2,3) Açıq-aşkar/açıqlayan kitab dəlildir ki, Biz onu ağılınızı işlədəsiniz deyə ərəbcə bir oxuma [kitabı] etdik.
4) Və şübhəsiz Quran, Bizim yanımızdakı əsl mənbədə həqiqətən çox ucadır və qanunlar ehtiva etməkdədir, möhkəmdir/pozulmasının qarşısı alınmışdır.
5) Yaxşı, siz həddinizi aşan bir qövm oldunuz deyə, Biz, o Öyüdü/Quranı sizə göndərməkdən vaz keçməliyikmi?
60) Və əgər Biz, istəsəydik, sizdən yer üzündə sizin yerinizə keçəcək mələklər əmələ gətirərdik.[#269]
6,7,8) Və Biz əvvəlkilərə də neçə-neçə peyğəmbərlər göndərmişdik. Onlar, özlərinə gələn hər peyğəmbəri həqiqətən məsxərəyə qoyurdular, Biz isə qüvvə baxımından onlardan daha güclü olanları tutaraq dəyişikliyə/məhvə məruz qoyduq. Keçmişdəkilərin məsəli də keçdi.
9) Və heç şübhəsiz, əgər sən onlardan: "Göyləri və yeri kim əmələ gətirdi?" deyə soruşsan, mütləq: "Onları ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, çox yaxşı bilən əmələ gətirdi" deyəcəklər.
10) O Allah ki, yer üzünü sizin üçün bir beşik etdi. Artıq yönləndirildiyiniz doğru yolda gedəsiniz deyə bəzi yollar da əmələ gətirdi.
11) Və O Allah ki, suyu göydən müəyyən bir ölçü ilə endirdi. Sonra Biz onunla ölü bir diyarı canlandırdıq. Siz, bax belə çıxardılacaqsınız.
12,13,14) Və O, bütün cütləri meydana gətirdi və siz onların belinə minib üstünə yerləşirsiniz. Sonra onun üstünə yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salaraq: "Bunları bizim istifadəmizə verən/bunları istifadə edəcəyimiz şəkildə yaradan Allah qüsurlardan pakdır. Yoxsa bizim onlara gücümüz çatmazdı. Şübhəsiz ki, biz də yalnız Rəbbimizə qayıdacağıq" deyəsiniz deyə sizin üçün gəmilərdən və heyvanlardan [üstünə] minəcəyiniz şeyləri var etdi.
15) Və onlar, Ona Öz qullarından bir parça isnad etdilər. Şübhəsiz ki, insan həqiqətən açıq-aydın nankordur.
16) Yoxsa O, əmələ gətirdiklərindən [Özünə] qızlar götürüb oğlanları sizə məxsus etdi?
17) Onlardan birinə, Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] yaraşdırdığı şeylə/qız ilə müjdə verildiyi zaman üzü qapqara qaralar. Və o, udquna-udquna qalar.
18) -Ləl-cəvahiratlar içərisində; zəngin, rahat bir həyat süren, mübahiselerde açıqça ortada olmayan, irəli sürdüyü fikri müdafiə/isbat edə bilməyən, bilgisiz, bilinçsiz qorxaq kişimi bu saçmalığı ortaya atır?-
19) Onlar Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] qullarından olan mələkləri də dişi saydılar. Onlar, onların yaradılışına şahid oldularmı? Onların şahidlikləri yazılacaq və onlar sorğu-sual olunacaqlar.
20) Və onlar: "Əgər Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] istəsəydi, biz onlara ibadət etməzdik!" dedilər. Onların buna dair açıq-aşkar bir məlumatı yoxdur. Onlar yalnız uydururlar.
21) Yoksa Biz onlara bundan əvvəl bir kitab vermişik və indi onlar, ona istinad edirlər?
22) Əksinə, onlar: "Şübhəsiz ki, biz atalarımızı bu ümmətdən gördük və biz də onların ardınca yönləndirildiyimiz doğruya çatan kəslərik" dedilər.
23) Və bax beləcə, Biz səndən əvvəl hansı şəhərə xəbərdarlıq edən birini göndərsək, həqiqətən oranın lovğa varlıları: "Şübhəsiz ki, biz, atalarımızı bu ümmətdə gördük. Biz də həqiqətən onların izində gedirik" demişdilər.
24) Xəbərdaqlıq üçün göndərilən [elçi]: "Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz şeydən daha doğrusunu gətirsəm də, eləmi?" dedi. Onlar: "Şübhəsiz ki, biz sizinlə göndərilən şeyi bilə-bilə rədd edirik/inanmırıq" dedilər.
25,26,27,28) Belə olduqda, Biz də onları yaxaladıq, cəzalandırmaq surətiylə ədaləti bərqərar etdik. Haydı, inkar edənlərin aqibəti necə oldu bir bax! -Və bir zamanlar İbrahim, atasına və qövmünə: "Şübhəsiz ki, mən sizin ibadət etdiyiniz şeylərdən uzağam. -Beni yoxdan yaradandan başqa.- Şübhəsiz ki, artıq O, məni doğru yola yönləndirəcək" dedi. İbrahim bu sözü, sonra gələcək olanlar üçün həmişəlik qalacaq bir söz etdi ki, bəlkə qayıdalar.-
29) Əksinə, Mən onları da, atalarını da haqq/gerçək və açıqlayan bir elçi gələnədək bəhrələndirdim.
30) Və haqq/gerçək onlara gəldiyi zaman onlar: "Bu, bir sehrdir və şübhəsiz, biz onu bilə-bilə inkar edirik/inanmırıq" dedilər.
31) Yenə onlar: "Bu Quran, bu iki şəhərdən böyük bir adama endirilməli deyildimi?" dedilər.
32) Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Bu bəsit dünya həyatında, dolanışıqlarını onların arasında Biz bölüşdürdük, Biz. Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üstündə dərəcələrlə ucaltdıq. Və Rəbbinin mərhəməti onların yığdıqları şeylərdən daha xeyirlidir.
33,34,35) Və əgər insanların, gerçəyi bilə-bilə inkar edən, bir başçıları olan vahid bir tayfa olmaq [ehtimalı] olmasa, Biz, Rəhmanı [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahı] bilə-bilə inkar edən/inanmayan kəslərin evlərinə gümüşdən tavanlar və üstünə çıxdıqları nərdivanlar, onların evləri üçün qapılar, üstünə söykəndikləri taxtlar və qızıldan bəzək əşyaları düzəldərdik. Bunların hamısı bəsit dünya həyatının qazancından başqa bir şey deyil. Axirət isə sənin Rəbbinin yanında, ancaq Allahın mühafizəsi altına daxil olan kəslər üçündür.
36,37) Və hər kim Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] öyüdünə, xatırlanmasına qarşı kor olsa, Biz ona bir şeytan ürcah edərik, artıq o, onun üçün yaşıd/dost olar; və şübhəsiz ki dostlar/yaşıdlar, kor olanları Yoldan çıxararlar. Onlar da elə güman edərlər ki, yönləndirildikləri doğru yoldadırlar.
38) Nəhayət Bizim [hüzurumuza] gəldikdə: "Kaş ki, səninlə mənim aramda şərq ilə qərb arasındakı qədər bir uzaqlıq olaydı" deyər. -Elə isə, bu, necə də pis bir yaşıddır/dostdur!-
39) Və bu gün peşmanlıq hiss etməniz sizə heç bir fayda verməyəcək. Siz şirk qoşaraq səhv; öz zərərinizə olan əməli işlədiyiniz zaman həqiqətən əzabda şəriklərsiniz.
40) O halda, karlara sənmi eşitdirəcəksən? Yaxud korlara və açıq-aşkar azğınlıq içində olanlara sənmi bələdçilik edəcəksən?
41) Artıq əgər Biz, səni götürüb aparsaq belə, şübhəsiz, Biz, onları cəzalandıraraq ədaləti bərqərar edərik.
42) Yaxud da onlara vəd etdiyimiz əzabı sənə göstərərik. Çünki Biz, onların əleyhinə [cəza verməyə] qadirik.
43) Elə isə sən, sənə vəhy olunandan yapış. Şübhəsiz ki, sən düz yoldasan.
44) Və şübhəsiz ki, sənə vəhy edilən [Quran], sənin üçün də, qövmün üçün də həqiqətən bir öyüd-nəsihətdir/şan-şərəfdir. Siz onun barəsində sorğu-sual ediləcəksiniz.
61,62) Və şübhəsiz ki, sənə vəhy edilən [Quran], o qiyamətin qopması haqqında qəti bir nişanədir: "Əsla qiyamətin qopması haqqında şübhəyə düşməyin və mənə tabe olun. Bu, doğru yoldur. Və əsla şeytan sizi yoldan çıxarmasın. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar bir düşməndir."[#270]
45) Və sən, səndən əvvəl göndərdiyimiz elçilərimizdən olan kəslərdən soruş; bak araşdır, düşün! "Biz Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] altındakılardan, ibadət ediləsi məbudlar müəyyən etmişikmi?"
46) Və heç şübhəsiz Biz, Musanı ayələrimizlə/işarətlərimizlə/nişanələrimizlə Firona və onun əyanlarına elçi göndərmişdik və o: "Həqiqətən, mən aləmlərin Rəbbinin elçisiyəm!" demişdi.
47) Sonra da Musa ayələrimizi/işarətlərimizi/nişanələrimizi onlara göstərdikdə, onlar həmin ayələrə gülmüşdülər.
48) Və Bizim onlara göstərdiyimiz hər bir işarət/nişan bir əvvəlki işarətdən/nişandan həqiqətən daha böyükdür. Və Biz onları əzabla yaxaladıq ki, bəlkə qayıdalar.
49) Onlar da: "Ey sehrbaz! Səninlə olan əhdi/sənə verdiyi söz hörmətinə bizim üçün Rəbbinə dua et. Şübhəsiz ki, biz həqiqətən yönləndirildiyimiz doğru yola gələcəyik" dedilər.
50) Fəqət nə zaman ki, əzabı onların üstündən götürdük, o zaman onlar sözlərindən döndülər.
51,52,53) Və Firon qövmünə belə müraciət etdi: "Ey qövmüm! Misir səltənəti və altımdan axıb gedən bu çaylar mənim deyilmi? Hələ də görmürsünüzmü? Yaxud mən, bu zavallı kəsdən, az qala məqsədini düz-əməlli izah edə bilməyən bu adamdan daha xeyirli deyiləmmi? Həm də, onun üstünə qızıl bilərziklər atılmalı və yaxud onunla birlikdə səf-səf mələklər gəlməli deyildimi?" dedi.
54) Firon öz qövmünü təsirsiz, cahil kütlə halına gətirdi, onlar da ona itaət etdilər. Şübhəsiz ki, onlar, haqq yoldan çıxmış kəslərin tayfası idi.
55,56) Nəhayət onlar Bizi qəzəbləndirdikləri zaman onları cəzalandıraraq ədaləti bərqərar etdik. Sonra da onların hamısını suya qərq etdik. Sonra da onları sonradan gələnlər üçün sələf və misal etdik.
57) Mǝryǝm oğlu İsa bir misal olaraq nəql edildikdə, sənin qövmün ondan uzaqlaşıb qaçır.
58) Və sənin qövmün: "Bizim məbudlarımız daha xeyirlidir, yoxsa o Məhəmməd/İsa?" dedilər. Bu məsəli sırf səninlə mübahisə etmək üçün meydana atdılar. Əslində onlar, həddindən artıq düşmənçilik edən bir qövmdür.
59) İsa, ancaq Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə [məsəl] etdiyimiz bir quldur.
63,64) İsa açıq-aşkar dəlillərlə gəldiyi zaman dedi ki: "Mən sizə haqsızlığın və fitnə-fəsadın qarşısını almaq üçün qoyulmuş qanun, düstur və qaydaları gətirdim və barəsində ixtilafa düşdüyünüz şeylərdən bəzilərini sizə izah etmək üçün gəldim. O halda, Allahın mühafizəsi altına daxil olun və mənə itaət edin. Şübhəsiz ki, Allah; O, mənim Rəbbimdir və sizin Rəbbinizdir. Elə isə, Ona ibadət edin. Bax bu, doğru bir yoldur."
65) Fəqət firqələr, İsa haqqında öz aralarında ixtilafa düşdülər. Artıq acı bir günün əzabından, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin vay halına!
66) Onlar özləri fərqinə varmadan, qəflətən, qiyamət anının gəlib çatmasından başqa bir şeymi gözləyirlər?
67) O gün, Allahın mühafizəsi altına daxil olan kəslər istisna olmaqla, bütün rəhbərlər/bir-birinin ardınca gedənlər, bir-birlərinə düşməndirlər.
68,69,70,71,72,73) "Ey ayələrimizə iman etmiş və müsəlman olmuş bəndələrim! Bu gün sizə qorxu yoxdur və siz qəm-qüssə də çəkməyəcəksiniz. Siz və zövcələriniz hörmət-izzətlə girin cənnətə! -Allahın mühafizəsi altına daxil olan şəxslərin ətraflarında qızıl sinilər, piyalələr gəzdiriləcək. Orada nəfslərin istədiyi, gözlərin zövq alacağı hər şey var.- Və siz, orada əbədi qalacaqsınız. Və bax bu, işlədiyiniz əməllər səbəbiylə, son sahibi [varisi] olduğunuz cənnətdir. Orada sizin üçün bir çox meyvə vardır. Onlardan yeyəcəksiniz."
74,75,76) Şübhəsiz ki, günahkarlar cəhənnəm əzabında həmişəlik qalacaqlar. Onlardan [bu əzab] yüngülləşdirilməyəcəkdir. Onlar, orada da ümidsiz olacaqlar. Və Biz, onlara haqsızlıq etmədik, lakin onlar, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslərin məhz özü idilər.
77) Və onlar belə səslənəcəklər: "Ey Malik! Rəbbin bizim işimizi bitirsin." Malik: "Şübhəsiz ki, siz, belə qalacaqsınız" deyəcək.
78) And olsun ki, Biz sizə haqqı gətirdik. Lakin sizin əksəriyyətiniz haqqı çirkin görürsünüz.
79) Yoxsa onlar [öz] işlərini möhkəm tutmuşdular/təminat altına almışdılar? Bax Biz, şübhəsiz, möhkəm iş tutanıq.
80) Yoxsa onlar, Bizim onların sirlərini və pıçıldaşmalarını həqiqətən eşitmədiyimizi güman edirlər? Bəli! Eşidirik, yanlarında olan elçilərimiz də yazırlar.
81) De ki: "Əgər Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] üçün bir uşaq olsaydı, o halda ibadət edənlərin birincisi mən olardım."
82) Göylərin və yerin Rəbbi, ən böyük taxtın[#271] Rəbbi onların vəsf etdikləri şeylərdən pakdır.
83) Sən dərhal burax onları, onlara söz verilən günə qovuşana qədər boşa işlərlə məşğul olsunlar və əylənsinlər.
84) Və O, göydəki məbud olandır və yer üzündə məbud olandır. Və O, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, çox yaxşı biləndir.
85) Və göylərin, yer üzünün və hər ikisi arasındakıların mülkü yalnız Özünə məxsus olan Allah necə də comərddir. Qiyamət anının elmi də yalnız Onun yanındadır. Və siz yalnız Ona qaytarılacaqsınız.
86) Və onların, Onun altındakılardan yalvardıqları kəslər köməyə, dəstəyə, şəfaətə malik ola bilməzlər. Ancaq haqqa şahid olan, bunun xaricindədir. Onlar da bilirlər.
87) Yenə and olsun ki, əgər onlardan, özlərini kimin yaratdığını soruşsan, mütləq: "Allah" deyərlər. O halda, necə döndərilirlər!
88) Və onun, "Ey Rəbbim! Bunlar şübhəsiz imana gəlməz bir qövmdür" deməsi dəlildir ki...
89) Artıq sən onlardan vaz keç və "Salam!" de. Artıq onlar tezliklə biləcəklər.