əl-Qədr

1) Həqiqətən Biz, qiymətli səhifələr içindəki Quranı Qədr gecəsində nazil etdik.
2) Qədr gecəsi nədir; sənə nə bildirdi/öyrətdi?
3) Qədr gecəsi min aydan daha xeyirlidir.
4,5) Xəbər verən ayələr,[#59] içindəki ruh; can verən, canlı saxlayan gücləriylə[#60] Rəbblərinin izni ilə/məlumatı daxilində, dan yeri sökülənə kimi/işıqlığa qovuşana kimi elə hey enərlər; hər bir iş barəsində. -Salam olsun!—[#61]