əl-Mutaffifin

1,2,3) Vay halına, başqalarından bir şey aldıqda tam ölçən, özləri ölçdükləri və ya çəkdikləri zaman əskik ölçən hiyləbazların!
4,5,6) Onlar, böyük bir gün üçün; aləmlərin Rəbbinin hüzurunda insanların ayaq üstündə duracaqları gün üçün təzədən dirildiləcəklərini bilmirlərmi?
7,8,9,10,11,12,13) Qətiyyən onların düşündüyü kimi deyil! Şübhəsiz, "din-iman tanımadan pisliyə batanların" qeydiyyatı Siccindədir. -Və Siccinin nə olduğunu sənə nə xəbər vermişdir? O, rəqəmlənmiş/yazılmış bir qeyddir! O gün yalan sayanların; əvəz gününü təkzib edənlərin vay halına! Və əvəz gününü, özlərinə ayələrimiz oxunduğu zaman "Keçmişdəkilərin əfsanələridir" deyən, hədlərini aşan günahkarlardan başqa heç kim təkzib etməz.-
14) Qətiyyən onların düşündüyü kimi deyil! Onların qazandıqları, qəlblərinin üstündə pas əmələ gətirmişdir.
15) Qətiyyən onların düşündüyü kimi deyil! Şübhəsiz ki, onlar, o gün Rəbbindən həqiqətən məhrum olacaqlar.
16) Sonra onlar, heç şübhəsiz ki, cəhənnəmə daxil olacaqlar.
17) Sonra da: "Bax bu, yalan hesab etdiyiniz şeydir" deyiləcək.
18,19,20,21) Qətiyyən onların düşündüyü kimi deyil! "Əbrarın"/yaxşı adamların qeydiyyatı, həqiqətən İlliyyindədir. -İlliyyinin nə olduğunu sənə nə xəbər vermişdir? Yaxınlaşdırılanların şahid olduğu rəqəmlənmiş/yazılmış bir qeyddir!-
22,23,24,25,26,27,28) Şübhəsiz ki, "Əbrar/yaxşı adamlar" əlbəttə, Nəimin içində olacaqlar, taxtlar üstündə gözləyəcəklər. Üzlərində nemətin parlaqlığını görərsən. Onlara, möhürlü saf bir içki içirdiləcək. Onun mühürü/nəticəsi müşkdür. Qarışığı Təsnimdəndir. Yaxınlaşdırılanların içəcəkləri bir çeşmədəndir. -Qoy yarışanlar bax bunda yarışsınlar.-
29,30,31,32) Şübhəsiz, günah işləyən o kəslər, inanan kəslərdən bəzilərinə/elçilərə gülürdülər. Onların yanından keçərkən də bir-birinə qaş-göz edirdilər. Öz yaxınlarının yanına qayıtdıqda da kefləri kök qayıdırdılar. Və möminlərin bəzilərini/elçiləri gördükləri zaman: "Şübhəsiz ki, bunlar həqiqətən azmışlardır" deyirdilər.
33) Halbuki möminlərdən bəziləri/elçilər, bu günahkarlara nəzarətçi olaraq göndərilməmişdi/elçi olaraq göndərilməmişdi.[#327]
34,35,36) Bax bu gün də inanmış kəslər, taxtlat üstündə: "Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] inadla işlədikləri əməllərin cəzasını aldılarmı?" deyə baxaraq, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] güləcəklər.