ət-Təkvir

1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14) Günəş qatlanıb büküləndə, Ulduzlar bulananda, Dağlar hərəkətə gətiriləndə, Mənfəətlər və ən yaxşı gəlir mənbələri[#32] işə yaramayanda, Canlılar öz xilqətlərini itirəndə,[#33] Dənizlər qaynadılanda, İnsanlar etiqadına və əməllərinə görə qrup-qrup bölünəndə,[#34] Zar-zar zarıldadılanlardan,[#35] "hansı günahlarına görə öldürüldükləri/həyatlarının məhv edildiyi" soruşulanda, Əməl dəftərləri açılıb yayılanda, Göy siyrilərək açılanda, Cəhənnəm alovlandırılanda, Və cənət yaxınlaşdırılanda hər kəs nə tədarük etdiyini biləcək.
26,27,28,29) Belə isə, hara gedirsiniz? Bu, aləmlər üçün, sizlərdən doğru yolda olmaq istəyənlər üçün nəsihətdən başqa bir şey deyil. Aləmlərin Rəbbi olan Allah sizin düşünməyinizi, öyüd almağınızı istəməsə, siz istəyə bilməzsiniz.
15,16,17,18,19,20,21,22,23,24,25) Quranı eşitməmək üçün gizlənənlərin, qaçanların halını, həqiqəti ört-basdır etməyin- cəhalətin gedişini, aydınlığın- yetkinliyin gəlişini[#51] sübut gətirirəm ki, həqiqətən bu, qüvvətli, ərşin/ən uca taxtın[#52] sahibinin yanında böyük qiyməti olan, itaət edilən, etibarlı, dəyərli bir elçinin sözüdür.[#53] Dostunuz gizli güclər tərəfindən dəstəklənən/dəlil olan bir insan deyil. And olsun ki O, gördüklərini kendisi açıq-aşkar üfüqdə iken; qəlbi tərəddüd etmədən, gözü yanılmadan və həddi aşmadan gördü. O, heç kəsin görmədiyi, eşitmədiyi, duymadığı, ona verilən vəhylər barəsində xəsis deyildir. Bu, onun öz düşüncə qabiliyyətinin məhsulu olan bir söz də[#54] deyil.