2,3,4) Biz, Quranı sənə çətinliyə düşəsən/qüssələnəsən deyə yox, fəqət hörmət, məhəbbət və elmlə ürpərən kəslər üçün bir öyüd-nəsihət olsun deyə, yer üzünü və uca göyləri yaradan tərəfindən nazil etdik.
5,6) Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], ən böyük taxt üzərində hökmranlıq qurmuşdur.[#139] Göylərdə olan şeylər, yer üzündə olan şeylər, bu ikisinin arasında olan şeylər və nəmli torpağın altında olan şeylər ancaq Rəhmanındır.
7,8) Sən səsini qaldırsan, Rəhman şübhəsiz ki, gizlini və gizlinin də gizlisini bilir. Allah, özündən başqa heç bir məbud olmayandır. Ən gözəl adlar yalnız Ona məxsusdur.
9) Musanın xəbərləri həqiqətən sənə gəlib çatdı.
10) Bir vaxt o, bir od görmüş və əhlinə [ailəsinə, yaxınlarına]: "Həqiqətən mən bir od gördüm. Siz göləyin, mən ondan sizə bir köz gətirərəm, yaxud atəşin başında bir bələdçi taparam." demişdi.
11,12,13,14,15,16) Sonra onun yanına gəldiyində bir nida gəldi: "Ey Musa! Mən, sənin Rəbbin olan Mənəm. Dərhal yaxınlarını və mallarını burada qoy,[#141] şübhəsiz sən təmizlənmiş Tuva vadisindəsən/ikiqat təmizlənmiş bir vadidəsən. Və Mən səni seçdim; O halda, vəhy ediləcək şeyə; "Heç şübhəsiz ki, Mən, Allahın elə Özüyəm. Məbud deyə bir şey yoxdur Məndən başqa. O halda Mənə bəndəlik et və Məni yad etmək üçün səlatı yerinə yetir [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yarat-davam etdir]. Şübhəsiz ki, o saat/qiyamət gələcəkdir. Onu Mən hər kəs əməyinin əvəzini alsın deyə az qala gizlədirəm. O səbəbdən, qiyamətə inanmayan və öz boş, müvəqqəti arzusuna uyan kəs səni, qiyamətə iman etməkdən yayındırmasın; yoxsa dəyişikliyə/məhvə məruz qalarsan" xəbərdarlığına qulaq ver.[#142]
17) Və sağ əlindəki nədir, ey Musa?"
18) Musa: "O mənim əsamdır, ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm və onda mənim üçün başqa faydalar da var" dedi.
19,24) Allah: "Ey Musa! Onu burax/çobanlığı buraxıb oturaq həyata gec! Fironun yanına get, şübhəsiz o, həddini aşmışdır" dedi.[#143]
20) O da onu dərhal buraxdı/oturaq həyata keçdi, bir də nə görsün! Artıq sağ əlindəki; ona vəhy edilən Kitab, hərəkət edən bir candır; sosial həyatın mənbəyidir.[#144]
25,33,34,26,27,28,29,30,31,32,35) Musa: "Ey Rəbbim! Seni bütün nöqsanlıqlardan çox pak tutaq deyə Və Səni çoxlu-çoxlu yad edək deyə köksümü aç, İşimi mənə asanlaşdır. Dilimdəki düyünü də aç ki sözümü yaxşı başa düşsünlər. Və ailəmdən Qardaşım Harunu Mənə vəzir et, Onunla arxamı möhkəmləndir. Onu işimə şərik et. Şübhəsiz, Sən bizi görür, eşidirsən!" dedi.
36) Allah: "Ey Musa! Dilədiyin sənə verildi." dedi.
21,23,22) Allah: "Sənə ən böyük işarətlərimizdən/nişanələrimizdən göstərməyimiz üçün tut onu, qorxma! korkma! Biz onu ilk yürüyüş yoluna geri çevireceğiz; o işleri yoluna koyacağız, sana sıkıntı verdirmeyeceğiz. Biz onu əvvəlki halına qaytaracağıq. Digər bir əlamət; nişanə olaraq da gücünü/qanadını əlavə et, çirkinlik olmadan heç qüsursuz, kamil bir halda çıxacaqsan" dedi.[#145]
37,38,39,40) "Və and olsun, Biz sənə başqa bir dəfə də yaxşılıq etmişdik: Bir vaxt vəhy ediləsi şeyləri anana vəhy etmişdik, ‘Musanı sandıq içinə qoy və bol suya/çaya burax, sonra da bol su/çay[#146] onu sahilə atsın. Onu Mənə düşmən olan və ona düşmən olan birisi alsın.' Və Mən Öz tərəfimdən sənin üstünə bir sevgi yaratdım və Mənim nəzarətim altında boya-başa çatdırılmağın üçün, Bir vaxt sənin bacın gəlib ‘Sizi onun qayğısına qalacaq birinin yanına aparımmı?' demişdi. Beləcə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Və sən, bir can öldürdün və səni qəmdən azad etdik. Və Biz səni putada əridib xeyli saflaşdırdıq/səni kamilləşdirdik. Bir də ki, illərlə Mədyən camaatı arasında qaldın. Sonra bir nizam; plan ilə gəldin, ey Musa!
41) Və Mən səni Özüm üçün hazırladım.
42) Sən və qardaşın nişanələrimlə/işarələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.
43,44) Hər ikiniz gedin Firona. Şübhəsiz ki, o, həddini aşmışdır. Sonra öyüd alsın və hörmətlə, məhəbbətlə, elmlə ürpərsin deyə ona yumşaq söz söyləyin."
45) Musa ilə Harun: "Ey Rəbbimiz! Onun bizə qarşı həddini aşmasından və ya azğınlaşmasından qorxuruq" dedilər.
46,47,48) Allah: "Qorxmayın, şübhəsiz Mən ikinizin yanındayam, eşidir və görürəm. Dərhal ona gedin də ona: 'Şübhəsiz ki, biz Rəbbinin iki elçisiyik. Artıq İsrail oğullarını bizimlə göndər və onlara əzab etmə; həqiqətən biz sənə Rəbbindən bir nişanə/işarə ilə gəldik. Bələdçiyə uyanlara salam olsun. Şübhəsiz ki, biz; həqiqətən bizə, təkzib edənlərə və arxasını çevirənə əzab olacağı vəhy edilmişdir’ deyin." dedi.
49) Firon: "Elə isə sizin Rəbbiniz kimdir, ey Musa?" dedi.
50) Musa: "Bizim Rəbbimiz hər şeyə varlığını və xüsusiyyətlərini verən, sonra yol göstərəndir" dedi.
51) Firon: "Elə isə əvvəlki əsrlərin halı necədir?" dedi.
52,53,54,55,56) Musa: "Onların xəbəri Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim səhv etməz və unutmaz/tərk etməz. O, yer üzünü sizin üçün bir beşik edən, oradan sizin üçün yollar açan və göydən bir su endirəndir." dedi. -Bax Biz, o su ilə növbənöv bitkilərdən cütlər yetişdirmişik. Yeyin və heyvanlarınızı yemləyin. Şübhəsiz ki, ağıl sahibləri üçün bunda neçə-neçə işarə/nişan vardır! Biz sizi yer üzündən meydana gətirdik, sizi ona qaytaracaq və sizi bir dəfə daha Ondan çıxaracağıq.- Və and olsun ki, Biz Firona işarələrimizi/nişanələrimizi; hamısını göstərdik, o təkzib etdi və inadkarlıq göstərdi.
57,58) Firon: "Ey Musa! Sən elminlə bizə təsir edərək bizi torpaqlarımızdan çıxarmaq üçün gəlmisən? O halda biz də sənin təsirli elmin kimi bir elmlə sənə gələcəyik.[#147] İndi bizimlə sənin aranda bir görüşmə zamanı/yeri seç; bizim və sənin etiraz etmədiyimiz düz və geniş bir yer olsun" dedi.
59) Musa: "Sizinlə görüş zamanı, mərasim, şənlik günü və insanların yığışdığı günorta Vaxtıdır" dedi.
60) Belə olduqda Firon arxasını çevirdi, hiylələrini-planlarını yığdı, sonra gəldi.
61) Musa onlara dedi ki: "Təəssüflər olsun sizə! Allaha yalan uydurmayın. Sonra bir əzab ilə kökünüzü kəsər. Həqiqətən, uyduran zərər etmişdir."
62,63,64) Beləliklə, nüfuzlu alimlər öz aralarında işlərini müzakirə etdilər və "Bunların ikisi həqiqətən nüfuzlu alimlərdir; təsirli elmləriylə sizi yurdunuzdan qovub çıxartmaq və ən yaxşı nümunə olan yolumuzu məhv etmək istəyirlər. Onun üçün bütün hiylələrinizi bir yerə yığın, sonra növbəylə gəlin. Bu gün üstün gələn həqiqətən zəfər qazanacaq" deyə fısıldaşmalarını gizli saxladılar.
65) Nüfuzlu alimlər: "Ey Musa! Sənmi meydana qoyacaqsan və yaxud ilk meydana qoyan kəslər biz olaq" dedilər.
66,67) Musa: "Əksinə, siz meydana qoyun" dedi. Bir də nə görsün! Onların təcrübələri, köhnə inanışları və tezisləri/çör-çöpləri/xırım-xırda bilikləri,[#148] işlədikləri sehr/hünərli nümayiş səbəbindən gözündə böyüdü. Buna görə Musa, içində bir qorxu hiss etdi.
68,69) Biz: "Qorxma, şübhəsiz sən; ən üstün olan sensən. Sən sahib olduğun təcrübəni meydana qoy; o, onların meydana çıxardıqlarının hamısını udsun. Şübhəsiz ki, onların etdikləri ancaq bir göz boyayanın hiləsidir. Göz boyayıb aldadan adam isə, hara gedərsə getsin zəfər qazana bilməz, müvəffəq ola bilməz" dedik.
70) Axırda bütün nüfuzlu alimlər, "Musa ilə Harunun Rəbbinə iman etdik" demək surətiylə boyunlarını əyib təslim olmuş vəziyyətdə qaldılar.
71) Firon: "Mən sizə izin vermədiyim halda ona iman gətirdiniz? Şübhəsiz ki, o, sizə təsirli elmi öyrədən böyüyünüzdür. And olsun ki, müqavilələri; öhdəlikləri ləğv etdirip, sonra da hamınızı qətiliklə rahat mühitdən; şəhərdəki işinizdən, memuriyetinizden çıxarıb xurma tarlalarında kənd təsərrüfatı işlərində işlədəcəyiniz; daş ocaqlarında işlədəcəyiniz; çətin işlərdə işlədərək yağınızı çıxaracağam; iliğinize sömüreceğim!. Və hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu həqiqətən biləcəksiniz" dedi.
72,73) Nüfuzlu alimlər: "Bizə gələn bu açıq dəlillər və bizi yoxdan yaradan qarşısında qətiyyən səni üstün tutmarıq. İndi nə hökm edəcəksənsə et! Sən, ancaq bu fani dünya həyatına hökm edərsən. Şübhəsiz ki, biz, səhvlərimiz və bizi təsirli elmdən məcbur etdiyin şeylər üçün bizi bağışlasın deyə, Rəbbimizə iman gətirdik. Və Allah daha xeyirli və daha baqidir" dedilər.
77) Və and olsun, Biz Musaya "Arxanızdan çatacaqlarından qorxmadan və hörmətlə, məhəbbətlə ürpərməyərək/Firon qarşısında minnətli olmayaraq bəndələrimlə gecə yola düş və onlar üçün bol suda/çayda quru bir yol aç!" deyə vəhy etdik.
78) Firon ordularıyla dərhal onları təqib etdi də bol suda/çayda onları bürüyən şey bürüdü.
79) Və Firon, qövmünü azğınlığa sürüklədi və doğru yolu göstərmədi.[#149]
83) Səni öz qövmündən [ayırıb] daha tələsdirən şey nədir, ey Musa?
84) Musa: "Onlar mənim izimdən gedənlər, təlimimi izləyənlərdir. Mən də Sən razı qalasan deyə Sənə gəlmək üçün tələsdim, Rəbbim" dedi.
85) Allah: "Şübhəsiz ki, bax, Biz səndən sonra qövmünü imtahan etdik. Samiri də onları yoldan çıxartdı" dedi.
86) Belə olduqda, Musa qəzəbli və kədərli halda dərhal qövmünün yanına qayıtdı: "Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd ilə söz vermədimi? İndi sizə bu [müddət] uzun gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini arzu etdiniz ki, mənə olan vədinizə xilaf çıxdınız " dedi.
87) Onlar dedilər ki: "Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o qövmün zinətlərindən bəzi yüklər götürmüşdük. Sonra onları atdıq. Sonra da bax beləcə, Samiri bizim ağlımıza saldı."
88,89) Samiri aldadan, tələyə salan bir cəsədi/qızılı[#150] çıxardı və İsrail oğulları: "Bax bu, sizin məbudunuz və də Musanın məbududur. Amma Musa onu tərk etdi" dedilər. -Yaxşı, bəs onlar görmürlər ki, qızıl onlara heç bir sözlə cavab verə bilmir; onlara bir zərər və ya bir fayda verməyə gücü çatmır!-
90,91) Və and olsun ki Harun daha əvvəl onlara: "Ey qövmüm! Şübhəsiz ki, siz bununla imtahana çəkildiniz/dindən çıxıb özünüzü atəşə atdınız. Və şübhəsiz ki, sizin Rəbbiniz Rəhmandır [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdır]. Mənə tabe olub əmrimə itaət edin!" demişdi. Harunun qövmü: "Musa qayıdıb bizə gələnə qədər, biz ona sitayiş etməkdən əl çəkməyəcəyik" dedilər.
92,93) Musa: "Ey Harun! Bunların azğınlaşdığını gördüyün zaman, mənim yolumu təqib etməyinə nə mane oldu? Yoxsa mənim əmrimə tabe olmursan?" dedi.
94) Harun: "Ey anamın oğlu! Saqqalımdan və başımdan yapışma. Şübhəsiz, mən qorsdum ki, sən deyəsən: İsrail oğulları arasına nifaq saldın və mənim sözümə bakmadın" dedi.
95) Sonra da Musa: "Ey Samiri! Sənin bu etdiyin nədir?" dedi.
96) Samiri: "Mən onların anlamadıqları bir şeyi anladım, elçinin əsərindən bir ovuc almışdım, sonra da onu götürüb atdım. Və bunu, mənə nəfsim beləcə xoş göstərdi" dedi.
97,98) Musa: "Haydı, get. Artıq sən ömür boyu 'Mənimlə təmas olmasın' deyəcəksən. Həm də, sənin üçün qətiyyən etiraz edə bilməyəcəyin bir görüş günü var. Bir də bəndəlik etdiyin bu məbuduna bax" dedi. -Əlbəttə Biz onu yandıracaq, sonra da onu həqiqətən bol suda kökündən yıxacağıq. Sizin məbudunuz ancaq Özündən başqa heç bir məbud olmayan Allahdır. Şübhəsiz ki, Onun elmi hər şeyi əhatə etmişdir.-
99,100,101,102,103,104) Biz, sənə keçmişdə olan şeylərin vacib əhvalatlardan beləcə nəql edirik. Şübhə yox ki, sənə Öz dərgahımızdan bir Öyüd/zikr [Quran] verdik. Kim Bizim verdiyimiz Öyüddən [Kitabdan/Qurandan] üz döndərsə, şübhəsiz ki, o, qiyamət günü; Sur üfürülən gün, elə bir yüklə yüklənəcək ki, əbədi onun içində qalsın. Və qiyamət günündə, onlar üçün bu nə pis bir yükdür! Biz günahkarları o gün, gözləri göyərmiş bir halda bir yerə yığacağıq. Aralarında pıçıldaşacaqlar: "Siz dünyada yalnız 'on gün' qaldınız." -Biz, aralarında nə danışacaqlarını daha yaxşı bilirik.- Ən üstün yolda olan: "Siz ancaq bir gün qaldınız" deyəcək.
74) Həqiqət budur ki, hər kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, şübhəsiz ki, ona cəhənnəm vardır. Orada ölməz və dirilməz.
75,76) Və kim Rəbbinə bir mömin olaraq, yaxşılaşdırmaq məqsədi ilə əməl işləyərək gələrsə, bax onlar; ən yüksək mərtəbələr, ağaclarının altından çaylar axan Ədn cənnətləri onlar üçündür. Onlar orada əbədi qalacaqlar. Və bax bu, təmizlənən kəslərin mükafatıdır.
80,81,82) Ey İsrail oğulları! Sizləri düşməninizdən xilas etdik və dağın sağ tərəfində sizə söz verdik/dağın sağ tərəfini sizə görüşmə yeri olaraq təyin etdik. Üstünüzə də qüdrət halvası və bildirçin/bal endirdik. -Sizə ruzi olaraq verdiyimiz şeylərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa qəzəbim üstünüzə enər. Kimin üstünə qəzəbim ensə, həqiqətən o enər [yıxılar, məhv olar]. Və şübhə yox ki, Mən, tövbə edən, iman gətirib saleh əməl işləyən, sonra da yönləndirildiyi doğru yolu tapan kəslər üçün çox bağışlayanam.-[#151]
105,106,107) Səndən dağlar haqqında soruşurlar, de ki: "Rəbbim onları havaya sovuracaq. Beləliklə, onları dümdüz boş bir hala gətirəcək. Orada bir çuxur və bir təpə görməyəcəksən."
108) O gün, heç bir əyriliyi olmayan o dəvətçiyə tabe olacaqlar və Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] qarşısında səslər kəsiləcək. Artıq yalnız zəif bir səs eşidəcəksiniz.
109) O gün Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] icazə verdiyi və söz deməyindən razı qaldığı kəslər istisna olmaqla, kömək-dəstək fayda verməz.
110) Allah, kömək görməyənlərin önlərindəki və onların arxasındakı şeyləri bilir. Onlar isə Onu bilikləri ilə əhatə edə bilməzlər.
111) Və hər kəs, diri və bütün yaratdıqlarına daim göz qoyan Allah üçün baş əymişdir. Bir şirkə bulanaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər həqiqətən zərərə uğramışdır.
112) Və hər kəs iman edən biri olaraq sahmana salmaq məqsədi ilə əməl işləsə, artıq o, bir haqsızlıqdan və haqqının yeyilməsindən qorxmaz.
113) Və bax beləcə, Biz, Allahın mühafizəsi altına daxil olsunlar, yaxud onlara yeni bir öyüd olsun deyə deyə onu ərəbcə bir Quran olaraq nazil etdik. Onda təhdidləri təkrar-təkrar şərh etdik.
114) Bax gör, haqq olan, yeganə hökmdar olan Allah nə qədər ucadır! Onun vəhyi sənə [gəlib] tamamlanmadan qabaq, oxumaq/öyrətmək üçün tələsmə və: "Ey Rəbbim, mənim elmimi artır!" de.
115) Və and olsun Biz, bundan əvvəl Adəmdən vəd aldıq, o yadından çıxardı, vədini tutmadı və Biz, onda bir əzm görmədik.
116) Və Biz bir zaman təbiət qüvvələrinə,[#152] "Adəmə boyun əyib tabeçilik göstərin!" dedik, İblis/düşüncə bacarığı[#153] xaric olmaqla, hamısı boyun əyib tabeçilik göstərdilər, o inad etdi.
117,118,119) Sonra da Biz, "Ey Adəm! Şübhəsiz ki, İblis sənə və zövcənə düşməndir. Bax ki, o sizi Cənnətdən çıxartmasın, sonra bədbəxt olarsan, sənin acmamağın və çılpaq qalmamağın həqiqətən cənnətdədir. Və sən orada susamaz və günəşin istisində qalmazsan" dedik.
120) Axırda şeytan ona vəsvəsə verdi. Dedi ki: "Ey Adəm! Sənə əbədiyyət ağacı və köhnəlməyən/çökməyən mülk/səltənət üçün yol göstərimmi?"
121) Belə olduqda, ikisi də mal-mülk, qızıl düşkünü oldular.[#154] Dərhal eybəcərlikləri açılıb özlərinə göründü. Və öz zərərlərinə, cənnət ağaclarının yarpaqlarından örtərək yığıcılığa başladılar. Adəm Rəbbinə asi oldu və yoldan çıxdı/azdı.
122) Sonra Rəbbi, onu seçdi və tövbəsini qəbul etdi və ona doğru yolu göstərdi.
123) Allah, o ikisinə: "Bir-birinizə düşmən olaraq hamınız oradan alçalın. Artıq Məndən sizə bir bələdçi gəldiyi zaman, kim Mənim bələdçimə tabe olsa, bax o, azğınlığa düşməz və bədbəxt olmaz" dedi.
124,125,126) Kim Mənim zikrimdən/Mənim öyüdümdən uzaq dayansa, heç şübhəsiz ki, onun üçün çətin, darıxdırıcı bir dolanışıq/həyat vardır. Qiyamət günü onu kor olaraq qiyamət gününün yığıncaq səhnəsinə gətirərik. O deyəcək ki: "Ey Rəbbim, mən görən biri olduğum halda məni niyə kor olaraq bu yerə çıxartdın?" Allah deyəcək ki: "Bəli, elədir, ayələrimiz sənə gəldikdə sən onları tərk etmişdin; bu gün də eyniylə sən tərk edilirsən/cəzalandırılırsan."
127) Və bax Biz, həddini aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri belə cəzalandırırıq. Və axirət əzabı şübhəsiz ki, daha şiddətli, daha sürəklidir.
128) [İndi] yurdlarında gəzib dolaşdıqları, onlardan əvvəl məhv etdiyimiz neçə-neçə nəsillər, onlar üçün dərs olmadımı? Şübhəsiz ki, bunda ağıl sahibi olanlar üçün dəlillər vardır.
129) Və əgər Rəbbindən bir Söz[#155] və müəyyən bir müddət olmasaydı, həqiqətən qaçınılmaz olardı.
130) İndi onların dediklərinə səbr göstər, razılığa nail ola bilmək üçün günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini tərifi ilə birlikdə Allahı tanıtdır/nöqsanlıqlardan uzaq olduğunu öyrət! Gecənin bəzi saatlarında və gündüzün iki başında da Allahı tanıtdır/nöqsanlıqlardan uzaq olduğunu öyrət!
131) Və sınama vasitəsi olaraq, bəsit dünya həyatının zinəti olaraq, onlardan bəzi cütlüklərə verdiyimiz mal, mülk, övlad və səltənətə əsla gözlərini dikmə/rəğbətlə baxma. Və Rəbbinin ruzisi daha yaxşı və daha baqidir.
132) Və əhlinə səlatı [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirməyi] əmr et, özün də ona səbrlə davam et. Biz səndən bir ruzi istəmirik. Sənə ruzi verən Bizik. Aqibət, "Allahın mühafizəsi altında olmaq" üçündür.
133,134) Və inkar edənlər: "Elçilik iddiasında olan bu adam, Rəbbindən bizə bir nişan/işarət gətirsəydi!" dedilər. Onlara ilk səhifələrdə olan açıq-aşkar dəlillər gəlmədimi? Və əgər Biz, onları bundan əvvəl bir əzab ilə dəyişikliyə/məhvə məruz qoysaydıq, həqiqətən "Ey Rəbbimiz! Bizə bir peyğəmbər göndərmədin ki, zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq!" deyəcəkdilər.
135,1,2,3,4,5,6,7) De ki: "Hər kəs gözləyir. Siz də gözləyin. Şübhəsiz ki, düz yolun sahiblərinin kimlər olduğunu və kimlərin yönləndirildiyi doğru yolu tapdığını tezliklə; olacak o vaqiə olduğu zaman -ki o vaqiənin olması haqqında yalan söyləyən yoxdur. O vaqiə, alçaldandır, ucaldandır- yer üzü şiddətlə hərəkətə gəlib sarsıldığı və dağlar xırdalanıb toza-toprağa çevrildiyi zaman və sizlər üç yoldaş zümrəyə bölündüyünüz zaman biləcəksiniz.