əs-Saff

1) Göylərdə və yer üzündə olan şeylər, Allahı nöqsanlıqlardan pak tuturlar. Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.
2,3) Ey iman etmiş kəslər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında cəzalandırılmağa səbəb olan böyük bir cinayət/günah olaraq qəbul edilir.
4) Şübhəsiz, Allah, Onun yolunda [bir-birinə möhkəm] rəbt edilmiş bir divar kimi səf çəkib döyüşən kəsləri sevər.
5) Və bir vaxt Musa öz qövmünə: "Ey qövmüm! Şübhəsiz ki, mənim, sizin üçün Allah tərəfindən göndərilmiş bir elçi olduğumu bildiyiniz halda, niyə mənə əziyyət verirsiniz?" demişdi. Nə zaman ki, onlar əyilərək azdılar, Allah da onların qəlblərini əyərək azdırdı. Və Allah, haqq yoldan çıxmış bir qövmü [doğru yola] yönəltməz.
6) Və bir vaxt Məryəm oğlu İsa: "Ey İsrail oğulları! Şübhəsiz ki, mən, Tövratdan iki əlimin arasındakıları təsdiqləyən və məndən sonra gələcək, adı, Əhməd [olan]/tərifə başqalarından daha layiq [olan] bir elçini müjdələyən, Allahın bir elçisiyəm" demişdi. Sonra İsa onlara açıq-aşkar dəlillərlə gəldikdə, onlar: "Bu, açıq-aşkar bir sehrdir!" dedilər.
7) Və İslama dəvət olunduğu halda Allah barədə yalan uydurandan daha səhv; öz zərərinə olan əməli işləyən kim var? Və Allah, şirk qoşaraq, küfr işləyərək səhv; öz zərərinə olan əməli işləyənlər qövmünü [doğru yola] yönəltməz.
8) Onlar, öz ağızları ilə Allahın nurunu/göndərdiyi dini söndürmək üçün çalışırlar. Halbuki kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] xoşuna gəlməsə də Allah, nurunu/dinini tamamlayacaqdır.
9) Allah, şərik qoşanların xoşuna gəlməsə də, Elçisini, haqq dini bütün dinlərdən üstün etmək üçün doğru yolu göstərən [olaraq] və haqq dinlə göndərəndir.
10,11,12,13) Ey iman etmiş kəslər! Sizə, sizi ağrılı-acılı bir cəzadan xilas edəcək, qazanclı bir ticarət göstərimmi? Allaha və Onun Elçisinə inanacaqsınız; Allah yolunda canlarınızla, mallarınızla səy göstərəcəksiniz. Bax bu, əgər bilsəniz, sizin üçün daha yaxşıdır: Sizin günahlarınızı bağışlayar Və sizi altlarından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Bax bu, böyük qurtuluşdur. Və sizin sevəcəyiniz başqa bir şey də: Allahdan bir kömək və yaxın bir fəth... Və inananlara müjdə ver.
14) Ey iman etmiş kəslər! Allahın köməkçiləri olun; Necə ki, Məryəm oğlu İsa həvarilərə: "Allah üçün mənim köməkçilərim kimdir?" demişdi. Həvarilər: "Allahın köməkçiləri bizik" dedilər. Sonra İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa iman gətirmədi. Sonra da Biz, inanmış kəsləri, düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qalib gəldilər.