əl-Əla

1,2,3,4,5) Əmələ gətirib nizama salan, ölçü qoyub sonra yol göstərən, otlağı çıxardıb sonra onu qapqara bir sel tullantısına çevirən Rəbbinin uca adını pak tut.[#36]
6,7,8) Bundan sonra səni bilikləndirib, məlumatlandırıb, sonra o bilikləri və məlumatları başqalarına çatdıracağıq, sonra da sən unutmayacaqsan/tərk etməyəcəksən. Ancaq Allah istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da bilir, gizlini də. Və sənə ən asan olanı/səni ən çox sevindirəcək şeyləri asanlaşdıracağıq.
9,10,11,12,13) Bu səbəbdən sən dərhal öyüd ver, əgər öyüdün faydası olursa/olacaqsa; ehtiram göstərənlər nəsihəti qəbul edəcəklər. Ən bədbəxt adam isə ondan qaçacaqdır. O kəs ən böyük alova söykənəcək. Sonra onun içində nə öləcək, nə də yaşayacaqdır.
14,15,16,17) Təmizlənən, Rəbbinin adını zikr edərək səlat edən [maddi və zehni baxımdan dəstək olan; cəmiyyəti maarifləndirməyə çalışan] kəs şübhəsiz ki, nicat tapacaqdır. Lakin siz bu bəsit dünya həyatını üstün tutursunuz. Halbuki axirət daha xeyirlidir və baqidir.
18,19) Həqiqətən, bu xilas çarələri ilk səhifələrdə; İbrahimin və Musanın səhifələrində var idi.