əl-Leyl

1,2,3,4) Qara cəhaləti, vəhyin işığını; bilgini və genetik xüsusiyyətləri sübut gətirirəm ki, sizin zəhmət və səyləriniz həqiqətən müxtəlif və hissə-hissədir.[#37]
5,6,7) Buna görə də kim malını/qazancını versə, Allahın mühafizəsi altına girsə və ən gözəl olanı təsdiqləsə, Biz ona, ən asan olanı asanlaşdıracağıq.
8,9,10,11) Kim xəsislik etsə və özünü bütün ehtiyacların fövqündə görsə və ən gözəl olanı təkzib etsə, Biz ona ən çətin olanı müyəssər edəcəyik. Aşağı yuvarlanıb dəyişikliyə, məhvə məruz qaldığında/öldüyündə mal-dövləti onu xilas etməyəcəkdir.
12,13) Doğruya və gözələ yönəltmək ancaq Bizə aiddir. Sonrası da, əvvəli də ancaq Bizimdir.
14,15,16) Buna görə Mən sizi, ancaq inkar edənlərin, üz döndərənlərin, ən bədbəxt kəslərin girəcəyi, şölələndikcə şölələnən bir od barəsində xəbərdar etdim.
17,18,19,20,21) Kimsədən mükafat gözləmədən, ancaq Uca Rəbbinin rizasını qazanmaq, təmizlənmək üçün varını verən, Allahın mühafizəsi altına daxil olan şəxs ondan uzaqlaşdırılacaq. Və həqiqətən o şəxs tezliklə razı qalacaqdır.