əl-Fəcr

1,2,3,4,14,5) Həqiqətin ört-basdır edilməsinin, Allaha şirk qoşmağın, cahilliyin parçalanmasını; Peyğəmbərə on gecə elm verilməsini; Allah ilə bəndə arasındakı bağı; həqiqətin ört-basdır edilməsinin, Allaha şirk qoşmağın, cahilliyin aradan qalxmağa başlamasını sübut gətirirəm ki, həqiqətən Rəbbin nəzarət edir.[#38] Bunlarda, ağıl sahibləri üçün qüvvətli, qane edici, inandırıcı bir izah vardır.[#39]
6,7,8,9,10,11,12,13) Ad qövmünə, sütunlar sahibi İrəmə, -məmləkətlər arasında onun kimisi əmələ gətirilməmişdi- vadilərdə qayaları kəsən Səmud qövmünə, o pazların sahibi; möhtəşəm orduları olan/görülməmiş işgəncələr verən[#40] Firona Rəbbin nələr etdi, görmədinmi/düşünmədinmi? Onlar o məmləkətlərdə azğınlıq edirdilər. Oralarda fitnə-fəsadı çoxaltmışdılar. Ona görə də Rəbbin onların üzərinə əzab qamçısı yağdırdı.
15,16) İnsana gəldikdə, Rəbbi onu nə zaman imtahana çəkib ehtiram göstərsə və ona nemətlər versə, "Rəbbim mənə ehtiram göstərdi" deyər. Amma nə zaman imtahana çəkib ruzisini azaltsa, "Rəbbim məni alçaltdı" deyər.
17,18,19,20) Qətiyyən sizin fikirləşdiyiniz kimi deyil! Əslində siz yetimi, ona ehtiram göstərərək yetişdirmirsiniz. Bir-birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz. Halbuki mirası talan edərcəsinə ele hərisliklə yeyirsiniz ki! Mal-dövləti isə ancaq yığıb saxlamaq üçün elə bir məhəbbətlə sevirsiniz ki!
21,22,23) Qətiyyən sizin fikirləşdiyiniz kimi deyil! Yer üst-üstə sarsıntılarla dümdüz olanda, Rəbbinin haqq-hesab apardığı, göndərdiyi vəhylər şahid qismində səf-səf düzüldüyü zaman, o gün cəhənnəm də gətiriləcək; o gün, o insanın ağlı başına gələcək, ağlının başına gəlməsinin artıq ona nə faydası var?
24) Deyəcək ki: "Kaş ki, bu axirət həyatım üçün hazırlıq görəydim!"
25,26) Artıq o gün Allahın verdiyi əzabı heç kim verə bilməz və Onun vurduğu bağı heç kim vura bilməz.
27,28,29,30) Ey ağlındakı bütün sualların cavabını taparaq arxayınlığa qovuşan kəs! Dön Rəbbinə, sən Rəbbindən, O da səndən razı qalaraq! Dərhal bəndələrimin arasına daxil ol. Və cənnətimə daxil ol.