əl-Kəhf

1,2,3,4) Bütün təriflər, Öz dərgahından şiddətli əzab barəsində xəbərdarlıq etmək, yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən möminlərə içində əbədi qalacaqları gözəl bir mükafat olduğuna dair müjdə vermək və "Allah Özünə övlad götürdü" deyənlərə xəbərdalıq etmək üçün, Öz bəndəsinə, bir himayəçi olaraq, heç bir əyriliy olmayan Kitabı nazil edən Allaha məxsusdur; başqasını tərifləmək olmaz.
5) Onların özlərinin və atalarının, Allahın övlad götürməsinə dair heç bir məlumatı yoxdur. Ağızlarından çıxan söz nə qədər böyükdür! Onlar ancaq yalan danışırlar.
6) Sonra da sən, onlar bu Qurana inanmasalar, onların etdiklərindən ötrü, kədərdən az qala özünü həlak edəcəksən!
7) Şübhəsiz, Biz yer üzündə, ona zinət olan şeyləri insanların hansının daha gözəl əməl işləyəcəyini sınamaq üçün etdik.
8) Və şübhəsiz, Biz yer üzündə olanları qupquru bir torpaq edəcəyik.
32) Və onlara, iki adamı misal gətir: Biz bunlardan birinə hər cür üzümlər yetişən iki bağ verdik və iki bağın ətrafını xurmalarla bəzədik. Aralarında da bir əkin [yeri] etdik.
33) Hər iki bağ da heç bir şeyi əskik qalmadan, öz məhsulunu verdi. Aralarındad da çay [yeri] yardıq/çay axıtdıq.
34) Bu iki bağın sahibinin ayrıca başqa gəliri də var idi. Buna görə bu adam yoldaşına belə dedi: "Mən, mal-dövlət cəhətdən səndən üstün, insan sayı baxımından da səndən daha qüvvətliyəm!"
35,36) Və bu adam, özünə haqsızlıq edərək bağına girdi: "Mən, bunun heç bir zaman yox olacağını güman etmirəm. Mən Saatın qopacağını [gəlib çatacağını] da güman etmirəm. Deyək ki, Rəbbimə geri qaytarıldım, həqiqətən orada bundan daha yaxşı bir nəticə əldə edərəm" dedi.
37,38,39,40,41) Yoldaşı ona belə dedi: "Səni torpaqdan, sonra bir qətrə sudan əmələ gətirənə, daha sonra da səni yetkin insan halına gətirənə inanmırsan? Lakin mən; O, mənim Rəbbim Allahdır. Və mən heç kəsi Rəbbimə şərik qoşmaram. Öz bağına girdiyin zaman: "Maşallah, la qüvvətə illa billah [Allah nə istəsə o olar. Allahdan başqa heç bir güc yoxdur]" desəydin! Sən hər nə qədər məni, mal-dövlət və övlad baxımından özündən aşağı görsən də, bəlkə Rəbbim mənə sənin bağından daha xeyirlisini verər. Səninkinin üstünə də göydən fəlakətlər göndərər və sənin bağın sürüşkən bir torpaq halına gələr. Yaxud bağının suyu yerin dibinə çəkilər və bir daha onu axtarıb tapmağa gücün çatmaz."
42,43) Və iki bağ sahibi olan o adam, sərvəti ilə [birgə] mühasirə altına alındı/tələf edildi. Belə olduqda, bağında etdiyi xərclərə görə əllərini ovuşturmağa başladı. Bağ, talvarların üzərinə çöküb qalmışdı, o da: "Ah, nə olaydı, Rəbbimə heç bir şeyi şərik qoşmayaydım" deyirdi. O adama Allahın altındakılardan kömək edəcək bir tayfa olmadı. Və özü də qisas alacaq/öz-özünə kömək edəcək biri deyildi.
44) Bax burada hakimiyyət/yardımçı, himayəçi, yol göstərən olmaq ancaq haqq olan Allaha məxsusdur. O, mükafatlandırmaq baxımından ən yaxşı və aqibəti təyin etmək baxımından da ən yaxşıdır.
45) Və sən, onlara bəsit dünya həyatının misalını ver: O bəsit dünya həyatı göydən endirdiyimiz bir su kimidir ki, bu su səbəbiylə yer üzünün bitkiləri bir-birinə qarışmış, sonra da küləyin sovurduğu bir çöp qırıntısına dönmüşdür. Və Allah, hər şeyə gücünü qəbul etdirəndir.
46) Mal və oğullar, bəsit dünya həyatının bərbəzəyidir. Qalıcı olan, yaxşılaşdırmaq qayəsi ilə işlənən əməllər isə Rəbbinin yanında, savab baxımından daha xeyirlidir, ümid bağlamaq cəhətdən də daha xeyirlidir.
47) Və Bizim dağları hərəkətə gətirdiyimiz gün; və sən yer üzünü çıplaq/dümdüz görəcəksən. Və Biz onları bir yerə yığdıq. Beləcə, onlardan heç kimi [kənarda] qoymadıq.
48) Və onlar, səflər halında Rəbbinin hüzuruna yayılmışlar: "Şübhəsiz, sizi ilk əvvəl əmələ gətirdiyimiz kimi, Bizim yanımıza gəldiniz. Əslində siz, sizin üçün görüşmə gününü gerçək etməyəcəyimizə batil bir şəkildə inanırdınız."
49) Və Kitab/əməl dəftərləri qoyulmuşdur. Günahkarların ondan qorxduğunu görəcəksən. Və: "Vay halımıza! Bu necə bir kitab imiş ki, böyük-kiçik heç bir şey qoymadan hamısını sayıb" deyərlər. Və onlar, etdiklərini [öz qarşılarında] hazır görəcəklər. Və sənin Rəbbin heç kəsə haqsızlıq etməz.
27) Və sən, Rəbbinin kitabından sənə vəhy olunanı oxu/təqib et! Rəbbinin sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. Və sən, Onun altındakılardan bir sığınacaq tapa bilməzsən.
28) Və daim Rəbbinin razılığını qazanmaq istəyərək Ona yalvaran kəslərlə birgə səbr edən biri ol. Bəsit dünya həyatının bər-bəzəyini istəyərək onlardan gözlərini çəkmə. Və sən, Bizim xatırlanmamıza qarşı qəlbini qafil/laqeyd hala gətirdiyimiz, boş-müvəqqəti arzusuna uyan və işi azğınlıq olan kimsəyə uyma.
29) Və de ki: "O haqq, Rəbbinizdəndir. Ona görə də istəyən inansın, istəyən bilə-bilə inkar etsin/inanmasın." Şübhəsiz ki, Biz, şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlər üçün divarları onları hər yandan əhatə edən bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzlərini bişirən bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanmaq/sığınmaq yeri olaraq da nə qədər pis bir yerdir!
30) Şübhəsiz, iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyənlər; şübhə yox ki, Biz, işi gözəl edənlərin əməyini itirmərik.
31) Bax onlar üçün altından çaylar axan Ədn cənnətləri vardır. Onlar, orada taxtlarına söykənmiş olaraq, qızıl bilərziklərlə bəzənəcəklər, incə və qalın ipəkdən yaşıl libaslar geyəcəklər. O, nə gözəl əvəzdir! Və qalmaq üçün nə gözəl məkandır![#282]
9) Yoxsa sən, Böyük mağara və Rəqim/Kitabə əhlinin təəccüb ediləcək işarətlərimizdən/nişanələrimizdən olduqlarını güman edirsən?
10) O igidlər, Böyük mağaraya sığındıqda: "Ey Rəbbimiz! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et və bizim üçün bu işimizdən ağlımızın artmasını nəsib et" dedilər.
11) Belə olduqda, Biz, onların qulaqlarının üstünə o böyük mağarada neçə illər vurduq.
12) Sonra da iki firqədən hansının, gözlədikləri müddəti daha yaxşı hesapladığını bildirək/işarələyib göstərək deyə Rəqim/Kitabə əhlini göndərdik.
13,16) Biz sənə Kəhf və Rəqim əhlinin vacib xəbərlərini gerçək olaraq qissə şəklində nəql edəcəyik. Şübhəsiz ki, onlar öz Rəbbinə iman etmiş bir neçə gənc igidlər idi. Biz də onları [doğru yola] yönləndirməyi artırdıq: "Madam ki, siz, onlardan və Allahdan başqa sitayiş etdikləri şeyləri tərk etdiniz, o halda o böyük mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətindən bəxş etsin və işinizi sizə rast gətirib [sizin üçün] faydalı olanı hazırlasın."
14,15) Və Biz, onlar ayağa qalxaraq: "Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz, Onun altındakılara məbud olaraq yalvarmarıq, yoxsa həqiqətən məntiqsiz danışmış olarıq. Bunlar, Allahın altındakılardan məbudlar qəbul edən qövmümüzdür. Qəbul etdikləri məbudlara dair nə üçün açıq-aşkar bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha səhv davranan; öz zərərlərinə olan əməli işləyən kim ola bilər?" dediklərində onların ürəklərinə qüvvət vermişdik.
17) Və sən görəcəksən ki, vəhyi rəhbər tutaraq bir araşdırma apardıqda xeyirli bir nəticə alınar, əks halda mənasız bir iş görülər. Özləri də ondan geniş bir boşluqdadırlar. Bu, Allahın işarətlərindən/nişanələrindəndir. Allah kimə bələdçilik etdisə artıq o, yönləndirildiyi doğru yolu tapmışdır. Allah kimi yoldan azdırdısa, artıq sən ona yol göstərən yaxın bir kimsəni əsla tapa bilməzsən.
18) Və sən Rəqim əhlini görsəydin oyaq sanardın. Halbuki onlar yuxudaydılar. Və Biz onları sağ tərəfə və sola tərəfə çeviririk. İtləri də kandarda qabaq ayaqlarını irəli doğru uzatmışdı. Əgər sən onların vəziyyətindən yaxşıca xəbərdar olsaydın, şübhəsiz, qaçaraq onlardan uzaqlaşardın və ürpərərdin.
19,20) Və beləcə, öz aralarında haqq-hesab görsünlər deyə, kitabə əhlini göndərdik. Onlardan biri: "Nə qədər qaldınız?" dedi. Digərləri: "Bir gün və ya günün bir hissəsi qədər qaldıq" dedilər. Kitabə əhlindən digərləri: "Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilər. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin, baxsın görsün, hansı yemək daha təmiz isə, ondan sizə yemək gətirsin. Və çox nəzakətli davransın və sizin barənizdə heç kimə xəbər verməsin. Şübhəsiz ki, şəhər xalqı, sizə qalib gəlsə sizi daşqalaq edərək öldürəcək və ya sizi öz dinlərinə/həyat tərzlərinə qaytaracaqlar. O zaman da siz, əbədi olaraq qətiyyən qurtuluşa nail olmayacaqsınız."
21) Beləliklə, Allahın vədinin haqq olduğunu və qiyamət gününə heç bir şübhə olmadığını bilmələri üçün, onlara xəbərdarlıq [vasitəsi] etdik. O zaman onlar aralarında işləri haqqında mübahisə edirdilər. Dedilər ki: "Üstlərində sadə bir bina tikin. Rəbbi onları daha yaxşı bilər." Onların işləri barədə qalib gələnlər: "Üstlərində həqiqətən bir məscid [inandırma yeri/axirətin varlığını isbat edəcək məktəblər] tikəcəyik" dedilər.
22,23,24,25) "Onlar, üç nəfərdir, dördüncüsü köpəkləridir" deyəcəklər. Onlar kimsəsiz yerə daş atan kimi [səhv, əsassız, uydurma söz deyən kimi], "Beş nəfərdir, altıncısı köpəkləridir" deyəcəklər, "Onlar yeddi nəfərdir, səkkizincisi köpəkləridir" və onlar, "Onlar, onların o böyük mağaralarında üç yüz il qaldılar" deyərlər. Və doqquz da artırdılar. De ki: "Onların sayını Rəbbim daha yaxşı bilir." Onları çox az kimsə bilir. Bu səbəblə onlar haqqında meydanda olan şeydən başqası barədə bir mübahisəyə girişmə və bunlar haqqında onların heç birindən də bir şey soruşma! Və heç bir şey barədə, "Allahın istədiyi xaricində, şübhəsiz mən sabah onu edəcəyəm" demə. Və tərk etdiyin vaxt Allahı yad et və "Ümid edirəm ki, Rəbbim məni, doğruya bundan daha yaxın olana çatdırar" də!
26) De ki: "Allah, kitabə əhlinin nə qədər qaldıqlarını ən yaxşı biləndir." Göylərin və yerin görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi yalnız Ona məxsusdur. O, necə də gözəl görür, necə də yaxşı eşidir! Onlar üçün, Onun altındakılardan bir kömək edən, yol göstərən, himayə edən yaxın bir adam yoxdur. Allah, Öz hökmranlığına heç kəsi şərik etməz.
54) Və şübhəsiz, Biz, bu Qur'anda insanlar üçün hər misalı ətraflı izah etdik. İnsan isə, mübahisə etməsi hər şeydən daha çox olandır.
55) Və özlərinə doğru yol [kitab, elçi] gəldiyi zaman, insanların iman etmələrinə və Rəbbindən günahlarının bağışlanmasını diləmələrinə mane olan şey, ancaq "keçmişdəkilərin başına gələnlərin onlara da gəlməsini yaxud da onlara əzabın gəlməsini" [gözləmələridir].
56) Və Biz, elçiləri ancaq müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] də haqqı batillə ləğv etmək/aradan götürmək üçün mübarizə edirlər. Və onlar ayələrimizi və təhdid edildikləri şeyləri məsxərəyə qoydular.
57) Və Rəbbinin ayələri ilə öyüd verilən/xatırladılan, ancaq onlardan qaçıb uzaqlaşan və [özlərinin] iki əlinin [əməllərindən] qabaqcadan göndərdiklərini/elədiklərini unudan [tərk edən, nəzərə almayan] kimsədən daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? Şübhəsiz ki, Biz onların qəlblərinin üzərinə, Quranı yaxşıca anlamalarına mane olan pərdələr çəkdik, qulaqlarında da ağırlıq əmələ gətirdik. Sən onları doğru yola çağırsan da, onlar bu halda əsla yönləndirildikləri doğru yola girməzlər.
58) Bununla birlikdə, sənin rəhmət sahibi Rəbbin çox bağışlayandır. Əgər sənin rəhmət sahibi Rəbbin işlədikləri günahlar üzündən onları dərhal yaxalasaydı, onların əzabını həqiqətən tezliklə verərdi. Əksinə, onlara vəd edilən bir zaman var. Onlar Onun altındakılardan bir sığınacaq əsla tapa bilməzlər.
59) Və budur, şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işlədikləri zaman dəyişikliyə/məhvə məruz qoyduğumuz şəhərlər! Biz onların dəyişikliyə/məhvə məruz qalmaları üçün də müəyyən bir zaman təyin etmişdik.
50) Və bir zaman Biz, təbiət qüvvələrinə, "Adəmə boyun əyib tabeçilik göstərin" demişdik, İblis/zehin qabiliyyəti xaricində hamısı boyun əyib tabeçilik göstərdi. İblis, görünməz varlıqlardan idi/enerjidən idi. Sonra da öz Rəbbinin əmrinə əks getdi. İndi siz, Mənim altımdakılardan onu və onun nəslini köməkçi, yol göstərən, himayəçi yaxınlar olaraqmı qəbul edirsiniz? Həm də onlar sizin düşməniniz olduğu halda. Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün necə də pis bir dəyiş-düyüşdür bu!
51) Mən onları, göylərin və yer üzünün yaradılışına və özlərinin yaradılışına şahid etmədim və Mən heç bir zaman yoldan azdıranları köməkçi də tutmadım.
52) Və o gün Allah: "Səhv olaraq inandığınız Mənim şəriklərimi haydı çağırın" deyər. Sonra onlar da onları çağırdılar, ancaq onlar [çağırışa] cavab vermədilər. Və Biz, onların arasına atəşdən bir maneə qoyduq.
53) Və günahkarlar atəşi görmüşlər və artıq, özlərinin ora düşəcəklərinə qəti inanmışlar. Ondan qaçıb sığınacaq bir yer də tapa bilmədilər.
60) Və bir vaxt Musa [yanındakı] gənc oğlana: "Mən iki alim adamın yığışdığı yerə çatana qədər dayanmayacağam yaxud illərlə gedəcəyəm" demişdi.
61) Beləliklə, "iki alim adamın yığışdığı yerə" çatanda ikisi də böhranlarından/çətinliklərindən[#284] xilas oldu. O zaman böhran/çətinlik, alim adamın köməyi ilə yox olub getdi.
62) Bu şəkildə keçdikləri zaman Musa [yanındakı] gənc oğlana: "Gətir nahar yeməyimizi, həqiqətən biz bu səfərdə yorulduq" dedi.
63) Gənc oğlan: "Gördünmü/heç düşündünmü? O qayaya sığındığımız vaxt doğrusu mən böhrandan/çətinlikdən xilas oldum, onu deməyə də həqiqətən eqoistliyim mane oldu. Böhran/çətinlik təəccüblü bir şəkildə alim adamda qeyb olub getdi" dedi.
64) Musa, "Axtardığımız elə bu idi!" dedi. Həmən izlərini təqib edərək sizi geri döndülər.
65) Bu vaxt bəndələrimizdən bir bəndə gördülər ki, Biz ona Öz dərgahımızdan bir mərhəmət vermiş və tərəfimizdən bir elm öyrətmişdik.
66) Musa ona: "Doğru yol barədə sənə öyrədiləndən mənə də öyrədəsən deyə sənə tabe olummu?" dedi.
67,68) Özünə elm və mərhəmət verilən bəndə: "Şübhəsiz ki, sənin mənimlə birlikdə səbr etməyə taqətin çatmaz. Və qavraya bilmədiyi elmə necə səbr göstərəcəksən!" dedi.
69) Musa: "İnşallah mənim səbirli biri olduğumu görəcəksən və sənin heç bir işinə etiraz etməyəcəyəm" dedi.
70) Özünə elm və mərhəmət verilən bəndə: "O halda, əgər mənə tabe olacaqsansa, mənə heç bir şey barədə sual vermə, ta ki, mən sənə nəsihət olaraq ondan söz açana qədər."
71) Beləcə, ikisi getdilər; nəhayət gəmiyə mindikləri vaxt, özünə elm və mərhəmət verilən bəndə gəmidə qüsurlar meydana gətirdi. Musa: "İçindəkiləri boğmaq üçünmü onu deşdin/onda qüsurlar meydana gətirdin? Həqiqətən sən təəccüblü bir şey etdin!" dedi.
72) Özünə elm və mərhəmət verilən bəndə: "Mən, 'Şübhəsiz ki, sən mənimlə birlikdə səbr edə bilməzsən’ demədimmi?" dedi.
73) Musa: "Unutduğum bir şeylə məni cəzalandırma və işimi çətinliyə salma!" dedi.
74) Yenə getdilər. Nəhayət bir cavana rast gəldilər; özünə elm və mərhəmət verilən bəndə onu öldürdü. Musa: "Bir nəfsin əvəzi [qisası] olmağı halda, pak bir nəfsi öldürdünmü? Həqiqətən, çox anlaşılmaz bir şey etdin!" dedi.
75) Özünə elm və mərhəmət verilən bəndə: "Mən sənə 'Həqiqətən sən mənimlə birlikdə əsla səbr edə bilməzsən’ demədimmi?" dedi.
76) Musa: "Əgər bundan sonra səndən bir şey soruşsam, bir daha mənimlə yoldaşlıq etmə! Həqiqətən, qovsan, incimərəm" dedi.
77) Beləcə, yenə getdilər. Nəhayət bir kənd əhalisinə çatanda onlardan yeməyə bir şey istədilər. Onlar da bunları qonaq etmək istəmədilər. O vaxt orada uçmaq üzrə olan bir divar gördülər. Özünə elm və mərhəmət verilən bəndə onu dikəltdi. Musa: "Əgər istəsəydin, bunun qarşılığında həqiqətən bir muzd alardın" dedi.
78,79,80,81,82) Özünə elm və mərhəmət verilən bəndə: "Bax bu, aramızda ayrılıq vaxtıdır. İndi sənə o səbr edə bilmədiyin şeylərin birinci mənalarını xəbər verim: Gəmi hadisəsinə gəlincə; o, dənizdə işləyən bəzi yoxsulların idi. O səbəblə mən onu qüsurlu hala gətirmək istədim. Yaxınlıqda bütün gözəl, möhkəm gəmiləri qəsb edib alan bir kral vardı. Cavana da gəlincə; onun ana-atası mömin kimsələr idi. Bax o səbəblə biz, onun, ana-atasını yoldan azdırmasından və küfrə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkara] sürükləməsindən qorxduq. Sonra da Rəbbinin onun əvəzində onlara paklıq baxımından daha xeyirlisini və mərhəmət baxımından daha yaxınını verməsini istədik. Divara da gəlincə; o, şəhərdəki iki yetim oğlanındı və onun altında onlar üçün bir xəzinə vardı. Ataları da yaxşı bir adam idi. Bax, ona görə -Rabbinden bir mərhəmət olmaq üzrə- Rəbbin onların həddi-buluğa çatmalarını, öz xəzinələrini tapıb çıxartmalarını dilədi. Və mən onu [divarı dikəltmək işini] öz başıma etmədim. Sənin səbr etməyə taqətin çatmayan şeylərin mənası bax budur!"
83) Və sənə iki çağın sahibi[#286] haqqında sual verirlər. De ki: "Sizə ondan, bir xatırlatma/öyüd oxuyacağam:
84) Şübhəsiz, Biz iki çağın sahibinə yer üzündə qüdrət verdik və ona hər şeydən bir səbəb verdik.
85) Sonra o, bir səbəbə tabe oldu.
86) Nəhayət o, vəhyin batdığı yerə çatdığı zaman, vəhyin qara bir palçıqda batmaqda olduğunu gördü [orada ilahi qanunlar həyatdan çıxarılmışdı]. Bir də bunun yanında bir qövm gördü. Biz dedik ki: "Ey Zülqərneyn! Onları ya cəzalandıra bilərsən və ya onlarla yaxşı-gözəl rəftar edə bilərsən."
87,88) O dedi ki: "Kim şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləsə, həqiqətən ona əzab verəcəyik. Sonra Rəbbinə geri qaytarılacaq, sonra O da onu görülməmiş bir əzaba düçar edər. Amma hər kim iman edər və saleh əməl işlərsə, artıq buna da ən gözəl əvəz vardır. Və Biz ona əmrimizdən asan olanı söyləyəcəyik."[#287]
89) Sonra iki çağın sahibi, bir səbəbə tabe oldu.
90) Nəhayət, vəhyin doğduğu yerə vardı. Vəhyin bir qövmün üzərinə doğduğunu gördü. Belə ki, Biz onlar üçün, vəhy olmayan məlumatlarla bir sipər hazırlamışdıq.
91) Bax belə! Və Biz onun yanında olan şeyləri elm baxımından əhatə etmişdik.[#288]
92) Sonra iki çağın sahibi, bir səbəbə tabe oldu.
93) Nəhayət, iki müqavilənin arasına gəlib çatdıqda, iki tayfanın [Mədinə və Məkkə əhalisinin] altındakılardan, demək olar ki, heç söz anlamayan bir tayfa [Xeybər yəhudilərini] gördü.
94) Söz anlamaz tayfa [Xeybər yəhudiləri] dedilər ki: "Ey iki çağın sahibi! Şübhəsiz ki, axın edənlər[#289] və onların sərkərdələri [Məhəmməd və ordusu] bu torpaqları xarab edir [əkinçiliklə məşğul olmağı bilmirlər, torpağı heyif edirlər]. Buna görə, sənin bizimlə onlar arasında bir sənəd tərtib etməyin şərti ilə, sənə bir vergi versək olarmı?"
95) İki çağın sahibi dedi ki: "Rəbbimin mənə verdiyi imkanlar daha xeyirlidir. Haydı, siz mənə öz qüvvənizlə kömək edin, sizinlə onların arasında çox möhkəm bir müqavilə/sənəd düzəldim. Mənə, iti zəkanızla hazırladığınız təklif mətnlərini gətirin."
96) Nəhayət, hədəflər bərabər olduğu zaman: "Hazırlayın müqaviləni!" dedi. Nəhayət, müqavilə hazırlandıqda, 'Gətirin mən də imzalayım' dedi.
97) Artıq, söz anlamaz o qövmün, möhkəm hazırlanan müqaviləni aşmağa gücü çatmadı, onu zədələməyə də gücü çatmadı.[#290]
98) İki çağın sahibi dedi ki: "Bu möhkəm müqavilə Rəbbimin bir mərhəmətidir. Artıq, Rəbbimin verdiyi vədin vaxtı gəldikdə, onu düppədüz edəcək. Rəbbimin vədi də haqdır."
99) Və Biz, qiyamət günü şərik qoşan kəsləri dalğalar kimi bir-birlərinə qarışdıqları halda qoyacağıq. Sur üfürüləcək. Beləcə, şərik qoşan kəslərin hamısını bir yerə yığacağıq.
100,101) Və Biz, cəhənnəmi o gün, Məni xatırladan işarətlərim/nişanələrim qarşısında gözlərində bir pərdə olan və vəhyə qulaq verməyə gücləri olmayan kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün elə hey genişləndirdik.
102) Bəs o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər], Mənim altımdakılardan müəyyən köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul edəcəklərini güman edirlərdilər? Şübhəsiz ki, Biz cəhənnəmi kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] bir qonaqlıq [ziyafət] (!) olaraq hazırlamışıq.
103,104) De ki: "Əməllər baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? Onlar, süni olaraq, gözəl əməl işlədiklərini zənn edərkən, dünyadakı işləri də boşa gedən kəslərdir."
105) Bax onlar, Rəblərinin ayələrini və Ona qovuşmağı bilə-bilə inkar etmiş/inanmamış kəslər idi, bu görə də işlədikləri bütün əməlləri boşa getdi. Artıq qiyamət günü onlara bir ölçü qurmayacağıq/heç bir qiymət verməyəcəyik.
106) İşlədikləri küfrlər; Allahın məbud və rəbb olduğunu bilərək rədd etmək, Mənim ayələrimi və elçilərimi məsxərəyə qoymaq üzündən, onların cəzaları cəhənnəmdir.
107,108) Şübhəsiz, iman etmiş və yaxşılaşdırmaq qayəsi ilə əməl işləmiş kəslərə, içlərində əbədi qalacaqları Firdovs bağçaları təqdim olunacaq. Onlar, oradan heç ayrılmaq istəməzlər.
109) De ki: "Rəbbimin sözləri üçün, dəniz mürəkkəb olsaydı, Rəbbimin sözləri tükənmədən dəniz tükənərdi, hətta bir o qədərini də əlavə etsək belə."
110) De ki: "Mən ancaq sizin kimi bir insanam. Mənə vəyh olunur ki, sizin məbudunuz tək olan məbuddur. Onun görə də, hər kimin Rəbbinə qovuşmağa ümidi varsa, saleh əməli işləsin və Rəbbinə bəndəlik edərkən, heç kimi [Rəbbinə] şərik qoşmasın."