əl-Muzzəmmil

1,2,3,4,5) Ey evinə qapanan şəxs![#15] Gecə -az bir müddət istisna olmaqla; bəzən gecənin yarısı müddətində, bəzən bundan bir az əskilt, bəzən də buna bir az əlavə et- ayağa qalx vəzifəni yerinə yetir. Sənə nazil edilməkdə olan Quranı təbliğ edərkən də yaxşıca nizama sal! Həqiqətən biz sənin üstünə çox ağır bir söz/Quranı qoyacağıq.
6,7,8,9,10,11) Gecənin zehni asudəliyi, işlərini rahatca görmək baxımından daha əlverişli, söz baxımından daha təsirlidir. Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər var.[#16] Rəbbinin adını zikr et və bütün varlığınla Ona yönəl. O, məşriqin və məğribin; bütün səmtlərin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. Elə isə Onu vəkil[#17] tut; "bütün varlıqları müəyyən bir proqrama görə tərtibləyən və bu proqramı mühafizə edərək, dəstəkləyərək yerinə yetirən" olaraq tanı! Onların dediklərinə/deyəcəklərinə də səbr göstər. Və onlardan gözəl bir şəkildə ayrıl, Məni, nemət sahibi olan o yalan sayanlarla tək burax! Onlara bir az möhlət ver.
12,13,14) Həqiqətən Bizim yanımızda qandallar; ayaqlarına vurmaq üçün dəmir həlqələr və cəhənnəm var. Boğazdan çətinliklə keçən bir yemək, ağrı-acılı bir əzab var. O gündə ki, yer və dağlar titrəyəcək və dağlar əriyib axan bir qum yığınına çevriləcək.
15,16,17,18,19) Həqiqətən Biz, Firona elçi göndərdiyimiz kimi, sizə də üstünüzdə şahidlik edəcək bir elçi göndərdik. Amma Firon, elçiyə asi oldu və Biz də onu qorxunc bir şəkildə yaxaladıq. Belə olduğu halda küfr etsəniz; Allahın məbud və rəbb olduğunu bilə bilə inkar etsəniz, uçaqları ağ saçlı qocalara çeviren o gündən özünzü necə qoruyacaqsınız? O günün şiddətindən göy belə parçalanacaq. Onun verdiyi vəd yerinə yetəcəkdir. Həqiqətən burada deyilənlər, Quran öyüd vermək/sizi düşündürmək üçündür. Ona görə, kim istəsə, Rəbbinə tərəf bir yol tutar.
20) Heç şühbən olmasın, Rəbbin bilir ki, sən gecənin üçdə ikisindən daha azını, yarısını, üçdə birini ayaq üstündə olursan. Səninlə olanlardan bir dəstə də belədir. Allah gecəni də, gündüzü də ölçüyə salmışdır. Sizin bu işin öhdəsindən asanlıqla gələ bilməyəcəyinizi bildiyindən, sizin için vəzifənizi yüngülləşdirdi. Elə isə, Qurandan sizə asan gələni öyərinin-öyrədin. İçinizdə xəstələr olacağını bildi. Bildi ki, bir qisminiz Allahın fəzlindən nəsə axtarmaq üçün yer üzünü gəzib-dolaşacaq, başqa bir qisminiz isə Allah yolunda çarpışacaq. Elə isə, ondan sizə asan gələni öyrənin-öyrədin! Səlatı [maddi və yaxud zehni baxımdan dəstəyi; cəmiyyəti maarifləndirmə qurumlarını] təşkil edin/davam etdirin,[#18] zəkatı[#19] verin! Allaha gözəl bir ödunc verin. Özünüz üçün qabaqcadan göndərdiyiniz yaxşılıqların Allah yanında xeyrinin çox, mükafatının böyük olduğunu görəcəksiniz. Allahdan əfv diləyin! Şübhəsiz ki, Allah çox bağışlayan, çox rəhm edəndir.[#20]