1,2Əmələ gətirən; insanı embriondan əmələ gətirən Rəbbinin[#2] adına öyrən-öyrət![#3]
3-5Öyrən-öyrət! Sənin Rəbbin isə özlərini üstün sayanlardan daha üstündür. Sənin Rəbbin ki, qələmlə öyrətdi.[#4] O, insana bilmədiyini öyrətdi.
6-8Qətiyyən sənin fikirləşdiyin kimi deyil! Dönüşü Rəbbinə olsa da, insan, öz-özünü kafi görəndə, mütləq yoldan çıxır. 9,10Səlat[#6] elədiyi [maddi və yaxud zehni baxımdan dəstək olduğu; cəmiyyəti maarifləndirməyə çalışdığı] vaxt bir bəndəyə mane olan kimsəni gördünmü? 11,12Heç fikirləşmisənmi ki, əgər o səlat eləyən bəndə doğru yoldaydısa və yaxud təqvanı [Allahın mühafizəsi altına daxil olmağı][#7] əmr edirdisə? 13Heç fikirləşmisənmi ki, əgər səlat eləyənə mane olan o kimsə, təkzib etmiş və üz döndərmişsə? 14Səlata mane olan o kimsə, Allahın mütləq gördüyünü bilmədimi?
15,16Qətiyyən sənin fikirləşdiyin kimi deyil! Əgər səlat eləyənə [maddi və yaxud zehni baxımdan dəstək olana; cəmiyyəti maarifləndirməyə çalışana] maneçilik törədən o kimsə, səlata [maddi və yaxud zehni baxımdan dəstək olmağa; cəmiyyəti maarifləndirməyə çalışmağa] mane olmaqdan əl çəkməsə, and olsun ki, kəkildən, yalançı, günahkar kəkildən, saçından tutub sürüyəcəyik. 17Belədirsə o, öz yığnağını/təşkilatını çağırsın. 18Biz də zəbaniləri, dəf eləyənləri, mane olanları çağıracağıq.
19Qətiyyən sənin fikirləşdiyin kimi deyil! Sən səlat eləyənə [maddi və yaxud zehni baxımdan dəstək olana; cəmiyyəti maarifləndirməyə çalışana] maneçilik törədən o kimsəyə itaət etmə. Sən Rəbbinə boyun əyib təslim ol və yaxınlaşdırıl/Rəbbin səni Özünə yaxınlaşdırsın.