ixtilaflı] inanca sahib olduqları böyük, əhəmiyyətli o xəbər barədəmi soruşurlar?
4) Qətiyyən onların düşündüyü kimi deyil! Onlar tezliklə biləcəklər.
5) Yenə də, qətiyyən onların düşündüyü kimi deyil! Onlar tezliklə biləcəklər.
6,7) Biz yer üzünü bir beşik, dağların hər birini də bir dirək etmədikmi?
8) Və Biz sizi cüt-cüt yaratdıq.
9) Və Biz, sizin yuxunuzu bir istirahət etdik.
10) Və Biz, gecəni bir libas etdik.
11) Və Biz, gündüzü bir dolanışıq vaxtı etdik.
12) Və sizin üstünüzdə yeddi möhkəm [şeyi] bina etdik.
13) Və işıq saçan bir qəndil etdik.
14,15,16) Və Biz, sıxılmış buludlardan, şırıl-şırıl tökülən su endirdik ki, ondan dənələr, otlar, bir-birinə sarmaşan bağlar və bağçalar çıxaraq.
17) Şübhəsiz, Ayırma günü [əvvəlcədən] qərarlaşdırılmış bir görüşmə vaxtıdır.
18) O gün Sura üfürüləcək;[#318] siz də dərhal bölük-bölük gələcəksiniz.
19) Göy üzü də qapı-qapı açılacaq.
20) Dağlar da hərəkətə gətirilib ilğıma dönəcək.
21,22) Şübhəsiz, cəhənnəm, azğınlar üçün son məskən olaraq, gözləmə/pusqu yeri olacaq.
23) Orada darlıq/qıtlıq içində qalacaqlar.
24) Orada bir sərinlik və içməyə bir şey dadmayacaqlar.
25,26) Ancaq etdiklərinə uyğun bir cəza olaraq, qaynar su və irin dadacaqlar.
27) Şübhəsiz, onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər.
28) Və ayələrimizi/işarətlərimizi/nişanələrimizi elə hey təkzib etdilər.
29) Halbuki Biz hər şeyi yazaraq saydıq, meydana çıxardıq.
30) -Haydı, dadın! Bundan belə sizə əzabdan başqa bir şey artırmayacağıq.-
31,32,33,34,35,36,37) Həqiqətən Allahın mühafizəsi altına daxil olan kəslər üçün, Rəbbindən; göylərin, yerin və ikisi arasındakıların Rəbbindən; Rəhmandan [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdan] bir əvəz və kafi bir hədiyyə olaraq sığınacaqlar/nicat yerləri; sulu bağlar-bağçalar, üzümlər, hamısı eyni səviyyədə tumurcuqlar; çiçək bağçaları, dolu-dolu su qabları var. Onlar orada boş bir söz və yalan eşitməyəcəklər. -Onlar, Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar.-
38,39,40) Nazil edilmiş ayələr və vəhy, şahid olaraq səf-səf düzüldüyü gün, Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] icazə verdikləri xaricində heç kəs danışa bilməz. Və danışmağına icazə verilən, doğrunu söyləyər: "Bax bu, haqq gündür. Kim istəsə Rəbbinə tərəf qayıdan bir sığınacaq yolu tutar. Şübhəsiz ki, Biz sizə yaxın olan bir əzab barədə xəbərdarlıq etdik." O gün, adam iki gücünün/mal-dövlətinin və ətrafındakıların təqdim etdiyi şeyə baxar/işlədikləri əməllərlə üzləşər və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəs: "Ah, nə olaydı, mən bir torpaq olsaydım" deyər.