əl-Buruc

1,2,3,12,13,14,15,16) Quran ayələrini öyrənmiş yaxşı hesab bilənləri, ölüm anını, dəyişikliyə, məhvə məruz qoyulan qövmlərin qalıntılarını və bunları izləyənləri[#64] sübut gətirərəm ki, Rəbbinin möhkəm yaxalaması həqiqətən də çox şiddətlidir. Həqiqətən ilk yaradan, sonra öldürüb təkrarən yaradan yalnız Odur. Və O, çox bağışlayan, çox sevəndir, Ən böyük taxtın[#65] sahibidir, şanı şərəfi uca/ehsanı çox olandır, istədiyini istədiyi kimi edəndir.[#66]
17,18) O orduların; Firon və Səmudun xəbəri sənə gəlib çatdımı? Əlbəttə gəlib çatdı!
4,5,6,7,8,9) Uxdudun/şiddətlə yanan alovun sahibləri öldürüldü: Hansılar ki, onun üzərində oturmuşdular və möminlərə elədiklərinə şahid olurdular. Möminlərə cəza vermələrinin səbəbi isə onların yalnız çox qüdrətli, tərifə layiq, göylərin və yerin hökmranlığı Özünə məxsus olan və hər şeyə şahid olan Allaha inanmasından başqa bir şey deyildi.
10,11) Mömin kişi və qadınlara alovlarda işgəncə edib, sonra da tövbə eləməyənlər üçün şübhəsiz ki, cəhənnəm əzabı var, yanğın əzabı da onlar üçündür. Həqiqətən inanan və sahmana salmaq məqsədi ilə işlər görən kəslər üçün altından çaylar axan cənnətlər var. Budur böyük qurtuluş.
19,20,21,22) Fəqət o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər] hələ də təkzib etməkdədirlər. Halbuki Allah onları arxadan əhatə edəndir. Əksinə, o, qorunmuş lövhədə şərəfli bir Qurandır.