əl-Muddəssir

1,2,1,2,3,4,5,6,7,3,4,5,6,7) Ey vəzifəsini yerinə yetirməyə hazır olan şəxs![#21] Qalx! Dərhal, Yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox rəhm edən Allah adına: "Bütün təriflər, aləmlərin[#22] Rəbbi,[#23] yatardığı bütün canlılara nemət verən, yaratdıqlarına çox rəhm edən, hər kəsin yaxşı ya da pis bütün fellərin və işlərin əvəzini görəcəyi axirət gününün sahibi, hökmdarı Allahındır; başqası tərif edilməməlidir. Yalnız Sənə bəndəlik[#24] edirik və yalnız Səndən kömək isteyirik. Bizə, üstünə qəzəb yağdırılanların və azıb qalanların yolundan başqa olan yolu, nemət verdiyin kəslərin yolu olan doğru yolu göstər, bildir!" deyərək xəbərdarlıq et![#25] Və dərhal, təkcə Rəbbinin ən uca olduğunu bildir, Şəxsiyyətini ləkələmə; təmiz saxla, pisliklərdən dərhal uzaqlaş, kirləri dərhal özündən uzaqlaşdır, etdiyin yaxşılığı çox bilib başa qaxma! Və ancaq Rəbbin üçün səbr et![#26]
8,9,10) Çünkü sur üfürülərkən,[#27] bax o gün çox çətin, çox ağır bir gün olacaq. O, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün heç də asan olmayacaq.
11,12,13,14) Tək başıma yaratdığım, saysız-hesabsız mal-dövlət verdiyim, şahid olaraq oğullar verdiyim, hər cür imkanla təmin etdiyim kimsəni Mənimlə tək burax!
15,16,17,18,19,20,21,22,23,24,25) Bütün bunlardan sonra yenə də tamah salarak Mənim daha da artırmağımı istəyir. Qətiyyən onun fikirləşdiyi kimi deyil! Şübhəsiz ki, o, Bizim ayələrimizə/nişanələrimizə/işarətlərimizə qarşı inadkar oldu. Mən onu dik bir yoxuşu çıxmağa məcbur edəcəyəm. Şübhəsiz ki, o, fikirləşdi və ölçdü-biçdi. -O, artıq məhv olacaq. Necə ölçdü-biçdi! Yenə də o məhv olacaq. Necə ölçdü-biçdi!- Sonra baxdı. Sonra üzünü turşutdu, qaşqabağını tökdü. Sonra arxasını çevirdi və təkəbbür göstərərək: "Bu, rəvayət halında gəlib çatan sehrdən başqa bir şey deyildir. Bu, bəşər sözündən başqa bir şey deyildir." dedi.
26,27,28,29,30,36,37) Mən, "Quran bəşər sözüdür" deyən kəsi tezliklə Səqərə söykəyəcəm. Bilirsənmi ki, Səqər nədir? O, nə meydanda saxlayar, nə də yox eləyər. O, insan üçün görünməmiş lövhələr hazırlayandır. O, dəriyə susayandır. O, insan üçün uzaqdan görünəndir. O, insan üçün bir işarə olan şeydir. Səqərin üzərindədir "on doqquz".
31) Biz, cəhənnəm dostlarını da yalnız mələklər etdik. Sayını da elə etdik ki, özlərinə kitab verilən kəslər açıq-aşkar bilsin, iman edənlərin imanı artsın, özlərinə kitab verilənlər və iman edənlər qərarsızlığa düşməsinlər; qəlblərində xəstəlik olan, zehniyyəti çürük olan kəslər və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] "Allah bununla nə demək istədi?" desinlər, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün bu, bir imtahan olsun. Bax belə. Allah istədiyi kimsəni/istəyəni azdırır, istədiyi kimsəyə/istəyənə də yol göstərir. Rəbbinin ordularını da Özündən başqası bilməz. Bu, insanlara öyüd vermək/onları düşündürmək üçündür.[#28]
32,33,34,35) Qətiyyən sənin fikirləşdiyin kimi deyil! Elçinin vəziyyətini, qeybolmaq üzərə olan cəhaləti, cəmiyyətdə başlayan maariflənməyi sübut gətirirəm ki,[#29] Səqər, bəşər üçün, sizdən irəli keçmək/irəliləmək yaxud geriyə qalmaq/geridə qalmaq istəyənlər üçün həqiqətən ən böyük xəbərdarlıqlardan biridir.
38,39) Öz mənliğini tapan hər kəs -sağın dostları istisna olmaqla- qazancının girovudur.
40,41,42,43,44,45,46,47,48) Sağın dostları bağlardadırlar. Günahkarlardan soruşacaqlar: "Sizi Səqərə sürüyüb gətirən nədir?" Günahkarlar: "Biz səlat edənlərdən [maddi və yaxud zehni baxımdan dəstək olanlardan; cəmiyyəti maarifləndirməyə çalışanlardan] deyildik, Miskini də yedirtməzdik; işsiz-gücsüzlərə ruzisini qazanmaq üçün fürsət və imkân verməzdik. Və boş yerə səy göstərənlərlə birlikdə biz də boş yerə səy göstərirdik. Və də biz, mübahisəsiz, əleyhinə çıxmaq mümkün olmayan ölüm bizə gələnə qədər din gününü təkzib edirdik." dedilər. Yardımçıların, himayəçilərin yardımı, himayəsi artıq onlara fayda verməz!
49,50,51,52,53,54,55,56) Yaxşı, onlara nə olub ki, öyüd verib onları düşünməyə sövq edən şeydən üz döndərirlər? Onlar, sanki sağa-sola kaçışan; aslandan hürkmüş vəhşi eşşəklər kimidir. Əslində onlardan hər biri, özünə açılmış səhifələr verilməsini istəyir. Qətiyyən onların fikirləşdiyi kimi deyil! Əslində onlar, axirətdən qorxmurlar. Qətiyyən onların fikirləşdiyi kimi deyil! O, öyüd vermək/sizi düşündürmək üçündür. Elədirsə, istəyən düşünər, öyüd alar. Və onlar, Allahın istəməsi xaricində öyüd ala bilməzlər. O, qorumağa və çəkindirməyə qadirdir və bağışlamağa da qadirdir.