Yunus

1) Əlif/1, Lam/30, Ra/200.[#196] Bax bunlar, qanunlar ehtiva edən o kitabın ayələridir.
2) İnsanlara xəbərdarlıq edəsən və inananlara Rəbbi nəzdində həqiqətən "qədəmə sidq [xoş gəlişlər, xoşbəxt həyatlar]"[#197] olduğunu müjdələyəsən deyə, onların öz arasından yetkin bir adama vəhy etməyimiz onlara qəribəmi gəldi? Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], "Heç şübhəsiz bu elçi/bu kitab, şübhəsiz, açıq-aydın sehrli sözlər söyləyən bir alimdir/[adamları] öz təsiri altına salıb aldadan məlumatlardır" dedilər.
3) Şübhəsiz, sizin Rəbbiniz göyləri və yeri altı mərhələdə meydana gətirən, sonra ən böyük taxt üzərində hökmranlıq quran,[#198] hər işi idarə edən Allahdır. Dünyada kömək edəcək, dəstək olacaq adam ancaq Onun icazəsi/xəbəri olduqdan sonra kömək edə bilər. Bax bu, Rəbbiniz olan Allahdır. O halda, ancaq Ona ibadət edin! Məgər düşünüb ibrət almayacaqsınız?
4) Hamınızın dönüşü ancaq Onadır. Allah, bunu haqq olaraq vəd etmişdir. Şübhəsiz ki, O, xalqı əvvəlcə əmələ gətirər, sonra iman edən və sahmana salmaq qayəsi ilə əməl işləyən kəslərə qismətləri/haqqı olan payları ilə əvəz vermək üçün [onları] geri qaytarar. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] var ha, onları isə etdikləri küfrlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyə] görə qaynar sudan [ibarət olan] bir içki və ağrılı-acılı əzab onlar üçündür.
5) O, günəşi bir aydınlıq, ayı bir işıq edən və illərin sayını və hesabını biləsiniz deyə, aya mənzillər müəyyən edəndir. Allah bunu ancaq haqq olaraq əmələ gətirmişdir. O, bilən bir tayfa üçün ayələri müfəssəl surətdə izah edir.
6) Şübhəsiz, gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə əmələ gətirdiyi şeylərdə, Allahın mühafizəsi altına daxil olan bir tayfa üçün nə qədər işarələr/nişanələr vardır.
7,8) Bizə qovuşmaq ümidi olmayan, dünya həyatını istəyən, onunla razı qalan kəslər və Bizim ayələrimizə/işarətlərimizə/nişanələrimizə qarşı laqeyd olan, qafil olan kəslər; bax bunlar var ha, öz əlləri ilə işlədikləri əməllərə görə atəşə gedənlərdir.
9) Heç şübhəsiz, iman edən və sahmana salmaq qayəsi ilə əməl işləyən kəslərə; imanlarından ötrü Rəbbi bələdçi olar. Bol nemətli cənnətlərində onların altından çaylar axar.
10) Onların oradakı duaları belədir: "Allahım! Sən hər cür nöqsandan paksan!" Və onların oradakı salamlaşmaları belədir: "Salam" [sağlıq, səhhət, xoşbəxtlik]! Dualarının axırı da belədir: "Bütün təriflər, aləmlərin Rəbbi Allaha məxsusdur!"
11) Və əgər Allah insanlara, onların xeyri tezliklə istədikləri kimi, şəri tələsik versəydi, onlar üçün həqiqətən öz möhlətlərinin axırını çatdırardı. Lakin Biz, Bizə qovuşmaq ümidi olmayanları azğınlıqları içində sərgərdan bir vəziyyətdə qoyarıq.
12) Və insana bir çətinlik üz verdikdə uzananda da, oturanda da, ayaq üstündə olanda da Bizə həqiqətən yalvarır. Çətinliyini aradan götürdükdən sonra da, sanki o çətinlik üçün Bizə heç yalvarmayıbmış kimi laqeydliklə keçib gedər. Həddini aşanların etdikləri işlər, onların gözünə belə bəzəkli göstərilər.
13) Və and olsun ki, sizdən əvvəlki nəsilləri, şirk qoşaraq, küfr işləyərək xəta etdikləri zaman dəyişikliyə/məhvə məruz qoyduq. Və onların elçiləri açıq sübutlarla gəlmişdilər. Onsuz da onlar iman gətirməzdilər. Bax, günahkarlar qövmünü Biz belə cəzalandırırıq.
14) Sonra necə əməl edəcəyinizə baxmaq üçün, onların arxasından sizi yer üzündə onların yerinə gətirdik.
15) Və ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman, Bizə qovuşmaq ümidi olmayanlar: "Bundan başqa bir Quran gətir və ya onu dəyişdir!" dedilər. De ki: "Onu öz düşüncəmlə dəyişdirmək mənim üçün mümkün ola bilməz. Mən, ancaq mənə Vəhy olunana tabe oluram. Rəbbimə asi olsam, həqiqətən böyük bir günün əzabından qorxaram."
16) De ki: "Allah istəsəydi, mən Quranı sizə oxumazdım və Allah, Quranı sizə bildirməmiş olardı. Mən də Qurandan əvvəl həqiqətən içinizdə bir ömür yaşamışdım. Məgər dərk etmirsiniz?"
17) Elə isə, Allahın əleyhinə bir yalanı uyduran və ya Onun ayələrini/işarətlərini/nişanələrini inkar edən adamdan daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? Heç şübhəsiz ki, bu günahkarlar nicat tapmayacaq.
18) Onlar, Allahın altındakılardan, özlərinə zərər verməyən və özlərinə fayda da verməyən şeylərə ibadət edir və "Bunlar Allah dərgahında bizim köməkçilərimiz/dəstəkçilərimizdir" deyirlər. De ki: "Siz Allaha göylərdə və yerdə Özünün bilmədiyi bir şeyimi xəbər verirsiniz?" Allah onların qoşduqları şəriklərin hamısından pakdır və çox ucadır.
19) Və insanlar, vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər və əgər Rəbbin tərəfindən bir Söz[#199] verilməsəydi, ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm həqiqətən verilmiş olardı.
20) Və onlar, "Niyə ona Rəbbindən bir işarət/nişanə nazil olmayıb?" deyirlər. "Görülməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi bilmək həqiqətən Allaha məxsusdur. Haydı, gözləyin. Şübhəsiz ki, mən sizinlə birlikdə gözləyənlərdənəm" de!
21) Və başına gələn bir müsibətdən sonra insanlara bir mərhəmət daddırsaq, ayələrimiz/nişanələrimiz/işarətlərimiz haqqında onların bir planı var. De ki: "Plan baxımından Allah daha çevikdir." Şübhəsiz ki, elçilərimiz planladığınız şeyləri yazırlar.
22) Allah, sizi quruda və dənizdə gəzdirəndir. Gəmilərə mindiyiniz vaxt, gəmilər öz içindəkiləri xoş bir külək vasitəsilə aparır. Sərnişinlər sevindikləri vaxt, şiddətli bir fırtına gəlib çatar, dalğalar hər tərəfdən gələr. Və onlar, hər tərəfdən əhatə olunduqlarını dərk etdikdə, dini Allah üçün pak tutanlar kimi Ona dua edərlər: "Bizi bundan xilas etsən, heç şübhəsiz, əvəzini ödəyənlərdən olarıq."
23) Sonra Biz onları oradan xilas edərik, xilas olan kimi yer üzündə haqsız yerə azğınlıq edərlər. -Ey insanlar, azğınlığınız, bu bəsit dünya həyatının bir qazancı olaraq sırf sizin öz zərərinizədir. Sonra isə dönüşünüz ancaq Bizədir. Sonra Biz, etdiklərinizi sizə xəbər verəcəyik.-
24) Dünya həyatının misalı, Bizim göydən endirdiyimiz su kimidir. Göydən endirdiyimiz su ilə insanların və heyvanların yediyi bitkilər bir-birinə qarışmışdır. Sonunda, yer üzü zinət əşyalarını taxıb bəzəndiyi, sahibləri də özlərinin buna müqtədir olduqlarına inandıqları bir vaxtda, bəzən gecə bəzən də gündüz vaxtı, ona əmrimiz gəlib çatmışdır və qəflətən, sanki dünən orada heç bir şənlik yox imiş kimi, onu, kökündən biçmişdir. Biz, ayələrimizi, düşünən bir qövm üçün belə ətraflı izah edirik.
25) Və Allah salamatlıq [əmin-amanlıq, təhlükəsizlik, xoşbəxtlik] yurduna çağırır və O, dilədiyi/diləyən kimsəyə en doğru yola bələdçi olar.
26,27) Yaxşılıq edən kəslər üçün daha yaxşısı və artığı vardır. Üzlərinə qara bulaşmaz, alçaqlığa, alçaldılmağa da [məruz qalmazlar]. Bax bunlar, cənnət əhlidir. Onlar orada əbədi qalacaqlar. Pislik qazanan kəslər üçün də, pisliyin cəzası, onun bənzəri ilə veriləcək. Və onları bir zillət bürüyəcək. Onlar üçün Allahdan, heç bir himayəçi yoxdur. Sanki onların üzləri qaranlıq gecələrdən bir parçaya bürünmüş kimidir. Bax onlar atəş əhlidir. Onlar orada əbədi qalacaqlar.
28,29) Və hamısını bir yerə yığdığımız, sonra da o şərik qoşanlar üçün "Yerlərinizə keçin! Siz və şərikləriniz!" dediyimiz gün, artıq həqiqətən onları bir-birindən xeyli uzaqlaşdıracağıq və onların şərikləri: "Siz yalnız bizə ibadət etmirdiniz ki! İndi bizim aramızda və sizin aranızda şahid olaraq Allah kifayət edər. Biz sizin bəndəliyinizdən həqiqətən xəbərsizdik/bəndəliyinizi hiss etmirdik" deyəcəklər.
30) Onlar, bax burada/o zaman hər kəs nə göndəribsə, onun imtahanını verəcək. Və həqiqətən gerçək mövlaları olan Allahın hüzuruna qaytarılacaqdır. Böhtan edib uydurduqları şeylər də həqiqətən onlardan uzaqlaşıb qeyb olacaq.
31,32) De ki: "Sizə göydən və yerdən kim ruzi verir? Yaxud da qulaqlara və gözlərə kim sahib olur, bunların sahibi kimdir? Və ölüdən diri, diridən ölü çıxardan kimdir? Və işləri kim düzüb qoşur? Dərhal "Allah" deyəcəklər. O zaman de ki: "O halda, hələ də Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı? Elə isə, bax O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq, həqiqətən sonra azğınlıqda başqa nə qalır! O halda, necə döndərilirsiniz?"
33) Haq yoldan çıxan kəslər üçün Rəbbinin sözü[#200] həqiqətə çevrilmişdir: Şübhəsiz ki, onlar iman gətirməzlər.
34) De ki: "Şərikləriniz içərisində, əvvəl əmələ gətirib, sonra da onu qaytarıb yenidən geri gətirəcək/dirildəcək biri varmı?" De ki: "Allah əvvəl əmələ gətirər, sonra da onu geri qaytarar. O halda, necə döndərilirsiniz?"
35) De ki: "Şərikləriniz içərisində doğru yolu göstərəcək biri varmı?" De ki: "Allah, haqq olan doğru yola yönəldər. O halda, kim doğru yola yönəldər? O halda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə yol göstərilməmiş onu tapa bilməyən kəs? O halda, sizə nə olub? Necə hökm verirsiniz?"
36) Və onların əksəriyyəti ancaq bir zənnə uyar. Şübhəsiz ki, zənn "haqq"dan heç bir şey qazandırmaz. Şübhəsiz ki, Allah onların etdiklərini çox yaxşı bilir.
37) Və bu Quran, Allahın altındakılar tərəfindən uydurulan deyil. Ancaq içindəkilərin təsdiqindən və Tövratın müfəssəl olaraq izahından ibarətdir. Onda şübhə ediləcək heç bir şey yoxdur. Aləmlərin Rəbbindən gəlmişdir.
38) Yaxud: "Onu özü uydurdu!" deyirlər. De ki: "Elə isə siz buna bənzər bir surə meydana gətirin, Allahın altındakılardan çağıra bildiklərinizi də çağırın. Əgər doğru kimsələrsinizsə."
39) Əksinə, onlar elmini dərk edə bilmədikləri və ilk dəfə meydana çıxması özlərinə hələ gəlib çatmamış olan olan bir şeyi yalan hesab etdilər. Onlardan əvvəlkilər də belə təkzib etmişdilər. Bax gör, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin aqibəti necə olmuşdur.
40) Onlardan Qurana inanasılar da var, inanmayasılar da var. Və sənin Rəbbin fitnə-fəsad törədənləri ən yaxşı biləndir.
41) Və əgər səni yalançı hesab etsələr, dərhal də ki: "Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiklərimdən siz uzaqsınız, mən də sizin əməllərinizdən uzağam."
42) Və onların arasında sənə qulaq asan kəslər var. Onlar ağılını işlətmirlərsə, karlara sənmi eşitdirəcəksən?
43) Onların arasında sənə baxanlar da var. Lakin korlara, onlar görmürlərsə, sənmi bələdçi olacaqsan?
44) Şübhəsiz ki, Allah, insanlara heç bir surətdə və heç bir yolla zülm etməz. Lakin insanlar səhv; öz zərərlərinə olan əməli işləyərək öz-özlərinə zülm edirlər.
45) Və insanlar, Allahın, onları bir yerə yığacağı gün, sanki ancaq gündüzün bir saatı qədər qalmış kimi, bir-birlərini tanıyacaqlar. Allaha qovuşmağı yalan hesab edən kəslər, yönləndirildikləri doğru yolda getmədikləri üçün həqiqətən ziyana uğramışlar.
46) Və Biz onlara vəd etdiyimizin bir qismini sənə göstərsək, yaxud səni vəfat etdirsək; keçmişdə etdiklərini, etməli olduğun halda etmədiklərini bir-bir xatırlatsaq da, onların axır dönüşü yalnız Bizə olacaq. Sonra Allah onların nə edəcəklərinə şahiddir.
47) Və başçısı olan hər tayfa üçün elçi olacaq. O elçiləri gəldiyi zaman, aralarında haqqaniyet bərqərar olar. Və onlara haqsızlıq edilməz.
48) Və onlar: "Əgər doğru danışan kəslərsinizsə, bu vəd nə vaxt həqiqət olacaq?" deyirlər.
49) De ki: "Allahın dilədiyinin xaricində özüm üçün bir zərərə və bir faydaya mənim gücüm çatmaz." Başçısı olan hər tayfa üçün bir möhlət vardır. Onların möhlətlərinin axırı gəldikdə, artıq nə bir an təxirə sala bilər, nə də tezləşdirə bilərlər.
50) De ki: "Heç düşündünüzmü? Onun əzabı sizə gecə yuxuda və ya gündüz gələcək olsa!" Günahkarlar bunun nəyini tələsik istəyirlər?
51) Bu əzab gəldikdən sonramı ona inanacaqsınız, yoxsa indimi? Halbuki siz onun tez gəlməsini diləyirdiniz.
52) Sonra o şirk qoşaraq, inkar edərək səhv; öz zərərinə olan əməli işləyənlərə: "Dadın əbədi əzabı!" deyiləcəkdir. -Məgər qazandığınız şeylərdən başqası ilə cəzalandırılacaqsınız?-
53) Və "O əzab gerçəkdirmi?" deyə səndən xəbər almaq istəyirlər. De ki: "Bəli. Rəbbimə and olsun ki, o, şübhəsiz ki, bir həqiqətdir. Və siz, aciz qoya bilməyəcəksiniz."
54) Və əgər ki, şirk qoşmaq surətiylə səhv; öz zərərlərinə olan əməli işləyən hər kəs, yer üzündə olan hər şeyə sahib olsa, onu fəda edərdi/xilas olmaq üçün verərdi. Və onlar, əzabı gördükdə peşmançılıq hiss edərdi. Və aralarında haqqaniyet həqiqətən bərqərar olacaq. Və onlar, haqsızlığa uğramayacaqlar.
55) Xəbəriniz olsun! Həqiqətən, göylərdə və yerdə olan şeylər Allah üçündür. Xəbəriniz olsun! Şübhəsiz ki, Allahın vədi haqdır. Lakin onların çoxu bunu bilmir.
56) Allah, həyat bəxş edir və öldürür. Və siz, ancaq Ona qaytarılacaqsınız.
57) Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, kökslərdəkinə bir şəfa, möminlərə bir hidayət və bir rəhmət gəlmişdir.
58) De ki: "Bunlar, Allahın ehsanı və rəhmətiylə olur. Bax, ancaq bunlara sevinsinlər. Bu, onların yığdıqlarından daha xeyirlidir."
59) De ki: "Gördünüzmü/heç düşündünüzmü? Allah sizin üçün nə qədər ruzi nazil etdi, siz onlardan bir qismini haram və halal etdiniz." De ki:"Allah icazə verdimi sizə, yoxsa siz Allah adına yalanmı uydurursunuz?"
60) Və Allaha, yalandan böhtan atanların, qiyamət gününə dair fikirləri, inancları nədir? Həqiqətən, Allah insanlara lütf edəndir, lakin onların çoxu əvəzini vermir.
61) Və sən, nə iş görürsən gör, Qurandan onun haqqında nə oxuyursan oxu və siz hansı işlə məşğul olursunuzsa olun, unutmayın ki, siz ona daldığınız vaxt, Biz, sizə şahidik. Yerdə və göydə zərrə ağırlığı qədər bir şey belə Rəbbinizdən uzaq qalmaz. Və bundan daha kiçiyi və daha böyüyü də ancaq açıq-aşkar bir kitabdadır.
62,63) Açın gözünüzü! Allahın yaxınlarına, yardımçılarına -onlar inanan və Allahın mühafizəsi altına daxil olan kəslərdir- qətiyyən qorxu yoxdur. Onlar qəm-qüssə də çəkməyəcək.
64) Onlara dünya həyatında və axirət həyatında müjdə var. Allahın sözlərində dəyişiklik deyə bir şey olmaz. Bax bu, ən böyük qurtuluşun elə özüdür.
65) Və onların sözü səni kədərləndirməsin. Həqiqətən hökm, şan və şərəf tamamilə Allaha məxsusdur. O, ən yaxşı eşidən, ən yaxşı biləndir.
66) Gözünüzü açın! Göylərdə olan kəslər və yer üzündə olan kəslər həqiqətən Allahındır. Və Allahın altındakılardan bir şey istəyən kəslər, [Allaha] tay tutduqlarına tabe olmurlar. Onlar ancaq zənnə qapılırlar və onlar sadəcə yalan söyləyirlər.
67) Allah, dincəlməyiniz üçün gecəni, görəsiniz; araşdırıb məna edəsiniz deyə də gündüzü var edəndir. Şübhəsiz ki, bunda qulaq asan bir tayfa üçün işarətlər/nişanələr vardır.
68) Dediler ki: "Allah, Özünə övlad götürdü." O, bundan pakdır. O, varlıdır/heç bir şeyə möhtac deyil. Göylərdə və yerdə olan şeylər Onundur. Buna dair yanınızda heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz bir şeyimi deyirsiniz?
69) De ki: "Allaha yalan uyduran bu kəslər qətiyyən xilas ola bilməzlər."
70) O şeylər, dünyada bir mənfəətdir. Sonra dönüşləri ancaq Bizədir. Daha sonra da küfr işlədikləri; bilə-bilə inkar edib qəbul etmədikləri şeylər səbəbiylə onlara o şiddətli əzabı daddıracağıq.
71,72) Bir də onlara Nuhun vacib xəbərlərini oxu: Bir vaxt o, öz qövmünə demişdi: "Ey qövmüm! Əgər mənim mövqeyim; mənə tapşırılan vəzifə, sizə qarşı çıxmağım və Allahın ayələri ilə öyüd verməyim sizə ağır gəlirsə, bunu bilin ki, mən, işin nəticəsini yalnız Allaha tapşırmışam. Artıq siz və şərikləriniz nə edəcəksinizsə, yığışıb bütün gücünüzlə qərarlaşdırın. Sonra bu işiniz sizə dərd olmasın. Sonra mənə istədiyinizi edin, mənə möhlət də verməyin. Sonra da əgər üz döndərsəniz; onsuz da mən sizdən heç bir muzd istəmirəm! Mənim muzdum yalnız Allaha aiddir. Və mənə müsəlman olmaq əmr edilmişdir."
73) Buna baxmayaraq, yenə də onu təkzib etdilər. Biz də onu və gəmidə onunla birgə olanları xilas etdik. Və onları gedənlərin yerinə gətirdik. Ayələrimizi [işarətlərimizi/nişanələrimizi] təkzib edənləri isə suya qərq etdik. Xəbərdarlıq edilən o kəslərin aqibətinin necə olduğuna bir bax.
74) Sonra onun ardınca, öz qövmlərinə elçilər göndərdik və onlar [elçilər], onlara [öz qövmlərinə] açıq-aydın dəlillər gətirdilər. Amma daha əvvəl onu [dəlilləri] yalan hesab etdikləri üçün, inanmadılar. Biz, həddi aşanların qəlbini bax belə damğalayırıq/möhürləyirik.
75) Sonra bunların ardınca Musa və Harunu ayələrimizlə/işarətlərimizlə/nişanələrimizlə Firona və əyanlarına göndərdik. Lakin onlar təkəbbür göstərdilər və günahkar bir tayfa oldular.
76) Onlara Bizim tərəfimizdən həqiqət gəlincə, "Heç şübhəsiz ki, bu, həqiqətən açıq-aşkar bir sehrdir!" dedilər.
77) Musa dedi ki: "Haqq sizə gəldikdə, siz onun haqqında 'Bu, bir sehrli sözdür' deyirsiniz? Halbuki sehirli söz söyləyənlər, umduqlarını əldə edə bilməzlər."
78) Onlar dedilər: "Sən atalarımızdan gördüyümüz şeydən bizi döndərmək üçün və yer üzündə səltənət ikinizin olsun deyəmi gəldin? Biz ikinizə də inanmayacağıq."
79) Və Firon: "Ən bilikli, təsirli söz söyləyən alimlərin hamısını yanıma gətirin!" dedi.
80) Nəhayət təsirli söz söyləyən alimlər gəldikdə, Musa onlara, "Nə atacaqsınız, atın!" dedi.
81,82) Onlar meydana atdıqda, Musa dedi: "Sizin gətirdiyiniz şey göz boyamaqdır/yalandır. Şübhəsiz ki, Allah onun boş və əsassız olduğunu meydana çıxaracaq. Şübhə yoxdur ki, Allah fitnə-fəsadçıların işini düzəltməz. Və Allah, günahkarların xoşuna gəlməsə də, haqqı, Öz kəlmələri ilə meydana çıxarıb bərqərar edəcəkdir" dedi.
83) Sonra Firon və adamları tərəfindən atəşə atılmaq qorxusundan, Musaya öz qövmündən bir nəsildən başqa heç kəs iman etmədi. Və şübhəsiz ki, Firon yer üzündə çox üstün idi və o, həqiqətən həddi aşanlardan idi.
84) Və Musa: "Ey qövmüm! Siz Allaha iman etdinizsǝ, ancaq Ona təslim olan müsəlmanlardan oldunuzsa, artıq nəticəsini sadəcə Ona tapşırın!" dedi.
85,86) Onlar da: "Biz işin nəticəsini Allaha tapşırdıq. Ey Rəbbimiz! Bizi o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfa üçün atəşə sürümə və bizi öz mərhəmətinlə kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] tayfasından xilas et!" dedilər.
87) Və Biz Musa ilə qardaşına: "Qövmünüz üçün Misirdə bəzi məktəblər hazırlayın və okullarınızı qiblə/gayə edin və səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumları yaradın, onları qoruyun] və möminlərə müjdə verin!" deyə vəhy etdik.
88) Və Musa: "Ey Rəbbimiz! Şübhəsiz ki, Sən Firona və əyanlarına bəsit dünya həyatında zinət və mal-dövlət ehsan etdin. -Rəbbimiz! Sənin yolundan azdırsınlar deyə!- Rəbbimiz! Onların mallarını məhv et və ürəklərini kədər ver. Çünki onlar o ağrılı əzabı görməyincə iman gətirməyəcəklər" dedi.
89) Allah: "Hər ikinizin duası həqiqətən qəbul olundu. Elə isə ikiniz doğru yolda olmağa davam edin. Və bilməyən kəslərin yolunu əsla getməyin!" dedi.
90,91,92) Və İsrail oğullarını bol sudan/çaydan keçirdik. Amma Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların dərhal təqib etdi. Sonunda boğulmaq [anı] ona gəlib çatdıqda: "Həqiqətən, İsrail oğullarının inandığı tanrıdan başqa tanrı olmadığına mən də inandım, mən də tabe olanlardanam" dedi. -İndimi? Halbuki daha əvvəl üsyan etmiş və fitnə-fəsad törədənlərdən olmuşdun. Artıq Biz, səndən sonra gələcəklərə ibrət olasan deyə, bu gün səni zirehilə birlikdə xilas edəcəyik.- Və şübhəsiz, insanlardan bir çoxu həqiqətən Bizim ayələrimizə/işarətlərimizə/nişanələrimizə qarşı laqeyd/qafildir.
93) Və and olsun, İsrail oğullarını çox gözəl bir yurdda sakin etdik və onlara xoş nemətlərdən ruzi verdik, onlara elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, o ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcək.
94,95) Artıq, sənə nazil etdiyimiz şeylərin bir qisiminə dair qəti, kafi məlumatın yox idisə, dərhal səndən əvvəl kitab öyrənib-öyrədən kəslərdən soruş! And olsun ki, sənə Rəbbindən haqq gəlmişdir. O halda, əsla şübhə edənlərdən olma! Əsla Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana/itkiyə uğrayıb əzab çəkənlərdən olarsan.
96,97) Şübhəsiz, əleyhinə sənin Rəbbinin Sözü[#201] gerçək olan bu kəslər, bütün işarətlər/nişanlar hamısı birdən gəlsə, yenə də o ağrılı əzabı görməyincə iman etməzlər.
98) Nə olardı, iman gətirib imanından özləri fayda görmüş bir şəhər olsaydı? Ancaq Yunusun qövmü başqadır. Onlar iman etdikləri vaxt, bəsit dünya həyatında o rüsvayçılıq əzabını onların üstündən götürdük və onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
99) Halbuki, Rəbbin istəsəydi, əlbəttə yer üzündə olanların hamısı birdən inanardı. Artıq, insanları inanan kəslər olmağa sənmi məcbur edəcəksən?
100) Allahın icazəsi/xəbəri olmadan heç kəs iman gətirə bilməz. Və Allah, murdarlığı/əzabı ağlını işlətməyənlərin üzərinə tökər.
101) De ki: "Göylərdə və yerdə nə var, bir baxın!" -Və iman etməyən bir tayfaya açıq-aşkar ayələr/işarətlər/nişanələr və xəbərdarlıqlar kar etməz/nə kar edər?-
102) Artıq onlar, sadəcə özlərindən əvvəl gəlib-getmiş olanların məruz qaldıqları günlərin eynisini gözləyirlər? De ki: "Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm."
103) Sonra Biz, elçilərimizi və iman gətirənləri xilas edərik. Bax belə! Möminləri xilas etmək üstümüzə düşən bir vəzifədir.
104,105,106) De ki: "Ey insanlar! Əgər mənim dinimin nə olduğunu qəti və tam olaraq bilmirdinizsə, yaxşı bilin ki, Allahın altındakılardan sizin ibadət etdiklərinizə mən ibadət etmərəm. Lakin sizin canınızı alacaq olana/Allaha ibadət edərəm. Və mənə mömin olmaq [əmr edildi] və [bu] əmr edildi: Bütün mənliyinlə, şərik qoşmaqdan [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməkdən] Haqqa dönən biri olaraq Dinə tərəf çevir və əsla müşriklərdən olma! Və Allahın altındakılardan sənə fayda verməyən, zərər də verə bilməyən şeylərə yalvarma! Buna baxmayaraq, əgər belə etsən, o zaman heç şübhəsiz, sən şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslərdən olarsan."
107) Və əgər Allah sənə bir zərər vermək istəsə, onu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Və əgər sənin üçün bir xeyir diləsə, o zaman da Onun verdiklərini geri qaytara bilən biri yoxdur. O, nemətlərini öz bəndələrindən istədiyinə qismət edər. Və Allah, çox bağışlayandır, çox mərhəmətlidir.
108) De ki: "Ey insanlar! Rəbbinizdən, əlbəttə, sizə haqq gəlmişdir. Artıq yönləndirildiyi doğru yola girən, ancaq özü üçün girmişdir və həqiqətən, yoldan çıxan da, öz zərərinə yoldan çıxmışdır. Və mən, sizin üçün sizi dəstəkləyən; sizin üçün məsuliyyət daşıyan biri deyiləm."
109) Və sən, sənə vəhy edilən şeyə tabe ol! Və Allah Öz hökmünü verənə qədər səbr et. Və Allah, hökm verənlərin ən xeyirlisidir.