əz-Zumər

1) Bu kitabın nazil edilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan; mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edən Allah tərəfindəndir.
2) Şübhəsiz ki, Biz bu kitabı sənə həqiqətlə nazil etdik. Elə isə, Dini yalnız Onun üçün pak tutaraq Allaha ibadət et.
3) Diqqətli olun, xalis din yalnız Allaha aiddir. Onun altındakılardan bəzi köməkçi, yol göstərici, himayəçi yaxınlar qəbul edənlər: "Allahın altındakılardan qəbul etdiyimiz köməkçi, yol göstərici, himayəçi yaxınlar, bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara ibadət edirik." [deyirlər]. Şübhəsiz ki, onların ixtilafa/anlaşılmazlığa düşdükləri şeylər barədə onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankor olan şəxsləri doğru yola yönəltməz.
4) Əgər Allah özünə övlad götürmək istəsəydi, həqiqətən yaratdıqlarından istədiyini seçərdi. O, bundan pakdır. O, bir olan, qəhr edən Allahdır.
5) Bir olan, qəhr edən Allah göyləri və yeri haqq ilə meydana gətirdi, gecəni gündüzün üstünə bürüyür, gündüzü də gecənin üstünə bürüyür. Günəşi və ayı faydanıza olan quruluş və sistemdə yaradaraq xidmətinizə vermişdir. Hamısı da müəyyən bir möhlətin sonuna doğru axıb getməkdədir. Yaxşı bilin ki, O, çox güclü və çox bağışlayandır.
6) O, sizi tək bir nəfsdən meydana gətirdi, sonra ondan zövcəsini əmələ gətirdi və sizin üçün heyvanlardan səkkiz cüt endirdi. O sizi analarınızın bətnində üç zülmət içində, yaradılışdan sonra bir yaradılışla meydana gətirir. Bax bu, sahiblik, rəhbərlik yalnız Özünə məxsus olan Rəbbiniz Allahdır. Ondan başqa məbud deyə bir şey yoxdur. Elə isə, necə olur ki, döndərilirsiniz?
7) Əgər küfr işləsəniz; Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etsəniz/nankorluq etsəniz, bilin ki, Allahın sizə heç bir ehtiyacı yoxdur və O, bəndələrinin küfrünü; Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar etmələrinə/nankorluğuna razı olmaz. Və əgər özünüzə verilən nemətlərin əvəzini ödəsəniz, sizin üçün ona razı olar. Heç bir yük daşıyan, bir başqasının yükünü daşımaz. Sonra dönüşünüz ancaq Rəbbinizə olacaq. Beləcə, etdiklərinizi sizə xəbər verəcəkdir. Şübhəsiz ki, O, sinələrin içində gizli olanları ən yaxşı biləndir.
8) İnsana bir çətinlik üz verdiyi zaman, bütün qəlbini Ona verərək Rəbbinə yalvarar. Sonra ona Öz tərəfindən bir nemət bəxş etdiyi zaman da əvvəlcə Ona yalvardığı halı unudarvə Allahın yolundan döndərmək üçün Ona şəriklər qoşar. De ki: "Küfrünlə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edişinlə] bir müddət bəhrələn! Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən."
9) Yaxud da gecə saatlarında qalxan, boyun əyib tabeçilik göstərərək, ayaq üstə duraraq, axirətdən çəkinərək daim müti dayanan və Rəbbinin rəhmətinə ümid bəsləyən o kimsə, elə etməyənlə bir ola bilərmi? De ki: "Heç bilən kəslər və bilməyən kəslər tay olarmı?" Həqiqətən, yalnız təmiz ağıl sahibi olanlar öyüd alar/layiqincə düşünər.
10) De ki: "Ey iman etmiş olan qullar![#244] Rəbbinizin mühafizəsi altına daxil olun. Bu dünyada yaxşı-gözəl əməl işləyənlərə bir gözəllik var. Şübhəsiz ki, Allahın yer üzü genişdir. Ancaq səbr edənlər, saysız-hesabsız və layiqincə mükafat alacaqlar."
11,12) De ki: "Mənə, həqiqətən dini yalnız Ona məxsus edərək Allaha qulluq etmək əmr olundu. Və mənə müsəlmanların birincisi olmaq əmr edildi."
13) De ki: "Şübhəsiz ki, mən Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram."
14,15,16) De ki, "Dinimi yalnız Onun üçün pak tutaraq Allaha qulluq edirəm. Siz isə Onun altındakılardan istədiyinizə ibadət edin." De ki: "Şübhəsiz ki, əsl itirənlər, qiyamət günündə özlərini və ailələrini və yaxınlarını ziyana uğradanlardır." -Diqqətli olun! Bax bu, açıq-aşkar bir zərərdir. Onların üstündə də oddan təbəqələr, altında da təbəqələr var. Allah, qullarını bax bununla qorxudur: Ey qullarım! Mənim mühafizəm altına daxil olun.-
17,18) Və tağuta[#245] ibadət etməkdən çəkinib Allaha yönələn kəslər üçün müjdə var. Haydı, müjdə ver, sözə qulaq asıb də ən gözəlinə uyan qullarıma! Bax onlar, Allahın doğru yola yönəltdiyi kəslərdir. Və bax onlar, qavrama qabiliyyəti/təmiz ağıl sahibi olanlardır.
19) Yaxşı, üzərinə "əzab sözü" haqq olan kəs necə? Artıq atəşdəki o kimsəni sənmi xilas edəcəksən?
20) Lakin Rəbbinin mühafizəsi altına daxil olan o kəslər üçün Allahın bir vədi olaraq altından çaylar axan, mərtəbə-mərtəbə qəsrlər var. Allah vədində əsla xilaf çıxmaz.
21) Sən, şübhəsiz Allahın göydən bir su endirdiyini, onu [müəyyən bir üsulla] yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv rənglərdə əkin bitirdiyini, sonra onun yetişkinləşdirdiyini və sənin də onu saralmış halda gördüyünü, sonra da onu bir çöpə çevirdiyini görmədinmi/heç düşünmədinmi? Şübhəsiz ki, bunda anlayış qabiliyyəti olanlar; təmiz ağıl sahibləri üçün həqiqətən bir öyüd-nəsihət/öyüd-nəsihət/xatırlatna vardır.
22) Yaxşı, Allah kimin sinəsini islama açarsa, o zaman o, Rəbbindən [tərəfindən] bir nur üzərində olmazmı? Elə isə, Allahı zikr etməyə qarşı qəlbi sərt olanların vay halına! Bax onlar, açıq-aşkar bir azğınlıq içindədirlər.
23) Allah, sözün ən gözəlini mənaları bənzəyən, ikili[#246] [ikiqat] bir kitab halında nazil etmişdir. Rəbbinə hörməti olanların ondan tükləri biz-biz olar.[#247] Sonra dəriləri və qəlbləri Allahın zikrinə qarşı yumşalar. Bax bu, Allahın hidayətidir. Allah, onunla istədiyini [doğruya] yönəldir. Hər kimi də Allah yoldan azdırsa, artıq ona doğru yolu göstərən biri tapılmaz.
24) Yaxşı, qiyamət günü şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərə: "Qazanmış olduğunuzun qarşılığını dadın!" deyildikdə, özünü əzabın pisliyindən qorumağa çalışan kəs daha xeyirlidir, yoxsa qiyamət gününə amanda gələcək kəsmi?[#248]
25,26) Onlardan əvvəlki kəslər təkzib etdilər, buna görə onlara ağıllarına gəlməyən bir yerdən əzab gəldi. Sonra da Allah onlara bəsit dünya həyatında rüsvaylığı daddırdı. Axirət əzabı isə əlbəttə daha böyükdür. Kaş ki, bilsəydilər!
27,28) Və and olsun ki, Biz düşünüb ibrət alsınlar deyə, ərəbcə rəvan bir oxuma olaraq; Allahın mühafizəsi altına daxil olmaqları üçün bu Quranda insanlara hər cür misal verdik.
29) Allah, hər zaman mübahisə edən şərikləri olan bir adam ilə yalnız bir şəxsə bağlı [və] amanlıqda olan bir adamı misal çəkdi. Bu ikisinin halı eyni ola bilərmi? -Bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz.- Əksinə, onların çoxu bilməz.
30) Şübhəsiz, sən mütləq öləcəksən, onlar da mütləq öləcəklər.
31) Sonra şübhəsiz ki, siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.
32) Elə isə, Allaha qarşı yalan söyləyəndən və doğru ona gəldiyi zaman onu yalan hesab edəndən daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? O kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün cəhənnəmdə bir sığınacaq yoxdurmu !?
33) Və doğrunu gətirən və onu təsdiq edən adam; bax məhz onlar, Allahın mühafizəsi altına daxil olan kəslərdir.
34,35) Onlar üçün Rəbbi yanında dilədikləri şeylər vardır. Bax bu, Allahın, onların əvvəlcə etdikləri ən pis işləri örtməsi, işləməkdə olduqları əməllərin ən gözəlinə əvəz olaraq mükafatlarını verməsi üçün gözəl-yaxşı əməl işləyənlərin mükafatıdır.
36) Allah, Öz bəndəsinə kifayət deyilmi? Onlar isə səni, Onun altındakılardan bəzi kəslərlə qorxudurlar. Və Allah kimi doğru yoldan azdırsa, artıq ona heç kim yol göstərə bilməz.
37) Kimə də Allah yol göstərsə, artıq onu heç kim azdıra bilməz. Allah, çox güclü, günahkarı tutub cəzalandıraraq ədaləti bərqərar edən deyilmi?
38) Və sən, həqiqətən onlara: "O göyləri və yeri kim yaratmışdır?" deyə soruşsan, həqiqətən "Allah!" deyəcəklər. De ki: "Elə isə Allahın altındakılardan çağırdıklarınızı heç düşündünüzmü? Əgər Allah mənə bir zərər vermək istəsə, onlar Onun zərərini dəf edə bilən kəslərdirmi? Yaxud mənə bir mərhəmət diləsə, onlar Onun mərhəmətinə mane ola bilən kəslərdirmi? De ki: "Allah, mənə kifayətdir. Təvəkkül edənlər, işlərin nəticəsini ancaq Ona tapşırsınlar."
39,40) De ki: "Ey qövmüm! Siz olduğunuz yerə [vəziyyətə] görə səy göstərin. Şübhəsiz ki, mən də səy göstərən biriyəm. Artıq rüsvayçı əzabın kimə gələcəyini və əbədi əzabın kimin üstünə enəcəyini tezliklə biləcəksiniz."
41) Şübhəsiz ki, Biz bu kitabı sənə, insanlar üçün haqq olaraq nazil etdik. O halda, kim yönəldildiyi doğru yolu tapsa, artıq öz lehinədir. Kim də azsa, artıq o, sırf öz əleyhinə olaraq azar. Və sən onları dəstəkləyən, onlardan məsul olan biri deyilsən.
42) Allah, o nəfslərə, ölüm əsnasında, keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırladar. Ölməyənlərə də yatdıqlarında; artıq kimin barəsində ölüm gerçəkləşmişsə, onları saxlayar, digərlərini isə müəyyən bir müddətin axırına qədər buraxar. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün nə qədər işarətlər/nişanələr vardır.
43) Yoxsa onlar, Allahın altındakılardan özlərinə dəstəkçi, köməkçi, şəfaətçilər tapdılar? De ki: "Onlar heç bir şeyə qabir olmasalar və [heç bir şeyi] dərk etməsələr də belə edəcəksinizmi?"
44) De ki: "Bütün kömək, dəstək, şəfaət Allaha məxsusdur. Göylərin və yerin mülkü ancaq Onundur. Sonra yalnız Ona qaytarılacaqsınız."
45) Və Allah "tək" olaraq anıldığı zaman axirətə inanmayan insanların qəlblərinə nifrət dolur, Onun altındakılardan olan kəslər anıldığı zaman dərhal üzləri gülür.
46) De ki: "Ey göyləri və yeri yoxdan yaradan/parçalayan, görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi və ağıl və duyğularla dərk edilən varlıqları bilən Allahım! Qulların arasında, ixtilafa düşdükləri şeylər barədə Sən hökm verəcəksən."
47) Və əgər bütün yer üzündəkilər və onlarla birgə bir o qədəri də şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslərin olsaydı, qiyamət gününün pis əzabından xilas olmaq üçün onu həqiqətən fidyə verərdilər. Və onların heç hesaba almadıqları şeylər, Allah tərəfindən onlar üçün meydana çıxarılır.
48) Və qazandıqlarının pislikləri [pis nəticələri] onlar üçün meydana çıxmış və istehza etdikləri şeylər, onların ətrafını bürümüşdür.
49) Bax, insana bir çətinlik üz verdikdə Bizə yalvarır, sonra dərgahımızdan ona bir nemət bəhs etdiyimiz zaman da: "O, mənə elmimə görə verildi" deyər. Əslində verilən nemətlər, bir imtahan vasitəsidir. Lakin onların çoxu bilməz.
50) Həqiqətən "O mənə elmimə görə verildi" sözünü, bunlardan əvvəlki kəslər də söylədi və o qazandıqları şeylər, onlara fayda vermədi.
51) Axırda, qazandıqları şeylərin pislikləri [pis nəticələri] özlərinə yetişdi. Bunlardan şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyən kəslər [ki var], onların da qazandıqları şeylərin pislikləri özlərinə çatacaq. Və onlar aciz qoya bilənlər deyil.
52) Hələ də, şübhəsiz Allahın istədiyi kimsənin ruzisini artırdığını və məhdudlaşdırdığını bilmədilərmi? Şübhəsiz ki, bunda iman gətirən bir tayfa üçün həqiqətən neçə-neçə işarətlər/nişanələr vardır.
53) De ki: "Ey nəfslərinə qarşı həddi aşan qullar![#249] Allahın rəhmindən ümidsiz olmayın. Şübhəsiz ki, Allah günahları tamamilə bağışlayar. Şübhəsiz ki, O, çox bağışlayandır, çox rəhm edəndir.
54) Və sizə əzab gəlməmişdən əvvəl Rəbbinizə yönəlin və Ona təslim olun. Sonra sizə kömək edilməz.
55,56,57,58) Və qəflətən əzab gəlmədən, "Həddi aşan əməllərimdən ötrü Allahın yanında vay halıma! Həqiqətən mən istehza edənlərdən idim" deməsindən, yaxud da "Allah mənə doğru yolu göstərsəydi, hər halda mən Allahın mühafizəsi altına daxil olan şəxslərdən olardım" deməsindən və ya əzabı gördüyü zaman: "Kaş mənə bir geri dönüş imkanı olsaydı, mən də o gözəl-yaxşı əməl işləyənlərdən olsaydım" deməsindən əvvəl, Rəbbinizdən sizə nazil edilənin ən gözəlinə tabe olun."
59) Əksinə, sənə ayələrim gəldi, ancaq sən onları dərhal yalan saydın, təkəbbür göstərdin və kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərdən] oldun.
60) Və o qiyamət günü, Allaha qarşı yalan söyləyən kəsləri üzləri qaralmış olaraq görəcəksən. -Təkəbbür göstərənlər üçün cəhənnəmdə yer yoxdurmu?-
61) Allahın mühafizəsi altına daxil olan kəsləri də Allah qazandıqları uğurlar səbəbiylə/[təhlükədən qorunmuş] yerlərdə xilas edər. Onlara zərər dəyməyəcək və onlar kədərlənməyəcəklər də.
62) Allah, hər şeyi əmələ gətirəndir. O, hər şeyi "müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən"dir.
63) Bütün göylərin və yerin açarları yalnız Ona məxsusdur. Allahın ayələrini ört-basdır edən kəslər; bax məhz onlar, ziyana uğrayanlardır.
64) De ki: "Buna baxmayaraq siz, mənə Allahdan başqasınamı ibadət etməyi əmr edirsiniz, ey cahillər!"
65,66) Və and olsun ki, sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "And olsun ki, əgər şərik qoşsan, əməlin həqiqətən boşa gedəcək və həqiqətən ziyana uğrayanlardan olacaqsan. Onun üçün, əksinə, yalnız Allaha ibadət et və sahib olduğu nemətlərin əvəzini ödəyənlərdən ol."
67) Və onlar Allahı layiqincə təqdir etmədilər/qiymətləndirmədilər. Və yer üzü bütövlüklə, qiyamət günü Onun ovucundadır. Göylər də Onun qüdrəti ilə bükülmüşdür. O, onların şərik qoşduqlarından pak və çox ucadır.
68) Və sur üfürülmüşdür[#250] və Allahın istədiyi istisna olmaqla, göylərdə kim varsa, yerdə kim varsa hamısı vurulub yıxılmışdır. Sonra o [sur] bir daha üfürüləndə onlar qalxmış, qarşıda [hazır] dayanıb baxırlar.
69) Və o günkü yer üzü Rəbbinin nuru ilə işıqlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında ədalətlə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz.
70) Və Allah, [kim] nə əməl etdisə, hər kəsə əvəzini həqiqətən əskiksiz ödəyəcək. Və Allah onların nə etdiklərini ən yaxşı şəkildə biləndir.
71) Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] mütləq dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda qapıları açılacaq. Və onun gözətçiləri onlara: "Aranızdan sizə Rəbbinizin ayələrini oxuyan, bu gününüzlə qarşılasacağınıza dair sizə xəbərdarlıq edən elçilər gəlmədimi?" deyəcəklər. Onlar: "Bəli, gəldi" deyəcəklər. -Lakin kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üzərinə əzab sözü haqq oldu.-
72) "Əbədi qalmaq üzrə girin cəhənnəmin qapılarından" deyildi. -Təkəbbür göstərənlərin yeri necə də pisdir!-
73) Allahın mühafizəsi altına daxil olan kəslər də həqiqətən cənnətə dəstə-dəstə gətiriləcək. Nəhayət, ora çatdıqları, qapılar açıldığı və gözətçilər onlara: "Salam sizlərə, tərtəmiz gəlmisiniz!" dediyi zaman "Əbədi qalmaq üzrə haydı girin ora!" deyiləcəkdir.
74) Onlar da: "Bütün təriflər, bizə vədini yerinə yetirən və bizi bu ərzə varis edən və cənnətdə bizi istədiyimiz yerdə məskun edən Allaha məxsusdur" dedilər. -Bax, əməl edənlərin mükafatı nə gözəldir!-
75) Və sən, kainatdakı bütün güclərin[#251] ən böyük taxtın[#252] bir kənarında dolaşaraq,[#253] Rəbbinin tərifiylə birlikdə Allahı nöqsan sifətlərdən pak tutduqlarını görərsən. Və onların aralarında mükafat, cəza ədalətlə yerini tapmışdır. Və "Bütün təriflər aləmlərin Rəbbi Allaha məxsusdur!" deyilməkdədir.