əl-Furqan

1,2) Aləmlərə xəbərdarlıq etsin deyə quluna/qullarına Furqanı[#130] nazil edən necə də comərddir/necə də çox nemət verəndir! Furqanı nazil edən, göylərin və yerin hökmranlığı Özünə məxsus olan, heç bir övlad götürməyən, hökmranlıqda ortağı olmayan və hər şeyi əmələ gətirib sonra da bir ölçüyə görə nizamlayandır.
3) Halbuki kafirlər Onun altındakılardan, heç bir şey əmələ gətirə bilməyən, özləri əmələ gətirilmiş olan, özlərinə zərər də, xeyir də verməyə gücü olmayan, ölümə, həyata və ölümdən sonra yenidən diriltməyə gücləri çatmayan məbudlar qəbul etdilər.
4) Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilərək inkar edən kəslər], "Bu Quran, onun/Məhəmmədin uydurduğu yalandan başqa bir şey deyil. Ona başqa bir dəstə də bunun üçün kömək etmişdir" dedilər. Beləliklə onlar həqiqətən haqsızlıq etdilər və əsassız bir iddia gətirdilər.
5) Və "O Quran, keçmişlərinin əfsanələrinin yazılı halıdır; indi də o, səhər-axşam/həmişə onun üçün oxunmaqdadır" dedilər.
6) De ki: "Onu göylərdə və yerdə olan sirri bilən nazil etmişdir. Şübhəsiz ki, O, bağışlayandır, rəhm edəndir."
7,8) Və inkar edənlər: "Bu necə elçidir ki, yemək yeyir, küçələrdə gəzir? Ona bir mələk nazil edilsə yaxşı olmazdımı? Beləliklə, onunla birgə xəbərdarlıq edərdi! Yaxud da ona bir xəzinə verilsəydi və ya bir bağı olsaydı ki, oradan yesəydi!" dedilər. Bu şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyənlər: "Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz!" da dedilər.
9) Gör sənin üçün necə misallar çəkirlər! Artıq onlar yollarını azanlardır, heç bir yol tapmaq iqtidarında da deyillər.
50) Və and olsun ki Biz, öyüd-nəsihət alsınlar deyə Furqanı, aralarında müxtəlif şəkillərdə izah etdik, amma insanların çoxu nankorluqda inad etdi.
51) Əgər istəsəydik Biz əlbəttə hər şəhərə xəbərdarlıq edən birini göndərərdik.
52) Elə isə kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] itaət etmə və Furqan ilə onlara qarşı bütün gücünlə böyük bir cihad et, səy göstər!
10) O elə comərddir ki, istəsə, sənə xəzinədən, onların dediyi bağçadan daha xeyirlisini; altından çaylar axan cənnətlər verər, sənin üçün qəsrlər da yaradar.
11) Əslində onlar qiyaməti inkar etdilər. Biz isə qiyaməti yalan sayanlara şiddətli bir atəş hazırladıq.
12) O şiddətli atəş onları uzaq bir yerdən görən kimi, onun qəzəblənməsini və uğultusunu eşitdilər.
13) Və bağlanmış kəslər olaraq cəhənnəmin dar bir yerinə atıldıqları zaman, elə orada ölməyi istəyərlər.
14) -Bu gün bir ölüm deyil, bir çox ölüm diləyin!-
15,16) De ki: "Əvəz və gediləsi bir yer olaraq bu yaxşıdır, yoxsa Allahın mühafizəsi altına daxil olan şəxslərə vəd edilən əbədiyyət cənnəti?" Onlar üçün orada, istədikləri hər şey daimi olaraq var. -Bu, Rəbbinin yerinə yetirməyi Öz üzərinə götürdüyü bir vəddir.-
17) Və o gün Rəbbin onları və Allahın altındakılardan onların ibadət etdikləri şeyləri bir yerə yığar, "Bu qullarını yoldan siz çıxartdınız, yoxsa onlar özləri yollarını itirdilər?" deyər.
18) O saxta məbudlar dedilər ki: "Səni bütün nöqsanlıqlardan pak görürük. Sənin altındakılardan, [bir kəsə] kömək edən, yol göstərən və himayəçilik eləyən dostlar qəbul etmək bizə yaraşmaz. Amma Sən onlara və atalarına o qədər nemət verdin ki, Öyüdü/Kitabı tərk etdilər və dəyişikliyə/məhv olmağa gedən bir tayfa oldular."
19) Baxın görün, məbudlarınız sizin dediklərinizi təkzib etdilər. Artıq geri qaytarmağa Və kömək etməyə gücünüz çatmaz. Və sizdən kim şərik qoşaraq səhv; öz zərərinə olan əməl işləyərsə, Biz ona şiddətli bir əzab daddıracağıq.
20) Biz, səndən əvvəl də şübhəsiz yemək yeyən, bazarlarda gəzib dolaşan elçilərdən göndərmişdik. Və Biz sizin bir qisminizi digər bir qisminizin təmizlənməsi üçün sınaq vasitəsi etdik. -Səbr edəcəksinizmi!- Və sənin Rəbbin çox yaxşı görəndir.
21) Bizə qovuşmağı ümid etməyənlər də, "Bizim üzərimizə mələklər/təbii güclər nazil edilməliydi" və ya "Rəbbimizi görməli deyildikmi?" dedilər. And olsun ki, onlar daxildə öz böyüklüklərinə inandılar və böyük bir azğınlıq etmək surətiylə azğınlaşdıqca azğınlaşdılar.
22) Mələkləri görəcəkləri gün; bax o gün günahkarlara heç bir müjdə; sevindirici xəbər olmayacaq. Və qovuşmağı ümid etməyən o kəslər "Qadağan edildi, qadağan!" deyəcəklər.
23) Və Biz, Bizə qovuşmağı ümid etməyənlərin işlədikləri hər əməlin qarşısını aldıq və onu səpələnmiş toz zərrələrinə çevirdik.
24) O gün, cənnət əhlinin qalacağı yer çıx yaxşı, istirahət yeri daha gözəl olacaq.
25) Ve o gün səma buludlarla parçalanacaq və mələklər [şüa, radiasiya və meteorlar] bir-birinin ardınca enəcək.
26) Bax o gün, həqiqi hökmranlıq Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] məxsusdur. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün isə o, çox çətin bir gün olacaq.
27,28,29) Və o gün, şirk qoşmaqla səhv; öz zərərinə olan əməli işləyənlər əllərini dişləyərək; "Vay halıma, kaş elçi ilə birgə bir yol tutaydım! Vay halıma, kaş filankəsi özümə iz qoyan bir öndər bilməyəydim. Heç şübhəsiz ki, mənə gələn Öyüddən/Kitabdan məni o sapdırdı. Və şeytan, insanı rüsvay edən imiş!" deyəcək.
30) Elçi də: "Ey Rəbbim! Heç şübhəsiz ki, mənim qövmüm bu Quranı məhcur/tərk edilmiş bir şey qəbul etdilər" deyəcək.
31) Və bax beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən hazırlamışdıq. Və yol göstərən və yardımçı kimi Rəbbin bəs edər.
32) Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] həm də: "Quran ona bir səfərdə cəm halında nazil edilməliydi" dedilər. Biz, onu sənin qəlbinə yaxşıca yeritmək üçün beləcə parça-parça nazil etdik. Və Biz, onu dənə-dənə/bir-birinə qarışdırmadan vəhy etdik.
33) Onların sənə gətirdikləri hər bir çətin məsələdə Biz şübhəsiz sənə həqiqəti və ən gözəl izahatı göstərərik.
34) O, üz üstü cəhənnəmə yığılacaq olan kəslər; bax onlar, ən pis yerdə olan, ən azğın yolda olan kəslərdir.
35) Və and olsun ki, Musaya Kitabı verdik və qardaşı Harunu da onunla birgə köməkçi, dəstəkçi verdik.
36) Sonra da, "Haydı, ayələrimizi təkzib edən o qövmə gedin!" dedik. Sonunda da ayələrimizi təkzib edən o qövmü parçalayıb yox etdik.
37) Biz, Nuh qövmünü də, elçiləri təkzib etdikləri vaxt suda batırdıq və onları insanlar üçün bir əlamət/nişan halına gətirdik. Və Biz şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün çox ağrılı bir əzab hazırladıq.
38) Ad, Səmud [qövmlərini], Rəss əhlini və bunların arasında olan bir çox nəsli də həmçinin.
39) Və Biz onların hamısı üçün misallar gətirdik və hamısını qırıb məhv etdik.
40) Və and olsun ki, onlar bəla və pislik yağışına tutulan bir diyara getdilər. Bəs bunu görmürdülərmi? Əksinə, onlar öldükdən sonra dirilməyə ümid etmirdilər.
41,42) Səni görəndə də: "Budurmu Allahın elçi kimi göndərdiyi? Əgər tanrılarımıza inanmaqda inad etməsəydik, həqiqətən də az qala bizi onlardan döndərəcəkdi" deyə səni məsxərəyə qoymaqdan başqa bir şey etmirlər. Və onlar, yaxında əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını biləcəklər!
43) Mənfi duyğularını, ehtiraslarını özünə tanrı qəbul edən adamı gördünmü/heç düşündünmü? Yaxşı, sən ona vəkil olursanmı?
44) Yoxsa sən elə bilirsən ki, onların çoxu həqiqətən vəhyə qulaq asacaq yaxud ağıllarını işlədəcək? Onlar ancaq heyvanlar kimidir. Əslində tutduqları yola baxılsa, daha çox azğın/çaşqın/alçaqdırlar.
45,46) Görmürsənmi ki, Rabbinin o kölgəni necə uzadır? İstəsəydi, əlbəttə onu hərəkətsiz saxlayardı. Sonra Biz günəşi onun dəlil etdik. Sonra da onu asanlıqla Özümüzə doğru çəkdik.
47) Və O, sizin üçün gecəni örtük, yuxunu da rahatlıq elədi. Və O, gündüzü yayılmaq [vaxtı] elədi.
48,49) Və O, küləkləri Öz mərhəmətinin önündə müjdəçi olaraq göndərir. Və Biz ölü bir diyarı diriltmək, meydana gətirdiyimiz neçə-neçə heyvanlara və insanlara su vermək məqsədi ilə göydən tərtəmiz su endirdik.
53) Və iki dənizi buraxan da Odur; bu su şirin və susuzluğu yatdıran, bu su isə duzlu və acıdır. Və aralarında bir maneə və qadağa əmələ gətirən Odur.
54) Və sudan bir bəşər meydana gətirən, sonra onun üçün nəsəb və evlilik səbəbi ilə qohumluğu meydana gətirən Odur. Və sənin Rəbbinin gücü hər şeyə çatır.
55) Onlar da Allahın altındakılardan, özünə xeyri və zərəri olmayan şeylərə ibadət edirlər. Və o kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəs] Rəbbinin əleyhinə səy göstərən/qullarını azdırmaq üçün çalışan kəsdir.
56) Və Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən biri kimi göndərdik.
57) De ki: "Mən, buna görə sizdən heç bir muzd istəmirəm. Yalnız və yalnız Rəbbinə tərəf doğru yol tutmaq diləyən kimsələr istəyirəm."
58) Və sən, ölməyənə, həmişə diri olana təvəkkül et və Onun tərifi ilə birlikdə bütün nöqsanlıqlardan pak gör. Öz bəndələrinin günahlarından, O ölməyən, daim diri olan [Allahın] xəbərdar olması kifayətdir.
59) O, həmişə diri olan, göyləri, yeri və onların arasındakıları altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üzərində hökmranlıq qurandır,[#131] yaratdığı bütün canlılara dünyada çox mərhəmət edəndir. Haydı, sən bunu çox yaxşı biləndən soruş.
60) Və onlara deyiləndə ki: "Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] boyun əyib tabe olun!" dedilər ki: "Yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah nə deməkdir? Sənin bizə əmr etdiyin şey üçün boyun əyib tabeçilik göstərməliyik?" Və boyun əyib tabeçilik göstərmək haqqında bu əmr, onların nifrətini artırdı.
61) Göydə bürclər yaradan, onların içində bir qəndil və işıq saçan bir ay əmələ gətirən Zat necə də comərddir!
62) Və öyüd almaq və ya verilən nemətlərin əvəzini ödəmək istəyən kimsələr üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən də Odur.
63) Və Rəhmanın; yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahil kəslər onlara söz atdığı zaman "Salam!" deyərlər.
64) Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] qulları, gecələri Rəbbinə tabe olaraq və öz bəndəlik vəzifələrini yerinə yetirərək keçirirlər.
65,66) Və Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] bəndələri, "Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur! Şübhəsiz ki, onun əzabı daimi bir dəyişikliyə və məhv məruz qalmaqdır. Ora həqiqətən də nə pis məskən, nə pis bir yerdir!" deyərlər.
67) Və Rəhmanın bəndələri xərclərkən bədxərclik etməz, simiclik də etməz və bu ikisinin arasında orta həddi tutar.
68,69,70,71) Və bax gör ki, Rəhmanın bəndələri, Allah ilə birlikdə başqa bir məbuda yalvarmaz. Allahın haram etdiyi canı öldürməz. -Ancaq haqlı olaraq öldürər.- Zina da etməz. -Və kim bunları etsə, günahla qarşılaşar. Qiyamət günündə onun əzabı qat-qat olar və orada, alçaldılarak həmişəlik qalar. Ancaq tövbə edən, iman gətirən və yaxşı əməl işləyənlər bunun xaricindədir. Allah, bax onların pis əməllərini yaxşı əməllərə çevirər. Və Allah, çox bağışlayandır, çox mərhəmətlidir. Və hər kim tövbə etsə və saleh əməl işləsə, o həqiqətən də tövbəsi qəbul edilmiş olaraq Allaha qayıdar.-
72) Və Rəhmanın bəndələri, yalan yerə şahidlik etməz, boş bir şeyə rast gəldikləri zaman da alicənablıqlar keçib gedər.
73) Və Rəhmanın bəndələri, Rəbbinin nişanları/işarələri xatırladılanda özlərini onlara qarşı kar və kor kimi aparmaz.
74) Və Rəhmanın bəndələri, "Rəbbimiz! Bizə zövcələrimizdən və bizdən sonrakı nəsillərimizdən bizə göz aydınlığı olan kəslər ehsan et/bağışla. Və bizi Allahın mühafizəsi altına daxil olan kəslərin başçısı et!" deyər.
75,76) Bax, Rəhmanın bəndələri, göstərdikləri səbrin əvəzində cənnətin ən ali məqamlarıyla, orada əbədi qalan kəslər olaraq mükafatlandırılacaqlar, orada hörmət və salamla qarşılanacaqlar. -Ora necə də gözəl bir qərargah və necə də gözəl bir məskəndir!-
77) De ki: "Dualarınız olmasa, Rəbbim sizə qiymət verərmi, siz də qətiyyən dua etmədiniz, təkzib etdiniz? Artıq dua etməmək, təkzib etmək sizin yaxanızı buraxmayacaq; özünüzü bu vəziyyətdən xilas edə bilməyəcəksiniz "