ət-Tariq

1,2,3,4) Alimlər və Tariq; dəlib keçən Quran ayələri bölüyü şahiddir ki, həqiqətən mənliyini tamamlamış hər varlığın üzərində müəyyən mühafizəçilər var.[#79]
5,6,7) Elə isə, insan nədən əmələ gətirildiyinə bir baxsın; onurğa ilə köks sümükləri arasından çıxan, atıcı/püskürdücü bir sudan; "estrogen" və "testosteron"dan başlayaraq əmələ gətirildi.
8,9,10) Şübhəsiz ki, o Yaradan, bütün sirlərin aşkar olacağı gündə, onu geri qaytarmağa qadirdir. Artıq onun üçün nə hər hansı bir qüvvə, nə də hə hansı bir köməkçi var.
11,12,13,14) Öldükdən sonra diriləcəyinə inanan alimlərin, cahil, etiqadsız kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] halı sübutdur ki, o, həqiqətən ayırd edən bir qərardır. Və o əyləncə deyildir.[#80]
15,16) Həqiqətən onlar, elə hey hiylə qururlar. Mən də onları cəzalandıraram.[#81]
17) Elə isə sən kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] möhlət ver, onlara bir azcıq vaxt ver.