1,2,3,4,5,6,7) Top-top/nəcm-nəcm göndərilib, qabağına çıxanı yıxıb keçən, cəmiyyətləri canlandıran, canlandırdıqca da haqqı batildən ayıran, üzr və ya xəbərdarlıq olaraq öyüd verən Quran ayələri sübutdur ki, həqiqətən sizə xəbərdarlıq edilən, sizi təhdid edən şey mütləq meydana gələcək.[#72]
8,9,10,11,12,13,14,15) Ulduzlar silindiyi/məhv edildiyi/uzaqlaşdırıldığı zaman, göy aralandığı zaman, dağlar səpələndiyi zaman, şahidlik edəcək elçilər şahidlik üçün gözlədiləndə/ayırd etmə günü, şahidlik vaxtı müəyyən olunduğu zaman, -ayırd etmə gününün nə olduğunu sənə nə bildirdi?- o gün, yalan sayanların vay halına.
16) Biz, əvvəlkiləri dəyişikliyə/məhvə məruz qoymadıqmı?
17,18,19) Sonra, arxada gələnləri də onlara qatacağıq. Biz, günahkarlarla bax belə rəftar edərik. O gün yalan sayanların vay halına!
20) Biz sizi dəyərsiz bir sudan əmələ gətirmədikmi?
21,22,23,24) Sonra onu müəyyən bir həddə/vaxta qədər möhkəm bir yerin içində saxladıq. Deməli, Biz buna qadir olduq. Nə gözəl qadir olanlarıq Biz. O gün, yalan sayanların vay halına!
25,26) Yer üzünü dirilər və ölülər üçün bir yığışma-saxlanma yeri etmədikmi?
27,28) Orada çox möhkəm uca dağlar əmələ gətirdik və sizə şirin sular içirtdik. O gün, yalan sayanların vay halına!
29,30,31) Yalan saymaqda olduğunuz o şeyə doğru gedin! O üç qolu-çəngəli olan, kölgə salmayan və alovdan qorumayan kölgəliyə doğru gedin!
32,33,34) Həqiqətən o, saray kimi qığılcımlar atar/yağdırar; qığılcımlar sanki sarı erkək dəvələr kimidir. O gün, yalan sayanların vay halına!
35,36,37) Bu elə bir gündür ki, onlar danışmaz. Üzr istəmək üçün onlara icazə də verilməz. O gün, yalan sayanların vay halına!
38,39,40) Bu, sizi və əvvəlkiləri topladığımız ayırd etmə günüdür. Əgər bir hiyləniz varsa, haydı, o hiyləni mənə qarşı tətbiq edin! O gün, yalan sayanların vay halına!
41,42,43,44,45) Şübhəsiz, Allahın mühafizəsi altına daxil olan kəslər kölgəliklər, çeşmələr və ürəkləri istəyən meyvələr içindədir. "Əməllərinizin müqabilində nuçcanlıqlar yeyin, için. Biz gözəl davrananları bax belə mükafatlandırarıq. O gün, yalan sayanların vay halına!
46,47,48,49) Yeyin, bir az bəhrələnin, şübhəsiz ki, siz günahkarlarsınız. O gün, yalan sayanların vay halına! Onlara, "Allaha şərik qoşmaqdan uzaq durun" deyiləndə, uzaq durmazlar. O gün, yalan sayanların vay halına!