əl-Vaqiə

135,1,2,3,4,5,6,7) De ki: "Hər kəs gözləyir. Siz də gözləyin. Şübhəsiz ki, düz yolun sahiblərinin kimlər olduğunu və kimlərin yönləndirildiyi doğru yolu tapdığını tezliklə; olacak o vaqiə olduğu zaman -ki o vaqiənin olması haqqında yalan söyləyən yoxdur. O vaqiə, alçaldandır, ucaldandır- yer üzü şiddətlə hərəkətə gəlib sarsıldığı və dağlar xırdalanıb toza-toprağa çevrildiyi zaman və sizlər üç yoldaş zümrəyə bölündüyünüz zaman biləcəksiniz.
8) Budur sağın əhli, sağın əhli nədir?
9) Və solun əhli, solun əhli nədir?
10) Önə keçənlər də, önə keçənlərdir.
11) Bax, önə keçənlər, yaxınlaşdırılanlardır.
12) Bax, önə keçənlər, Nəim cənnətlərindədir.
13,14,24,15,16,17,18,19,20,21,22,23,25,26) Bir çoxu əvvəlkilərdəndir, çox azı da sonrakılardandır. Onlar, etdiklərinin əvəzi olaraq, ləl-cəvahirlə bəzənmiş taxtların üstündədirlər. Qarşı-qarşı onların üstündə söykənib [oturacaqlar]. Ətraflarında, qaynağından doldurulmuş piyalələr, kuzələr, qədəhlər -ondan başları ağrımaz, ağılları da başlarından getməz- bəyəndikləri meyvələr, istədikləri quş əti ilə heç böyüməyən uşaqlar, gizli incilər kimi iri gözlülər gəzərlər. Orada boş söz, cəfəngiyat və günaha bais olan şeyləri eşitməzlər. Sadəcə söz olaraq: "Salam [sağlıq, salamatlıq, xoşbəxtlik], salam [sağlıq, salamatlıq, xoşbəxtlik]!"
27,28,29,30,31,32,33,34) Və sağın dostları, nədir o sağın dostları! Onlar tikansız gilas ağacları, meyvələri salxım-salxım düzülmüş bananlar/akasiyalar, uzanmış kölgəliklər, qaynayıb çıxan su, kəsilməyən; tükənməyən və qadağan edilməyən bir çox meyvə və hündür döşəklər arasındadırlar.
35,36,37,38) Şübhəsiz Biz, gilası, bananı, kölgələri, qaynayıb çıxan suyu elə bir yaradılışla yaratdıq. Ki onları, sağın əhli üçün cazibədar və hamısı bir nizamda, heç əl vurulmamışlardan etdik.
39,40) Bir tayfa, çoxu əvvəlkilərdəndir. Bir tayfa da sonrakılardandır.
41) Və solun əhli, nədir o solun əhli?
42,43,44,45,46,47,48) Onlar içlərinə işləyən bir atəş və qaynar su içindədirlər, sərin olmayan, xoş olmayan qapqara dumandan ibarət bir kölgə içindədirlər. Şübhəsiz ki, solun əhli bundan əvvəl bolluq içində zövq və əyləncəyə qurşananlar idilər. Və böyük günahda; Allaha şərik qoşmaqda israr edirdilər. Və "Biz ölüb torpaq və sür-sümük olduqdan sonra, biz həqiqətən qaldırılacağıq? Kemişdəki əcdadımızda, eləmi?" deyirdilər.
49,50,51,52,53,54,55,56) De ki: "Şübhəsiz ki, əvvəlkilər və sonrakılar məlum bir günün müəyyən vaxtında/görüş yerinə həqiqətən yığışacaqlar. Sonra şübhəsiz ki, siz, ey azğınlar, dananlar! Mütləq zəqqumdan [ibarət] bir ağacdan yeyəcəksiniz Qarınlarınızı onunla dolduracaqsınız. Sonra da onun üstündən qaynar su içəcəksiniz. Həm də susuzluq xəstəliyinə tutulmuş dəvələrin içdiyi kimi içəcəksiniz." -Bax bu, din günündə onların ziyafətidir.-
57,58,59) Biz, sizi yaratdıq; təsdiq etməli deyilsinizmi? Bəs tökdüyünüz şeyi [nütfəni, yumurtanı] heç düşündünüzmü? Sizmi meydana gətirirsiniz onu, yoxsa meydana gətirən Bizikmi?
60,61) Ölümü aranızda Biz müəyyən etdik, Biz. Və sizi oxşarlarınızla dəyişdirmək və sizi bilmədiyiniz bir şeydə [şəkildə] inşa etmək barəsində Bizim qarşımızı almaq/Bizə mane olmaq mümkün deyil.
62) Və and olsun, ilk yaradılışı bildiniz, öyrəndiniz. Yaxşı, düşünüb öyüd-nəsihət almağınız lazım deyilmi?
63) Bəs, əkdiyiniz şeyi heç düşündünüzmü?
64) Siz bitirirsiniz onu, yoxsa bitirən Bizikmi?
65,66,67,68) Biz istəsəydik, əlbəttə, onu quru bir çöp edərdik və siz: "Şübhəsiz ki, biz borc altına girənlərik! Daha doğrusu, biz hər şeyi əlindən alınmış, məhrum qalmış kəslər imişik!" deyərək çaşıb qaşardınız. Yaxşı, içdiyiniz suyu heç düşündünüzmü?
69) Sizmi buluddan endirdiniz onu, yoxsa endirən Bizikmi?
70) İstəsəydik onu duzlu edərdik. O halda, əvəzini ödəməyiniz lazım deyilmi?
71) Yaxşı, yandırdığınız o atəşi/oksigeni heç düşündünüzmü?
72) Sizmi atəşin/oksigenin ağacını inşa etdiniz, yoxsa inşa edənlər Bizikmi?
73) Biz atəşi/oksigeni bir ibrət/xatırlatma və çöldə yol gedənlərə bir fayda [olsun deyə] yaratdıq.
74) Elə isə, böyük Rəbbinin adını pak/nöqsanlıqlardan uzaq tut/Onun nöqsanlıqlardan uzaq olduğunu öyrət!
75,76,77,78,79,80) Artıq xeyr. Nəcmləri/hər səfərdə nazil edilən ayələrin yerlərini/zamanlarını; enişini dəlil göstərərəm ki -və əgər bilsəniz, bu böyük bir dəlildir-, heç şübhəsiz, o, şərəfli Qurandır. Saxlanmış/hifz edilmiş bir kitabdadır. Onunla zehni baxımdan təmizlənənlərdən başqası təmas edə bilməz. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81) Yaxşı, indi siz bu Sözə/Qurana məhəl qoymursunuz?
82) Və ruzinizi təkzib edərəkmi təmin edirsiniz/verilən ruzilərə təkzib etməkləmi cavab verirsiniz?
83,84,85) Ancaq can boğaza gəlib yetişəndə, siz də o zaman, onun qarşısında gözləyirsiniz, Biz isə ona sizdən daha yaxınıq. Lakin siz görməzsiniz.
86,87) Yaxşı, madam ki, cəzalandırılmayacaqsınız, əgər doğru deyirsinizsə boğaza gəlmiş, çıxmaqda olan canı geri qaytarmağınız lazım deyilmi?
88,89) Amma əgər o, yaxın olanlardandırsa, artıq rahatlıq, gözəl qoxulu ruzi və bol nemətlərin cənnəti vardır.
90,91) Və əgər o, sağın əhlindəndirsə; artıq sənə sağın əhlindən salam!
92,93,94) Və amma o, haqq yoldan azmış inkarçılardandırsa, budur qaynar sudan [ibarət] bir ziyafət! Və cəhənnəmə atılmaq!
95) Şübhəsiz, Bizim bu nəql etdiklərimiz təkzibolunmaz məlumatın, həqiqətin özüdür.
96) Elə isə böyük Rəbbinin adını pak tut/Onun nöqsanlıqlardan uzaq olduğunu öyrət!