əl-Hicr

3,91) Onlar; Quranı sehr, şeir, əsatir (mifoloji rəvayətlər), uydurulmuş söz-söhbət parçaları, pis sözlər kimi qəbul edən kəslər, iman etmirlər deyə sən özünü həlakmı edəcəksən!
4,90,5,6,92,93) Əgər Biz istəsəydik, o and içənlərə[#157] nazil etdiyimiz şey kimi onlara göydən bir nişanə [əlamət; şüa, radiasiya və meteorlar, fırtına, sel] endirərik də onların boyunları, ona qarşı əyilər. Və onlara Rəhmandan [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdan] yeni bir öyüd gəldikdə, həqiqətən ondan üz çevirdilər. Sonra da, həqiqətən təkzib etdilər. Bax, istehza etdikləri şeyin xəbəri onlara tezliklə gələcəkdir. Bax, and olsun Rəbbinə ki, Biz, əlbəttə onların hamısını işlədikləri əməllərə görə sorğu-sual edəcəyik.
1) Əlif/1, Lam/20, Ra/200.[#217] Bunlar Kitabın və açıq-aydın/açıqlayan bir Quranın ayələridir.
2) Zaman-zaman kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] "Kaş ki, müsəlman olsaydıq!" istəyində olacaqlar.
12) Beləliklə, Biz Quranı, günahkarların qəlblərinə yeridərik.[#218]
3) Qoy onlar yesinlər, faydalansınlar və boş ümid onların başını qatsın. Amma onlar tezliklə biləcəklər.
4) Və Biz heç bir məmləkəti bilinən bir kitabı olmadan dəyişikliyə/məhvə məruz qoymadıq.
5) Heç bir ümmət, möhləti tezləşdirə, yaxud da gecikdirə bilməz.
6,7) Və onlar: "Ey Öyüd/Quran nazil edilən adam! Şübhəsiz ki, sən gizli gücləri olan/məcnun birisən. Əgər doğru danışanlardansansa, bizə mələklər ilə gəlməliydin" dedilər.
8) Biz o təbii gücləri, ancaq haqq olaraq endiririk. O vaxt da onlara möhlət verilməz.
9) Heç şübhəsiz Biz, o Öyüdü/Quranı Biz nazil etdik, Biz. Və həqiqətən Biz, onun üçün mühafizəçiyik.[#219]
10) Və and olsun ki, Biz səndən əvvəl keçmişdəki tayfalara da elçilər göndərmişdik.
11) Və onlara hər hansı bir peyğəmbər gəlsə, mütləq ona istehza edərdilər.
13) Onlar endirilən kitaba/göndərilən elçiyə inanmazlar, halbuki, əvvəlkilər barəsində qanunumuz/nə etdiyimiz olub-keçmişdir, sizə bildirilmişdir.
14,15) Və Biz, onların üstünə göydən bir qapı açsaq, onlar oradan yuxarı qalxsalar belə, həqiqətən "Gözlərimiz çevrildi/bulandı. Əslində biz sehrlənmişik" deyəcəklər.
16) And olsun, Biz, səmada bəzi bürclər yaratdıq və tamaşa edənlər üçün onları bəzədik.
17,18) Və kosmosu, az da olsa vəhyə qulaq asanlar, arxasından alov sütunu təqib edənlər/raketlərlə kosmosa gedənlər xaricində, bütün zehni qabiliyyətlərdən hifz etdik.[#220]
19) Yer üzünü də yaydıq və oraya möhkəm dayaqlar/dağlar yerləşdirdik. Və yer üzündə hər cür bitkilərdən ölçülmüş [olaraq] bitirdik.
20) Və yer üzündə sizin üçün və sizin ruzi vermədiyiniz kəslər üçün dolanışıq yollarını yaratdıq/Və yer üzündə sizin üçün müəyyən dolanışıq yolları və sizin ruzi vermədiyiniz kəslər yaratdıq.
21) Və hər şeyin xəzinələri ancaq Bizdədir. Və Biz, onu ancaq müəyyən bir ölçü ilə endiririk.
22) Və Biz küləkləri tozlandıran olaraq göndərdik, göydən su endirib sizi onunla suladıq. Suyu xəzinələrdə tutanlar/yığıb saxlayanlar da siz deyilsiniz.
23) Və ancaq Biz, əlbəttə, dirildərik və Biz öldürərik! Və sonuncu sahib olan da Bizik.
24) Və and olsun ki, Biz sizlərdən önə keçmək istəyənləri bilirik və and olsun ki, Biz, geri qalmaq istəyənləri də bilirik.
25) Və Həqiqətən, sənin Rəbbin Özü onları yığacaq. Şübhəsiz ki, O, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, ən yaxşı biləndir.
26,27) Və and olsun ki, Biz insanı; görünən, bilinən varlıqları cingildəyən gildən, forma verilə bilən palçıqdan/haldan hala düşən bir maddədən meydana gətirdik. Və cannı; görünməz varlıqları[#221] da daha əvvəl, ən incə dəlikdən belə keçə bilən, yandıran bir mehin atəşindən/maneə tanımayan enerjidən əmələ gətirmişdik.
28,29) Və bir zamanlar Rəbbin kainatdakı güclərə, "Mən, quru palçıqdan, forma verilmiş/forma verilə bilən bir palçıqdan bir bəşər əmələ gətirəcəyəm. Mən, ona forma verəndə və ona elm verəndə,[#222] siz dərhal ona tabe olanlar olaraq yerlə bir olun; hiçleşin" demişdi.
30,31) BElə olduqda, İblis/zehin qabiliyyəti xaric olmaqla, mələklərin/kainatdakı güclərin hamısı birlikdə boyun əyib tabeçilik göstərdilər. O, boyun əyib tabeçilik göstərənlərlə birgə olmağa etiraz etdi, [tabe] olmadı.
32) Allah dedi ki: "Ey İblis! Sənə nə olub ki, boyun əyib tabeçilik göstərənlərlə bir olmursan?"
33) İblis cavab olaraq: "Quru palçıqdan, forma verilmiş/forma verilə bilən bir palçıqdan meydana gətirdiyin bir bəşərə boyun əyib tabeçilik göstərmək üçün yaradılmamışam" dedi.
34,35) Allah: "Elə isə oradan çıx! Sən, artıq həqiqətən qovulmuş, məhv olmuş birisən və həqiqətən Din gününə qədər qovulmaq [lənət] sənin üstündədir" dedi.
36) İblis, "Ey Rəbbim! Elə isə onların yenidən diriləcəkləri günə qədər məni qarşında tut/mənə möhlət ver!" dedi.
37,38) Allah: "Elə isə sən həqiqətən məlum vaxtın gününə qədər qarşıda tutulanlardansın/möhlət verilənlərdənsən" dedi.
39,40) İblis dedi ki: "Ey Rəbbim! Sən məni, insanları azdırmaq üçün yaratdığın səbəblə həqiqətən mən də yer üzündə, hər şeyi onlara gözəl göstərəcəyəm və təmizlənmiş qulların xaric olmaqla, onların hamısını həqiqətən azdıracağam!"
41,42,43,44) Allah dedi ki: "Bax bu, Mənim üstümə götürdüyüm doğru bir yoldur. Sənə uyan azğınlardan başqa, bəndələrimin üzərində heç bir məcburedici gücün yoxdur. Şübhəsiz ki, onların hamısına vəd edilən yer də cəhənnəmdir. Onun yeddi qapısı vardır. O qapıların hər biri üçün onlardan bir dəstə ayrılmışdır."[#223]
45,46) Şübhəsiz ki, Allahın mühafizəsi altına daxil olan kəslər cənnətlərdə və çeşmə [başında] olacaqlar: "Salamatlıqla, əmin-amanlıqla oraya daxil olun!"
47) Və Biz Allahın mühafizəsi altına daxil olan kəslərin sinəsindəki kinləri çıxarıb atdıq. Onlar qardaş olub, taxtlarda üz-üzə oturarlar.
48) Cənnətdə onlara heç bir yorğunluq üz verməz. Onlar oradan çıxarılacaq da deyil.
49,50) Bəndələrimə mütləq xəbər ver ki, Mənim çox bağışlayan və çox mərhəmət edənəm, Mənim əzabım da çox şiddətli bir əzabdır!
51) Və qullarıma, İbrahimin qonaqlarından xəbər ver.[#224]
52) Bir vaxr İbrahimin qonaqları, İbrahimin yanına daxil olmuş və "Salam!" demişdilər. İbrahim: "Şübhəsiz ki, biz sizdən qorxuruq " demişdi.
53) İbrahimin qonaqları: "Qorxma! Şübhəsiz ki, biz səni çox bilikli bir oğulla müjdələyirik!" dedilər.
54) İbrahim dedi ki: "Mənə qocalıq üz vermişkən, məni müjdələyirsiniz? Yaxşı, nəyə əsaslanaraq məni müjdələyirsiniz?"
55) İbrahimin qonaqları: "Sənə doğru xəbərlə müjdə veririk. Ümidini üzənlərdən olma!" dedilər.
56) İbrahim dedi ki: "Rəbbimin rəhmətindən, doğru yoldan azanlardan başqa kim ümidini üzə bilər?"
57) İbrahim: "Ey göndərilmiş elçilər! Sizin işiniz nədir?" dedi.
58,59,60) Elçilər: "Şübhəsiz ki, biz günahkar bir tayfaya göndərilmişik. Yalnız Lutun ailəsi istisnadır." -Şübhəsiz Biz, Lutun zövcəsindən başqa onların hamısını mütləq xilas edəcəyik. Biz nizamladıq. Şübhəsiz ki, o, həqiqətən geridə qalanlardan/gözü arxada olanlardandır.-
61,62) Sonra elçilər Lutun ailəsinin yanına gəldikdə, Lut: "Həqiqətən, siz qeyri-adi, şəxsiyyəti müəyyən olmayan bir tayfasınız" dedi.
63,64,65) Elçiler dedilər ki: "Əksinə, biz sənə onların şübhə duyduqları şeyi gətirdik. Və sənə həqiqəti gətirdik və biz əlbəttə doğru olanlarıq. Dərhal gecənin bir vaxtı ailəni yola sal, sən özün də onların arxasınca get. Və sizdən heç kim vaxt itirməsin/geridə qalanları fikirləşməsin, sizə əmr olunan yerə doğru gedin."
66) Və Biz, Luta əmri gerçəkləşdirdik: "Şübhəsiz ki, səhər açılarkən bunların arxası [kökü] kəsilmiş olacaq."
67) Və şəhər əhalisi sevinərək gəldilər.
68,69) Lut: "Şübhəsiz ki, bunlar mənim qonaqlarımdır, o səbəblə məni rüsvay etməyin və Allahın mühafizəsi altına daxil olun və məni təhqir etməyin!" dedi.
70) Onlar: "Biz sənin dünya ilə; ətrafla əlaqəni qadağan etməmişdikmi?" dedilər.
71) Lut: "Bax bunlar mənim qızlarımdır![#225] Əgər edəcəksinizsə..." dedi.
72) -Sən ömründə bunlar kimi şəhvət çılğınlığı içində çaşıb qalmış rəzil adamları heç görməmisən.-
73) Günəş doğarkən, o qorxunc fəryad onları yaxaladı.
74) Beləliklə, Biz, onların üstünü altına çevirdik və üstlərinə palçıqdan bişmiş daşlar yağdırdıq.
75) Şübhəsiz, bunda, iz, imza tanıyanlar; düşünən iti zəkalılar üçün həqiqətən işarətlər/nişanələr vardır.
76) Və şübhəsiz, Lut qövmünün olduğu şəhərin xarabalıqları, həqiqətən bir yol üstündə qalmaqdadır.
77) Şübhəsiz ki, bunda iman edənlər üçün həqiqətən bir işarət/nişan var.
78,79) Əykə əhli[#226] də həqiqətən şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər idi, Biz onlardan intiqam aldıq/tutub cəzalandırmaq surətiylə ədaləti yerinə yetirdik. İkisi də; Əykə və Lut qövmü açıq bir yol üstündədir.
80) And olsun ki, Hicr əhli da elçiləri yalançı hesab etdilər.
81,82) Və Biz, onlara ayələrimizi/işarətlərimizi/nişanələrimizi vermişdik, onlar isə onlardan üz döndərirdilər. Və onlar dağlardan möhkəm evlər yonurdular.
83,84) Beləliklə, onları da səhər çağı qorxunc bir fəryad yaxaladı. Beləcə, qazandıqları şeylər, onlardan heç bir şeyi [bəlanı] dəf etmədi.
85) Və Biz göyləri, yeri və onların arasındakı şeyləri ancaq haqq/gerçək ilə yaratdıq və əlbəttə ki, o qiyamət, həqiqətən qopacaq. İndi sən fikir vermə və gözəl rəftar et.
86) Şübhəsiz, Rəbbin layiqincə yaradandır və ən yaxşı biləndir.
87) And olsun ki, Biz sənə qatbaqat neçə nemət və böyük Quranı verdik.
88,89) Əsla onlardan bəzi kəslərə əta etdiyimiz, faydalanmaqlarına izn verdiyimiz şeylərə; mal və sərvətə həvəs edib gözünü dikmə. Onlar üçün kədərlənmə də... Sən qanadlarını möminlərin [üstünə] sər. Və: "Həqiqətən, mən açıq-aşkar xəbərdarlıq edən biriyəm " de.[#227]
94,95,96) İndi sənə əmr edilən şeyləri açıqca təbliğ et və şərik qoşanlardan uzaqlaş. Şübhəsiz ki, Biz, Allah ilə birlikdə başqasını məbud qəbul edən bu məsxərəçilərə qarşı sənə kifayət edərik. Artıq onlar tezliklə biləcəklər.
97) And olsun, Biz bilirik ki, həqiqətən onların söylədiklərindən sənin ürəyin qısılır.
98,99) O halda sənə "yəqin/qəti məlumat" gəlməsi üçün Rəbbinin tərifi ilə birlikdə Onu nöqsanlıqlardan pak tut, boyun əyib tabeçilik göstərənlərdən ol və Rəbbinə bəndəlik et![#228]