Qaf

1,22) Qaf/100.[#73] Çox şərəfli/şanlı Quran sübutdur ki, həqiqətən sən bundan qafil, xəbərsiz idin. İndi səndən pərdəni götürdük. Bugün artıq gözün kəskindir; Quran sayəsində düzgün qərarlar ala bilən biri oldun.[#74]
2,3) Ancaq onlar, öz içlərindən xəbərdarlıq edən birinin gəlməsinə təəccüb etdilər və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], "Bu təəccüblü bir şeydir! Ölüb torpaq olduğumuz zamanmı? Bu, uzaq bir qayıdışdır" dedilər.
4) Biz, yerin onlardan nəyi əskiltdiyini əlbəttə bilirik. Bizim yanımızda çox yaxşı qeyd edib qoruyan bir kitab var.
5) Əksinə, haqq gəldikdə, onu təkzib etdilər, buna görə də onlar dolaşıq bir işin içindədirlər.
6,7,8,9,10,11) Yaxşı, onlar üstlərindəki göyə baxmırlarmı ki, Biz onu heç bir yarığı olmadan necə bina eləmişik və bəzəmişik? Və Biz, Allaha üz tutan hər bəndəyə qəlb gözünü açmaq üçün və ona öyüd vermək üçün yeri yayıb döşədik və orada möhkəm dağlar yerləşdirdik. Orada görünüşü qəlb oxşayan, göz oxşayan bitkilərin hər cütündən bitirdik, Biz, göydən bərəkətli bir su endirdik. Onunla bağlar və biçilən dənlər, bəndələrə ruzi olsun deyə tumurcuqları bir-birinin üstünə düzülmüş böyük və hündür xurma ağacları bitirdik. Və Biz, onunla ölü bir məmləkəti diriltdik. Diriliş bax belədir.
12,13,14) Onlardan əvvəl Nuhun qövmü, Rəss əhli və Səmud təkzib etmişdi. Ad, Firon və Lutun qardaşları, Əykə əhli[#75] və Tübbə qövmü də. Bunların hamısı peyğəmbərləri təkzib etdilər və mənim əzabım gerçəkləşdi.
15) Məgər Biz, ilk yaradılışda acizlikmi göstərdik? Xeyr, ancaq onlar yeni yaradılışdan şübhə içindədir.
16,17,18) Və and olsun ki, insanı Biz əmələgətirdik. Nəfsinin ona nələr pıçıldadığını da bilirik. Və Biz, ona şah damarından da yaxınıq. Onun sağında və solunda (hər yanında) yerləşən iki qeydə alıcı onun hər işini qeydə alarkən, insan, yanında hazır nəzarətçi olmadan heç bir söz deyə bilməz.
19) Ölümün sərxoşluğu həqiqətən, haqq olaraq gələcək; -Ey insan, bax bu, sənin həmişə qaçdığın şeydir.-
20,21) Və sur da üfürüləcək.[#76] -"Bax bu, vəd olunan təhdid günüdür."- Və hər kəs, yanında, onu sürüb gətirən biriylə və bir şahidlə birlikdə gələcək.
23) Və onun yaşıdı olan yoldaşı/İblis deyəcək ki: "Budur, yanımdakı hazırdır."
24,25,26) -"Haydı, İblis və şahid; ikiniz, bütün inadcıl, kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən], hər bir xeyrə mane olan, özünə zülm edən və şəkk edən o kəsləri atın cəhənnəmə! O ki, Allahla yanaşı özünə başqa bir məbud qəbul etmişdi. Haydı, ikiniz birlikdə, onu şiddətli əzabın içinə atın!-"
27) Onun yaşıdı olan yoldaşı/İblis deyəcək ki: "Rəbbimiz, mən onu azdırmadım. Fəqət özü uzaq bir azğınlıq içindəydi."
28,29) Allah deyəcək ki: "Mənim hüzurumda mübahisə etməyin! Mən sizə əvvəlcədən xəbərdarlıq etmişdim. Mənim hüzurumda Söz[#77] dəyişməz. Və Mən, qətiyyən bəndələrə qarşı səhv iş görən; iyi əməllərini azaldan, zülm edən deyiləm."
30) Biz, o gün cəhənnəmə, "Doldunmu?" deyəcəyik. O isə, "Yenə varmı?" deyəcək.
31) Cənnət də Allahın mühafizəsi altına daxil olan kəslərə uzaq olmayıb, yaxınlaşdırılmışdır.
32,33,34,35) Bax bu, çox yönələn və özü ile/Allah ile ilgiyi çox qoruyan, Rəhmana; yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah qarşısında, onu eşidən, görən, duyan kimsə olmadığında belə, hörmət, məhəbbət və elmlə ürpərən və könüldən bağlı olan hər kəs üçün vəd edilən şeydir. -"Salam ilə oraya daxil olun. Bax bu, əbədiyyət günüdür."- Orada onlar üçün istədikləri hər şey var. Hüzurumuzda bundan da artığı var.
36) Biz, onlardan əvvəl, onlardan daha böyük gücə sahib olan neçə nəsilləri dəyişdirdik, məhv ettik. Belə ki, onlar məmləkətləri dəlik-deşik eləyirdilər. Qaçıb xilas olmağa heç yer varmı?
37) Həqiqətən bunda, ağlı, idrakı, vicdanı olan yaxud özü şahid olaraq qulaq verən kəs üçün əlbəttə öyüd-nəsihət vardır.
38) Və həqiqətən Biz, göyləri, yeri və ikisinin arasında olanları altı mərhələdə əmələ gətirdik. Və Bizə heç bir yorğunluq da üz vermədi.
39,40) Elə isə, sən onların dedikləri müqabilində səbrli ol. Və günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl və gecənin bir vaxtında; hər fürsətdə Rəbbini mədh edərək pakla. Və boyun əyib təslim olandan/inanandan sonra; inkarcını iman ettirdikdən sonra da Onu pakla.
41,42) Və sən, carçının yaxın bir yerdən car çəkəcəyi günə qulaq ver; O gün, o harayı həqiqətən eşidəcəklər. Bax bu, çıxış, diriliş günüdür.
43) Həqiqətən Biz, bəli biz, həyat bəxş edirik və öldürürük. Dönüş də yanlış Bizədir.
44) O gün yer onlardan sürətlə yarılacaq. Bax bu, ancaq Bizim üçün asan olan bir toplamadır.
45) Biz, onların dediklərini daha yaxşı bilirik. Və sən, onlara zor edən deyilsən. Elə isə sən, Mənim xəbərdarlığımdan qorxan kəslərə Quran ilə öyüd ver.