ər-Rəd

1) Əlif/1, Lam/30, Mim/40, Ra/200.[#380] Bunlar, Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən şey haqqdır/gerçəkdir. Lakin insanların çoxu inanmırlar.
2,3,4) Allah, göyləri gördüyünüz şəkildə, dirəklər olmadan yüksəldən, sonra ən böyük taxt üzərində hökmranlıq quran,[#381] günəşi və ayı ram edən/varlıqların istifadəsinə uyğun xüsusiyyətlərdə yaradandır. -Hamısı da müəyyən bir müöhlətin sonuna doğru axıb getməkdədir.- O, işi idarə edər, Rəbbinizə qovuşacağınız günə inanarsınız deyə ayələri ətraflı izah edər. Və O, yeri uzadan, orada sabit dağlar və çaylar əmələ gətirəndir. Və O, orada bütün meyvələrdən iki yoldaş yaratdı. O, gecəni gündüzün üstünə örtür. Şübhəsiz ki, bunda yaxşıca düşünən bir qövm üçün işarətlər/nişanələr var. Və O, yer üzündə bir tək su ilə sulanan bir-birinə qonşu qitələr, üzüm bağları, əkinlər, haçalı-haçasız xurma bağları əmələ gətirəndir. Və Biz, meyvələri, qoxuları, dadları baxımından onların bəzisini bəzisindən üstün tuturuq. Şübhəsiz ki, bunda ağlını işlədən bir qövm üçün bəzi işarətlər/nişanələr var.
5) Və əgər sən təəccüblənirsənsə, əsl təəccübləniləsi şey onların: "Biz torpaq olduqdan sonra, həqiqətən yeni bir dirilişdəmi olacağıq?" sözləridir. Bax, onlar Rəbblərinə inanmamış kəslərdir. Və boyunlarında dəmir halqalar olanlar da onlardır. Və bax onlar Atəş əhlidir, onlar orada əbədi qalacaqlar.
6,7) Və onlar səndən, yaxşılıqdan öncə pisliyi tezləşdirməyini istəyirlər. Halbuki onlardan əvvəl iz qoyan cəzalar ötüb keçmişdir. Və həqiqətən, sənin Rəbbin, səhv işlərinin əvəzində insanlara qarşı mərhəmət sahibidir. Və həqiqətən sənin Rəbbinin əzabı/haqq-hesabı çox şiddətlidir. Və küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən/inanmayan] kəslər: "Rəbbindən ona bir işarət/nişanə endirilməli deyildimi?" deyirlər. Sən ancaq xəbərdar edənsən. Və hər qövm üçün bir yol göstərən var.
8) Allah, "Hər bir dişinin nəyi daşıdığını və bətnlərin nəyi əskildib, nəyi artırdığını" bilir. Və hər şey, Onun dərgahında [müəyyən] bir ölçü ilədir.
9) Allah, görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi və aşkarda olanı biləndir, çox böyükdür, ucalardan ucadır.
10) Sizdən sözü gizləyən kəs və onu aşkar edən kəs, gecə gizlənənlə gündüz meydana çıxan kəs birdir.
11) Hər kəs üçün iki əlinin arasından və arxasından -Allahın işlərindən [bir iş] olaraq- onu izləyib qoruyan təqibçilər var. Həqiqətən, bir xalq öz mənliyində [nəfsində] olanı dəyişməyincə, Allah heç bir şeyi dəyişdirməz. Və Allah, bir qövmə pislik etmək istəsə, artıq onu qarşısının alınması mümkün deyil. Onlar üçün Onun altındakılardan bir köməkçi, himayəçi, yol göstərən bir yaxın yoxdur.
12) O, sizə qorxu və ümid içində şimşəyi göstərən və yağış gətirən buludları meydana çıxarandır.
13) Göy gurultusu Onu tərifləməklə birlikdə, təbiət qüvvələri/zalım idarəçilər də Onun qorxusundan Onu nöqsanlıqlardan pak tuturlar. Və O, ildırımları göndərər, onunla istədiyini vurar. Onlar isə Allah barədə elə hey çəkişirlər. Halbuki Allahın vurması çox şiddətlidir.
14) Haqq olan yalvarış [dua] yalnız Ona məxsusdur. Şərik qoşanların, Onun altındakılardan yalvardıqları kəslər [ki var]; onlar onlara heç cür cavab verə bilməzlər. Onlar, ancaq, ağzına yetişmədiyi halda iki ovucunu açıb ağzına su gəlməyini gözləyən [adamlar] kimidir. Və kafirlərin [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlətin] duası azğınlıqdan başqa bir şey deyil.
15) Və yerdə və göylərdə olan hər kəs və kölgələri, istər-istəməz hər zaman yalnız Allaha boyun əyib tabeçilik göstərirlər.
16) De ki: "Göylərin və yerin Rəbbi kimdir?" De ki: "Allahdır." De ki: "Allahın altındakılardan, özlərinə xeyir verməyə və zərər verməyə gücü çatmayanları köməkçi, yol göstərən, himayəçi yaxınlar olaraqmı qəbul edirsiniz?" De ki: "Heç korla görən eyni ola bilərmi? Yaxud da qaranlıqla işıq eyni ola bilərmi?" Yoxsa Allaha, Onun kimi yaradan şəriklər tapıblar və bu yaradılış onların nəzərində bir-birinə bənzər görünüb? De ki: "Allah, hər şeyi əmələ gətirəndir. O birdir, hər şeydən üstündür və qəhr edəndir."
17) Allah, göydən bir yağmur endirdi, vadilər öz tutumunda sel olub axdılar. Sonra da sel, suyun üzünə çıxan bir köpüyü götürüb apardı. Bir zinət əşyası [düzəltmək] və ya bir fayda əldə etmək məqsədi ilə atəşdə əritdiklərinin üstündə də oxşar bir köpük var. -Allah, haqq və batilə belə misal çəkər.- Sonra köpük məhv olub gedər, insanlara faydası olan isə qalar. Allah, bax belə misal çəkir.
18) Rəblərinə uyanlar üçün "ən gözəl" [nemət] var. Ona uymayanlar isə, yer üzündə olan nə varsa hamısı və bununla birgə daha bir misli onların olsa, xilas olmaq üçün onu fidyə verərdilər. Bax onlar üçün pis bir haqq-hesab var. Gedəcəkləri yer də cəhənnəmdir. Ora necə də pis yataqdır!
19,20,21,22,23,24) Yaxşı, həqiqətən Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kor olan kimsə kimi ola bilərmi? Şübhəsiz ki, ancaq anlamaq qabiliyyəti olan kəslər; Allaha verdiyi vədi yerinə yetirən və əhdi pozmayan, Allahın, birləşdirilməsini istədiyi şeyi; iman ilə əməli birləşdirən, Rəbbi qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərən və hesabın pisliyindən qorxan kəslər, Rəbbinin razılığını qazanmaq arzusuyla səbr etmiş, səlatı yerinə yetirmiş [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirmiş, qorumuş], verdiyimiz ruzilərdən gizlində və açıqda Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə aradan qaldıran kəslər öyüd alıb düşünürlər. Bax onlar [ki var], bu yurdun aqibəti; ədn cənnətləri onlarındır. Onlar, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanlar ədn cənnətlərinə daxil olacaqlar. Tapşırıq almış güclər/xəbərçi ayələr də hər bir qapıdan [onların] yanına girəcəklər: "Səbr etdiyiniz şeylərin əvəzində sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!"
25) Allaha andla 'qəti söz' verdikdən sonra [bu andı] pozan və Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri; iman ilə əməli kəsən/bir-birindən ayıran və yer üzündə fitnə-fəsad törədən kəslər [ki var]; bax onlar üçün uzaqlaşdırılmaq var. Yurdun pisi də onlar üçündür.
26) Və Allah, dilədiyi kimsənin ruzisini bol da edər, məhdudlaşdırar da. Onlar isə bəsit dünya həyatı ilə fərəhləndilər. Halbuki bəsit dünya həyatı, axirətdə sadəcə bir paydır.
27,28,29,31) Yenə o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] deyirlər: "Məgər ona Rəbbindən bir işarət/nişanə endirilməli deyildimi, əgər Quran vasitəsi ilə dağlar hərəkətə gəlsə, yer parçalansa və ya ölülər danışsaydılar..." De ki: "Şübhəsiz ki, Allah istədiyini azğınlığa salar və könüldən bağlanan kəsləri; inanan və qəlbləri, Allahı zikr etməklə zehnindəki bütün sual işarələrini aradan qaldırıb aram tapan kəsləri Özünə yönəldər." Gözünüzü açın! Qəlblər ancaq və ancaq Allahı zikr etməklə; zehnindəki bütün sual işarələrini aradan qaldırmaqla rahatlıq tapar. İman etmiş və yaxşılaşdırmaq qayəsi ilə əməl işləmiş kəslər [ki var]; tuba; gözəlliklər, müjdələr və gözəl qayıdış yeri yalnız onlar üçündür. Əslində bütün əmrlər Allaha məxsusdur. İman gətirənlər hələ də başa düşmürlərmi ki, əgər Allah istəsəydi, həqiqətən insanların hamısına yol göstərərdi. İnkar edən kəslərə [gəldikdə isə] Allahın vədi yerinə yetənə qədər, işlədikləri əməllərə görə ya başlarına böyük bir bəla edəcək və ya onların yurdunun yaxınlığına enəcək/xilas ola bilməyəcəklər. Şübhəsiz ki, Allah verdiyi vədə xilaf çıxmaz/verdiyi möhləti unutmaz.[#382]
30) Bax belə, səni, onlar Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] inanmadıqları halda, sənə vəhy etdiyimizi onlara oxuyasan deyə, özlərindən əvvəl neçə-neçə ümmət gəlib-keçmiş olan bir ümmətin içinə elçi olaraq göndərdik. De ki: "Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], mənim Rəbbimdir, Ondan başqa məbud deyə bir şey yoxdur. Mən, işin nəticəsini yalnız Ona tapşırdım, dönüşüm də yalnız Onadır."
32) And olsun ki, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Və Mən, kafirlərə [Mənim məbud və rəbb olduğumu bilə-bilə inkar edən/inanmayan kəslərə] möhlət verdim. Sonra da onları yaxaladım, haydı, baxın görün Mənim əzabım necə olurmuş!
38) And olsun ki, Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlara da zövcələr və nəsil [oğlan-qız uşaqları] verdik. Heç bir peyğəmbər, Allahın icazəsi/xəbəri olmadan hər hansı bir işarə/nişan gətirə bilməz.
39) Allah, istədiyini məhv edər, istədiyini də yerində saxlayar. Kitabın anası; elmin mənbəyi də yalnız Onun yanındadır.[#383]
33) Belə isə, qazandığı şeylər ilə birgə kəsin hər bir adamın üstünü kəsdirən/görən və nəzarət edən kimdir? Onlar isə Allaha şəriklər qoşdular. De ki: "Onları adlandırın! Yoxsa siz Ona yer üzündə bilmədiyi bir şey, yaxud da sözün açığını mı xəbər verəcəksiniz? Əslində kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] öz planları gözəl göstərildi və [onlar] Yoldan çıxarıldılar. Allah kimi azğınlığa salsa, onun üçün yol göstərən kimsə yoxdur.
34) Onlar üçün bu bəsit dünya həyatında bir əzab vardır. Axirət əzabı isə həqiqətən daha şiddətlidir. Onları Allahdan qoruyası biri də yoxdur.
35) Allahın mühafizəsi altına daxil olan kəslərə vəd edilən cənnətin vəsfi belədir: Onun altından çaylar axır, nasiplikleri; ruziləri, rəngləri, dadları və kölgələri daimidir. Bax bu, Allahın mühafizəsi altına daxil olan kəslərin aqibətidir. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlərin] aqibəti də Atəşdir.
36) Və Kitab verdiyimiz kəslər sənə nazil olana sevinirlər. Əleyhdar qrup əmələ gətirənlərdən elə kəslər də var ki, onların bir qismini tanınmaz hala salırlar. De ki: "Mənə, ancaq Allaha bəndəlik etmək və Ona şərik qəbul etməmək əmr olundu. Mən yalnız Ona dəvət edirəm, dönüşüm də yalnız Onadır."
37) Və Biz, beləliklə, Quranı ərəbcə; mükəmməl bir qanun olaraq nazil etdik. Və əgər sənə gəlib-çatan elmdən sonra onların boş-müvəqqəti arzularına uysan, Allah tərəfindən sənə "bir köməkçi, yol göstərən yaxın və bir himsyəçi" olmayacaq.
40) Və onlara vəd etdiyimizin bir hissəsini sənə göstərsək, yaxud keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir sənə xatırlatsaq, şübhəsiz, yenə də sənin vəzifən yalnız təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir.[#384]
41) Və onlar, şübhəsiz, Bizim yer üzünə gəldiyimizi, onu kənarlarından əskiltdiyimizi görmürlərmi? Hökm edən Allahdır. Onun hökmünün qarşısını ala biləcək heç kimsə yoxdur. Və O, çox tez haqq-hesab çəkəndir.
42) Onlardan əvvəlki kəslər də hiylə qurmuşdular. Lakin bütün hiylələri pozub cəzalandırmaq Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Bu yurdun axırının kimin üçün olduğunu kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] də tezliklə biləcəklər.
43) Və küfr işləmiş [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş] kəslər: "Sən elçi deyilsən" deyirlər. De ki: "Mənimlə sizin aranızda ən yaxşı şahid olaraq Allah və Kitabın elminə malik olan kəs bəs edər."