1,2,3,4,5,6) De ki: "Ey kafirlər [Allahın məbud və rəbb olduğunu qəbul etməyənlər]! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm/mən sizin etdiyiniz bəndəliyi etmərəm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz/siz də mənim etdiyim bəndəliyi[#42] edən deyilsiniz. Və mən qətiyyən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm/mən qətiyyən sizin etdiyiniz bəndəliyi edən deyiləm. Siz də mənim ibadət etdiyimə ibadət edəsi deyilsiniz/sizə də mənim etdiyim bəndəliyi edəsi deyilsiniz. Sizin dininiz/etiqadınız və həyat prinsipləriniz yalnız sizin üçün, mənim dinim/etiqadım və həyat prinsiplərim də yalnız mənim üçündür."