əz-Zəlzələ

172,1,2,3,4,5,6) Məsih və yaxınlaşdırılmış mələklər [İsaya inananların İsaya kömək etdiklərinə inandıqları güclər], Allahın bir qulu olmaqdan əsla çəkinməzlər. Və kim Ona ​​qulluq etməkdən çəkinsə və təkəbbür göstərsə, bilsin ki, O, onların hamısını tezliklə; Yer üzü, özünə məxsus sarsıntıyla lərzəyə gəldiyi, yer üzü öz ağırlıqlarını çıxardığı və insan, "Bu yer üzünə nə olub?" dediyi zaman Öz hüzuruna toplayacaq. Bax o gün yer üzü, şübhəsiz ki, Rəbbinin ona vəhy etməsi səbəbiylə bütün xəbərlərini bir-bir söyləyəcək. O gün insanlar, əməlləri [özlərinə] göstərilsin/əməllərini görsünlər deyə dəstə-dəstə ortaya çıxacaqlar.
7,8) Hər kim, zərrə qədər xeyir əməl işləsə onu görəcək, hər kim də zərrə qədər şər əməl işləsə onu görəcək.